Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə5/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   212

Kosa bu ən müxtəlif maskaları, əsasən, belinə sarıdığı qurşaqdan sıra ilə asırdı. Ya da istifadə 

etdikdən sonra onları gərdək-pərdə arxasmdaki qulbeçəsinə (yardımçısına) verirdi. 

"Kosa oyunu" maska tamaşasını bilavasitə hazırlayan və onu idarə edən ifaçıya    Kosabaşı   

deyilib. 

Bir əsrdən çoxdur ki, Novruzun baş personajı kimi, Kosa oyun iştirakçıları ilə birgə çalıb-

oynayan, rəqs edən, şən və zarafatcıl nəğmələr oxuya-oxuya ev-ev gəzən məzəli, gülməli, xoş 

məramlı Komediya, məsxərə, məzhəkə obrazına çevrilib.   

Keçəl. Kosadan sonra oyun-tamaşalarda ən fəal obraz Keçəldir. Yaranma kökləri İslamdan 

əvvələ, muğ (çağdaş deyimdə maq, Kahin) sənəti ilə bağlılığa gedib çıxır. Əsrlər ötdükcə xalqm 

əksər qaravəllilərinin, məzhəkələrinin diribaş, hazırcavab, sadəlövh görünən, lakin hər cür mürəkkəb 

vəziyyətlərdən dəyanətlə çıxan, təmiz qəlbli, xalqın sadə təbəqəsinin təmsilçisi, haqqın qoruyucusu, 

sirlərdən agah obrazı kimi sevimli tamaşa personajına çevrilib. 

Keçəl obrazının ifaçısının vaxtilə iki əsas maskası olub. 

Birincisi. Xalqın ideal və arzularının ifadəçisi, gücsüzlərin intiqamını zalımlardan alan 

fərasətli, cəsur, fəndgir, diribaş, ağıllı Keçəlin maskası. 

İkincisi. Lovğa, təkəbbürlü, naqqal, qorxaq, heyvərə, fərasətsiz, əfəl, mayınaq Keçəlin 

maskası. 

Keçəlin hər iki maskasma uyğun ayrıca geyim-kecimi olub. Onlardan oyun-tamaşaların 

məzmun və qayəsinə uyğun olaraq istifadə edilib. 

İllər keçdikcə Keçəl maskası da aradan çrxıb. Oyunçu-aktyorlar bu obrazı maskasız ifa 

ediblər. İfaçı cındır, nimdaş libas geyinib. Qrim əvəzinə üzünü unlayıb, yaxud buna bənzər 

vasitələrlə çöhrəsmi gülünc doğuran şəklə salıb. Sallaq və uzun bığ yapışdırıb. Boynundan balqabaq 

asıb. Təbil və yaxud qaval gəzdirib. Oxumağı, ən müxtəlif kişi və qadim rəqslərini məzəli tərzdə 

oynamağı, zərb, simli və nəfəsli musiqi alətlərində çalmağı bacarıb. 

Tədricən   "Keçəl" sözü meydan tamaşalarının mahir ifaçısı, mərasim oyunlanının əsas 

personajı, meydan aktyoru anlamlarında da işlənilib. 

Keçəl obrazının ifaçısı keçəllik əlaməti kimi ya başına tərsinə çevrilmiş qoyun qarnı keçirir, 

ya da başına ağ bez sarıyır və papağı da tərsinə qoyurdu. İndinin özündə də bu ün-sür qalmaqdadır. 

Keci. Qədim zamanlarda Günəş tanrısının yerdəki totemi sayılıb. Zaman keçdikcə real obraz 

kimi əsatir və mərasim oyunlarının aparıcı iştirakçılarından olub. 

Keçi rolunun (obrazının) ifaçısı yaxşı aşılanmış keçi dərisinə bürünürdü. Üzünə uzun və təbii 

keçi saqqalı yapışdırılmış maska taxırdı. Maskanın aşağı hissəsindən, saqqalın altından bağlanan 

torba üzüaşağı sallanırdı. Oyunçu çevik, cəld hərəkətlərlə keçi kimi atılıb-düşür, keçi kimi mələyir 

və bu kimi oyunbazlıqla obrazını canlı, cazibəli, koloritli verməyə səy göstərirdi. 

Keçi obrazı müəyyən tarixi mənbələrdə "təkə" adı ilə verilib. Xalq arasında təkə sözü erkək 

keçiyə, dağ-keçisinə, vəhşi keçiyə deyilib. 



Keçəpapaq.  Kəndirbaz oyunlarında aşağıda məzhəkəli keçəpapaq hoqqalar çıxaran, 

qaravəlli söyləyən, məzəli, yumorlu gülməcələr danışan meydan aktyoruna verilən adlardan biri 

keçəpapaqdır. 

Bu komik personaj qədim vaxtlarda oyun vaxtı keçədən hazırlanan papaq qoyurdu. 

Keçəpapaq üz maskası ilə bitişlk olurdu. Maska dəridən biçilib-kəsilirdi və keçinin görkəminə 

bənzədilirdi. 

Yerindən və  məkanından asılı olaraq, bəzən həmin üz maskasının təpəsinə buynuz da 

tikilirdi. Bundan gülməli süjetli hadisələrdə obraz kimi istifadə edilirdi. 

Hazırda kəndirbazın yardımçısı olan keçəpapaq keçi dərisindən və ya şit, əlvan parçalardan 

tikilmiş, məzəli görkəmli paltar geyinir. Arxadan özünə  eşşək quyruğu bağlayır, üst-başından 

zınqırovlar asır. Yaxalığına müxtəlif dualar tikir. Ayağına qalın və bəzəkli yun corab geyinir. Bəzən 

corabın üstündən şatırı çarıq da geyinir. 




Üzlük-niqab. Bilavasitə  şəbih tamaşalarında istifadə edilib. Müqəddəs dini   şəxslərin 

(imamların, qadınların) obrazlarına girən ifaçıların üzlərini gizlətınək üçün istifadə edilən niqab bir 

qədər şəffaf, ağ parçadan hazırlanırdı. 

Şəbih oyunçusu üzlük-niqabın altından  ətrafdakıları, xüsusən tamaşa iştirakçılarını görə 

bilirdi. Lakin tamaşaçılar və bir qədər aralıda dayanan oyunçu yöndaşları niqab altında onun sifət 

cizgilərini görə bilmirdilər. 

Üzlük-niqablara xalq arasında tutuq da deyilib. 

Meydan tamaşalarında həmçinin bir sıra rəmzi mənalar daşıyan müxtəlif maskalar işlədilib. 



Buğa maskası gücü və qüdrəti təmsil edib. 

Qoyun maskası bərəkət rəmzi sayılıb. 

Yaz maskası səadətin, sevincin, təzələnmənin rəmzi kimi qəbul olunub. 

Qış maskası qorxu, ölümə məhkum obrazı kimi qavranılıb. 

Cənubi Azərbaycanda maskadan istifadə edən meydan tamaşaları oyunçularına el arasında 

rübəndbaz deyiblər. Rübənd sözü fars dilində üz örtüyü mənasında işlədilir. 

Oyun-mərasim maskaları forma baxıımından iki cür olub: 

papağa bitişlk düzəldilən, başdan keçirilən və sifəti boyaboy örtən maskalar

yalnız üzü tutan və sifətə taxılan maskalar. 

Maskaların hazırlanma texnologiyaları və materialları müxtəlif olurdu. 

Bir qrup maskalar başqa-başqa meyvə və bəzək ağaclarının qurudulmuş zərif qabıqlarından 

düzəldilirdi. Onların ömürləri az olurdu. Bir neçə tamaşadan sonra sınır və yaxud zay görkəmə 

düşüb sıradan çıxırdılar. 

Başqa qisim, yəni nisbətən yüngül, ömrü uzun maskalar yaxşıca aşılanmış heyvan (öküz, 

keçi, dəvə, maral, əlik və sairə) dərilərindən hazırlanırdı. Onları saxlamaq, səyyar tamaşalar 

göstərmək üçün günlərlə bir məkandan başqa məkana gedəndə xurcun və sandıqçalarda 

qablaşdırmaq həm əlverişli, həm də asan idi. Onlara isti havalarda güvə düşməsin deyə, barxanaya 

qablaşdıranda yanlarına yovşan qoyurdular. 

Maskaların daha dözümlüləri isə elastikliyini uzun müddət qoruyub saxlaya bilən ağacların 

gövdələrindən yonulurdu. Yonulub müxtəlif şəkillərə salınan maskaların keyfiyyətini uzun müddət 

qorumaq üçün onları oyun-tamaşalardan sonra xüsusi kətan və yaxud mahud parçalara bükürdülər. 

İllər keçdikcə maskaların materialları və hazırlanma texnologiyaları sadələşdirilib. Bununla 

yanaşı, get-gedə qiymətli materiallardan imtina olunub. Bunun əsas səbəbi  əsatir oyunlarının 

tədricən sıradan çıxması ilə bağlı idi. 

Əsatirlə bağlı oyunlar azaldıqca, məişətdən doğan həyat hadisələri meydan tamaşalarının 

aparıcı mövzularına çevrilib. Bununla bağlı olaraq maskaların hazırlanma materialları da 

sadələşdirilib. Beləliklə, maskaların (üzlüklərin) hazırlanma prinsipində yüngüllük, rahatlıq, 

görkəmcə obrazlılıq və emosional duyğular oyatmaq ruhu əsas götürülüb. 

 

 



 


Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə