Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə25/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   78

90
beynəlxalq  təşkilatları  təmsil  edən  birinci  şəxslərin  iş-
tirak  etdiyi  bu  mötəbər  tədbirdə  Azərbaycan  haqqında 
həqiqətlərdən geniş bəhs edilməsi, ölkəmizin regionda və 
Asiyadakı proseslərdə iştirakına və təhlükəsizliyin təmi-
natına dair tədbirlərdəki rolundan bəhs edilməsi dünya 
dövlətlərinin  ölkəmizə  marağının  və  diqqətinin  artması 
baxımından əhəmiyyətlidir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 
Çində keçirdiyi görüşlərdə enerji, yüksək texnologiyalar, 
ticarət dövriyyəsi, humanitar sahələrdə ikitərəfli münasi-
bətlər kimi məsələlər də müzakirə olunmuşdur. Öz növ-
bəsində  Çin  tərəfi  də  Azərbaycanın  ədalətli  mövqeyini 
dəstəklədiyini bir daha bəyan etmişdir. 
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə 
Müşavirənin 4-cü Zirvə Toplantısı mayın 20-də Şanxayda 
öz işinə başlamışdır. Sammitdə əsas müzakirə mövzusu 
regionda və dünyada beynəlxalq təhlükəsizlik məsələlə-
ri  idi.  Sammitdə  Ermənistanın  təcavüzü  nəticəsində  ya-
radılmış Dağlıq Qarabağ münaqişəsindən, erməni terro-
rundan bəhs edən Prezident İlham Əliyev Azərbaycanın 
enerji sektoru sahəsindəki rolundan da geniş danışmışdır. 
Prezident nitqində Azərbaycanın tarixi İpək Yolunun bər-
pasında  oynadığı  roldan,  həmin  beynəlxalq  marşrutun 
bir hissəsi olacaq Ələt limanından danışaraq, Bakı-Tbili-
si-Qars dəmir yolunun istifadəyə veriləcəyini ayrıca qeyd 
etmişdir.
1
 
Zirvə  toplantısının  yekununda  qəbul  edilmiş  bəyan-
namənin bəzi müddəaları Azərbaycan üçün mühüm əhə-
miyyət kəsb edir. Bu müddəalar bəyannamənin müəyyən 

Rasim Musabəyov, Uzaq Şərq yaxın olur // Region plus, 2014; http://regionplus.az/az/
articles/view/2337, (27.05.2014). 


91
olunmuş  altı  bəndində  öz  əksini  tapmışdır.  Bunlardan 
1.3-cü  bənd  sülh  və  sabitliyin  qorunması  üçün  heç  bir 
dövlət və ya dövlətlər qrupunun müstəsna məsuliyyəti-
nin olmaması; 1.4-cü bənd istənilən dövlətlərin bir-birinin 
suverenliyi, müstəqilliyi, ərazi bütövlüyünün, sərhədləri-
nin toxunulmazlığına hörmət, münaqişələri sülh yolu ilə 
həll etmə, daxili işlərə müdaxilə etməmək, iqtisadi, sosi-
al, mədəni və humanitar xarakterli beynəlxalq problem-
lərin  həllində  beynəlxalq  səviyyədə  əməkdaşlıq  və  sair 
kimi öhdəlikləri əhatə edir. Bəyannamədəki 2.4-cü bənd 
dövlətlərin separatçılarla istənilən münasibətinin yaradıl-
maması; 2.6-cı bənd inkişaf etməkdə olan ölkələrin enerji 
təhlükəsizliyinin gücləndirilməsi öhdəliyi; 2.7-ci bənd re-
gional və beynəlxalq nəqliyyat və tranzit əməkdaşlığının 
sürətləndirilməsi məsələsini və nəhayət, 3.5-ci bənd Ermə-
nistan və Azərbaycan arasında münaqişənin beynəlxalq 
hüququn prinsipləri və normaları əsasında sülh yolu ilə 
həllinə dəstək verilməsi ilə bağlı məsələləri və öhdəlikləri 
nəzərdə tutur.
1
 Beləliklə, əsası Ulu öndər Heydər Əliyev 
tərəfindən qoyulan və hazırda da Prezident İlham Əliyev 
tərəfindən  uğurla  davam  etdirilən Azərbaycan  Respub-
likasının  xarici  siyasət  kursu  öz  bəhrəsini  verməkdədir. 
Azərbaycan Respublikası bu gün regional iqtisadi inkişa-
fın  aparıcı  qüvvəsidir.  Ölkəmiz  Xəzər  hövzəsinin  enerji 
ehtiyatlarının dünya bazarlarına çıxarılmasında mühüm 
rol oynayır. Bir sözlə, Azərbaycan həm siyasi, həm də iq-
tisadi baxımdan Cənubi Qafqaz regionunun lideridir. Çin 
Xalq Respublikası da bu sahədə Azərbaycanın ən mühüm 
1
 “Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə Müşavirənin 
dördüncü  Zirvə  Toplantısında  Bəyannamə  qəbul  olunmuşdur.  “Azərbaycan” 
qəz., 2014-cü il, 22 may


92
və ən əsası isə etibarlı tərəfdaşlarındandır. Xarici siyasət-
də ÇXR kimi dünya siyasətində həlledici sözə malik olan 
faydalı və etibarlı tərəfdaşın əldə edilməsi isə böyük tarixi 
nailiyyətdir. 
İki  ölkə  arasındakı  münasibətlərin  inkişafında  di-
gər istiqamətlər də inkişaf etməkdədir. Həmin formala-
rın  içərisində  parlamentlər  arasında  əməkdaşlıq  xüsusi 
yer  tutur.  Parlament  nümayəndə  heyətlərinin  görüşlə-
ri  tərəflərə  geniş  müzakirələrin  aparılması  və  qarşılıqlı 
anlaşma baxımından böyük fayda verir. Ümumçin Xalq 
Nümayəndələri Yığıncağında və Azərbaycan Milli Məc-
lisində  fəaliyyət  göstərən  dostluq  qruplarının  qarşılıqlı 
olaraq səfərlər həyata keçirmələri, danışıqlar aparmaları, 
təcrübə mübadiləsi əldə etmələri tərəflərin əməkdaşlığı-
nın əhəmiyyətli səhifələrinə çevrilmişdir. Parlamentləra-
rası Azərbaycan-Çin əlaqələrinin daim inkişaf edən bir is-
tiqaməti olaraq hər iki ölkə üçün əhəmiyyətli siyasi baxış-
ların formalaşmasına uğurla xidmət edir.
Bundan başqa, ölkəmizin siyasi həyatında əhəmiyyət-
li mövqeyə malik olan Yeni Azərbaycan Partiyası ilə Çin 
Xalq  Respublikasının  iqtidar  partiyası  arasında  əmək-
daşlıq memorandumunun izmalanması da dövlətlərarası 
siyasi dialoqun daha da genişləndirilməsinə şərait yarat-
mışdır. Siyasi partiyaların nümayəndə heyətlərinin Azər-
baycanda və Çində keçirdikləri görüşlər, müzakirə etdik-
ləri məsələlər əməkdaşlığın mühüm forması kimi hər iki 
ölkədə razılıqla qarşılanmışdır. 
Siyasi münasibətlərlə yanaşı Azərbaycan-Çin münasi-
bətlərinin iqtisadi təməlləri də möhkəmdir. İki ölkə ara-
sında ticarət-iqtisadi əməkdaşlıq da yüksələn xətlə inkişaf 


93
edir. Həmin inkişafın real nəticələri bu sahədə əldə edil-
miş böyük uğurların miqyasını açıq şəkildə təsəvvür et-
məyə imkan verir. Belə bir fakt diqqəti cəlb edir ki, 2004-
2012-ci illər ərzində Azərbaycanda Çin kapitalına əsasla-
nan 50-dən çox şirkət qeydiyyatdan keçmişdir.
Çin  şirkətləri  Azərbaycanın  əsasən  neft  və  təbii  qaz 
(K&K (Qarabağlı və Kürsəngi), Pirsaat, Qobustan yataq-
ları), elektrik enerjisi, alüminium sənayesi, sement və di-
gər tikinti materialları istehsalı sənayesi, kommunikasiya, 
infrastruktur layihələrinə, maşınqayırmaya və s. sərmayə 
qoymuşdur.  Çində  isə  Azərbaycan  kapitalı  ilə  16  şirkət 
qeydiyyatdadır. Onların ölkə iqtisadiyyatına yönəltdiklə-
ri investisiyaların həcmi təxminən 5 milyon dollar təşkil 
edir.
1995-ci ildən ötən müddət ərzində iki ölkə arasında iq-
tisadi əməkdaşlıq sonralar daha da genişlənmiş və yeni 
formalar tətbiq edilmişdir. 1995-2011-ci illərdə Çin şirkət-
ləri  Azərbaycanın  qeyri-neft  sektoruna  102,5  mln.  ABŞ 
dolları, neft-qaz sektoruna isə 598 mln. dollar məbləğində 
investisiya  qoymuşdur.  Azərbaycanda  dövlət  sifarişinə 
əsasən Çin şirkətlərinin iştirakı ilə reallaşdırılan layihələ-
rin dəyəri isə 417 mln. avro təşkil edir.
1
 2013-cü ildə iki 
ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 654,97 
milyon dollar həcmində olmuşdur. Ümumiyyətlə, Azər-
baycan və Çin arasında indiyədək ticarət-iqtisadi sahədə 
əməkdaşlığa dair iyirmi sənəd imzalanmışdır. 
İki ölkənin ticarət-iqtisadi əməkdaşlığının genişlənmə-
sində Hökumətlərarası Komissiyanın da rolu böyükdür. 

Azərbaycan  və  Çin  iqtisadi  əlaqələri  genişləndirmək  niyyətindədirlər.  “İn-
terfaks-Azərbaycan”  informasiya  agentliyi,  14.06.2014-  http://interfax.az/
print/544489/az.


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə