Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə25/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   94

 
 
96 
 
V FƏSİL. MƏHSULUN KEYFİYYƏTİNİN 
TƏMİN OLUNMASINA SƏRF OLUNAN 
XƏRCLƏRİN İDARƏ OLUNMASI 
 
5.1. Məhsulun keyfiyyətinə sərf olunan  
xərclərin növləri 
 
Keyfiyyətə  sərf  edilən  xərclər  iki  növə  bölünür.  Bi-
rincisi – «qeyri-müvafiqlik xərcləri» –qeyri-müvafiq məh-
sulların istehsalından dəyən birbaşa zərərlərdir, ikincisi isə 
-  «müvafiqliyə  görə  xərclər»  -  keyfiyyətsiz  məhsulun  is-
tehsalının  qarşısının  alınmasına,  yaxud  bu  kimi  məhsulun 
istehlakçıya  çatana  qədər  satışdan  çıxarılmasına  edilən 
xərclərdir. 
Keyfiyyətə  sərf  edilən  xərclər  aşağıdakı  kateqoriya-
lara  da  aid  oluna  bilər:  qüsurların  qarşısının  alınmasına 
edilən  xərclər;  keyfiyyətin  qiymətləndirilməsinə  sərf  edi-
lən xərclər; çıxdaşla (zərərlə) bağlı itkilər. 
Qüsurların qarşısının alınmasına edilən xərclər özlü-
yündə  buraxılan  məhsulun və  göstərilən xidmətlərin key-
fiyyətinin lazımi texniki xarakteristikalara, yaxud istehlak-
çı tələblərin qeyri-müvafiqliyinə yol verilməməsi işinə yö-
nəldilən  investisiyalardır.  Adətən  belə  investisiyalar  key-
fiyyət sisteminin, yaxud qüsurların və qeyri-müvafiqliklə-
rin  qarşısının  alınmasına,  habelə  məhsul  tullantılarının  is-
tisna  edilməsinə  yönəldilən  fəaliyyətin  layihələndirilməsi, 
işlənib hazırlanmasının tətbiqi, dəstəklənməsi və auditi ilə 
bağlıdır. Qüsurların qarşısının alınması üzrə xərclərə pro-
seslərin  statistik  nəzarətinə,  keyfiyyətin  menecmenti  ilə 
bağlı prinsiplərə, keyfiyyət sisteminin auditinə, tədarükçü-
lərin  sertifıkatlaşdırılmasına,  istehlakçıların  tələblərinin 


 
 
97 
 
təhlilinə, məmulatların təkmilləşdirilməsinə edilən məsrəf-
lər daxil edilir. 
Keyfiyyətin qiymətləndirilməsinə sərf edilən xərclər 
– keyfiyyətsiz məhsulun, yaxud xidmətin istehlakçıya çat-
dırılmasına  yol  verilməməsi  işinə  yönəldilən  vəsaitlərdir. 
Keyfiyyətə    sərf  edilən  xərclərin  həmin  kateqoriyası  key-
fiyyətin  tələblərinə,  yaxud  verilmiş  texniki  xarakteristika-
lara  müvafıqliyin  təsdiqlənməsi  məqsədilə  məhsulun,  ya-
xud  xidmətlərin  ölçülməsi,  inspeksiya  yoxlamaları,  test-
lənməsi və qiymətləndirilməsi ilə bağlıdır. Məhsulun key-
fiyyətinin qiymətləndirilməsinə sərf edilən xərclər məhsu-
lun  inspeksiyasına,  testlənməsinə,  auditor  yoxlamalarına, 
testləyici avadanlığın kalibrlənməsinə, xidmətlər üzrə  
iradların  monitorinqinə,  istehlakçıların  razılığının  tədqiqi-
nə edilən məsrəflərdir. 
Çıxdaşdan (qeyri-müvafıqlikdən) itkilər elə zərərlər-
dir ki, təşkilat keyfiyyət üzrə normativ tələbləri yerinə ye-
tirə  bilmədiyinə,  yaxud  istehlakçının  tələblərinə  əməl  edə 
bilmədiyinə  görə  bunlara  məruz  qalır.  Bu  tipli  məsrəflər 
daxili, yaxud zahiri ola bilər. Çıxdaşdan daxili itkilər məh-
sul,  yaxud  xidmətlər  istehlakçıya  çatana  qədər,  istehsal 
tullantıları ilə birlikdə aşkara çıxarılan qeyri-müvafıqlik və 
qüsurlardır.  Bu  halda  çıxdaş,  dəyişilmə,  çeşidləmə,  qəza 
təmiri, əlavə inventarlaşdırma təhlil mövzusuna çevrilir.  
Qeyri-müvafıqliklərin  zahiri  itkiləri  daha  ciddidir, 
çünki  onlar  istehlakçıların  mənafeyini  məhdudlaşdırır  və 
çox vaxt ört-  basdır  edilir. Bunlara da qiymətləndirilməsi 
çox çətin olan potensial mədaxillərin itkisi daxil olunur. 
Kompaniyaların (şirkətlərin) çoxusu xərcləri aşağıda 
sadalanan dörd geniş kateqoriya üzrə təsnif edirlər. 
1.
 
Daxili imtinalardan irəl igələn xərclər 


 
 
98 
 
Həmin  xərclər  məhsulun  istehlakçıya  çatmasına  qə-
dər  qüsurların  aşkara  çıxarılması  ilə  bağlıdır.  Əgər  isteh-
lakçıya göndərilənə qədər məhsulun heç bir qüsuru olma-
saydı,  bu  kimi  xərclər  də  baş  verməzdi.  Həmin  xərclərə 
aşağıdakı tərkib hissələr daxildir: 
-
 
qırıntı:  bir  qayda  olaraq,  qənaətcilliklə  təmir  edilə 
bilməyən qüsurlu məhsulun əlavə məsrəfləri, əmək və ma-
terial məsrəflərinin dəyəri. Buna müxtəlif cür ad verilə bi-
lər: «qırıntı», «istehsal çıxdaşı», «zay» və i.a. 
-
 
dəyişdirilmə:  məhsulu  istifadə  üçün  yararlı  etmək-
dən ötrü qüsurların düzəldilməsinə edilən xərclər; 
-
 
imtinaların  təhlili:  qeyri-müvafiq  məhsulun  əmələ 
gəlməsi  səbəblərini  aşkara  çıxarmaq  məqsədilə  aparılan 
təhlilin dəyəri (qiyməti); 
-
 
tədarükçünün  məhsullarının  qırıntısı  və  dəyişdiril-
məsi: tədarükçüdən qəbul olunan qeyri-müvafiq məhsulun 
qırıntısı və dəyişdirilməsi səbəbindən xərclər; 
-
 
çeşidləmə  nəzarəti:  həddindən  artıq  yüksək  qüsur-
luluq səviyyəsi olan məhsul dəstinin (partiyasının) qüsurlu 
vahidlərinin aşkara çıxarılmasının qiyməti; 
-
 
təkrar texniki nəzarət və sınaqlar: dəyişdirilmə, ya-
xud təmirdən sonra məhsulun nəzarət və sınaqlarının qiy-
məti; 
-
 
istisna edilməsi mümkün olan proses itkiləri: bəzən 
məhsulun müvafiqliyi zamanı əmələ gələn itkilərin dəyəri. 
Məsələn,  doldurucu  və  ölçü  avadanlıqlarının  həddindən 
artıq variantlılığı  səbəbindən istehlakçıya göndərilən kon-
teynerin artıqlamasilə doldurulması; 


 
 
99 
 
-
 
çeşidin  aşağı  salınması:  keyfiyyətin  lazımi  qədər 
olmaması  səbəbindən  normal  və  aşağı  salınmış  qiymətlər 
arasındakı fərq. 
2.
 
Xarici imtinalardan irəli gələn xərclər 
Həmin xərclər məhsulun istehlakçıya göndərilməsin-
dən sonra aşkara çıxarılan qüsurlarla  bağlıdır. Əgər  məh-
sulun  heç  bir  qüsuru  olmasaydı,  belə  xərclər  də  olmazdı. 
Bu xərclərə aşağıdakılar daxildir: 
  -  təminat  xərcləri:  təminat  müddətində  məhsulun 
dəyişdirilməsinə, yaxud təmirinə edilən xərclərdir
 -  reklamasiyaların  tənzimlənməsi:  məhsula,  yaxud 
onun  qurulmasına  dair  əsaslandırılmış  reklamasiyaların 
tədqiqinə və tənzimlənməsinə edilən xərclərdir; 
 -  qaytarılan  məmulatlar:  istismar  yerindən  qayıtmış 
qüsurlu məhsulun mədaxil olunması, yaxud dəyişdirilməsi 
ilə bağlı xərclər; 
-  güzəştlər:  qeyri-standart  məhsulu  olduğu  kimi,  ya-
xud  istifadə  üçün  yararlılıq  tələblərinə  cavab  verməyən 
müvafiq məhsulu qəbul etməsi ilə əlaqədar sifarişçiyə edi-
lən güzəştlərin dəyəri. 
3.
 
Qiymətləndirmə xərcləri 
Məhsulun keyfiyyətin tələblərinə müvafiqliyinin də-
rəcəsini müəyyənləşdirmək üçün həmin xərclər hesablanır. 
Onlar aşağıdakılardan ibarətdir: 
1)
 
giriş nəzarəti və sınaqlar: ya daxilolma zamanı nə-
zarət vasitəsilə,  ya tədarük mənbəyində nəzarət vasitəsilə, 
ya  da  tədqiqat  vasitəsilə  alınan  məhsulun  keyfiyyətinin 
müəyyənləşdirilməsi üzrə xərclər


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə