Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə7/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   212

küylü olur və göstərildiyi şəhərin baş meydanında tamamlanırdı. Bəzi müqəvvaları özünü görkəmcə 

təhqir olunanlara bənzədən aktyor-oyunçu əvəzləyirdi. Onlara və lağ oyununun ifaçılarına da  

l a ğ b a zı deyilirdi. 

Lağbazın gözəl səsi, aydın diksiyası, plastik hərəkətləri ustalıqla ifa etmək bacarığı,  şirin-

şəkər, duzlu, cazibəli yumor qabiliyyəti, improvizə istedadı, zəngin müşahidə duyumu olmalı idi. O, 

eyni məqamda həm hönkürtü ilə  ağlamağı, həm də  şaqqanaq çəkib gülməyi bacaran və bu 

qabiliyyətini ustalıqla tamaşaçılara çatdırmağa qabil sənətçiydi. 

Hər bir oyunun mövzusuna, hadisələrin məzmununa və oyun-tamaşaların göstərildiyi ərazi-

məkana, yerli əhalinin danışıq şivəsinə uyğun olaraq lağbazı bu kimi adlarla da çağırırdılar: ş i v ə d 

a r,  ş i v ə b a z, a l a y ç ı,  ş ə n g ü l, p a r ç a ç ı. 



Naqqal.  Məclislərdə, gəzərgi yox, birməkanlı  yığnaqlarda meydangirik edib şövqlə nağıl 

danışana, lətifə söyləyənə, dastan düzənləyənə n a q q a 1 deyilib. O, bir aktyorun teatrı üçün vacib 

olan plastik hərəkətlərə, him-cim ünsürlərinə, rəqqaslığa, daxili ehtirasa, səslə dinamik əl-qol 

oyunlarını  vəhdətdə uzlaşdırmağa malik, istədiyi vaxt gülüb-ağlamağı  məharətlə bacaran istedad 

sahibi idi. Naqqalın audi-toriya dairəsi nisbətən darəhatəli olub. 

Tarixin müəyyən dövrlərində hökmdar saraylarında  əyanları  əyləndirmək məqsədilə 

naqqallar cəmləşib. Onların öndərini naqqalbaşı deyə çağırıblar. 

Meyxanaçı.  Xüsusən Azərbaycanın Abşeron bölgəsində geniş yayılıb və bu gün də 

mövcuddur. Əsasən, kənd toylarında meyxana söyləmək üçün xüsusi vaxt ayrılır. Toya bir, əsasən, 

iki və ya daha çox meyxana deyən (meyxanaçı) çağırılır. Onlar xüsusi ritm-çırtıqla ortalığa bir 

qafiyə atır va bu qafiyə ətrafında söz-hərəkət yarışına çıxırlar. Əvvəl toybəyini vəsf edirlər. Sonra 

isə müxtəlif deyişmələr, həcv cəhli, sözlə hərbə-zorba yarışı başlayır. 

Meyxanaçı  bədahətən  şer deməkdə  səriştəli olmalı, seçilən bəhr-vəzndən qırağa 

çıxmamalıdır. Onun aktyorluq məharəti nəzmlə dediyi sözləri paralel olaraq hərəkətlə, xüsusən 

mənalı sifət ifadələri ilə tamaşaçdara çatdırmaqda özünü göstərir. 

Meyxanaçılar toylardan əlavə də xüsusi deyişmə (yarışma) mərəkələri qururlar. Meyxanada 

xüsusi qələbə və şöhrət qazanana u s t a d deyirlər. Yaxud da ki, ustad meyxanaçının adından sonra 

ehtiram əlaməti olaraq "qədeş" sözü işlədilir. 

Meyxanaların öz ritmləri olur və yardımçılar, yaxud tamaşaçılar çırtıqla ona dəstavüz 

verirlər. Bəzən nağara və  dəf ritmlərindən də istifadə olunur, ahəng tutulur. Ritm meyxanaçını 

ehtizaza gətirir, onu daxilən coşdurur, ruhən söz və oyun hərəkətlərinə kökləyir. 



Dərbədəri. Meydan oyunçularının adlarından biridir. İran Azərbaycanı üçün daha xarakterik 

olan xalq mərasimlərinin aparıcılarına deyilib. Dərbədər sözü farsca qapı-qapı gəzən mənasını verir 

və eyni zamanda avara, sərgərdan, sərsəri anlamları var. 

Dərbədəri gəzəyən həyat keçirib, tək ifaçı kimi fəaliyyət göstərib. O, öz tamaşalarını küçə və 

meydanlarda, camaat yığnağının gur yerində göstərib. Repertuarı  yığcam qaravəllilərdən, məzəli 

lətifələrdən, açıq-saçıq məişət məsxərələrindən, şəbədə və hədyanlardan ibarət olub. 



Əncümansaz. Fars dilində "məclis düzəldən, mərəkə təşkil edən" mənaları var. Dərvişliyin 

geniş yayıldığı dövrlərdə onlar, sazəndələr və naqqallar bir toplumda həmoyunçu olub məclis 

keçirirdilər. Daha çox Novruz bayramının çərşənbə axşamlarında onların birgə keçirdikləri kütləvi 

oyunlar əncüman adlanırdı. 

Əncümanın ifaçılarını bir-birindən ayırmadan  əncümansaz deyə çağırardılar.  Əncümansaz 

üçün rəqqaslıq, oyunbazlıq, şövqlə oxumaq, qaravəlli söyləmək, şəbədə çıxarınaq vacib yaradıcılıq 

qabiliyyəti sayılıb.  

Şaman (Şamançı). Azərbaycanda  İslamın təşəkkülündən min-min il əvvəl mövcud olmuş 

şaman oyunçusuna verilən addır. 

Aşıq və ozan sənətinin qədim sələfi sayılan  əsatiri  şaman oyunlarının ifaçıları  həm 

cadugərlik edər, müxtəlif mistik dualar oxuyar, həm də  şeir qoşar, nağıl söyləyərdilər.  Şamanlar 




musiqi alətində çala-çala ən müxtəlif rollara girə, tamaşaçını heyrətdə, maraqda, təəccübdə saxlaya 

bilirdilər. 

Şaman bir əlində qaval, o biri əlində "qam" adlı  əsa tuturdı. Onlar bəlağətlə danışmağı 

bacarır, oxumaq ilə oyunu (həmçinin ritmık rəqsləri, mürəkkəb plastik hərəkətləri) ahəngdar 

vəhdətdə məharətlə birləşdirirdilər. 

Qam. Şamançıların əllərində tutduqları əsaya görə sonralar onlara qam deyilib. Yaradıcılıq 

estetikasının xarakteri baxımından şam və qaman eyni anlamdadır. 

  

 



MEYDAN TAMAŞALARININ 

HAZIRLANMASI VƏ GÖSTƏRİLMƏ MƏKANI 

 

Oyun-tamaşa rejissurası 



 

Əksər xalq oyunlarını  əvvəlcədən hazırlayan, yaxud oynanılan gün ona rəhbərlik edən, 

tamaşanın bütün prosesinə başbilənlik göstərən  əsas oyunçu (canbaz) və başçı olub. Onların 

fəaliyyəti müəyyən mənada çağdaş teatr sənətinin rejissorluq peşəsinin funksiyasını xatırladır. 

Ümumilikdə dəstəbaşı adlandırılan tamaşa təşkilatçısı rolların bölünMəsmə, hovuz üstündə, 

kənd içində, zəmi kənarında, xırmanda, bazar başında, karvansaray meydançasında... səhnələrin 

qurulub, xovsuz xalçalarla, qurama pərdələrlə  tərtib edilMəsmə, çalğıçıların yerbəyer olmasma 

başçılıq və nəzarət edirdi. 

Dəstəbaşı oyunçuların geyim işinə, kömürlə, unla, tabaşirlə qrimlənMəsmə də nəzarət edir, 

əksər hallarda icraçı olur və bütün bunlara cavabdehlik daşıyırdı. O, müəyyən mənada səhnə tərtibatı 

verən rəssamın,  əsərə musiqi bəzəyi vuran musiqiçinin funksiyasını, bugünkü rejissura tələbləri 

baxımından primitiv səviyyədə olsa da, həyata keçirirdi. 

Dəstəbaşı, həmçinin qaravəllilərdə, məzhəkələrdə, məsxərələrdə, bir sözlə, hər hansı oyun-

tamaşada mətni  əzbər bildiyi üçün dilmanc-suflyorluq edirdi. Səhnə ilə tamaşaçılar arasında canlı 

ünsiyyət yaradan meydanbəyi idi. 

Yeri gələndə  dəstəbaşı oyun başlanmazdan  əvvəl tamaşadakı hadisə  və obrazlar, münaqişə 

və mübarizələr, obrazlar və tiplər barədə seyrçilərə  qısa, dəyərli məlumatlar verirdi. Tamaşadan 

sonra isə göstərilən oyunda qaranlıq qalan mətləbləri onlar üçün aydınlaşdırırdı. 

Bəzi oyunlarda rejissorun (dəstəbaşının) köməkçiləri olurdu. Həmin köməkçilərin hərəsinin 

öz funksiyası vardı. Məsələn,  əlbəsədar  çağırılan oyunçu dəstə tutub, məkan-məkan tamaşa 

göstərənlərin geyimlərinə  nəzarət edirdi. O, tamaşadan  əvvəl hər oyunçunun libasını ayırıb özünə 

verir, oyun qurtarandan sonra onları ifcincə  yığıb, yüngül həsir sandığa və ya xovsuz xalça 

üslubunda toxunmuş kisəyə qoyurdu. 

Dəstəbaşıya bədii və texniki işlərdə yardımçı durana, çağdaş anlamda rejissor assistentinə 



lotubeçə deyilirdi. 

Rejissor anlamının oynanılan tamaşaların xarakterinə  və  məkan-bölgənin ləhcə deyiminə 

uyğun adları da olub. Bunlardan daha geniş miqyasda işlənəni, dilağızda daha çox dolaşanı, 

mahiyyətcə daha dərini, mənaca daha tutumlusu aşağıdakılardır. 



Aynaz. Göstərmə xarakterinə görə ayna (güzgü) sözü ilə bağlıdır. Azərbaycanın şimal-qərb 

şəhər və kəndlərində tamaşalara rəhbərlik edənlər bu adla çağırılıblar. Onlar həm də əsas oyunçular 

sayılıblar. 

Qızılqaz. Dilimizdə öndəri seçmək, onun böyüklüyünü mübaliğə ilə  nəzərə çatdırmaq, 

deyimin təsir gücünü məcazi mənada artırmaq üçün işlənən ifadədır. Meydan teatrı estetikasında 

oyun-tamaşanı hasilə  gətirib tamaşaçılara təqdim edən başçıdır. Qızılqaz söz-deyimi daha çox 

məmləkətimizin qərb bölgələri üçün xarakterikdir. 



Yarənbaz. Fars mənşəli "yar" (dost, aşna, yardımçı...) və  "ənbaz" (ortaq, şərik) sözlərinin 

birləşməsindən yaranıb. Cənubi Azərbaycanın Təbriz,  Ərdəbil, Qəzvin, Makul, Xoy, Urmu 

mahallarında daha çox işlənib. "Həmsənət", "yöndaş" (tərəf-müqabil) mənalarını da ifadə edib. 

Lakin ilk növbədə müxtəlif xarakterli və müxtəlif məzmun-formalı oyunlara başçılıq edənlərin 

çağırıldıqları addır. 

Yürən. Meydanlarda, karvansaraylarda, bazar içində  məzhəkəli oyun çıxaranların 

öncüllərinə y ü r ə n deyilib. Mənşəcə kökü daha qədim zamanlara gedib çıxır. 



Kəhya. Həm idarə edən, həm də saman (farsca kah sözündəndir) anlamlarını daşıyır. Bəzən 

yağışdan sonraki palçiqlı meydançalarda tamaşaların rahat oynanılması üçün yerə saman tökürdülər. 

İdarə edən ifadəsi isə funksiya baxımından həmin flkri ehtiva edir. 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə