Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə18/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   94

 
 
67 
 
3.5. Məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə 
planlaşdırma 
 
Müəssisədə  məhsulun  keyfiyyətinin  planlaşdırılması 
hər şeydən əvvəl onun məhsuluna cari və perspektiv sor-
ğunun dəqiq öyrənilməsi, istismarda onun davranışı barə-
də istehlakçıların rəyinin təhlili, sifarişçilərlə müqavilələrə 
yenidən baxılması əsasında aparılmalıdır.  
Keyfiyyətin  yüksəldilməsi  (artırılması)  planları  ha-
belə  məhsulun  sertifıkatlaşdırılmasının  nəticələrini,  möv-
cud standartların və texniki şərtlərin mütərəqqi tələblərini, 
elmi tədqiqatların nəticələrini, patent  materiallarını, lisen-
ziyaları, elmi-texniki informasiyanın məlumatlarını, isteh-
lakçıların tələblərini də nəzərə almalıdır. 
Öz elmi-tədqiqat bölmələri olan iri (nəhəng) firmalar 
öz  məhsullarının  keyfiyyətinin  təkcə  cari  deyil,  həm  də 
perspektiv  planlaşdırılmasını,  həmçinin  onun  proqnozlaş-
dırılmasını  həyata  keçirirlər.  Bu  zaman  məhsulun  faktiki 
keyfiyyət və səmərəlilik göstəricilərindən, normativ – tex-
niki  sənədlərdən,  patentlərdən,  elmi  işlərdən  və  ekspert 
qiymətləndirməsi  materiallarından  informasiya  mənbələri 
kimi  istifadə  olunur.  Vaxtından,  qarşıda  duran  vəzifələr-
dən və məhsulun növündən asılı olaraq, proqnozlaşdırma-
nın modelləşdirmə, ekspert qiymətləndirmələri, riyazi sta-
tistika, ekstrapolyasiya və digər müxtəlif proqnozlaşdırma 
metodları tətbiq oluna bilər. 
Məhsulun  keyfiyyətinin  yüksəldilməsi  üzrə  planlaş-
dırılan  tapşırıqlar  və  öhdəliklər  müəssisənin  planın  digər 
bölmələri  ilə  də  razılaşdırılmalı,  habelə  zəruri  material, 
əmək və maliyyə ehtiyatları ilə təmin edilməlidir. 


 
 
68 
 
Məhsulun  keyfiyyətinin  yüksəldilməsi  üzrə  tədbir-
lərin həyata keçirilməsi ilə bağlı olan məhsulun maya də-
yərinin,  mənfəətin,  istehsalın  rentabelliyinin,  işçilərin  sa-
yının, onların əmək haqqının, kapital qoyuluşu məbləğlə-
rinin və sairin planlaşdırılan dəyişiklikləri müvafiq hesab-
lamalarla təsdiqlənməlidir. 
Ətraf mühitlə qarşılıqlı əlaqə prosesi də müəssisənin 
keyfiyyət  sahəsindəki  siyasəti  ilə  razılaşdırılmalıdır.  Öz 
məhsulunun  keyfiyyətinin  yaxşılaşdırılması  planlarında 
nəzərdə tutulanların təmin edilməsindən ötrü müəssisə öz 
tədarükçülərindən  göndərdikləri  xammalın,  materialların, 
yarımfabrikatların,  komplektləşdirici  məmulatların,  qov-
şaqların, ehtiyat hissələrinin və son məhsulun digər kom-
ponentlərinin  də  keyfiyyətlərinin  müvafiq  qaydada  yaxşı-
laşdırılmasım  tələb  etməlidir.  Eyni  zamanda  tədarükçü  - 
müəssisələrə də onların məhsullarının keyfiyyətinin yaxşı-
laşdırılması üzrə hərtərəfli kömək göstərmək lazımdır. Bu 
kimi  yardım  formaları,  habelə  köməyin  göstərilməsinə 
edilən məsrəflər müəssisədə məhsulun keyfiyyətinin artır-
ılmasının planlaşdırılması işinin maddələrindən biri olma-
lıdır. 
Məhsulun  keyfiyyətinin  yüksəldilməsi  üzrə  müəssi-
sənin planının tərkibinə ayrı-ayrı göstəricilər kimi keyfiy-
yətin  yaxşılaşdırılmasına  yönəldilən  bütöv  tədbirlər  kom-
pleksi də daxil ola bilər. 
Müəssisədə  məhsulun  keyfiyyətinin  yüksəldilməsi 
planının əsası çox vaxt aşağıdakı tədbirlərdən ibarət olur: 
-
 
ən  yaxşı ölkə və  xarici nümunələrin  texniki səviy-
yəsinə və keyfiyyətinə çatmalı və ötməli; 
-
 
sertifikatlaşdırılmış məhsulun buraxılışını artırmalı; 


 
 
69 
 
-
 
buraxılan  məhsulun ayrı-ayrı keyfiyyət göstəricilə-
rini yaxşılaşdırılmalı; 
-
 
rəqabət qabiliyyətliliyi olmayan  məhsulu  moderni-
zə etməli, yaxud istehsaldan çıxarmalı; 
-
 
verilmiş  keyfiyyət  səviyyəsinə  nail  olmaq  üzrə 
konkret tədbirləri işləyib hazırlamalı və tətbiq etməli və s. 
Müəssisədə  məhsulun  keyfiyyətinin  yüksəldilmə-
sinin planlaşdırılmasının sərbəst istiqamətləri kimi adətən 
aşağıdakılara xüsusi fikir verilir: 
-
 
məhsulun  keyfiyyətinin  firmadaxili  (istehsaldaxili) 
planlaşdırılması; 
-
 
müəssisədə  keyfiyyətin  idarə  olunması  sisteminin 
tətbiqinin planlaşdırılması; 
-
 
məhsulun  keyfiyyətinin  yüksəldilməsinin  kadr  tə-
minatının planlaşdırılması; 
-
 
daxili  və  xarici  çıxdaşdan  müəssisənin  itkilərinin 
planlaşdırılması; 
-
 
müqavilələrdə və kontraktlarda məhsulun keyfiyyə-
tinin planlaşdırılması. 
Son  illərdə  buraxılan  məmulatların  (işlərin,  xidmət-
lərin), keyfiyyət və istehsal sistemlərinin sertifıkatlaşdırıl-
maya hazırlanmasının planlaşdırılması müəssisədə məhsul 
keyfiyyətinin  yüksəldilməsinin  ən  mühüm  istiqamətlərin-
dən birinə çevrilmişdir. 
Keyfıyyətin yüksəldilməsinin planlaşdırılması istiqa-
mətlərinin  məzmunu  (mündərəcəsi)  müəssisənin  mülkiy-
yət  fomasından,  fəaliyyətinin  məqsədlərindən  və  təşkilat 
strukturunun  növündən  (tipindən)  asılı  olaraq  fərqlənə 
bilər. 
Məhsulun istehsalına edilən xərclərin azaldılmasının 
və  keyfiyyətinin  yüksəldilməsinin  ən  mühüm  problemlə-


 
 
70 
 
rindən biri də daxili və xarici çıxdaş itkilərinin azaldılma-
sından  ibarətdir.  Planlaşdırılma  zamanı  həmin  amilin  nə-
zərə alınması müəssisəyə öz ehtiyatlarına daha uğurla qə-
naət  etmək  və  vəsaitləri  öz  inkişafına  sərf  etmək  imkanı 
verər.  Beləliklə,  müəssisələrdə  daxili  və  xarici  çıxdaşdan 
ehtimal  olunan  itkilərin  planlaşdırılmasını  həyata  keçir-
mək məqsədə-uyğundur. Ayrı-ayrı müəssisələrin rəhbərlə-
ri  belə  hesab  edirlər  ki,  çıxdaş  və  qüsurların  planlaşdırıl-
ması məqsədəuyğun deyildir, çünki məhsulun istehsalı za-
manı normativ - texniki sənədlərdən heç bir kənarlaşmaya 
yol  verilməməlidir.  Lakin  çıxdaş  planlaşdırılmadığı  üçün 
onun  mövcudiyyətinə  heç  kəs təminat  verə  bilməz.  Hətta 
ən  yüksək  ixtisaslı  işçilərin,  müasir  avadanlığın  və 
müxəlləfatın  olduğu  bir  şəraitdə  də  çıxdaş  müxtəlif  ob-
yektiv  səbəblərdən  meydana  çıxa  bilər.  Əgər  bütövlükdə 
müəssisə  üçün  və  onun ayrı-ayrı bölmələri üçün  çıxdaşın 
sıfır  göstəricisi  planlaşdırılarsa,  onda  sadəcə  olaraq  onu 
örtbasdır  edə  bilərlər.  Nəticədə  çıxdaşların  səbəblərinin 
ciddi  təhlili  və  onun  azaldılması  üzrə  səmərəli  iş  aparıla 
bilməz. 
Çıxdaş və reklamasiyalardan itkilər müəssisənin iqti-
sadiyyatına  təsir  göstərir,  məhsulun  maya  dərinin  artma-
sına,  istehsal  fondlarından  və  işçi  qüvvəsindən  səmərəsiz 
istifadə edilməsinə səbəb olur. 
 
 
 
 
 
 
 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə