Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə11/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   94

 
 
39 
 
Uzunömürlülük  məmulatın  son  həddədək  texniki 
xidmət və təmir üçün olan zəruri fasilələrlə iş qabiliyyətini 
saxlamaq xüsusiyyətidir. 
Təmirə yararlılıq məhsulun təmirə məruz qalma qa-
biliyyətidir. 
Mühafizə  məmulat və  məhsulların texniki sənədlər-
də  təyin  olunmuş  saxlanma  və  daşınma,  həmçinin  ondan 
sonrakı müddət ərzində saz və istifadəyə hazır vəziyyətdə 
qalma xüsusiyyətidir. 
Məsələn,  daşınma  göstəriciləri  məhsulun  istifadəsi 
və islehlakı ilə müşayət olunan nəqliyyat vasitəsi ilə daşın-
maya  uyğunlaşmasını  xarakterizə  edir.  Sınaq,  hesablama 
və ya ekspert metodları ilə müəyyən edilir. Məsələn, məh-
sulun  daşınmaları  zamanı,  istehlak  xüsusiyyətlərinin  saz-
lanması  onun  yararlılıq  göstəricisidir,  bu  məhsulun  ayrı-
ayrı növləri (şüşə, sement və s.) üçün təbii itgi normaların-
da əks olunmuşdur. 
 
 
 
 
 
 
 
 (2.6) 
burada,  K
d
  -  məhslun  daşınma  müddətində  göstəril-
miş  hüdudlarda  öz  başlanğıc  xüsusiyyətlərini  %-lə  saxla-
yan bir qismidir
Q
n
 - nəqliyyat vasitəsinə yüklənən məhsulun miqdarı; 
Q
b
 - yolverilən hüdudlarda keyfiyyət göstərici-lərinin 
əhəmiyyətini saxlamış boşaldılmış məhsulun miqdarı; 
3.
 
Erqonomik  göstəricilər  "insan  -  məmulat"  siste-
mini  xarakterizə  edir,  istehsalat  və  məişət  proseslərində 
aşkarlanan insan xüsusiyyətləri komplekslərini nəzərə alır-
lar.  Onlara  gigiyenik  (işıqlanma,  temperatur,  təzyiq,  nə-
mişlik),  antropometrik  (geyim,  ayaqqabı,  mebel,  idarəet-


 
 
40 
 
mə pultları) və psixofızioloji (sürət və güc imkanları, eşit-
mə-görmə imkanları və s.) xüsusiyyətləri aiddir. 
Psixofızioloji  göstəricilər  insanın  hissiyat  orqanları-
nın  müxtəlif  informasiyanın  qavranılması  və  işlənilməsi 
imkanlarını xarakterizə edir. 
4.
 
Estetik göstəricilər formanın informasiya ifadəlili-
yini,  səmərəliliyini,  kompozisiyanın  bütövlülüyü-nü,  is-
tehsal  ifasının  kamilliyini,  məhsulun  görkəminin  sabitli-
yini xarakterizə edir. 
5.
 
Texnoloji  əhəmiyyətini  təyin  edən  göstəricilər 
məhsulun  material,  vaxt  və  əmək  vasitələrinin  istehsala 
texniki hazırlığını, məhsulun hazırlanması və istismarı za-
manı çəkilən xərclərin optimal bölüşdürülməsini şərtləndi-
rən  xüsusiyyətlərini  xarakterizə  edir.  Bunlar  məmulatın 
əmək, maddi və fond tutumu, maya dəyəridir. Həm ümu-
mi  (cəmləşdirilmiş),  həm  də  struktur,  nisbi,  müqayisəli 
göstəricilər hesablanırlar. 
Nisbi  göstəricilər  -  məsələn,  materialların  istifadəsi 
əmsalı 
 
  
 
 
 
 
 
 
                 (2.7) 
burada, M
q
 - hazır məhsulda materialın miqdarı; 
M
b
  -  texnoloji  prosesə  daxil  edilmiş  materialın  miq-
darı. 
Fərdi maya dəyərinin göstərici: 
 
   
 
 
 
 
(2.8) 
burada, S
fər
 - fərdi maya dəyəri
S - məmulatın ümumi maya dəyəri
B  -  məmulatın  təyinedici  parametridir  (qüvvə,  çəki 
və s.). 


 
 
41 
 
6.
 
Standartlaşdırma və unifıkasiya göstəriciləri məh-
sulun standartlarla, unifıkasiyalaşdırılmış və orijinal hissə-
lərlə doyması, həmçinin başqa  məmulatlarla unifıka-siya-
laşdırılma səviyyəsini xarakterizə edir. 
Unifikasiyanın əsas göstəriciləri - tətbiq olunma, tək-
rarlanma,  əmsalları,  məmulat  qrupları  üçün  qarşılıqlı  uni-
fikasiyalar, orijinal detalların fərdi çəkisidir. Məhsulun bü-
tün hissələri dövlət və sahə standartları üzrə standartlaş-dı-
rılır. 
7.
 
Patent-hüquqi  göstəricilər  məmulatda  istifadə 
olunmuş texniki həllərin yeniləşmə dərəcəsini, onların pa-
tent  müdafiəsini,  həmçinin,  məmulatın  Azərbaycanda  və 
xaricdə maneəsiz reallaşdırma imkanını (patentləşdiril-miş 
və  lisenziyalaşdırılmış  detal  qovşaqlarının  miqdarı  və  ya 
fərdi çəkisi və s.) xarakterizə edir. 
8.
 
Ekoloji göstəricilər məhsulun istismarı və ya isti-
fadəsi  zamanı  meydana  çıxan,  ətraf  mühitə  atılan  zərər-li 
qatışıqların  tərkibi,  məhsulun  saxlanılması,  daşınması  və 
istifadəsi  zamanı  zərərli  hissəciklərin,  qazların,  şüaların 
buraxılma ehtimalıdır. 
9.
 
Təhlükəsizlik  göstəriciləri  məhsulun  istismarı  və 
istifadəsi  zamanı  insanın  təhlükəsizliyini  şərtləndirən  xü-
susiyyətləri  xarakterizə  edir.  Onlar,  qəza  şəraiti  yaranan 
zaman  ehtimal  olunan  təhlükə  zonasında  yerləşən  insan-
ların müdafiəsinin norma və vasitələrinə olan tələbləri əks 
etdirir və əməyin təhlükəsizliyi üzrə dövlət və beynəlxalq 
standartlar sistemi tərəfindən nəzərdə tutulur. 
10.
 
İqtisadi göstəricilər - məhsulun keyfiyyətinin in-
teqral göstəricisində (xərclərin müxtəlif növləri, maya də-
yəri, qiymət və s.) nəzərə alınır, məhsulun işlənilmə-sinə, 
hazırlanmasına,  istismarına  və  ya  istifadəsinə  çəkilən 


 
 
42 
 
xərcləri  xarakterizə  edir,  məhsulun  müxtəlif  nümunələ-
rinin tutuşdurulmasının texniki-iqtisadi göstəriciləridir. 
Məhsulun  istifadəsinin  səmərəliliyini  xarakterizə 
edən ümumiləşmiş göstərici keyfiyyətin inteqral göstərici-
sidir. Bu göstəricini məhsulun istismarından və ya istehla-
kından  alınan  səmərənin  onun  yaradılmasına  və  istisma-
rına  (istehlakına)  çəkilən  xərclərin  cəminə  olan  nisbəti 
kimi  təyin  edirlər.  Bu  göstəriciləri  bəzən  iqtisadi  göstəri-
cilər də adlandırırlar. 
Maşınqayırma  və  cihazqayırma  sahəsində  maşın  və 
mexanizmlərin on əsas keyfiyyət göstəriciləri onların istis-
mar  xarakteristikasıdır.  Bu,  maşınqayırmanın  texniki  sə-
viyyəsindən asılıdır. 
İstismar  göstəriciləri.  Bu  xarakteristikalar  verilmiş 
işin məmulat tərəfindən yerinə yetirilməsinin keyfiyyətini 
müəyyənləşdirir.  Uzun  ömürlü  bütün  məmulatlar  üçün 
ümumi olan istismar göstəricilərinə etibarlılıq, uzunömür-
lülük,  keyfiyyətin  dinamikliyi,  istismarın  qənaətliliyi  və 
erqonomik göstəricilər daxildir. 
Etibarlılıq.  Verilmiş  rejimdə  istifadəetmə,  texniki 
xidmət,  təmir,  saxlanma  və  nəqletmə  şəraitində  verilmiş 
müddətə müəyyənləşdirilmiş istismar göstəricilərini saxla-
maqla  tapşırılmış  işi  yerinə  yetirən  obyektin  xassəsidir 
(ГОСТ  27.002-83). 
Etibarlılığa imtinasız işləmə, uzunömürlülük, təmirə-
yararlılıq  və  saxlanma  qabiliyyəti  daxildir.  Etibarlılığın 
göstəriciləri  maşının  imtinasız  işləmə  ehtimalı,  imtinaya 
qədər iş payı, imtinaların intensivliyi və sairdir. 
İmtinasız işləmə ehtimalı P (t )  onu göstərir ki, veril-
miş    intervalında  və  yaxud  verilmiş  işi  yerinə  yetirənə 
qədər maşın nasazlığa görə dayanmayacaq: 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə