Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə19/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   94

 
 
71 
 
IV FƏSİL. KEYFİYYƏTİN İDARƏ EDİLMƏSİ 
PROSESLƏRİNİN NƏZARƏTİ, UÇOTU VƏ 
TƏHLİLİ 
 
4.1.
 
Məhsulun keyfiyyətinə nəzarətin və zay 
olmasının profilaktikasının təsnifatı 
 
Məhsulun  keyfiyyətinin  idarə  edilməsində  keyfiy-
yətə nəzarət xüsusi yer tutur. Məhz nəzarət, nəzərdə tutul-
muş məqsədlərə nail olmasının səmərəli vasitələrindən biri 
və idarəetmənin mühüm funksiyası kimi həm obyektiv su-
rətdə mövcud olan, həm də insan tərəfindən yaradılmış zə-
min və şərtlərin yüksək keyfiyyətli məhsul buraxılışı üçün 
düzgün istifadəsinə kömək edir. İstehsalın səmərəliliyi bü-
tövlükdə keyfiyyətə nəzarətin mükəmməllik dərəcəsindən, 
onun  texniki  təsnifatından  və  təşkilindən  xeyli  dərəcədə 
asılıdır. 
Məhz  nəzarət  prosesində  fəaliyyətdə  olan  sistemin 
əldə  olunmuş  nailiyyətlərini  planlaşdırılmış  göstəricilərlə 
müqayisə etmək olar. Minimal xərclərlə keyfiyyət göstəri-
cilərinin  yüksək  sabitliyinə  çatmağa  imkan  verən  məhsu-
lun keyfiyyətinə nəzarətin müasir metodları daha çox əhə-
miyyət kəsb edir. 
Nəzarət  -  əsl  qiymətlərin  verilmiş  qiymətlərdən  ya-
yınmalar və ya onların üst-üstə düşməsi və təhlilinin nəti-
cələri barədə informasiyanın müəyyənləşdirilməsi və qiy-
mətləndirilməsi prosesidir. Məqsədlərə (
məqsəd/ məqsəd),
 
planın  yerinə  yetirilməsinə  (məqsəd/olacaq),  proqnozlara 
(olacaq/olacaq),  prosesin  inkişafına  (olacaq/  var)  nəzarət 
edilə bilər. 


 
 
72 
 
Nəzarətin  mövzusu  yalnız icra fəaliyyəti  deyil, həm 
də menecerin işi ola bilər. Nəzarət informasiyası tənzimlə-
mə  prosesində  istifadə  olunur.  Planlaşdırma  və  nəzarətin 
vahid idarəetmə sistemində birləşdirilməsinin məqsədəuy-
ğunluğu haqqında belə deyilir (Controllinq): planlaşdırma, 
nəzarət, hesabat, menecment. 
Nəzarət, birbaşa və ya bilavasitə prosesdən asılı olan 
şəxslər tərəfindən həyata keçirilir. Yoxlama (təftiş) – pro-
sesdən asılı olmayan şəxslərin nəzarətidir. 
Nəzarət prosesi aşağıdakı mərhələləri keçməlidir: 
1.  Nəzarətin  konsepsiyasının  müəyyənləşdirilməsi 
(hər  şeyi  əhatə  edən  nəzarət  sistemi  "Controllinq"  və  ya 
mütəmadi yoxlamalar); 
2. Nəzarətin məqsədinin müəyyənləşdirilməsi (idarə-
etmə  prosesinin  məqsədəuyğunluğu,  düzgünlülüyü,  mün-
təzəm-liliyi, səmərəliliyi haqqında qərar); 
3. Yoxlamanın planlaşdırılması: 
a)  nəzarətin  obyektləri  (potensiallar,  metodlar, 
nəticələr, göstəricilər və s.) 
b) yoxlanılan normalar (etik, hüquqi, istehsalat); 
v)  nəzarətin  subyektləri  (daxili  və  ya  xarici  nəzarət 
orqanları); 
d) nəzarətin metodları; 
c)  nəzarətin  həcmi  və  vasitələri  (tam,  başdan-başa, 
seçilmə, əl ilə, avtomatik, kompüterləşdirilmiş); 
e) yoxlamaların müddəti və davamiyyəti; 
ə)  yoxlamaların  ardıcıllığı,  metodikaları  və  buraxı-
lışları; 


 
 
73 
 
4. Əsl və təyin edilmiş qiymətlərin müəyyənləşdiril-
məsi; 
5.  Ayrılmaların  oxşarlığının  təyin  edilməsi  (aşkar 
edilmə, miqdar qiyməti); 
6.Qərarın  işlənilməsi,  onun  çəkisinin  müəyyənləşdi-
rilməsi; 
7. Qərarın sənədləşdirilməsi
8. Metayoxlama (yoxlamanın yoxlaması); 
9. Qərarın bildirilməsi (şifahi, yazılı hesabat); 
10.  Qərarın  qiyməti  (yayınma  təhlili,  səbəblərin  lo-
kallaşdırılması,  məsuliyyətin  təyini,  düzəliş  imkanlarının 
tədqiqi,  çatışmazlıqların  aradan  qaldırılması  üzrə  tədbir-
lər). 
Nəzarətin növləri aşağıdakı əlamətlər üzrə fərqləndi-
rilir: 
1.
 
Nəzarətin  subyektlərinin  müəssisəyə  mənsubluğu 
üzrə: 
-
 
daxili; 
-
 
xarici. 
2.
 
Nəzarətin keçirilməsi üçün əsas üzrə: 
-
 
könüllü; 
-
 
qanun üzrə; 
-
 
nizamnamə üzrə. 
3.
 
Nəzarətin obyekti üzrə: 
-
 
proseslərə nəzarət; 
-
 
qərarlara nəzarət; 
-
 
obyektlərə nəzarət; 
-
 
nəticələrə nəzarət. 
4.
 
Müntəzəmlik üzrə: 


 
 
74 
 
-
 
sistemli; 
-
 
qeyri-müntəzəm; 
-
 
xüsusi. 
Keyfiyyətə  nəzarət  aşağıdakılar  da  daxil  olmaqla 
məhsula qoyulmuş tələblərin yerinə yetirilməsini təsdiqlə-
məlidir: 

 
Girişə  nəzarət  (prosesdə  materiallar  nəzarətsiz  isti-
fadə olunmamalıdır; daxil olan məhsulun yoxlanması key-
fiyyət  planına,  təhkim  edilmiş  üsullara  uyğun  gəlməlidir 
və müxtəlif formalara malik ola bilər); 

 
Aralıq nəzarəti (təşkilat, proses daxilində nəzarət və 
sınaqlar üsulunu qeyd edən xüsusi sənədlərə  malik olma-
lıdır və bu nəzarəti sistemli surətdə həyata keçirməlidir); 

 
Yekun nəzarət (keyfiyyət üzrə plan ilə nəzərdə tut-
ulmuş faktiki və son məhsul arasındakı uyğunluğun aşkar-
lanması üçün təyin edilən; bütün əvvəlki yoxlamaların nə-
ticələri daxildir və məhsulun zəruri tələblərə uyğunluğunu 
əks etdirir); 

 
Nəzarət  və  sınaqların  nəticələrinin  qeydiyyatı  (nə-
zarətin  və  sınaqların  nəticələri  haqqında  sənədlər  maraqlı 
təşkilatlara və şəxslərə təqdim edilir). 
Hazır  məhsulun  sınağı  nəzarətin  xüsusi  növüdür. 
Sınaq - fiziki, kimyəvi, təbii və ya istismari, amil və şərt-
lərin  məcmusunun  təsiri  altında  məmulatın  bir  və  ya  bir 
neçə  xüsusiyyətlərinin  müəyyənləşdirilməsi  və  ya  tədqiq 
edilməsidir.  Sınaqlar  müvafiq  proqramlar  üzrə  aparılır. 
Məqsədlərindən asılı olaraq aşağıdakı sınaq növləri  möv-
cuddur: 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə