Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli 842 nömrəli əmri ilə təsdiq



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə8/60
tarix02.01.2018
ölçüsü0,71 Mb.
#19553
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   60

18
ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR
1. Aşağıdakı ifadələrdən hansı doğrudur?
a) İlk coğrafi biliklər tacirlərin, dəniz səyyahlarının  və qədim 
sərkərdələrin səyahətləri nəticəsində əldə olunurdu
b) Coğrafi biliklərin toplanması yeni coğrafi kəşflərin edilməsinə imkan 
yaradır.
A) yalnız 1-ci cavab
B) yalnız 2-ci cavab
C) hər ikisi doğrudur
D) hər ikisi səhvdir
2.  “XV–XVII əsrləri Böyük coğrafi kəşflər dövrü adlandırırlar”. Bu fikrin doğru 
olduğunu təsdiq edən səyyahların ən azı ikisinin kəşflərini yazın.
1) _______________________________________________
2) _______________________________________________
3. Xəritədən istifadə edərək, məşhur səyyahların şərəfinə adlandırılmış ən azı üç 
coğrafi obyektin adını yazın.
1) _______________________________________________
2) _______________________________________________
3) _______________________________________________
4. “Magellanın birinci dünya səyahətindən sonrakı bütün dünya səyahətləri böyük 
elmi əhəmiyyətə malik deyildi” fikri ilə razısınızmı? Fikirlərinizi əsaslandırın.
__________________________________________________________________
__________________________________________________________________
__________________________________________________________________
5.Coğrafi məlumatlar əldə etmək üçün dərslikdən başqa hansı coğrafi bilik mənbə-
lərinə müraciət edə bilərsiniz?
__________________________________________________________________


19–32
YER KÜRƏSİNİN 
KARTOQRAFİK TƏSVİRİ
6. Coğrafi koordinatlar
7. Praktik dərs. Xəritədə nöqtələrin coğrafi 
mövqeyinin təyin edilməsi
8. Miqyas 
9. Relyefin təsviri
10. Planaalma və onun növləri
· Ümumiləşdirici tapşırıqlar
2
2


6. 
COĞRAFİ KOORDİNATLAR
21
20
8 mart 2014-cü ildə Malayziyadan Çinə uçan təyyarə radarlardan yox oldu. Təyyarədə 
239  sərnişin  vardı.  Malayziyanın  nəqliyyat  naziri  təyyarənin  düşdüyü  yerin  dəqiq 
məlum olmadığını bildirdi. 
· Fikrinizcə, təyyarənin axtarışı üçün xilasedicilərə nə kömək edə bilər? 
1. Bu məntəqələrin mövqelərində fərqli və ümumi cəhətlər nədən ibarətdir?
2. Cədvəli dəftərinizə çəkin. Fiziki xəritədən istifadə edərək, cədvəli tamamlayın.
Yada  salın. 
Yada  salın. 
Xəritə  və  qlobuslarda  coğrafi  qütbləri  birləşdirən  yarımçevrələr 
meridian, ekvatora paralel çəkilmiş çevrələr paralellər adlanır. 
Qlobus və xəritə üzərində 
kəsişərək əmələ gətirdiyi 
şəbəkəyə dərəcə toru deyilir. 
van”ı,  yəni  coğrafi  mövqeyi  müəyyən  edilir.  Paralel  və  meridianlar  dərəcə 
torunun əsas elementləridir. 
Onların  əsasında  məntəqələrin  coğrafi  koordinatları  –  coğrafi  enliyi  və 
coğrafi uzunluğu  müəyyən edilir. 
meridian və paralellərin 
Dərəcə toru əsasında məntəqələrin dəqiq “ün-
Müzakirə edək: Coğrafi obyektlərin daha dəqiq mövqeyini necə müəyyən etmək olar? 
Məntəqələr
Nyu-York
şimal, qərb
şimal
qərb
Moskva
Sidney
Braziliya
Yerləşdiyi 
yarımkürələr 
Qrinviç meridianına görə mövqeyi
Ekvatora görə mövqeyi
Coğrafi mövqeyi
Fäaliyyät
Fäaliyyät
Verilmiş məntə-
qələr müxtəlif 
yarımkürələrdə 
yerləşir. Onların 
mövqeyi 
ekvator və 
Qrinviç 
meridianına 
əsasən müəyyən 
edilir. 
Sidney
Braziliya
Coğrafi enlik ekvatorla verilən məntə-
qədən keçən paralel çevrəsi arasında 
qalan meridian qövsünün dərəcələrlə 
uzunluğudur. Coğrafi enlik məntəqənin 
ekvatordan neçə dərəcə şimalda və 
yaxud da cənubda yerləşdiyini bildirir. 
Onun dərəcə qiyməti 0-90° arasında 
dəyişir.  Ekvatordan şimalda yerləşən 
məntəqələrin coğrafi enliyi şimal enliyi 
(şm.e.), cənubda yerləşən məntəqələrin 
enliyi isə cənub enliyi (c.e.) adlanır. 
Coğrafi koordinatlar
Bakı 50° ş.u.-da 
Moskva 38° ş.u.-da yerləşir. 
yerləşir. 
Bakı 40° şm.e.-də yerləşir. 
Moskva 56° şm.e.-də yerləşir.
Ekvatorun coğrafi enliyi 0°-dir.
10°  20°  30°  40°  50° 60°
90°
80°
70°
10° 
Moskva
Moskva
Bakı
Bakı
Şimal qütbü
Qrinviç
meridianı
Meridianlar
Qərb
uzunluğu
Şərq 
uzunluğu
0° 
20° 
30° 
40° 
50°
100°
110°
120°
Moskva
0° 
10° 
20° 
30° 
40° 
50° 
60° 
70°  80° 
10° 
20° 
30° 
40° 
50° 
60° 
70° 
80°  90° 
Bakı
Şimal qütbü
Ekvator
90° 
Cənub 
enliyi
Şimal 
enliyi
Paralellər
Coğrafi uzunluq – Qrinviç meridianı 
ilə verilən məntəqədən keçən meri-
dian arasında qalan paralel qövsünün 
dərəcələrlə uzunluğudur. Dərəcə ilə 
qiyməti 0 – 180° arasında dəyişir. 
Verilən məntəqə Qrinviç meridianın-
dan qərbdə yerləşirsə, onun coğrafi 
uzunluğu qərb uzunluğu (q.u.), şərqdə 
yerləşirsə, şərq uzunluğu (ş.u.) 
adlanır.
Qərb yarımkürəsi 
Şərq yarımkürəsi 
Moskva
Nyu-York
Xəritə və qlobusda nöqtələrin coğrafi mövqeyini təyin etmək üçün dərəcə torundan 
istifadə  edilir.  Coğrafi  enliyi  təyin  etmək  üçün  verilən  məntəqədən  keçən  paraleli   
müəyyən  etmək  lazımdır. Adətən  paralellər  10°-dən  bir  çəkilir  və  xəritənin  kənarında 
onların dərəcələri yazılır. Bu halda məntəqənin dəqiq enliyini təyin etmək üçün xəritənin 
kənarındakı  çərçivədə  verilən  dərəcələrdən  istifadə  etmək  lazımdır.  Bəzən  məntəqə 
 
xəritədə  göstərilən  paralellərin  üzərinə  düşmür.  Məsələn,  Moskva  50°  və  60° şimal 
paralelləri   arasında yerləşir. Bu paralellər arasındakı məsafə 5 bərabər hissəyə bölünüb. 
 
Hər bölgünün 2°-yə bərabər olduğunu nəzərə alaraq, Moskva şəhərinin 56° şm.e.-də yer-
ləşdiyini müəyyən edə bilərik. Coğrafi uzunluğun təyin edilməsi də eyni üsulla, meri-
dianlar arasındakı dərəcələrdən istifadə etməklə yerinə yetirilir. 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə