Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə26/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   94

 
 
100 
 
2) istehsal  prosesində  texniki  nəzarət  və  sınaqlar: 
məhsulun  hazırlanması  gedişində  tələblərə  müvafiqliyin 
qiymətləndirilməsinə edilən xərclər
3) hazır  məhsula  texniki  nəzarət  və  sınaqlar:  məh-
sulun  qəbulu  zamanı  tələblərə  müvafiqliyin  qiymətləndi-
rilməsinin dəyəri; 
4) məhsulun keyfiyyətinin auditi: həm hazırlanmanın 
gedişində, həm də hazır məhsulun keyfiyyətinin auditləri-
nin keçirilməsinin dəyəri
5) avadanlığın  dəqiqliyinin  saxlanılması:  nəzarət-öl-
çü və sınaq avadanlıqlarının kalibrlənmiş vəziyyətdə sax-
lanılmasının dəyəri; 
6) materiallara  və  xidmətlərə  nəzarət  və  onların  sı-
naqları: nəzarət və sınaqlar zamanı istifadə olunmaq üçün 
nəzərdə  tutulan  materialların  və  ləvazimatların  (məsələn, 
rentgen  piyonkası),  habelə  xidmətlərin  (məsələn,  elektrik 
enerjisinin verilməsinin) qiymətləri
7) ehtiyatların  qiyməti:  xüsusiyyətlərin  pisləşməsi 
dərəcəsinin  qiymətləndirilməsi  məqsədilə  istismar  yerlə-
rində,  yaxud hazır məhsul anbarlarında saxlanılan məhsu-
lun sınaqlarının dəyəri. 
4.  Ehtiyat (xəbərdarlıq) xərclər 
İmtinalar  səbəbindən  edilən  xərcləri  minimuma  çat-
dırmaq və qiymətləndirmə xərclərini aşağı salmaq üçün bu 
xərclər hesablanır. Onlar aşağıdakılardan ibarətdir: 
1)keyfiyyətin  planlaşdırılması:  işlərin  geniş  spektri 
daxildir ki, bütün bunlar da birlikdə ümumi keyfiyyət pla-
nını və çoxsaylı ixtisaslaşdırılmış planları  yaradır. Həmin 
planların bütün marağı olan tərəflərin nəzərinə çatdırılma-


 
 
101 
 
sı qaydalarını müəyyənləşdirən prosedurların hazırlanması 
da buraya daxildir
2)yeni məhsulun təhlili: yeni məhsulun istehsala bu-
raxılışı  ilə  bağlı  möhkəmliyin  və  digər  işlərin  qiymətlən-
dirilməsinə edilən xərclər; 
3)texnoloji prosesin planlaşdırılması (istehsala hazır-
lıq): prosesin imkanlarının təhlilinə, nəzarətin planlaşdırıl-
masına  və  məhsulun  hazırlanması  prosesi  ilə  bağlı  digər 
işlərə edilən xərclər; 
4)prosesin  nizamlanması:  prosesin  vəziyyətinin  aş-
kara çıxarılması məqsədilə texnoloji prosesin gedişinə nə-
zarət və sınaqlara edilən xərclər; 
5)keyfiyyətin auditi: birləşmiş keyfiyyət planında ye-
rinə yetirilmiş işlərin qiymətləndirilməsinin dəyəri
6)tədarükçülərin  keyfiyyətinin  qiymətləndirilməsi: 
seçimə qədər tədarükçülərin iş  keyfiyyətinin  qiymətləndi-
rilməsinin  dəyəri,  habelə  müqavilənin  yerinə  yetirilməsi 
prosesində onların işlərinin auditinin keçirilməsinin və tə-
darükçülərə  dair  lazımi  tədbirlərin  qəbul  olunmasının  də-
yəri; 
7)təlim  (təhsil):  keyfiyyət  üzrə  təhsil  (təlim)  proq-
ramlarının hazırlanmasının və həyata keçirilməsinin dəyə-
ri (qiyməti). 
Qiymətləndirmə xərclərində olduğu kimi xəbərdarlıq 
(ehtiyat)  xərcləri  (işləri)  keyfiyyət  şöbələrinə  aid  olmaya 
da  bilər.  Burada  həlledici  meyar  yerinə  yetirilən  işin  nö-
vündən  asılıdır,  həmin  işi  yerinə  yetirən  şöbənin  adından 
asılı deyildir. 


 
 
102 
 
Məqsədli təyinatı üzrə xərclərin təsnifatı, ―keyfiyyə-
tin  təminatı‖,  ―keyfıyyətin  yaxşılaşdırılması‖  və  ―keyfiy-
yətin  idarə  olunması‖  anlayışlarının  (terminlərinin)  bey-
nəlxalq  miqyasda  tanınmış  siyahısına  uyğun  olaraq,  key-
fiyyət  sahəsində  müəssisənin  fəaliyyətinin  müasir  anlayı-
şına müvafiqdir. 
Keyfiyyətin təminatına sərf edilən xərclər deyildik-
də, məhsulun, yaxud xidmətlərin keyfiyyətinə qarşı isteh-
lakçı tərəfindən müəyyən olunmuş tələblərin ödənilməsin-
dən ötrü edilmiş bütün xərclər anlaşılmalıdır. 
Keyfiyyətin  yaxşılaşdırılmasına  sərf  edilən  xərclər-
istehlakçının ehtimal olunan tələblərinin ödənilməsinə yö-
nəldilən xərclərdir. 
Keyfiyyətin idarə olunmasına  sərf edilən xərclərə 
məhsula (xidmətlərə) qarşı irəli sürülən, yaxud irəli sürül-
məsi ehtimal edilən potensial qeyri-müvafiqliklərin aşkara 
çıxarılmasından, yaxud qarşısının alınmasından ötrü lazım 
olan təshihedici və xəbərdarlıqedici tədbirlərin işlənib ha-
zırlanmasına  və  həyatı  keçirilməsinə  sərf  edilən  xərclər 
aiddir. 
ISO-9000  fəsiləsindən  olan  standartların  tələblərin-
dən irəli gələrək, şübhəsiz ki, tərkibinə və strukturuna key-
fiyyətin  yaxşılaşdırılmasına  və  idarə  olunmasına  edilən 
ayrı-ayrı xərc elementlərinin daxil ola biləcəyi keyfiyyətin 
təmin  olunmasına  sərf  edilən  xərclər  nəzərdən  keçirilən 
təsnifatda  keyfiyyət  sisteminin  müxtəlif  modellərinə  nis-
bətdə aparıcı əhəmiyyətə malikdir. 
 
 


 
 
103 
 
5.2.Məhsulun keyfiyyətinə sərf olunan xərclərin 
təhlilinin informasiya (məlumat) bazası 
 
Şübhəsiz  ki,  keyfiyyətə  sərf  olunan  xərclərin  ölçül-
məsi  və  təhlili  üzrə  hər  hansı  layihənin  başlıca  məqsədi 
kompaniyanın (şirkətin) ali menecmentindən ötrü tövsiyə-
lərin işlənib hazırlanmasından ibarətdir. Fəaliyyətin yaxşı-
laşdırılması  üzrə  elə  tədbirlərin  seçimi  başlıca  vəzifə  ol-
malıdır  ki,  bunlar  təşkilatın  strateji  məqsədlərinə  maksi-
mum dərəcədə cavab verə bilsin. Həmin tədbirlərin seçim 
prosesi aşağıdakı şəkildə təsvir olunur (şəkil 5.1). 
Bir qayda olaraq, rəhbərlik baxımından kommersiya 
təşkilatlarının  əsas  məqsədləri  mənfəətin  artırılmasından, 
yaxud  bazar  payının  qiymətləndirilməsindən  ibarətdir. 
Lakin müəyyən hallarda sol kvadratda sadalanan məsrəflə-
rin aşağı salınması, yaxud bazar kapitallaşmasının artması 
kimi digər məqsədlər qismən üstün ola bilər. Qeyri – kom-
mersiya  təşkilatlarından  ötrü  xidmətlərin  göstərilməsinə 
və  istehlakçıların  razılıq  dərəcəsinin  artmasına  edilən 
xərclərin aşağı salınması da başlıca vəzifə ola bilər. Hazır-
da təşkilatların əksəriyyəti bu və ya digər formada özlərin-
də keyfiyyətin yaxşılaşdırılması prosesini tətbiq etmişlər. 
İlk baxışdan adama elə gəlir ki, keyfiyyətin yaxşılaş-
dırılması üzrə bütün tədbirlər görülüb, keyfiyyət sahəsində 
layihələr  təhlil  olunub  və  üstünlük  elələrinə  verilib  ki, 
bunlar təşkilatların hansı bir qismi üçün isə daha sərfəlidir. 
Bütün bunlara baxmayaraq, burada izafi struktur optimal-
laşdırılması  ilə  bağlı  müəyyən  sistemli  risk  mövcuddur. 
Əgər  keyfiyyətin  yaxşılaşdırılması  üzrə  tədbirlər  bütün 
təşkilatın  strateji  məqsədləri  ilə  bilavasitə  bağlı  deyilsə, 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə