Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə23/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   94

 
 
87 
 
4.4.
 
Keyfiyyətə nəzarətin, qüsurların və onların 
səbəblərinin təhlilinin üsulları 
 
   Texniki nəzarət obyektin müəyyən olunmuş texniki 
tələblərə uyğunluğunun yoxlanılması, istehsalat prosesinin 
ayrılmaz  tərkib  hissəsidir.  Nəzarətə  aşağıdakılar  məruz 
qalır: 

 
müəssisəyə  daxil  olan  xammal,  materiallar,  yana-
caq, yarım-fabrikatlar, dəstləşdirici məmulatlar; 

 
istehsal olunan pəstahlar, detallar, yığım vahidləri; 

 
hazır məmulatlar; 

 
avadanlıq,  ləvazimat,  məhsulun  hazırlanmasının 
texnoloji prosesləri. 
Texniki  nəzarətin  əsas  vəzifələri  keyfiyyətli  məhsu-
lun standartlara və TŞ-yə (Texniki şərtlərə) uyğun buraxıl-
masının  təmin  edilməsindən,  zay  məhsulun  aşkarlanması 
və qarşısının alınması, məmulatların keyfiyyətinin bundan 
sonra da yaxşılaşdırılması üzrə tədbirlərin keçirilməsindən 
ibarətdir. 
İndiyə  kimi  keyfiyyətə  nəzarətin  müxtəlif  üsulları 
yaranmışdır ki, bunları da iki qrupa bölmək olar: 
1.
 
Özünü  yoxlama  və  ya  özünənəzarət  -  əməliyyat-
ların  texnoloji  xəritəsi  ilə  müəyyənləşdirilmiş  metodların 
tətbiqi, habelə, nəzərdə tutulan  ölçmə  vasitələrindən  yox-
lamanın  verilmiş  mütəmadiliklə  istifadəsinə  operatorun 
şəxsi yoxlama və nəzarətidir. 
2.
 
Təftiş (yoxlama) nəzarətçi tərəfindən həyata keçi-
rilən və texnoloji prosesin nəzarət xəritəsinin məzmununa 
uyğun gəlməli olan, yoxlamadır. 
Texniki  nəzarətin  təşkili  aşağıdakılardan  ibarətdir: 
keyfiyyətə  nəzarət  prosesinin  layihələndirilməsindən  və 


 
 
88 
 
həyata  keçirilməsindən;  nəzarətin  təşkilatı  formalarının 
müəyyənləşdirilməsi;  nəzarət  vasitələrinin  və  üsullarının 
seçilməsindən  və  texniki-iqtisadi  əsaslandırılmasından; 
məhsulun  keyfiyyətinə  nəzarət  sisteminin  bütün  element-
lərinin qarşılıqlı fəaliyyətinin təminindən; üsulların işlənil-
məsi və zay məhsul və qüsurlarının təhlilinin sistemli ke-
çirilməsindən. 
Qüsurların xarakterindən asılı olaraq zay məhsul dü-
zəldilə  bilən  və  düzəldilə  bilməyən  (birdəfəlik)  ola  bilər. 
Birinci  halda  məmulatlar  düzəldikdən  sonra  təyinat  üzrə 
istifadə  edilə  bilər,  ikinci  halda  ya  düzəldilməni  texniki 
cəhətdən  həyata  keçirmək  mümkün  deyil,  ya  da  iqtisadi 
cəhətdən  qeyri-məqsədəuyğundur.  Zay  məhsulun  səbəb-
karları  müəyyən  olunur  və  onun  qarşısının  alınması  üçün 
tədbirlər nəzərdə tutulur. Texniki nəzarətin növləri cədvəl 
3.1-də göstərilmişdir. 
Texniki  nəzarətin  növləri.Məhsulun  keyfiyyətinə 
nəzarət zamanı fiziki, kimyəvi və başqa üsullardan istifadə 
olunmaqla  dağıdıcılar  və  qeyri-dağıdıcılar  kimi  iki  qrupa 
bölmək olar. Dağıdıcı üsullara aşağıdakı sınaqlar aiddir: 
-
 
dartılmaya və sıxılmaya olan sınaqlar; 
-
 
zərbəyə olan sınaqlar; 
-
 
təkrar-dəyişkən yüklənmələr zamanı sınaqlar; 
-
 
möhkəmlik sınağı. 
Qeyri-dağıdıcı olmayan üsullara aiddir: 

 
maqnitli (maqnitoqrafık üsullar); 

 
akustik (ultrasəs defektoskopiyası); 

 
radiasiyalı (rentqen və qamma-şüaların köməyi ilə 
defektoskopiya). 
Keyfiyyətə  nəzarətin  statistik  üsullarının  mənası  bir 
tərəfdən başdan-başa nəzarətlə müqayisədə (orqanoleptik, 


 
 
89 
 
vizual, səs və s.) onun aparılmasına çəkilən xərclərin əhə-
miyyətli  dərəcədə  azaldılmasından,  digər  tərəfdən  isə 
məhsulun  keyfiyyətinin  təsadüfi  dəyişməsinin  qarşısının 
alınmasından ibarətdir. 
Cədvəl 4.1 
Texniki nəzarətin növləri 
 
№ 
Təsnifat meyarı 
Texniki nəzarətin növləri 
1. 


2. 
Təyinat üzrə 
Giriş (təchizatlardan məhsulun);  
istehsal; təftiş (nəzarətə nəzarət). 
3. 
Texnoloji prosesin  
mərhələləri üzrə 
Əməliyyat  (hazırlanma  prosesində 
qəbul) (hazır məhsulun) 
4. 
Nəzarət üsulları üzrə  Texniki baxış (vizual);  
ölçmə; qeydəalma; statistik 
5. 
İstehsal prosesinin 
nəzarətlətam əhatəliliyi 
üzrə 
Başdan-başa; 
seçmə; 
axıcı; 
fasiləsiz; mütəmadi; 
 
6. 
Nəzarət əməliyyatları 
nın mexanikləşdiril 
-məsi üzrə 
 
 
Əl ilə; mexanikləşdirilmiş; yarıma-
vtomatlaşdırılmış; avtomatik; 
 



7. 
İşlənilmə gedişinə təsir 
üzrə 
Passiv nəzarət (emal prosesinin da-
yandırılması ilə və emaldan sonra); 
fəal nəzarət (emal vaxtı nəzarət və 
zəruri  olan  parametrə  nail  olun-
duqdan 
sonra 
prosesin 
da-
yandırılması);  avadanlığın  av-
tomatik sazlandırılması ilə fəal nə-
zarət 


 
 
90 
 
8. 
Asılı və qeyri asılı yol-
verilən  sapmaların  öl-
çülməsi üzrə 
 Gerçək  sapmaların  ölçülməsi;  ke-
çici  və  qeyri-keçici  kalibrlərin  kö-
məyi  ilə  hədlərinin  sapmalarının 
ölçülməsi. 
 

Sonrakı  istifadə  ehti-
malınatəsir üzrə 
Dağıdıcı; 
Qeyri-dağıdıcı; 
10.  Nəzarət obyektlərindən 
asılı olaraq 
Məhsulun keyfiyyətinə nəzarət
Əmtəə və miişayətedici sənədlərə 
 nəzarət; 
Texnoloji prosesə nəzarət
Təchizat  avadanlıqlarına  nəzarət; 
Texnoloji intizama nəzarət; 
İcraçıların ixtisasına nəzarət; 
İddiaların keçməsinə nəzarət
İstismar tələblərinə riayətə nəzarət; 
 
4.5.
 
Keyfiyyətə nəzarətin statistik üsulları 
 
 İstehsalatda  statistik  üsulların  tətbiq  sahəsi  iki  yerə 
bölünür (şəkil 4.4). Texnoloji proseslərə nəzarət üçün, tex-
noloji proseslərin dəqiqliyinin və sabitliyinin statistik təh-
lili və onların statistik tənzimlənməsi məsələləri həll edilir. 
Bu zaman etalon kimi, texnoloji sənədlərdə verilmiş nəza-
rət olunan parametrlərə görə buraxılışlar qəbul edilir. 
Məsələ bu parametrlərin ciddi surətdə təyin olunmuş 
hüdudlarda  sərtcəsinə  saxlanılmasından  ibarətdır.  Həm-
çinin,  son  istehsalın  keyfiyyətinin  artırılması  məqsədi  ilə 
əməliyyatların  yerinə  yetirilməsinin  yeni  rejimlərinin  ax-
tarışı məsələsi də qoyula bilər. 
İstehsal prosesində statistik üsulların tətbiqinə başla-
mazdan əvvəl bu üsulların tətbiqinin məqsədini və onların 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə