Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə3/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   94

 
 

 
Malların keyfiyyətinə təsir edən amillər iki qrupa bö-
lünür: malın keyfiyyətinin formalaşmasına təsir edən amil-
lər  və  keyfiyyəti  qoruyub  saxlayan  amillər.  Birinci  qrup 
amillərə  layihələşdirmə  və  modelləşdirmə  keyfiyyəti  və 
hazırlanma  keyfiyyəti  daxildir.  Hazırlanma  keyfiyyətinə 
normativ-texniki  sənədlərin  keyfiyyəti,  alət  və  avadanlıq-
ların  keyfiyyəti,  xammal  və  dəstləşdirici  məmulatların 
keyfiyyəti, texnoloji rejimə riayət edilməsi daxildir. 
İkinci qrup amillərə isə keyfiyyətcə tam formalaşma-
mış  malın  istehlakçılara  lazımi  səviyyədə  çatdırılmasını 
təmin  edən  amillər  daxildir.  Bu  amillərə  malların  marka-
lanması, qablaşdırılması, daşınması və saxlanılması aiddir. 
Keyfiyyəti formalaşdıran amillər, öz növbəsində, ob-
yektiv  və  subyektiv  olmaqla  iki  yerə  bölünür:  obyektiv 
amillərə xammal və məmulatın konstruksiyası, istehsal ba-
zasının  texniki  səviyyəsi,  istehsalın  mexanikləşdirilməsi 
və  avtomatlaşdırılması,  müasir  texnologiya  və  nəzarətin 
texniki vəsaiti, istehsal bazasının texniki səviyyəsi və istis-
mar bazası aiddir ki, bu da istifadə olunan məhsulun key-
fiyyətinə  müvafiq  olmalıdır.  Subyektiv  amillər  insan  fəa-
liyyəti  ilə  əlaqədardır,  yəni  insanın  istehsalat  funksiyasını 
yerinə  yetirmə  qabiliyyətindən  və  münasibətlərdən  asılı-
dır.  Bu  amillərə  ustalıq  dərəcəsi,  ümumi  təhsil  səviyyəsi, 
insanın psixoloji kamilliyi və əməyin bəhrəsinə şəxsi ma-
rağı daxildir. 
İqtisadiyyatın,  elm  və  texnikanın  inkişafı,  əhali  tə-
ləblərinin  dəyişilməsi,  yeni  növlü  xammalların  meydana 
çıxması  nəticəsində  mallara  qarşı  qoyulan  tələblər  daim 
dəyişilir və bir qayda olaraq artır. 
Mala olan tələblər cari və perspektiv, ümumi və spe-
sifik tələblərə bölünür. 


 
 
10 
 
Cari  t ələblər  bilavasitə  satışda  olan  mallar  üçün 
tərtib edilir. Onlar müəyyən mərhələdə ölkənin iqtisadi in-
kişafı, istehsalın texniki və iqtisadi imkanları nəzərə alına-
raq qoyulur. Bu tələblər, bir qayda olaraq, normativ-texni-
ki sənədlər və texniki şərtlərlə nizama salınır.Cari tələblər 
dövrü olaraq nəzərdən keçirilir, dəqiqləşdirilir və dəyişdi-
rilir. 
Perspektiv tələblər malın keyfiyyətinə verilən ge-
niş və  yüksək səviyyəli kompleks göstəriciləri birləşdirir. 
Malların  keyfiyyətinə  verilən  cari  tələblər  perspektiv  tə-
ləblərin  əsasını təşkil edir. 
Mala qarşı verilən perspektiv tələblər tərtib edilərkən 
tələbatın  nisbətən  dolğun  ödənilməsi,  istehsal  prosesləri-
nin  təkmilləşdirilməsi,  yeni  növ  xammalların  meydana 
gəlməsi və digər amillər nəzərə alınır. 
Malların  keyfiyyətinə  verilən  perspektiv  tələblərin 
tərtib  edilməsi  elm,  sənaye  və  ticarət  işçilərini  hazır  mə-
mulatın keyfiyyətini yüksəltməyə və daim təkmilləşdirmə-
yə vadar edir. 
Perspektiv tələblər texniki tərəqqinin inkişafı ilə əla-
qədar  olaraq  cari  tələblər  qrupuna  keçir  və  milli  standart 
və texniki şərtlərlə nizama salınır. 
Malların  keyfiyyətinə  verilən  perspektiv  tələblərin 
nəzərdən  keçirilməsi  əmtəəşünaslığın  vacib  məsələlərin-
dən biri hesab edilir. 
Ümumi  tələblər  bərabər  dərəcədə  ya  bir  mala, 
yaxud da üstünlüyü çox olan mallara verilir. Bu tələblərə 
malın  öz  təyinatına  nisbətən  tam  müvafiq  olması  və  əsas 
funksiyanın  yerinə  yetirmə  dərəcəsi,  istifadə  rahatlığı,  in-
san üçün zəruriliyi, təhlükəsizliyi, orqanizmin normal hə-
yat fəaliyyətinin təmin edilməsi, təyin olunmuş müddət ər-
zində  istismar  zamanı  davamlığı  və  etibarlılığı,  təmirin 


 
 
11 
 
mümkünlüyü və sadəliyi, estetik tələblər və s. daxildir. 
Bəzi  hallarda  malların  davamlılığına,  bəzi  hallarda 
isə onun xarici tələbatına nisbətən yüksək tələblər qoyulur. 
Müxtəlif  mallara  verilən  tələblərin  xarakteri  də  eyni  de-
yildir.  Belə  ki,  musiqi  alətinə  verilən  mühüm  tələb  onun 
səslənmə  keyfiyyəti,  pəncərə  şüşəsi  üçün  isə  onun  işıq-
keçirməsi  hesab  edilir  və  s.  Bədii-dekorativ  məmulatlar 
üçün  verilən  əsas  tələblərə  onların  mövzu  məzmununun 
ideya  istiqaməti,  rəng  tərtibatı,  icra  dəqiqliyi  aiddir;  da-
vamlılığa verilən tələb isə ikinci dərəcəlidir. Lakin bundan 
fərqli olaraq xidmət prosesində müxtəlif mexaniki təsirlərə 
məruz qalan mallar üçün (sıxılmaya, gərilməyə, əyilməyə, 
burulmaya, zərbəyə və s.) davamlılıq üçün verilən tələblər 
yüksək olur. 
Bundan  əlavə  bütün  mallar  üçün  verilən  ən  mühüm 
tələb  onların  insan  orqanizmi  üçün  zərərsiz  olması  hesab 
edilir. 
Spesifik  t ələblər  bir  qrup  məmulatlara,  yaxud 
müəyyən mal üçün verilməklə müxtəlif ola bilər: məsələn, 
şüşə və çini-saxsı məmulatlarının kəskin temperatur dəyiş-
mələrində istismarının mümkünlüyü. 
Mallara verilən həm cari, həm perspektiv, həm ümu-
mi  və  həm  də  spesifik  tələbləri  malın  istehlakının  hansı 
tərəfini xarakterizə etməsindən asılı olaraq sosioloji, funk-
sional,  erqonomik,  gigiyenik,  estetik,  texnoloji,  davam-
lılıq,  etibarlılıq,  iqtisadi  və  s.  bu  kimi  tələblərə  ayırmaq 
olar. 
Mala  verilən  sosioloji  tələblər,  geniş  mənada  bu 
və ya digər malın istehsalının ictimai tələblərə müvafiq ol-
masıdır.  Statistik  göstəricilərin  təhlili,  istehlak  modelləri-
nin tərtib edilməsi və sosioloji tədqiqatlar bu tələbləri aş-
kar etməyə imkan verir. Bu cür təhlillərin əsasında malla-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə