Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə1/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   94


 
 

 
ESMİRA  MƏMMƏDOVA 
ARZU  MİRHEYDƏROVA 
 
 
 
 
 
 
KEYFİYYƏTƏ 
NƏZARƏT 
 
Dərslik 
 
 
 
 
 
 
 
Azərbaycan  Respublikası  Təhsil 
Nazirliyinin  14.12.2016-cı  il  tarixli, 
827 saylı əmri ilə təsdiq edilmişdir. 
 
 
 
 
 
 
BAKI-2017 


 
 

 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 
Bakı Biznes Universiteti 
 
Rəyçilər:  
         i.e.d., prof. Q.S. Süleymanov 
i.e.d., prof.M.M. Fərzəliyev 
         i.f.d. dos.  E.M.Yusifov 
         i.f.d. R.H.Quliyev 
 
Elmi redaktor:  
        i.f.d., dos. R.F. Sadıqov 
 
Azərbaycan Respublikası Təhsil Nazirinin 14.12.2016-
cı il tarixli 827 saylı əmri ilə təsdiq edilmişdir. 
 
Dərslikdə əsas diqqət məhsulların keyfiyyətinə təsir edən 
amillərin aşkar edilməsinin, məhsulun keyfiyyətinə texniki nə-
zarətin tələbləri və növlərinin, məmulatların keyfiyyət səviyyə-
sinin  qiymətləndirilməsi  metodlarının,  məhsulun  keyfiyyətinə 
nəzarət  üsulları  və  mərhələlərinin,  keyfiyyətin  idarə  edilməsi 
prinsipləri  və  metodlarının  tədqiqinə  ayrılmışdır.  Dərsliyin 
strukturu  elə  tərtib  edilmişdir  ki,    burada  keyfiyyət  və  onun 
göstəriciləri  üzrə  ümumi  məlumatlardan  keyfiyyətin  iqtisadiy-
yatına, keyfiyyətin idarə edilməsi sisteminin  təhlilinə, konkret 
müəssisədə keyfiyyətə nəzarətin səmərəli metodlarının seçimi-
nə    imkan  yaranır.  Dərslik  ali  məktəblərin  bakalavr  pilləsində 
keyfiyyətə nəzarət fənninin tədrisi üçün nəzərdə tutulur.  
 
 
Məmmədova E.H., Mirheydərova A.İ. 


 
 

 
Keyfiyyətə nəzarət. Ali məktəblər üçün dərslik.            
Bakı – 2017  
 
GİRİŞ 
 
  Azərbaycanda  mövcud  olan  müəssisələrin  beynəl-
xalq bazarlara çıxması və Azərbaycan bazarının xarici fir-
maların  əmtəələri  üçün  açılması  nəticəsində  məhsulun 
keyfiyyəti problemi  yerli əmtəə istehsalçıları üçün priori-
tet problemə  çevrildi.  Dünyanin inkişaf etmiş ölkələrində 
keyfiyyətin yüksəldilməsi problemi məhsul və xidmətlərin 
rəqabət qabiliyyətliliyinin, istehsalçı və istehlakçı arasında 
yeni münasibətlərin qurulmasının, cəmiyyətin maddi tələ-
batlarının,  sosial  maraqlarının  və  mənəvi  tələbatlarının 
ödənilməsinin  təmin  olunmasında  aparıcı  yer  tutur.  Bu 
problem iqtisadi əlaqələrin dağılması, istehsalın aşağı düş-
məsi,  daxili  və  xarici  bazarlarda  mövqelərin  itirilməsi  ilə 
müşayət olunan iqtisadi böhran şəraitində xüsusi əhəmiy-
yət kəsb edir. ABŞ, Yaponiya, Almaniya, Cənubi Koreya 
və bir sıra digər ölkələrin tarixi təcrübəsi göstərir ki, key-
fiyyətin  idarə  edilməsinin  səmərəli  sistemlərinin  tətbiqi 
yolu  ilə  keyfiyyət  sahəsində  tərəqqinin  təmin  olunması 
əsas təsir vasitələrindən biridir ki, bunun da vasitəsilə hə-
min  adları  çəkilən  ölkələr  iqtisadiyyatda  böhranı  aradan 
qaldırmağa və dünya bazarında dayanıqlı mövqelər tutma-
ğa nail olmuşlar. Bu zaman məhsul və xidmətlərin keyfiy-
yətinin  təmin  olunmasında  mühüm  rol  oynayan  bütün 
kateqoriyalardan olan işçilərin fasiləsiz tədrisi, adi işçidən 
tutmuş istənilən səviyyədən olan rəhbərə qədər cəmiyyətin 
bütün  təbəqələrinin  peşəkar  hazırlığı  sisteminin  yaradıl-
ması hesabına keyfiyyət probleminin milli ideyaya çevril-
diyi,  ümumi  xarakter  daşıdığı  ölkələr  ən  böyük  nailiyyət 
qazanmışlar. 
Bazar  iqtisadiyyatı  şəraitində  müstəqil  inkişaf  edən 
Azərbaycan Respublikasının bütün sahələrində köklü iqti-
sadi islahatlar aparılır. Bu iqtisadi islahatların əsas məqsə-


 
 

 
di inkişaf etmiş dövlətlərin qabaqcıl təcrübəsindən istifadə 
etməklə  dünya  bazarının  tələblərinə  cavab  verən  yüksək 
keyfiyyətli məhsullar istehsal etməkdən ibarətdir. Belə ki, 
bazar münasibətləri şəraitində istənilən təşkilat və müəssi-
sələrdə  keyfiyyətə  nəzarətin  aktuallığı  onun  məhsul  və 
xidmətlərin keyfiyyətinin elə bir səviyyəsinin təmin olun-
masına istiqamətlənməsi ilə təyin olunur ki, istehlakçıların 
bütün tələbatlarını tam təmin etmiş olsun. Məhsul və xid-
mətlərin yüksək keyfiyyəti onların rəqabət qabiliyyətliliyi-
ni təyin edən ən əhəmiyyətli tərkib hissəsidir. İstehlakçıla-
rın tələblərinə uyğun olan stabil keyfiyyət təmin olunma-
dıqda  milli  iqtisadiyyatı  dünya  təsərrüfatına  səmərəli  in-
teqrasiya  etmək  və  orada  layiqli  yer  tutmaq  mümkün  de-
yil.  Məhsulun  keyfiyyət  səviyyəsinə  görə  bütövlükdə  is-
tehsalın inkişaf səviyyəsi və təsərrüfatın iqtisadi səmərəli-
liyi  haqqında  mühakimə  yürüdürlər.  Məhsulun  keyfiyyəti 
– dövlət miqyasında planlaşdırma və idarəetmə obyektidir. 
Keyfiyyət  probleminin  mürəkkəbliyi  onunla  əlaqədardır 
ki, burada sosial, siyasi, iqtisadi, mühəndis, texnoloji, eko-
loji, beynəlxalq və digər tərəflər mövcuddur.  
Azərbaycanın inzibati-amirlik sistemindən tam fərqli 
olan yeni bir quruluşa – bazar iqtisadiyyatına keçməsi ilə 
əlaqədar iqtisadi münasibətlərin yeni formaları təzahür et-
mişdir ki, bu da həmin münasibətlərin elmi cəhətdən təhlil 
və təsdiq edilməsini, habelə tədris prosesində öyrənilməsi-
ni tələb edir. 
Azərbaycanda  lazımi  keyfiyyətə  nail  olunmasını  tə-
min edən kadrların fasiləsiz tədrisi sisteminin təşkili məsə-
ləsinə gəldikdə isə hələlik onun ayrı-ayrı elementləri fəa-
liyyət göstərir. Son illərdə keyfiyyətin idarə olunması isti-
qamətində kadrların hazırlanmasında böyük həcmdə iş gö-
rülür. Təəssüf ki, dinləyicilərin tədrisi proqramı keyfiyyə-
tin idarə olunması üzrə mütəxəssislərin hazırlanmasına və 
ya heç olmasa, iş yerində keyfiyyətin təmin olunması üçün 
zəruri  biliklərin  əldə  olunmasına  istiqamətlənməsi  səviy-
yəsi çox aşağıdır.  


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə