Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə28/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   94

 
 
107 
 
Keyfiyyətə  sərf  edilən  məsrəflərin  təhlilindən  ötrü 
məmulatlar ilkin ola bilər ki, bunlar da məlumatın bir qay-
da  olaraq,  məhsulun  keyfiyyətini  təsdiqləyən  TŞ,  ГОСТ, 
sertifikat  və  sair  sənədlərdə  əks  etdirilən  texniki  və  sair 
parametrlərdir, həm də ilkin məlumatların işlənib hazırlan-
ması nəticəsində əldə edilən təkrar məlumatlar ola bilər. 
Məlumatların  emal  olunmağa  işlənib  hazırlanmağa 
ehtiyacı var. Nəticələr toplanılan kimi ilkin nəticələrin çı-
xarılmasına  imkan  verən  bu  kimi  daşıyıcıların  işlənib  ha-
zırlanması məlumatların emalına edilən vaxt sərfini azalt-
mağa imkan verir. Bundan ötrü informasiya mənbəyi qey-
diyyata  alınmalıdır  (toplandığı  tarix,  əməliyyatı  icra  edən 
işçi, emalın  yerinə  yetirildiyi dəzgah, istifadə olunan ma-
teriallar  partiyası  (dəsti  və  i.a.).  İnformasiya  cədvəl-lərdə 
qey-də alınır ki, bu da operativ idarəetmə qərarlarının qə-
bulu zamanı və qarşılıqlı əlaqə və tendensiyaların daha də-
rin statistik-riyazi  təhlilindən ötrü istifadə edilən statis-tik 
göstəricilərin hesablanmasını asanlaşdırır və sürətlən-dirir. 
İstehsala sərf edilən məsrəflər smetası məmulata sərf 
olunan xərclər strukturunu müəyyənləşdirməyə imkan ve-
rən və tərtibinin vacibliyi, göstəricilərinin davamlılığı, də-
qiqliyi və əyaniliyi sayəsində böyük üstünlüyə malik olan 
daxili informasiya mənbələrindən biridir. O, xərclərin isti-
qamətlərinin  axtarışı  və  məmulatların  qiymətinin  azaldıl-
ması baxımından əlverişlidir. 
Bundan başqa, məmulatların növləri üzrə müha-sibat 
uçotu  hesablarından  toplanılan  istehsal  xərcləri  haqqında 
məlumatlardan da istifadə oluna bilər. 
Xarici  informasiyanın  əldə  olunması  daha  mürək-
kəb, çox zəhmət tələb edən və baha başa gələn işdir. Onun 
bir  qismi  reklam  prospektlərində,  prays  vərəqlərdə,  dövri 


 
 
108 
 
mətbuatın materiallarında və xüsusi ədəbiyyatda olur. Hə-
min məlumatlar satış sahəsində məhsulun qiymət və key-
fiyyəti  haqqında  istehlakçıların  rəyinin  öyrənilməsi  üzrə 
xüsusi seçmə yoxlamanın aparılması vasitəsilə əldə edilən 
məlumatlardan  daha  etibarlı  olur.  Lakin  əgər  müəssisə 
məhsulun xüsusiyyətlərinin yaxşılaşdırılması yolu ilə satış 
həcminin  artırılmasından  ötrü  alıcıların  istəklərini  nəzərə 
almaq  istəyirsə,  seçmə  yoxlamanın  həcmini  heç  bir  şey 
verə  bilməz.  Bu  məqsədlə  məhsulun  satıcı  və  alıcılarının 
sorğusunu,  yaxud  əhalinin  anketləşdirilməsini  keçirmək-
dən istifadə etmək olar ki, bunu da məlumatların işlənilib 
öyrənilməsi prosesində qruplara  (sinfə,  dərəcəyə)  bölmək 
olar.  Bu  da  məlumatın  əldə  olunmasından  ötəri  tipik  seç-
mədən  istifadə  etməklə  müəssisənin  məhsulu  haqqında 
müxtəlif sosial, yaş qruplarının və əhalinin digər qrupları-
nın rəyini öyrənməyə imkan verər. 
İstehlakçıların məhdud miqdarı bu kimi məlumat-la-
rın toplanılması, xüsusən kiçik seçim zamanı dəyişən cüt-
lər  arasında,  məsələn,  qiymətlə  zahiri  tərtibat  və  malın 
qablaşdırılması  arasında  mövcud  olan  asılılığı  öyrənməyə 
imkan verən yayılma diaqramlarının qurulması daha əlve-
rişlidir. Həmin dəyişənlər aşağıdakılardan ibarət ola bilər: 
-
 
keyfiyyətin xarakteristikası,  yaxud ona  təsir göstə-
rən amil; 
-
 
keyfiyyətin iki müxtəlif xarakteristikası; 
-
 
keyfiyyətin bir (eyni) xarakteristikasına təsir göstə-
rən iki amil. 
Dəyişənlərdən heç olmazsa birinin  keyfiyyətə, məh-
sulun  yaradılmasına,  yaxud  hər  hansı  xüsusiyyətinin  sax-
lanılmasına  yaxud  qiymətinə,  yəni  dəyər  ölçüsünə  edilən 
məsrəf göstəricisini əks etdirməsi məqsədəuyğun olardı. 


 
 
109 
 
Yayılma diaqramı bir neçə mərhələdə qurulur. Birin-
ci  cədvələ  asılılıqların  öyrənilməsi  ilə  bağlı  məlumat-lar 
daxil edilir. 
İkincidə  maksimum  və  minimum  ölçülər  arasında 
fərqin istənilən miqdarda (təxminən eyni miqdarda) hissə-
lərə bölünməsi yolu ilə əldə edilən göstəricilərin qiymətlə-
rindən ibarət şkala tərtib olunur, x oxunda amillə, y oxun-
da isə nəticə ilə bağlı qiymətlər qeyd edilir. 
Üçüncü mərhələdə müşahidələr nəticəsində əldə edi-
lən  nöqtələrin  cədvələ  qeyd  olunması  yolu  ilə  yayılma 
diaqramı qurulur. 
Dördüncü,  sonuncu  mərhələdə  ünvan  məlumatları 
qeyd olunur: diaqramın adı, müşahidə vaxtı, icraçının adı 
və digər lazımi məlumatlar. 
   
 
5.3. Məhsulun keyfiyyətinə sərf olunan xərclərin 
təhlili metodları 
 
Hazırkı kəskin rəqabət şəraitində keyfiyyət sahəsində 
hər hansı qərarın iqtisadi əsaslandırması olmalıdır. 
MS ISO - 9000 seriyasında qəbul olunmuş keyfiyyə-
tə sərf edilən xərclərin iqtisadi qiymətləndirilməsi konsep-
siyasına,  keyfiyyət  menecmenti  sistemi  çərçivə-sində  qə-
bul  edilən  qərarların  iqtisadi  nəticələrini  müəyyənləşdir-
məyə, qüsur və qeyri- müvafiqliklərin əmələ gəlməsindən 
zərərləri dəyərləndirməyə və keyfiyyətə sərf olunan xərc-
ləri  hərtərəfli  təhlil  etməyə  imkan  verən  bir  alət  (vasitə) 
kimi  baxıla  bilər.  Keyfiyyətə  sərf  edilən  xərclərin  uçotu-
nun, təhlilinin və qiymətləndiril-məsinin təşkili aşağıdakı-
ların idarə olunması üçün lazımdır: 


 
 
110 
 
-
 
keyfiyyətin  yaxışılaşdırılması  sahəsində  investisi-
yaların; 
-
 
məhsulun hazırlanması keyfiyyətinin təmin edilmə-
sinin və istehsal texnologiyasının təkmilləşdirilməsinin; 
-
 
istehsalın inkişafının; 
-
 
tədarükçü  və  istehlakçının  mənafelərinin  təmin 
edilməsinin. 
Keyfiyyətə sərf edilən xərclərin təhlili və qiymətlən-
dirilməsi  -  keyfiyyət  sahəsində  müəssisənin  maliyyə  stra-
tegiyasının ayrılmaz hissəsidir. 
Keyfiyyətə  sərf  edilən  xərclərin  təhlilinə  keyfiyyətə 
sərf edilən xərclərin tədqiqi metodu kimi, yaxud keyfiyyə-
tin  menecmenti  sistemində  fəaliyyət  kimi  baxıla  bilər. 
Bundan  belə  keyfiyyətə  sərf  olunan  xərclər  deyildikdə, 
keyfiyyət  sahəsində  təşkilatın  qərar  və  işlərinin  elmi  ba-
xımdan  əsaslandırılmasına və  işlərin on  yaxşı variantları-
nın  seçilməsinə  xidmət  edən  keyfiyyətə  olunan  xərclərin 
öyrənilməsi üzrə fəaliyyəti nəzərdə tutacağıq. 
Keyfiyyətə sərf edilən xərclərin qiymətləndirilməsi - 
təhlilin bilavasitə davam etdirilməsi təşkilatda ali rəhbərlik 
tərəfindən keyfiyyət sahəsində qərar qəbul olunarkən iqti-
sadi  informasiyanın  əldə  edilməsindən  ötrü  aparılır.  Qiy-
mətləndirmə müxtəlif kateqoriyalar üzrə təşkilatın keyfiy-
yət sahəsindəki məqsədlərindən, yaxud informasiyanın xa-
rakterindən  asılı  olaraq  aparılır  ki,  bu  da  keyfiyyət  sahə-
sində  iqtisadi  baxımdan  əsaslandırılmış  qərarların  qəbul 
edilməsindən ötəri zəruridir. 
Keyfiyyətə  sərf  olunan  xərclərin  təhlilinin  və  qiy-
mətləndirilməsinin aparılması zamanı əsas məqsədlər aşa-
ğıdakılardan ibarətdir: 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə