Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.

səhifə1/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   212


 

 

 



İLHAM RƏHİMLİ 

 

 



 

AZƏRBAYCAN 

TEATR 

TARİXİ 

 

 



 

 

 



 

 

D ə r s l i k 



 

Dərslik Azərbaycan Respublikası 

Təhsil Nazirliyinin 1 noyabr 

2004-cü il tarixli 816 saylı 

əmri ilə təsdiq olunub 

 

 



 

 

 



 

 

 



ÇAŞIOĞLU 

      2005 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Elmi redaktor: Timuçin Əfəndiyev 

                        filologiya elmləri doktoru, professor 

 

Rəyçilər:          Nizaməddin Şəmsizadə 



                        filologiya elmləri doktoru, professor 

                            



                        Məryəm Əlizadə 

                         

 sənətşünaslıq doktoru, professor 

 

                        Rafiq Sadıqov 

                        sənətşünaslıq namizədi, professor 

 

 

 



 

 

R 55. İlham Rəhimli. Azərbaycan teatr tarixi.  

          Bakı: Çaşıoğlu, 2005 - 864 s. 

 

 



 

 

 



 

 

 



© "Çaşıoğlu nəşriyyatı", 2005 

 

 



 

 

 

 

 

 

 

Azərbaycan teatr tarixi milli teatrşünaslıq  

elmimizdə ilk dəfə belə monumental və fundamental  

şəkildə araşdırılıb. Müəllif kökü eramızdan əvvəllərə  

gedib çıxan xalq oyun-tamaşalarından tutmuş çağdaş  

teatr prosesinə qədər böyük bir dövrü əhatə edib. 

Kitabda həmçinin Tiflis, İrəvan, Aşqabad  

və Təbriz şəhərlərində fəaliyyət göstərmiş  

Azərbaycan teatrlarının tarixi də bölmə-bölmə 

araşdırılıb. Onlarla dramaturqun və teatr  

xadiminin yaradıcılıq portret-oçerkləri zəngin 

faktlarla işlənilib. 

  

 




 

 

 

 

MİLLİ "OYUN" MƏDƏNİYYƏTİ 

 

Hələ insanlarda dil ünsiyyəti yaranmamışdan milyon-milyon illər  əvvəl adamlar "danışan" 



hərəkət oyunları toplusuna malik olmuşlar. Dünyanın hər dörd cəhətindəki müxtəlif təbiətli 

məkanlarda yaşayan ilk ibtidai insanlar ən uzağı qonşu qəbiləni tanıyırdılar. Ancaq bu gün elm sübut 

edib ki, bir-birlərindən xəbərsiz olsalar da, onların hərəkət "oyunları" ilə "danışmalarında" bənzərlik, 

eynilik həddindən artıq çoxdur. 

İnsanların ov ovlamaları, quş quşlamaları özü böyük bir oyun idi. Ova çıxanlar hərəsi bir 

səmtdə, gizləndikləri yerdə  hərəkətlərlə "danışır", özləri də düşünmədən oyun anlamının ifadə 

vasitələrini zənginləşdirirdilər. Amerika qitəsində hindu tayfaları, Afrikada cəngəllik sakinləri, 

Asiyada çinlilər, Subyerdən (Sibirdən), Altaydan üzü Xəzərə (Xas ər, Xəzər dənizi) bütün ər 

türklər... bir-birindən xəbərsiz olublar və bu, şəksizdir. Amma onların hamısı ovu böyük oyun 

ritualında icra ediblər: 

vəhşi heyvanın dərisinə bürünüb əllərindəki ibtidai silahlarla onu öldürmək üçün şlkara 

yaxınlaşıblar; 

hərə öz yurdundakı quşun səsini çıxartmaqla tələ qurub, ov gözləyib; 

ovlanan qida qənimətinin dövrəsmdə  hərəkət oyunları göstərilib. Həmin oyunlar ritual 

səciyyəsi daşıyıb. 

Sirri-xuda kimi qəbul etdiyimiz təbiətin özü oyundur: gecəsi var, gündüzü var, qarı var, 

yağışı var, zəlzələsi var, vulkanı var, ruzigarı var, dumanı var, çəni var... Deməli, təbiətin özü ən 

böyük,  ən qüdrətli oyunbazdır. Dahi Vilyam Şekspir də deyib ki, bütün insanlar aktyordurlar. 

(Aktyor sözü fransızca "aqteuar", "aqtor" sözlərindəndir. Mənası ifaçı, oyunçu deməkdir). 

Minilliklərdən üzü bəri gəldikcə insanlar dərk ediblər ki, od-ocaq, ocağa bağlılıq isə oturaq 

həyat deməkdir. Odu işıq kimi qəbul etmək Günəşə sitayişin rəmzidir və dünyanın, istisnasız olaraq, 

bütün xalqlarının onunla bağlı oyunları və mərasimləri mövcuddur. 

Qədim türk inanclarına görə çirki üç şey təmizləyə bilər: Su, Od, Torpaq. Ayrılıqda bunların 

üçü ilə də bağlı müxtəlif türk xalqlarında oyunların olduğu bəllidir. 

Dünyanın olum-ölüm gərdişində  əbədiyyət,  əbədiyyətdə  və ruhların ölməzliyində tarixin 

dairəvi hərəkəti, hərəkət dairəsində Günəşin rəmzi var. Türklər öz miflərində,  əsatirlərində, həyat 

tərzlərində bu təfəkkür dərkinin onlarca oyununu yaradıblar və yaşadıblar. 

"Ölüm" anlayışında həyatın səngiməz inkişafı var və bu, nəsil  əvəzetmələrində davamlılıq 

yaradır. Davamlılığın bir qolu da toydur ki, dünya xalqlarının bütün dinlərdən  əvvəlki toy 

mərasimləri özü möhtəşəm oyun olub. Əvvəlcə yalnız söz və  hərəkətlə qurulan oyunlar milyon-

milyon illər keçdikcə musiqiylə, sözlə yeni formalarda düzənləniblər. 

"Ölüm" torpaqdan doğulanın torpağa qayıtması, ruhların səmaya qovuşması kimi qəbul 

olunub.  Şərqli, qərbli, cənublu,  şimallı insanlar düşüncə, təfəkkür ilə deyil, yaslamaları  təhtəlşüur 

oyunlama tərzində yaşadıblar. Bunlardan da biri qədim türklərdə "Yuğ" mərasimi adlanıb. 

Şərqdə sehrbazlıq, hipnozçuluq, hoqqa göstərib "möcüzə" çıxarmaq Antik yunan teatrından 

min-min illər əvvəl də olub. Həmin oyunların oyunçuları, oyunçuların da tamaşaçıları, oyunbazlığın 

isə çıxarılma yerləri vardı. 

Osmanlı alimi Türhanın fikrincə, Dionisin keçi mərasimi kiçik Asiyadan gəlir. Burada da 

onun anlayışı bağlanır torpağa, oda, suya və bir də oturaq həyata. 

Dionis bayramları  qədim Romada keçirilən Vakx mərasiminə çox bənzərdir. Dionis yunan 

mifologiyasında bitki Allahı, üzümçülük və  şərabçılıq hamisidir. Əsatirə görə, Dionis baş Allah 

Zevsin və Fiya padşahı Kabının qızı Semelanın oğludur. 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   212


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə