90
beynəlxalq təşkilatları təmsil edən birinci şəxslərin iş-
tirak etdiyi bu mötəbər tədbirdə Azərbaycan haqqında
həqiqətlərdən geniş bəhs edilməsi, ölkəmizin regionda və
Asiyadakı proseslərdə iştirakına və təhlükəsizliyin təmi-
natına dair tədbirlərdəki rolundan bəhs edilməsi dünya
dövlətlərinin ölkəmizə marağının və diqqətinin artması
baxımından əhəmiyyətlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Çində keçirdiyi görüşlərdə enerji, yüksək texnologiyalar,
ticarət dövriyyəsi, humanitar sahələrdə ikitərəfli münasi-
bətlər kimi məsələlər də müzakirə olunmuşdur. Öz növ-
bəsində Çin tərəfi də Azərbaycanın ədalətli mövqeyini
dəstəklədiyini bir daha bəyan etmişdir.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə
Müşavirənin 4-cü Zirvə Toplantısı mayın 20-də Şanxayda
öz işinə başlamışdır. Sammitdə əsas müzakirə mövzusu
regionda və dünyada beynəlxalq təhlükəsizlik məsələlə-
ri idi. Sammitdə Ermənistanın təcavüzü nəticəsində ya-
radılmış Dağlıq Qarabağ münaqişəsindən, erməni terro-
rundan bəhs edən Prezident İlham Əliyev Azərbaycanın
enerji sektoru sahəsindəki rolundan da geniş danışmışdır.
Prezident nitqində Azərbaycanın tarixi İpək Yolunun bər-
pasında oynadığı roldan, həmin beynəlxalq marşrutun
bir hissəsi olacaq Ələt limanından danışaraq, Bakı-Tbili-
si-Qars dəmir yolunun istifadəyə veriləcəyini ayrıca qeyd
etmişdir.
1
Zirvə toplantısının yekununda qəbul edilmiş bəyan-
namənin bəzi müddəaları Azərbaycan üçün mühüm əhə-
miyyət kəsb edir. Bu müddəalar bəyannamənin müəyyən
1
Rasim Musabəyov, Uzaq Şərq yaxın olur // Region plus, 2014; http://regionplus.az/az/
articles/view/2337, (27.05.2014).
91
olunmuş altı bəndində öz əksini tapmışdır. Bunlardan
1.3-cü bənd sülh və sabitliyin qorunması üçün heç bir
dövlət və ya dövlətlər qrupunun müstəsna məsuliyyəti-
nin olmaması; 1.4-cü bənd istənilən dövlətlərin bir-birinin
suverenliyi, müstəqilliyi, ərazi bütövlüyünün, sərhədləri-
nin toxunulmazlığına hörmət, münaqişələri sülh yolu ilə
həll etmə, daxili işlərə müdaxilə etməmək, iqtisadi, sosi-
al, mədəni və humanitar xarakterli beynəlxalq problem-
lərin həllində beynəlxalq səviyyədə əməkdaşlıq və sair
kimi öhdəlikləri əhatə edir. Bəyannamədəki 2.4-cü bənd
dövlətlərin separatçılarla istənilən münasibətinin yaradıl-
maması; 2.6-cı bənd inkişaf etməkdə olan ölkələrin enerji
təhlükəsizliyinin gücləndirilməsi öhdəliyi; 2.7-ci bənd re-
gional və beynəlxalq nəqliyyat və tranzit əməkdaşlığının
sürətləndirilməsi məsələsini və nəhayət, 3.5-ci bənd Ermə-
nistan və Azərbaycan arasında münaqişənin beynəlxalq
hüququn prinsipləri və normaları əsasında sülh yolu ilə
həllinə dəstək verilməsi ilə bağlı məsələləri və öhdəlikləri
nəzərdə tutur.
1
Beləliklə, əsası Ulu öndər Heydər Əliyev
tərəfindən qoyulan və hazırda da Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilən Azərbaycan Respub-
likasının xarici siyasət kursu öz bəhrəsini verməkdədir.
Azərbaycan Respublikası bu gün regional iqtisadi inkişa-
fın aparıcı qüvvəsidir. Ölkəmiz Xəzər hövzəsinin enerji
ehtiyatlarının dünya bazarlarına çıxarılmasında mühüm
rol oynayır. Bir sözlə, Azərbaycan həm siyasi, həm də iq-
tisadi baxımdan Cənubi Qafqaz regionunun lideridir. Çin
Xalq Respublikası da bu sahədə Azərbaycanın ən mühüm
1
“Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə Müşavirənin
dördüncü Zirvə Toplantısında Bəyannamə qəbul olunmuşdur. “Azərbaycan”
qəz., 2014-cü il, 22 may
92
və ən əsası isə etibarlı tərəfdaşlarındandır. Xarici siyasət-
də ÇXR kimi dünya siyasətində həlledici sözə malik olan
faydalı və etibarlı tərəfdaşın əldə edilməsi isə böyük tarixi
nailiyyətdir.
İki ölkə arasındakı münasibətlərin inkişafında di-
gər istiqamətlər də inkişaf etməkdədir. Həmin formala-
rın içərisində parlamentlər arasında əməkdaşlıq xüsusi
yer tutur. Parlament nümayəndə heyətlərinin görüşlə-
ri tərəflərə geniş müzakirələrin aparılması və qarşılıqlı
anlaşma baxımından böyük fayda verir. Ümumçin Xalq
Nümayəndələri Yığıncağında və Azərbaycan Milli Məc-
lisində fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı
olaraq səfərlər həyata keçirmələri, danışıqlar aparmaları,
təcrübə mübadiləsi əldə etmələri tərəflərin əməkdaşlığı-
nın əhəmiyyətli səhifələrinə çevrilmişdir. Parlamentləra-
rası Azərbaycan-Çin əlaqələrinin daim inkişaf edən bir is-
tiqaməti olaraq hər iki ölkə üçün əhəmiyyətli siyasi baxış-
ların formalaşmasına uğurla xidmət edir.
Bundan başqa, ölkəmizin siyasi həyatında əhəmiyyət-
li mövqeyə malik olan Yeni Azərbaycan Partiyası ilə Çin
Xalq Respublikasının iqtidar partiyası arasında əmək-
daşlıq memorandumunun izmalanması da dövlətlərarası
siyasi dialoqun daha da genişləndirilməsinə şərait yarat-
mışdır. Siyasi partiyaların nümayəndə heyətlərinin Azər-
baycanda və Çində keçirdikləri görüşlər, müzakirə etdik-
ləri məsələlər əməkdaşlığın mühüm forması kimi hər iki
ölkədə razılıqla qarşılanmışdır.
Siyasi münasibətlərlə yanaşı Azərbaycan-Çin münasi-
bətlərinin iqtisadi təməlləri də möhkəmdir. İki ölkə ara-
sında ticarət-iqtisadi əməkdaşlıq da yüksələn xətlə inkişaf
93
edir. Həmin inkişafın real nəticələri bu sahədə əldə edil-
miş böyük uğurların miqyasını açıq şəkildə təsəvvür et-
məyə imkan verir. Belə bir fakt diqqəti cəlb edir ki, 2004-
2012-ci illər ərzində Azərbaycanda Çin kapitalına əsasla-
nan 50-dən çox şirkət qeydiyyatdan keçmişdir.
Çin şirkətləri Azərbaycanın əsasən neft və təbii qaz
(K&K (Qarabağlı və Kürsəngi), Pirsaat, Qobustan yataq-
ları), elektrik enerjisi, alüminium sənayesi, sement və di-
gər tikinti materialları istehsalı sənayesi, kommunikasiya,
infrastruktur layihələrinə, maşınqayırmaya və s. sərmayə
qoymuşdur. Çində isə Azərbaycan kapitalı ilə 16 şirkət
qeydiyyatdadır. Onların ölkə iqtisadiyyatına yönəltdiklə-
ri investisiyaların həcmi təxminən 5 milyon dollar təşkil
edir.
1995-ci ildən ötən müddət ərzində iki ölkə arasında iq-
tisadi əməkdaşlıq sonralar daha da genişlənmiş və yeni
formalar tətbiq edilmişdir. 1995-2011-ci illərdə Çin şirkət-
ləri Azərbaycanın qeyri-neft sektoruna 102,5 mln. ABŞ
dolları, neft-qaz sektoruna isə 598 mln. dollar məbləğində
investisiya qoymuşdur. Azərbaycanda dövlət sifarişinə
əsasən Çin şirkətlərinin iştirakı ilə reallaşdırılan layihələ-
rin dəyəri isə 417 mln. avro təşkil edir.
1
2013-cü ildə iki
ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 654,97
milyon dollar həcmində olmuşdur. Ümumiyyətlə, Azər-
baycan və Çin arasında indiyədək ticarət-iqtisadi sahədə
əməkdaşlığa dair iyirmi sənəd imzalanmışdır.
İki ölkənin ticarət-iqtisadi əməkdaşlığının genişlənmə-
sində Hökumətlərarası Komissiyanın da rolu böyükdür.
1
Azərbaycan və Çin iqtisadi əlaqələri genişləndirmək niyyətindədirlər. “İn-
terfaks-Azərbaycan” informasiya agentliyi, 14.06.2014- http://interfax.az/
print/544489/az.
Dostları ilə paylaş: |