Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə24/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   94

 
 
91 
 
tətbiqindən  istehsalın  faydasını  dəqiq  təsəvvür  etmək  la-
zımdır. Verilənlər keyfiyyət haqqında nəticə kimi alındıq-
ları sxemdə çox nadir hallarda istifadə olunur. 
 
 
Şəkil 4.4. Məhsulun keyfiyyətinin idarə edilməsinin  
                 statistik üsullarlarının tətbiq sahələri 
Adətən, verilənlərin təhlili üçün keyfiyyətə nəzarətin 
yeddi statistik üsulu və  ya vasitəsindən istifadə edilir: ve-
rilənlərin  laylaşdırılması  (stratifıkasiyası);  qrafiklər,  Pare-
to diaqramı, səbəb-nəticə diaqramı (İsikava diaqramı və ya 
"Balıq  skeleti"),  nəzarət  vərəqəsi  və  histoqramma,  səpə-
lənmə diaqramı, nəzarət xəritələri. 
1. Laylaşma (stratifikasiya). 
Verilənlərin  xüsusiyyətlərinə  uyğun  olaraq  qruplara 
bölünməsi  zamanı  qruplar,  laylar  (stratlar),  bölünmə  pro-
sesinin özünü isə laylaşma (stratifikasiya) adlandırırlar. 
Məhsulun 
keyfiyyətinə 
statistik qəbul 
nəzarəti 
Statistik üsullar 
MKİ 
Məhsulun 
keyfiyyətinin 
qiymətləndirilməsi 
nin statistik üsulları 
proseslərin statistik  
tənzimlənməsi 
proseslərin və məhsulun 
keyfiyyətinin dəqiqliyi-
nin və sabitliliyinin sta-
tistik təhlii 


 
 
92 
 
Laylar  daxilində  fərqlərin  mümkün  qədər  az,  laylar 
arasındakıların isə mümkün qədər çox olması arzu edilən-
dir.  Ölçmələrin  nəticələrində  həmişə  parametrlərin  az  və 
ya çox səpələnməsi vardir. Əgər stratifikasiya bu səpələn-
məni yaradan amillər üzrə həyata keçirilsə, onun yaranma-
sının əsas səbəbini asanlıqla aşkar etmək, onu azaltmaq və 
məhsulun  keyfiyyətinin  yüksəldilməsinə  nail  olmaq  olar. 
Laylaşmanın  müxtəlif  üsullarının  tətbiqi  konkret  məsələ-
lərdən asılıdır. İstehsalatda çox zaman insan (man); maşın 
(machine); material (material), metod (method) amillərini 
nəzərə alan 4M adlanan metoddan istifadə olunur. 
Yəni laylaşmanı belə həyata keçirmək olar: 
-
 
icraçılar üzrə (cinsi, iş stajı, ixtisası və s. üzrə); 
-
 
maşın və avadanlıq üzrə (yeni və ya köhnəsi, mar-
kası, növü və s. üzrə); 
-
 
material  üzrə  (istehsal  olunduğu  yer, partiyası, nö-
vü, xammalın keyfiyyəti və s. üzrə); 
-
 
istehsal üsulu üzrə (temperaturu, texnoloji üsulu və 
s. üzra). 
Laylaşma üsulu olduğu kimi ayrıca məmulat və par-
tiyalar  üzrə  birbaşa  və  bilavasitə  xərclərin  qiymətləndiril-
məsi  tələb  olunduqda  məmulatın  dəyərinin  hesablanma-
sında, ayrıca müştəri və məmulatların satışından əldə edi-
lən  gəlirlərin  qiymətləndirilməsində  və  s.  tətbiq  olunur. 
Laylaşma  həmçinin  səbəb-nəticə  diaqram-larının,  Pareto 
diaqramlarının, histoqramların və nəzarət xəritələrinin tət-
biqi zamanı da istifadə edilir. 
2. Qrafiki metod. 


 
 
93 
 
İstehsal praktikasında verilənlərin qrafik göstərilməsi 
əyaniliyi və onların asan başa düşülməsi üçün geniş tətbiq 
olunur. Qrafıklərin aşağıdakı növləri var: 
a)
 
sınıq xətt şəklində olan qrafik (şəkil  4.5). 
Məsələn,  hər  hansı  verilənlərin  zaman  keçdikcə 
dəyişməsini əks etdirmək üçün tətbiq olunur. 
 
Şəkil 4.5. “Sınıq” qrafıkin və onun   
                 aproksimasiyasının nümunəsi 
b)
 
dairəvi və lentvari qrafıklərdən (sxem 4.5 və 4.6) 
nəzərdən  keçirilən  verilənlərin  faiz  nisbətlərinin  ifadə 
olunması üçün tətbiq olunur. 
 
 
Şəkil 4.6. Dairəvi qrafiki nümunəsi 
İstehsalatın maya dəyərinin tərkib hissələrinin nisbəti: 
- bütövlükdə məhsulun istehsalının maya dəyəri; 


 
 
94 
 
- bilavasitə xərclər; 
- birbaşa xərclər və s. 
 
Şəkil  4.7.  Məmulatın  ayrı-ayrı  növləri  (A,  B,  C) 
üzrə  satışdan əldə olunmuş gəlir məbləğlərinin nisbəti  
Şəkil  4.7.-də  məmulatın  ayrı-ayrı  növləri  (A,  B,  C) 
üzrə  satışdan  əldə  olunmuş  gəlir  məbləğlərinin  nisbəti 
göstərilmişdir. 
Burada bu meyl görünür ki, B məmulatı perspektivli-
dir, A və C isə - yox. 
c)
 
Z-sxemli  qrafik  (şəkil  4.5)  verilmiş  qiymətlərə 
nail olunma şərtlərinin ifadəsi üçün tətbiq edilir. Məsələn, 
aylar  üzrə  faktiki  verilənlərin  (satışın  həcmi,  istehsalın 
həcmi  və  s.)  qeydə  alınması  zamanı  ümumi  meylin  qiy-
mətləndirilməsi üçün 
Qrafik aşağıdakı sxemdə qurulur: 
1)
 
parametrin qiymətləri (məsələn, satışın həcmi) ay-
lar üzrə (bir il ərzində) yanvardan dekabradək qeyd olunur 
və düz parçaları ilə birləşdirilir (şəkil 4.5-dəki 1 sınıq xətti); 
2)
 
hər ay üçün kumulyativ məbləğ hesablanır və mü-
vafiq qrafik qurulur (şəkil 4.5-dəki 2 sınıq xətti); 
3)
 
yekun  qiymətləri  hesablanır  (dəyişən  yekun)  və 
müvafiq qrafik qurulur. Bu halda dəyişən yekun kimi, ha-


 
 
95 
 
zırki aydan əvvəl  gələn, il  üçün  yekun qəbul edilir (şəkil 
3.5-dəki 3 sınıq xətti) 
 
 
Şəkil 4.8. Z - sxemli qrafıkin nümunəsi 
Ordinat  oxu  aylar  üzrə  gəlir,  abssis  oxu  isə  ilin 
aylarıdır. 
Dəyişən yekun üzrə uzun dövr ərzində dəyişmə mey-
lini müəyyən etmək olar. Dəyişən yekunun əvəzinə qrafı-
kə planlaşdırılmış qiymətəri daxil etmək və onlara nail ol-
ma şərtlərini yoxlamaq olar. 
c) sütunvari qrafiki (şəkil 4.8), məmulatın maya də-
yəri  onun  növündən  yaranmış  zay  məhsulun  nəticəsində 
itkilərin  cəminin  prosesdən  və  s.  kimi  amillərin  kəmiyyət 
asılılığı sütunvari hündürlüyü ilə ifadə olunur. Histoqrama 
və Pareto diaqramı sütun qrafıkinin müxtəlif növləridir.  
 
 
 
 
 
 
 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə