Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə16/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   94

 
 
59 
 
tətbiqi  zamanı  alınan  nəticələrin  dəqiqliyi  və  düzgünlüyü 
bu  işi  yerinə  yetirən  şəxsin  qabiliyyətindən,  peşə  hazırlı-
ğından  və  vərdişlərindən,  həmçinin,xüsusi  texniki  vasitə-
lərdən (mikroskop, mikrofon, lupa) istifadə etmək imkan-
larından  asılıdır.  Bu  metod  istehlak  əşyalarının,  o  cümlə-
dən qida məhsullarının (içkilər, qənnadı və tütün məmulat-
ları)  keyfiyyətini  qiymətləndirən  zaman  daha  geniş  tətbiq 
edilir.  Bu  metoddan,  həmçinin,  istehlak  əşyalarının  erqo-
nomikliyini,  ekolojiliyini,  estetikliyini  qiymətləndirən  za-
man istifadə edilir. 
Hesabat metodu məhsulun keyfiyyət göstəricilə-rinin 
onun  parametrlərindən  nəzəri  və  ya  empirik  asılılıqların-
dan istifadəyə əsaslanır. Bu metodu əsasən məhsulun layi-
hələndirilməsi  zamanı  tətbiq  edirlər,  çünki  bu  mərhələdə 
məhsul  hələ  eksperimental  tədqiqat  obyekti  ola  bilməz 
(təcrübi nümunə yoxdur). Bu metod vasitəsilə nəzəri ola-
raq məhsuldarlığı, gücü, möhkəmliyi və s. təyin edirlər. 
Ənənəvi  metodda  keyfiyyət  göstəriciləri  ixtisaslaş-
mış eksperimental laboratoriyaların, poliqonların və müəs-
sisələrin  hesablama  bölmələrinin  (konstruktor  şöbə-ləri-
nin,  hesablama  mərkəzlərinin,  etibarlılıq  xidmətlərinin) 
vəzifəli şəxsləri (işçiləri) tərəfindən təyin edilir. Göstərici-
lər  haqqında  informasiya  məhsulun  sınaqları  prosesində 
formalaşır.  Sınaqların  aparılma  şəraiti  məmulatların  nor-
mal işçi şəraitinə yaxın olmalıdır. 
Ekspert  metodunda  keyfiyyət  göstəricilərinin  qiy-
mətlərinin  təyin  edilməsi  mütəxəssis-ekspertlər  qrupu  tə-
rəfindən  qəbul  edilən  qərara  əsasən  həyata  keçirilir.  Bu 
cür  qruplara  müxtəlif  istiqamətlər  üzrə  biliyə  və  qiymət-
ləndirilən  məhsulun  növündən  asılı  olaraq  praktiki  təcrü-
bəyə  malik  olan  mütəxəssislər  daxil  edilirlər.  Qrupun 


 
 
60 
 
üzvlərindən hər biri həlledici səsə malik olur. Bu metod o 
hallarda tətbiq edilir ki, məhsulun keyfiyyət göstəricilərini 
daha obyektiv metodlarla təyin etmək mümkün deyildir. 
Malın qeyri-bərabərliyi dedikdə, bu və ya digər mə-
mulatda  bu  və  ya  digər  xassənin  qəbul  edilmiş  göstərici-
lərdən  kənarlaşması  nəzərdə  tutulur.  Bu  məmulatın  ayrı-
ayrı  hissələrində  səthinin  xarakteri,  təmizliyi,  rəngi,  par-
laqlığı,  quruluşu,  möhkəmliyi,  bərkliyi,  ölçüləri  və  başqa 
göstəriciləri  müxtəlif ola  bilər.  Qeyri-bərabərliyin imkan-
dan asılı olaraq aşkara çıxarılması şərti olaraq görünə bilər 
və gizli adlana bilər. 
Laboratoriya təcrübələrinin nəticələrinə əsasən xassə 
göstəricilərinin  qeyri-bərabərliyini  hesablama  yolu  ilə 
təyin edirlər, məsələn, möhkəmliyi və s. Bu zaman bir sıra 
mənalar alınır və bunlardan əlamətin orta  riyazi  mənası 
M
or
,  əlamətin  mənasından  orta  riyazi  azlıq  M
or
-M
min

əlamətin  mənasından  orta  riyazi  çoxluq  -  M
or 
hesablanır. 
Qeyri-bərabərlik  göstəricisi  faiz  hesabı  ilə  aşağıdakı 
düsturla hesablanır (parçalar, gönlər və s. üçün): 
H = 
    (         ) 
        
                       (3.4) 
Burada H- qeyri bərabərlik göstəricisi, %; 
M
or
-  elementin  bir  sıra  mənalarından  alınan  orta 
riyazi göstərici
M
min
-  aşağı  mənalı  əlamətlərin  alınan  orta  riyazi 
göstəricisi; 
n - bütün mənaların sayı; 
m  -  aşağı,  orta  riyazi  göstəricilərindən  olan  əlamət 
mənalarınınsayı. 
  Xassə göstəricilərinin təyinində alət üsulu vasitəsilə 
malların kimyəvi, mikroskopik, fiziki, mikrobioloji göstə-


 
 
61 
 
riciləri müəyyən edilir. 
Kimyəvi  üsul  malların  kimyəvi  tərkibinin  onlarda 
zərərli maddələrin olmasını, kimyəvi xassə xarakterini tə-
yin etmək üçün işlədilir. 
Mikroskopik  üsul  materialın  quruluş  tərkibini,  bö-
yüklüyünü, hissəciklərin xarakterini və yerləşməsini təyin 
etməyə imkan verir. 
Məsələn, şüşənin və çininin faza quruluşunun miqdar 
və  keyfiyyət  xarakteristikasını  və  həmçinin,  lifin,  ağacın, 
kağızın,  gönün  və  s.  tərkibini  müəyyən  etməyə  imkan 
verir. 
Mikroskopik  təhlil  zamanı,  bir  qayda  olaraq,  tədqiq 
edilən obyektin quruluşunun foto şəkilləri alınır. 
Fiziki  üsullar  malların  texniki,  mexaniki,  optik, 
elektrik  və  bir  sıra  xassə  göstəricilərinin  təyin  edilməsi 
üçün  istifadə  edilir.  Bu  üsulların  köməkliyi  ilə  öyrənilən 
obyektin  xassə  göstəricilərinin  miqdar  xarakteristikasını 
təyin etmək olar. 
Mikrobioloji üsulun qeyri-ərzaq mallarının əmtəəşü-
naslığında  tətbiqinin  məhdudluğuna  baxmayaraq,  bir  sıra 
məmulatların, xüsusilə üzvi mənşəli məmulatların saxlan-
ma müddətinin təyin edilməsində böyük məna kəsb edir. 
Alət üsullarında xassə göstəricilərinin təyin edilməsi 
zamanı  məsələ  yalnız  göstəricinin  böyüklüyünü  təyin  et-
məklə deyil, həmçinin ölçmə zamanı buraxılan səhvi qiy-
mətləndirməkdən ibarətdir. 
 
3.4. Məhsulun keyfiyyətinin planlaşdırılması 
 
Məhsulun  keyfiyyətinin  planlaşdırılması  məfhumu 
altında  verilmiş  vaxt  anında,  yaxud  verilmiş  vaxt  fasiləsi 


 
 
62 
 
(intervalı)  ərzində  keyfiyyət  göstəricilərinin  tələb  olunan 
qiymətləri  ilə  məhsulun  buraxılışı  üzrə  əsaslandırılmış 
tapşırıqların işlənib hazırlanması və qəbul edilməsi prosesi 
başa düşülür. 
Məhsulun keyfiyyətinin planlaşdırılmasının  məqsədi 
müəyyən  edilmiş  norma  və  parametrlərə  müvafiq  olan 
məhsulun keyfiyyətinin təmin olunmasından və keyfiyyət 
xarakteristikalarının  yüksəldilməsi  üzrə  istiqamətlərin 
aşkara çıxarılmasından (müəyyən edilməsindən) ibarətdir. 
Keyfiyyətin planlaşdırılmasının əsasını daxili və xa-
rici bazarın tələbatının elmi cəhətdən əsaslandırılmış proq-
nozlaşdırılması təşkil etməlidir. Keyfiyyətin yüksəldilməsi 
planlarının düzgün əsaslandırılmasından ötrü məhsulun is-
tismarının  nəticələri  haqqında  məlumatlardan  istifadə 
olunmalı,  onun  keyfiyyətinin  faktiki  səviyyəsi  haqqında 
məlumat ümumiləşdirilməli və təhlil edilməlidir. 
Keyfiyyətin planlaşdırılması  - layihələndirmə, isteh-
sal və istismar da daxil olmaqla, məmulatların həyati silsi-
ləsinin idarə olunmasının müxtəlif səviyyələrində və mər-
hələlərində  həyata  keçirilməli  olan  hərtərəfli  prosesdir. 
Keyfiyyətin  yüksəldilməsi  planı  lazımi  material,  maliyyə 
və əmək ehtiyatlan ilə təmin edilməlidir, keyfiyyətin yük-
səldilməsi  üzrə  planlaşdırılan  göstəricilər  və  tədbirlər  isə 
iqtisadi  səmərəlilik  hesablamaları  ilə  dəqiq  surətdə  əsas-
landırılmalıdır. 
Məhsulun  keyfiyyətinin  planlaşdırılmasının  başlıca 
vəzifələri belədir: 
-
 
xüsusiyyətləri bazarın mövcud və perspektiv tələb-
lərinə maksimum uyğun olan məhsulun buraxılışını təmin 
etməli; 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə