Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə22/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   94

 
 
84 
 
paralelliyinin  aradan  qaldırılması,  onlar  tərəfindən  emal 
olunan  informasiyanın  həcminin  aşağı  salınması,  müəssi-
sənin  texniki  nəzarət  xidmətinə  qəbul  edilmiş,  məhsulun 
yenidən yoxlanılması ilə məşğul olan bir çox peşəkar mü-
təxəssislərin azad edilməsi, nəzarətin müxtəlif subyektləri 
tərəfindən  məhsulun  keyfiyyətinin  qiymətləndirilməsi  za-
manı  ortaya  çıxan  fikir  ayrılıqlarının  sayının  azalması, 
texniki  nəzarətə  sərf  olunan  xərclərin  aşağı  salınması  və 
onun  səmərəliliyinin  artırılması  üçün  zəruri  olan  ilkin 
zəmin yaradır. 
Müəssisələrin  texniki  nəzarət  şöbə  və  idarələrinin 
fəaliyyətinin  təkmilləşdirilməsi  ilk  növbədə  nəzarət  xid-
mətləri  çərçivəsində  o  bölmələrin  inkişafını  və  möhkəm-
ləndirilməsini nəzərdə tutmalıdır ki, onlar aşağıdakı məsə-
lələri səmərəli sxemdə həll etməyə qadirdir: 
-
 
istehsalda zay məhsulun profilaktikası, təsdiq edil-
miş texnoloji proseslərdən sapmaların yaranmasının qarşı-
sını  almaq,  işdə  buraxılan  məhsulun  keyfiyyətinin  pisləş-
məsinə  gətirib  çıxaran  rejim  pozuntularının  qarşısını  al-
maq üzrə tədbirlərin işlənilməsi və reallaşdırılması; 
-
 
TNŞ nəzarətçilərinin əməyinin məhsuldarlığının və 
fond  təchizatının  artımına,  yoxlamaların  obyektivliyinin 
yüksəlməsinə  və  xidmət  işçilərinin  işinin  yüngülləşdiril-
məsinə yardım edən, texniki nəzarətin mütərəqqi metod və 
vasitələrinin işlənilməsi və tətbiqi
-
 
nəzarət xidmətinin müxtəlif dərəcəli heyətinin əmə-
yinin  keyfiyyətinin  obyektiv  qeydiyyatı  və  fərqləndirici 
qiymətləndirilməsi,  nəzarət  nəticələrinin  gerçəkliyinin 
müəyyənləşdirilməsi; 
-
 
yüksək keyfiyyətli məhsul istehsalının əsas şərtləri-
nin və ilkin şəraitinin faktiki vəziyyəti və dəyişmələri haq-


 
 
85 
 
qında informasiyanın sonradan  mərkəzləşdirilmiş sxemdə 
işlənilməsi  üçün  zəruri  olan  məlumatların  (kooperasiya 
üzrə  tədarük  edilən  xammalın,  materialların,  yarımfabri-
katların,  dəstləşdirici  məmulatların  və  s.  keyfiyyəti,  işlə-
yənlərin əməyinin keyfiyyəti, sexlərdə və sahələrdə texno-
loji nizam-intizamın vəziyyəti və s.), həmçinin də buraxı-
lan  məhsulun  keyfiyyətinin  nail  olunmuş  səviyyəsi  haq-
qında informasiyanın hazırlanması; 
-
 
əsas istehsalçı fəhlələrinin özlərinə nəzarət etmələ-
rinin tətbiqinin genişləndirilməsi üçün işlərin görülməsi (o 
cümlədən,  keyfiyyətin  özünə  nəzarətinə  verilən  texnoloji 
əməliyyatların  sadalanmasının  formalaşdırılması,  iş 
yerlərinin zəruri olan nəzarət-ölçmə cihazları, alətlər, ləva-
zimat və sənədlərlə təchizatı, fəhlələrin öyrədilməsi, şəxsi 
möhürlə  işləyən  icraçıların  fəaliyyətinə  seçmə  nəzarətin 
həyata keçirilməsi istehsalatda özünə-nəzarətin tətbiqi nə-
ticələrinin qiymətləndirilməsi və s.); 
-
 
məhsulun  keyfiyyəti  məsələləri  üzrə  təchizatçılar 
və 
istehlakçılar və istehlakçılar
 arasında səmərəli informa-
siya  əlaqəsinin  təşkilini  ehtimal  edən,  məmulatların  istis-
mar  prosesində  onların  keyfiyyət  dinamikasının  xüsusi 
tədqiqatlarının keçirilməsi
-
 
məhsulun  keyfiyyətinə  nəzarət  xidmətinin  fəaliy-
yət-inin müxtəlif aspektlərinin planlaşdırılması və texniki-
iqtisadi təhlili; 
-
 
müəssisənin  texniki  nəzarət  şöbələrinin  və  ida-
rələrinin bütün struktur bölmələrinin işinin uzlaşdırılması; 
-
 
məhsulun keyfiyyətinə çəkilən xərclərin mütləq kə-
miyyətinin və dinamikasının, texniki nəzarətin profılaktik-
liyinin, gerçəkliyinin və qənaətçiliyinin məmulatın keyfiy-
yətinə təsiri və müəssisənin fəaliyyətinin əsas göstəricilə-


 
 
86 
 
rin mütəmadi müəyyənləşdirilməsi, nəzarət xidmətinin işi-
nin effektliyinin qiymətləndirilməsi. 
Mövcud  istehsal  şəraitində  məhsulun  keyfiyyətinə 
nəzarətin  obyektivliyinin  kifayət  qədər  tez  və  səmərəli 
yüksəlişi,  nəzarət  xidmətləri  heyətinin  müxtəlif  kateqori-
yalarının  əməklərinin,  bir  çox  müəssisələrdə  yaranmış 
düzgün  olmayan  qiymətləndirmə  və  həvəsləndirmə  siste-
minin  dəyişdirilməsi,  bu  işçilərdə  öz  əməklərinin  keyfiy-
yətinin artırılmasında əsl marağın  yaradılması, həyata ke-
çirilən yoxlamaların gerçəkliyinin təmini nəticəsində əldə 
olunur. 
Məhsulun keyfiyyətinə nəzarət üzrə fəaliyyətin nəti-
cələrinin  əhəmiyyətli  dərəcədə  yaxşılaşdırılması,  istehsa-
latda  zay  məhsulun  profilaktikasını  həyata  keçirməyə  im-
kan verən texniki nəzarətin mütərəqqi növlərinin prioritet 
inkişafının  təmini  üçün  nəzarət  xidmətləri  işçilərinin  səy-
lərinin cəmlənməsi zəruridir.  
Nəzarətin sadalanan növlərinin düzgün istifadəsi mə-
mulatın  keyfiyyətinin  formalaşması  prosesinə  onun  fəal 
təsirinin  əhəmiyyətli  dərəcədə  artmasına  yardım  edir. 
Çünki,  istehsalatda  zay  məhsulun  passiv  surətdə  qeydə 
alınması  deyil,  onun  yaranmasının  profilaktikası  həyata 
keçirilir. 
Nəzarətin  göstərilən  növlərinin  tətbiqi,  müəyyən 
olunmuş  tələblərdən  nəzərdə  tutulan  sapmaların  vaxtında 
aşkar  edilməsinin  həyata  keçirilməsinə  məhsulun  keyfiy-
yətinin  aşağı  düşməsinin  müxtəlif  səbəblərinin  operativ 
sxemdə  aşkarlanmasına  və  aradan  qaldırılmasına,  onların 
sonradan  meydana  gəlməsi  mümkünlüyünün  qarşısının 
alınmasına imkan yaradır. 
 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə