Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə2/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   94

 
 

 
  Dərslikdə əsas diqqət məhsulların keyfiyyətinə təsir 
edən  amillərin  aşkar  edilməsinin,  məhsulun  keyfiyyətinə 
texniki  nəzarətin  tələbləri  və  növlərinin,  məmulatların 
keyfiyyət  səviyyəsinin  qiymətləndirilməsi  metodlarının, 
məhsulun keyfiyyətinə nəzarət üsulları və  mərhələlərinin, 
keyfiyyətin idarə edilməsi prinsipləri və metodlarının təd-
qiqinə ayrılmışdır. Dərsliyin strukturu elə qurulmuşdur ki,  
burada  keyfiyyət  və  onun  göstəriciləri  üzrə  ümumi  məlu-
matlardan  keyfiyyətin  iqtisadiyyatına,  keyfiyyətin  idarə 
edilməsi  sisteminin    təhlilinə,  konkret  müəssisədə  keyfiy-
yətə nəzarətin səmərəli metodlarının seçiminə  keçid üçün 
imkan  yaranır. Dərslikdə keyfiyyətə nəzarətin müasir me-
todları  və  problemləri,  müəssisələrin  keyfiyyət  sistemləri 
və  onların  sertifikatlaşdırılması,  istehsalın  texnoloji  pro-
seslərinin  və  məhsulun  keyfiyyətinə  nəzarətin  tənzimlən-
məsində  statistik  metodların  tətbiqi  ardıcıllığı,  məhsulun 
keyfiyyətini  qoruyub  saxlayan  amillər,  məhsulların  stan-
dartlaşdırılması  metodları,  dövlət  standartlarının  hazırlan-
ma  qaydaları,  məhsulların  keyfiyyət  ekspertizasının  me-
todları  və  ekspertizanın  aparılmasının  əsas  mərhələləri, 
əmtəə ekspertizasının növləri   haqqında   məlumat verilir. 
Verilmiş materialın müvəffəqiyyətlə mənimsənilməsi üçün -
menecment,  müəssisənin  iqtisadiyyatı,  standartlaşdırma, 
riyazi  statistika,  istehsalın  təşkili,  sosial  psixologiya  üzrə 
biliklərin əsaslarının olması tələb olunur. Dərslikdən təkcə 
ali təhsilin əldə  edilməsi zamanı  deyil,  həm  də  ali təhsil-
dən  sonrakı  tədris,  müəssisələrdə  məhsulun  keyfiyyətinin 
təmin edilməsi ilə əlaqədar  olan  kadrların  peşəkarlığının 
artırılması üçün də istifadə oluna bilər.  
  Dərsliyin işıq üzü görməsində böyük əməyi olan el-
mi redaktor ―Bakı Biznes Universitetinin‖ tədris işləri üz-
rə prorektoru, dosent R.F.Sadıqova  kitabın daha da dəyər-
li  və  məzmunlu  olmasına  yardım  edən  qiymətli  təklif  və 
qeydlərinə  görə    təşəkkür  edirik.  Dərsliyə  rəy  verənlərə:  
verilmiş təklif və nöqsanlara görə ADNSU-nin ―Enerji və 
neft-kimya sahələrinin iqtisadiyyatı və menecment‖ kafed-
rasının professorları, i.e.d. Q.S.Süleymanova və M.M.Fər-


 
 

 
zəliyevə  öz  minnətdarlığımızı  bildi-ririk.  Qeyd  etmək 
istəyirik  ki,  həmin  təklif  və  nöqsan-lardan  əlyazmanın 
təkrar işlənməsi zamanı istifadə olunmuşdur. 
 
 
I FƏSİL.  KEYFİYYƏT İQTİSADİ 
KATEQORİYA KİMİ VƏ KEYFİYYƏTİN İDARƏ 
OLUNMASININ KATEQORİYASI 
 
1.1. Keyfiyyətə nəzarətin predmeti və vəzifələri 
 
Bu gün Azərbaycanda fəaliyyət göstərən müəssisələr 
qarşısında  duran  əsas  problemlərdən  biri  bazar  iqtisadiy-
yatı şəraitinə uyğunlaşmaqdır. Bu problemin həlli – yaşa-
maq və sonrakı inkişaf üçün zəruri şərtdir. 
Müasir  bazar  iqtisadiyyatı  buraxılan  əmtəənin  key-
fiyyətinə qarşı prinsipcə başqa tələblər irəli sürür. Hazırkı 
zamanda hər bir şirkətin yaşaması, onun əmtəə və xidmət-
lər  bazarındakı  sabit  vəziyyəti  rəqabətə  davamlılıq  həddi 
ilə  ölçülür.  Öz  növbəsində  rəqabətə  davamlılıq  iki  gös-
tərici  -  qiymətin  səviyyəsi  və  məhsulun  keyfiyyətinin  sə-
viyyəsi ilə bağlıdır. Digər ikinci amil tədricən birinci yerə 
çıxır. Əmtəə istehsalı və bütün növ ehtiyatların qənaəti öz 
yerini əmtəənin keyfiyyətinə verir. 
Əmtəə və xidmətlər sahəsində Azərbaycanın milli si-
yasət  konsepsiyasında  tam  ədalətli  olaraq  qeyd  edilir  ki, 
XXI  əsrdə  yerli  iqtisadiyatın  ən  əsas  vəzifəsi  rəqabətə 
davamlılıq keyfıyyətin artırılması hesabına olmalıdır. 
Keyfiyyət – şirkətin nüfuzunun artması, gəlirinin ço-
xalması,  çiçəklənməsinin  yüksəlməsidir.  Buna  görə  də, 
keyfiyyətin idarə olunması üzrə iş rəhbərdən tutmuş konk-


 
 

 
ret  icraçıyadək  hər bir heyət üzvü üçün  mühüm fəaliyyət 
növüdür. 
Keyfiyyəti piramida şəklində təqdim etmək olar (şə-
kil 1.1.). 
Məhsulun  keyfiyyəti  -  müəssisənin  fəaliyyətinin  ən 
mühüm göstəricisidir. Məhsulun keyfiyyətinin yaxşılaşdı-
rılması əhəmiyyətli dərəcədə müəssisənin bazar şəraitində 
yaşamasını,  elmi-texniki  tərəqqinin  tempini,  istehsalatın 
səmərəliliyinin  artmasını,  müəssisədə  istifadə  olunan  bü-
tün növ ehtiyyatların qənaətliyini müəyyən edir. 
Məhsulun keyfiyyətinin yüksəldilməsi dünyanın apa-
rıcı şirkətlərinin işinin xarakterik tendensiyasıdır. 
 
 
 
 
 
 
 
 
Şəkil 1.1. Keyfiyyətin piramidası 
 
Bununla yanaşı, keyfiyyətə istehsalçının və istehlak-
çının  mövqeyindən  təcrid  olunmuş  halda  baxmaq  olmaz. 
Texniki şərtlərlə (TŞ) müəyyən edilir ki, keyfiyyətin tex-
niki-istismarı  və  başqa  parametrləri  təmin  olunmadan 
məhsulun  sertifikatlaşdırılması,  yəni  onun  tələb  etməyə 
uyğunluq qiyməti həyata keçirilə bilməz. 
Keyfiyyətin  qiymətləndirilməsi  üçün  mühüm  olan 
müxtəlif fiziki mahiyyət istehlak dəyərində cəmləşmişdir. 
Qiymətləndirmə üçün mühüm xüsusiyyətlər aşağıdakılardır: 
Keyfiyyət 
Şirkətin keyfiyyəti 
İşin keyfiyyəti 
Məhsulun keyfiyyəti
 


 
 

 
-
 
məhsulun elmi-texniki nailiyyətlərini maddiləşdirən 
texniki səviyyə; 
-
 
estetik  duyğular  və  baxışlarla  bağlı  olan  xüsusiy-
yətlər cəmini xarakterizə edən estetik səviyyə
-
 
məhsul  istifadəsinin  texniki  tərəfi  ilə  bağlı  olan 
(məmulata xidmət təmiri və s.) istismar səviyyəsi
-
 
texniki keyfiyyət – məmulatın istismarında ehtimal 
olunan və faktiki istehlak xüsusiyyətlərinin harmonik bağ-
lılığı  (funksional  dəqiqlik,  etibarlılıq,  xidmət  müddətinin 
uzunluğu). 
Müasir  dünya  istehsalının  üstünlüyü  həm  istehlak 
dəyərini,  həm  də  malların  dəyərini  özündə  cəmləşdirir. 
Deməli, keyfiyyət, şirkətin fəaliyyətinin bütün tərəflərinin 
səmərəliliyini əks etdirən kompleks anlayışdır. 
Rəqabətin  güclənməsi  müəssisə  rəhbərindən  məhsu-
lun keyfiyyətinin yüksəldilməsi və onun layihələndirilmə-
si,  istehsalı  və  həyata  keçirilən  proseslərin  məqsədyönlü 
həllini tələb edir. 
Bu  məqsədlərə  çatmaq  üçün  İSO  9000  seriyalı  bey-
nəlxalq  standartların  ideologiya  və  prinsiplərindən  geniş 
istifadə olunur. Bu cür yanaşmanın xeyrinə olan əsas arqu-
mentlər göstərilən standartların bazar münasibətlərinə isti-
qamətlənməsidir;  aparıcı  industrial  dövlətlərin  sənayesin-
də  idarənin  təşkilinin  (menecment)  müsbət  təcrübəsini 
toplayırlar; sənayenin müxtəlif sahə müəssisələrinin tətbi-
qi və müxtəlif fəaliyyət növləri üçün universaldırlar; prak-
tiki  olaraq  bütün  inkişaf  etmiş  ölkələrin  müəssisələrinin 
iqtisadi əlaqələrin qarşılıqlı xeyri kimi qəbul olunmuşdur. 
 
1.2. Malların keyfiyyətinə təsir edən amillər 
 və şərait 
 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə