Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli 842 nömrəli əmri ilə təsdiq



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə14/60
tarix02.01.2018
ölçüsü0,71 Mb.
#19553
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   60

31
30
Planaalma iki üsulla aparılır. Havadan planaalma orbital stansiyalar, kos-
mik  peyklər,  təyyarə  və  helikopterlərdən  çəkilmiş  şəkillər  əsasında  yerinə 
yetirilir. Bu üsuldan geniş ərazilərin, əlçatmaz obyektlərin planının çəkilmə-
sində istifadə edilir. 
 Yerüstü planaalma yer səthində aparılan ölçmə işləri ilə həyata keçirilir. 
Yerüstü planaalma mürəkkəb alətlərlə aparıldıqda dəqiq, sadə alətlərlə aparıl-
dıqda isə gözəyarı planaalma adlanır. 
Gözəyarı planaalma iki üsulla yerinə yetirilə bilər. Ətrafdakı obyektlərin 
aydın göründüyü kiçik və açıq ərazilərdə planaalma qütb üsulu ilə ( ) həyata 
keçirilir. Bunun üçün ərazidə qütb nöqtəsi  seçilir. Ətrafdakı obyektlər həmin 
nöqtədən planşetə köçürülür. 
a
Mətn  əsasında  məhəllin  planını  tərtib  edin: A  nöqtəsindən  şimal-şərqdə  500  m-də 
məktəb, şimal-qərbdə 600 metrdə körpü, cənub-qərbdə 800 metrdə   meşə,   cənub- 
şərqdə 400 metrdə çəmənlik yerləşir. Həmin məntəqələri miqyası 1:10000 olan planda 
qeyd edin.
__ orbital stansiyalar, təyyarələrdən çəkilən şəkillər 
əsasında yerinə yetirilir. Yer səthində aparılan ölçmə 
işləri ilə __ həyata keçirilir.  Bir nöqtədən obyekt-
lərin planşetə köçürülməsi __ ilə planaalma adlanır.                                   
__  ilə planaalma  əvvəlcədən müəyyən edilmiş 
gediş xətti üzrə aparılır. Üzərində planşet olan 
üçayaq  __ adlanır.      
Şəkillərdə verilən ərazilərin planı müvafiq olaraq hansı üsullarla alınmalıdır?
Öyrändìklärìnìzì tätbìq edìn
Nä öyrändìnìz
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
AÇAR  SÖZLÄR
Menzula
Qütb üsulu
Marşrut üsulu
Havadan planaalma
Yerüstü planaalma
Qütb nöqtəsində menzula  yerləşdirilir. Menzula üzərində yerləşdirilən xü-
susi cihaz məhəldə görünən obyektlərə qədər olan məsafələri ölçməyə imkan 
verir. Obyektlər seçilən miqyasa uyğun olaraq kiçildilir və şərti işarələrlə qeyd 
edilir. 
Yürüş və ekskursiyalarda marşrut planaalmasından istifadə ( ) olunur. Bu 
üsul daha geniş, mürəkkəb relyefə malik ərazilərin planaalınması üçün əlveriş-
lidir. Marşrut üsulu ilə planaalma zamanı menzula bir neçə nöqtədə qurulur və 
hər bir nöqtədən obyektlər plana köçürülür. 
b
a
Qütb üsulu ilə planaalma
Ağac
Məktəb
Bulaq
Bina
Marşrut üsulu ilə planaalma
b
Menzula – üzərində planşet olan üçayaq
1
1
2
2
3
3
4
4


A
B
C
D
60°
30°

30°
60°

30°
60°
90°
120°
150°
180°
30°
60°
90°
120°
150°
180°
32
ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR
1. a) Xəritədə qeyd olunan nöqtələrin coğrafi koordinatlarını təyin edin.
A)________  B)________ C)_______D_______
b) Dərəcə torundan istifadə edərək A və B nöqtələri arasında həqiqi məsafəni 
hesablayın.
c) Xəritənin miqyası 1: 250 000 000. A və C nöqtələri arasında həqiqi məsafəni 
hesablayın.
2. a) Turistlər ox ilə göstərilmiş marşrut üzrə hərəkət edirlər. Yolun hansı hissəsi daha 
çətin olacaq? Cavabınızı izah edin.
b) A, B, C nöqtələrinin mütləq hündürlüklərini  müəyyən edin.
B
A
C


33–46
YER GÜNƏŞ SİSTEMİNDƏ
11. Səma cisimləri
12. Günəş sistemi planetləri
13. Planetlərin qruplaşdırılması
14. Həyat planeti
15. Yerin Günəş ətrafında hərəkəti
16. Yerin öz oxu ətrafında hərəkəti
· Ümumiləşdirici tapşırıqlar
3
3


Bu, maraqlıdır. 
İşıq 1 saniyədə 300000 km məsafə qət edir. Bir işıq ili bir 
ildə olan saniyələrin sayını 300000 km-ə vurmaqla hesablanır. 
11. 
SƏMA CİSİMLƏRİ
35
34
· İpə bağlanmış kürənin fırlanması ilə Yer kürəsinin Günəş ətrafında hərəkəti 
   arasındakı oxşarlıq nədən ibarətdir?
· Nə üçün Yer Günəş ətrafında fırlanır?
Yada salın. 
Yada salın. 
Günəş sistemi Günəş, planetlər (Merkuri, Venera, Yer, Mars, Yupiter, 
Saturn, Uran, Neptun), peyklər, asteroid, komet və meteorlardan təşkil olunmuşdur. 
Günəşin öz sistemindəki səma cisimlərinə təsirini müəyyən edin.
1. Cəzb edir
Müzakirə edək: Hansı planetlər Günəşdən daha çox işıq və istilik alır?
Fäaliyyät
Fäaliyyät
Bütün səma cisimləri bir-biri ilə qarşılıqlı əlaqədədir. Ümumdünya cazibə qüvvə-
sinin təsiri nəticəsində səma cisimləri nizamlı şəkildə kainatda dövrə vurur. Kainat və 
ya kosmos sonsuz sayda qalaktikalardan təşkil olunmuşdur. Hər bir qalaktikada mil-
yardlarla səma cismi vardır. Onlar özündən işıq və istilik saçan ulduzlardan və bu işığı 
əks  etdirən  digər  obyektlərdən  ibarətdir.  Ulduzlar  ölçü  və  parlaqlığına  görə  bir-
birindən  fərqlənir.  Qədim  zamanlardan  ulduzlar  bürclər  şəklində  də  qruplaş-
dırılmışdır. Məsələn, Böyük Ayı, Kiçik Ayı, Oxatan, Şir və s. Kiçik Ayı bürcünün ən 
parlaq ulduzu daima Şimal qütbü üzərində müşahidə edilən Qütb ulduzudur (Polaris). 
Yerdən Qütb ulduzuna qədər olan məsafə 45 işıq ilidir. Günəş və planetlər illik hərəkət 
yolunda 12 bürcdən keçirlər.
AÇAR  SÖZLÄR
Qütb ulduzu
Bürc
Ulduzlar 
Orbit xətti
Nä öyrändìnìz
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì tätbìq edìn
Səma cisimlərinin düzülüşünü müəyyən edin.
Günəş sistemi
Ay
Yer 
Qalaktika
Kainat
4
5
3
2
1
Səma  cisimləri  nizamlanmış  __  üzrə  hərəkət  edir.  __   
özündən işıq və istilik saçan səma cisimləridir.  Yer kürəsinin 
şimal qütbü üzərində duran __ Kiçik  Ayı bürcünün ən parlaq 
ulduzudur. İnsanlar bir-birinə yaxın yerləşən ulduzları hən-
dəsi fiqur və heyvanlara bənzədərək __ adlandırmışlar.
Səhv  fikirləri doğruya çevirin:
1. Günəş işığı əks etdirir.
2. Yer Ayın cazibəsindədir.
3. Yer Ayın, Ay isə Günəşin cazibəsindədir.
4. Ay işıq saçır.
5. Günəş Yerdən ən uzaqda yerləşən ulduzdur.
6. Ulduzları ayrılıqda bürc adlandırırlar.
Därsdän sonra
Ailə üzvlərinizin doğum tarixinə əsasən onların hansı bürcdən olduğunu müəyyən-
ləşdirin.
Planetlərin Günəş ətrafında hərəkət yolu orbit xətti adlanır. Onların orbit xətləri 
ellips  şəklindədir.  Günəş  sistemi  də  müəyyən  orbit  üzrə  Süd  Yolu  qalaktikasında 
hərəkət edir. 
Günəşin güclü cazibə qüvvəsinin təsiri nəticəsində 8 planet, onlarla peyk, minlərlə 
asteroid, komet və meteorit onun  ətrafında dövrə vurur.  


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə