Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə20/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   94

 
 
75 
 

 
İlkin  sınaqlar  –  qəbul  sınaqlarının  imkanlarını 
müəyyənləşdirmək üçün təcrübi nümunələrin sınağı; 

 
Qəbul  sınaqları  –  istehsala  qoyulma imkanlarının 
müəyyənləşdirilməsi üçün təcrübə nümunələrinin sınağı; 

 
Təhvil-təslim sınaqları - sifarişçiyə tədarük imka-
nının müəyyənləşdirilməsi üçün hər bir məmulatın sınağı; 

 
Dövri sınaqlar - istehsal texnologiyasının sabitliyi-
nin yoxlanılması üçün 3-5 ildə bir dəfə keçirilən sınaq; 

 
Nümunəvi  sınaqlar  -  konstruksiyasına  və  ya  tex-
nologiyasına əhəmiyyətli dəyişiklik edildikdən sonra seri-
yalı məmulatların sınağı. 
Ölçmə  və  sınaq  avadanlığının  dəqiqliyi  keyfiyyətin 
qiymətləndirilməsinin  dürüstlüyünə  təsir  göstərir,  buna 
görə də onun keyfiyyətinin təmini xüsusilə vacibdir. 
Nəzarət, ölçmə və sınaq avadanlığının idarə edilməsi 
zamanı təşkilat hökmən: 

 
hansı ölçmələrin, hansı vasitələrə və hansı dəqiqlik-
lə aparılmasını müəyyən etməlidir

 
avadanlığın  zəruri  olan  tələblərə  uyğunluğunu  sə-
nədlərlə rəsmiləşdirməlidir; 

 
müntəzəm  olaraq  kalibrləməni  (dərəcələnməni,  ci-
hazın bölgülərinin yoxlanılması) aparmalıdır; 

 
kalibrləmənin  metodikasını  və  müntəzəmliliyini 
müəyyən etməlidir; 

 
kalibrləmənin  nəticələrini  sənədlərlə  rəsmiləşdiril-
məlidir; 

 
ətraf  mühitin  parametrləri  nəzərə  alınmaqla  ölçmə 
texnikasının tətbiq şəraitini təmin etməlidir; 


 
 
76 
 

 
nasaz və  ya  yararsız nəzarət-ölçmə vasitələrini kə-
narlaşdırmalıdır; 

 
avadanlığın  və  proqram  təminatının  tənzimlənmə-
sini yalnız xüsusi öyrədilmiş heyətin köməyi ilə aparmalıdır. 
Məhsulun nəzarətinin və sınaqlarının aparılması əya-
ni  surətdə  təsdiqlənməlidir  (məsələn,  yarlıkların,  birka-
ların, plombların və  s. köməyi ilə). Yoxlama meyarlarına 
uyğun gəlməyən məhsullar başqalarından ayrılırlar. 
Həmçinin  belə  nəzarətin  aparılması  üçün  cavabdeh 
olan mütəxəssisləri müəyyənləşdirmək və onların səlahiy-
yətlərini təyin etmək zəruridir. 
 
4.2.
 
Nəzarət haqqında qərarların qəbulu və 
nəzarət proseslərinin təşkili 
 
Nəzarət  haqqında  qərarların  qəbulu  və  nəzarət  pro-
seslərinin təşkili üçün onun səmərəliliyi, insanlara təsir sə-
mərəsi, nəzarət məsələləri və onun hüdudları kimi bir sıra 
meyarlar əhəmiyyət kəsb edə bilərlər (şəkil 4.1). 
Məhsulun keyfiyyətinə nəzarət sistemi qarşılıqlı əla-
qəli nəzarət obyektlərinin və subyektlərinin, məhsulun hə-
yat  səviyyəsinin  müxtəlif  mərhələlərində  və  keyfiyyəti 
idarəetmə səviyyələrində məmulatın keyfiyyətinin qiymət-
ləndirilməsinin və zay məhsulun profilaktikasının istifadə 
olunan növləri, üsulları və vasitələrinin məcmusudur. 
Səmərəli  nəzarətin  sistemi  çox  zaman,  buraxılan 
məhsulun keyfiyyət səviyyəsinə vaxtında və məqsədyönlü 
təsirin həyata keçirilməsinə, işdə  mümkün olan çatışmaz-
lıq və dayanmaların qarşısının alınmasına, onları operativ 


 
 
77 
 
surətdə aşkar etməyə və ehtiyatların ən az sərfi ilə ləğv et-
məyə imkan verir. 
Keyfiyyətə  təsiredici  nəzarətin  müsbət  nəticələrini 
ayırmaq və bir çox hallarda  məhsulun  yaradılması, isteh-
salı,  dövriyyəsi,  istismarı  (istehlakı)  və  bərpası  (təmiri) 
mərhələsində kəmiyyətcə müəyyən etmək olar. 
Təsərrüfatçılığın bazar şəraitində istehsalda zay məh-
sulun  profilaktikasının  təmin  edilməsində  müəssisənin 
məhsulunun keyfiyyətinə nəzarət xidmətinin rolu əhəmiy-
yətli  dərəcədə  artır,  həyata  keçirilən  yoxlamaların  nəticə-
lərinin  həqiqiliyinə  və  obyektivliyinə  görə,  istehlakçılara 
aşağı  keyfiyyətli  məhsul  tədarükünə  yol  verilməməsinə 
görə onların məsuliyyəti artır. 
Müəssisələrin texniki nəzarət xidmətlərinin fəaliyyə-
tinin ilk növbədə təkmiləşdirilməsinin zəruriliyi onların is-
tehsal prosesindəki xüsusi yeri ilə müəyyən olunur.  
Qeyd etmək vacibdir ki,  müəssisələrin müvafiq böl-
mələri tərəfindən həyata keçirilən keyfiyyətə nəzarət, key-
fiyyətin idarə edilməsinin başqa subyektləri tərəfindən nə-
zarətə münasibətdə ilkindir (zamanda ondan qabaq gələn-
dir). Bu vəziyyət müəssisələrdə texniki nəzarət xidmətləri-
nin fəaliyyətinin ilk növbədə təkmilləşdiril-məsinin zəruri-
liyini şərtləndirir. Şəkil 4.2-də iri müəssi-sənin texniki nə-
zarət  şöbəsinin  struktur  bölmələrinin  nümunəvi  tərkibi 
göstərilmişdir. 


 
 
78 
 
 
 
Şəkil 4.1. Nəzarət haqqında qərar üçün meyarın əsas  
                təşkilediciləri 
Belə ki, nəzarət olunan obyektlərə, proseslərə və ha-
disələrə  (zaman  və  məkanda)  bilavasitə  yaxınlıq  nəzarət 
xidmətləri  işçiləri  üçün  aşağıdakılara  görə  ən  əlverişli  şə-
rait yaradır: 
-
 
uzun  müşahidənin  nəticələrinə,  hazır  məhsulun  il-
kin  komponentlərinin  keyfiyyəti,  avadanlığın  dəqiqliyi, 
İnsanlara 
təsirin 
səmərəlili
yi 
Nəzarət 
məsələləri 
Nəzarətin 
hüdudları 
Sistemlər 
Təmin 
edilmə  
Təhsil
  
Qorxu  
Çatışmaz
lıqlarınn 
aradan 
qaldırıl-
ması 
Azad ekspertlər 
Çatışmaz
lıq-ların 
keyfiyyətcə qiymət-
ləndirilməsi. 
Çatışmazlıqların 
həqiqliyi 
 
Yoxlamaların 
keçirilməsi üzrə 
qanun tərəfindən 
müəyyən edil-
miş vəzifələrə 
riayət olunması; 
nəzarət olanların 
hüquqlarına  ria-
yət edilməsi; 
nəzarət edənlə-
rin hüquqlarına 
riayət edilməsi; 
nəzarət edənlə-
rin hüquqlarına  
riayət  edilməsi 
                                                          Nəzarət  haqqında qərar  üçün  meyyar 
Onun 
faydası; ça-
tışmazlıqla-
rın qarşısının 
alınması; öh-
dəliklərin ye-
rinə yetiril-
məsi 
Səmərəlilik 
Xərclər: 
nəzarət; 
Çatışmaz-
lıqların 
aradan 
qaldırılması 
 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə