Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə32/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   94

 
 
122 
 
VI FƏSİL. KVALİMETRİYA - MƏHSULUN 
KEYFİYYƏTİNİN KƏMİYYƏTCƏ 
QİYMƏTLƏNDİRİLMƏSİ METODU KİMİ 
 
6.1.Kvalimetriyanın prinsipləri və spesifik 
problemləri 
 
Kvalimetriya  (latınca  qualis  –―necə,  necə  keyfiyyət-
də‖  və  metreo  –―ölçürəm‖  sözlərindən)  -  məhsulun  key-
fiyyətinin  kəmiyyətcə  qiymətləndirmə  metodlarını  birləş-
dirən elm sahəsidir. Kvalimetriyanın əsas vəzifələri aşağı-
dakılardır: 
-  keyfiyyət  göstəriciləri  nomenklaturasının  əsaslan-
dırılması; 
- onların müəyyənləşdirilməsi və optimallaşdırıl-ma-
sı metodlarının işlənib hazırlanması; 
-birtipli  məmulatların  və  məmulatların  parametrik 
sıralarının optimallaşdırılması; 
-keyfiyyətin ümumiləşdirilmiş göstəricilərinin qurul-
ması  prinsiplərinin  işlənib  hazırlanması  və  standartlaşdır-
ma və keyfiyyəti idarəetmə məsələlərində onlardan istifa-
də şərtlərinin əsaslandırılması. 
Kvalimetriya  normativ  sənədlərdə  keyfiyyət  göstəri-
cilərinin reqlamentləşdirilməsi, təhvil-təslim, dövri, birtip-
li və sertifikatlaşdırma sınaqları prosesində keyfiyyətin sə-
viyyəsinin və keyfiyyətə nəzarətin qiymətləndirilməsi üzrə 
fəaliyyətin əsasını təşkil edən məsələlərin həllinin metodo-
logiyasını  və  metodikasını  öyrənir.  Bu  sahədə  ehtimal  və 
statistik  metodlara,  keyfiyyətin  səviyyəsinin  qiymətləndi-
rilməsi  metodlarına,  sınaqların  nəticələrinin  işlənib  təhlil 


 
 
123 
 
olunmasına, nəticələrin interpretasiyası metodlarına və qə-
rarların qəbuluna daha çox diqqət verilir. 
Həmin  sahəyə  aid  əsas  məsələlərdən  biri  məhsul 
keyfiyyətinin  səviyyəsinin  qiymətləndirilməsindən  ibarət-
dir.  Qiymətləndirmə  məhsulu  ehtimal  olunan  satış  baza-
rında  iştirak  edən,  yaxud  iştirak  edəcək  qiymətləndirilən 
analoji  məhsullarla  analitik  metodlarla  müqayisə  etmək 
məqsədini güdür. Deməli, qiymətlən-dirmə metodunun se-
çimi qiymətləndiriləcək məhsulun düşə biləcəyi bazar şə-
raitinin  tədqiqatçı  tərəfindən  dərk  olunmasından  asılıdır. 
Özü də bu zaman, o, həmin amilləri həm nəzərə ala bilər, 
həm də nəzərə almaya bilər. 
Kvalimetriya  bir  elm  kimi  ümumilik  dərəcəsi  ilə, 
ölçmə və qiymətləndirmə vasitələri və  metodları ilə fərq-
lənən,  bir-birilə  qarşılıqlı  surətdə  əlaqədar  nəzəriy-yələr 
sistemi  tərzində  çıxış  edir.  Belə  nəzəriyyələrə  aşağı-dakı-
lar aiddir: 
-
 
ümumi kvalimetriya
-
 
xüsusi kvalimetriya; 
-
 
predmet kvalimetriyası. 
Ümumi  kvalimetriyada  -  ümumi  nəzəri  problemlər 
araşdırılır:  anlayışlar  sistemi,  qiymətləndirmə  nəzəriyyəsi 
(qanunlar  və  metodlar),  kvalimetriyanın  aksiomatikası 
(aksiomalar və qaydalar), kvalimetrik şkalalaşdırma nəzə-
riyyəsi (o cümlədən boy sırası ilə düzülmə, sanballılıq). 
Xüsusi  kvalimetriyada  –  qiymətləndirmənin  model-
ləri və alqoritmləri, qiymətləndirmələrin dəqiqliyi və düz-
günlüyü  nəzərdən  keçirilir:  ekspert  kvalimetriyası,  ehti-
mal-statistik  kvalimetriyası,  indeks  kvalimetriyası,  kvali-
metrik taksomaniya, adətən ierarxik quruluşu olan mürək-


 
 
124 
 
kəb istiqamətlənmiş obyektlərin təsnifat və sistemləşdirmə 
nəzəriyyəsi. 
Predmet  (əşya)  kvalimetriyası  –  qiymətləndirmə 
predmeti  (əşyası,  obyekti)  üzrə,  məhsul  və  texnika  kvali-
metriyası, əmək və fəaliyyət kvalimetriyası, qərarlar və la-
yihələr kvalimetriyası,  proseslər kvalimetriyası, subyektiv 
kvalimetriya,  sorğu  (tələbat)  kvalimetriyası,  məlumat  (in-
formasiya) kvalimetriyası və s. mövcuddur. 
Kvalimetriyanın  təkmilləşdirilməsi  onun  predmeti 
(əşyası, obyekti, mövzusu) və mündərəcatı haqqında müx-
təlif təsəvvürlərin  nəticəsidir  ki, onun da  başlıca  cizgiləri 
aşağıdakılardan ibarətdir: 
-
 
yalnız  qiymətləndirmənin  kəmiyyət  metodlarının 
nəzəriyyəsi kimi kvalimetriya haqqında təsəvvürlər
-
 
əməyin məhsulu olan obyektlərin ölçülməsi və key-
fiyyətinin  qiymətləndirilməsi  sahəsində,  yaxud  kompleks 
keyfiyyət  göstəricilərinin  quruluşu  sahəsində  kvalimet-
riyanın predmetinin məhdudlaşdırılması; 
-
 
kvalimetriyanın predmetinin genişləndirilməsi,  
onun kəmiyyətcə ölçülməyən obyektlərə aid edilməsi
-
 
kvalimetriyanın predmetində qiymətləndirmənin iq-
tisadiyyatdan kənar metodlarına daha geniş (çox)  yer (üs-
tünlük) verilməsi. 
Özü də bu zaman kvalimetriyanın predmetinə baxış-
ların təkamülü baş verir. Sosioloji, pedaqoji, coğrafi və s. 
kimi istiqamətlər meydana çıxmışdır. 
Kvalimetriyanın strukturluğu, dinamikliyi (mütə-hər-
rəkliyi),  müəyyənliyi  və  bütövlüyü  qarşılıqlı  əlaqə  mexa-
nizmi ilə təmin olunur. Ümumi kvalimetriya tətbiq olunan 
metodları  və  qiymətləndirmə  modellərini  nəzərə  almaqla 
xüsusi kvalimetriyanı  əmələ  gətirir, bu  sonuncu  isə  pred-


 
 
125 
 
met  kvalimetriyasında  öz  əksini  tapır.  Özü  də  bu  zaman 
ümumi kvalimetriyanın xüsusi kvalimetriyanın və predmet 
kvalimetriyasının  qarşılıqlı  əlaqələri  ümumi,  xüsusi  və 
tək-tək dinamikanı əks etdirir: 
Kvalimetriyanın  bir  elm  kimi  aşağıdakı  statuslarını 
qeyd etmək (fərqləndirmək, nəzərə çatdırmaq) olar: 
- iqtisadi; 
- iqtisadi-texniki; 
- ümumi elmi; 
- sistematik. 
İqtisadi  status  tələbat  (istehlak)  qiyməti  ilə  və  qiy-
mətlə  keyfiyyət  kateqoriyasının  qarşılıqlı  əlaqəsinin  si-
yasi-iqtisadı  mündərəcəsindən  irəli  gəlir.  İqtisadi  status 
baxımından kvalimetriya  yaradılan obyektlərin və proses-
lərin  iqtisadi  xüsusiyyətlərinin  nəzəri  cəhətdən  ölçülməsi 
kimi ekonometriya metodlarını öz tərkibinə daxil edir. 
Kvalimetriyanın  iqtisadi-texniki  statusu  onun  ob-
yektlərin  və  proseslərin  iqtisadi  və  texniki  xüsusiyyətləri-
nin  kompleks  qiymətləndirilmələrinə  istiqa-mətlənməsini 
əks etdirir ki, bu da səmərəliyin məsrəf-nəticə tədbirlərin-
də, iqtisadi-texniki göstəricilərdə, iqtisadi-texniki səviyyə-
lərdə və s. öz əksini tapır. 
Ümumelmi  status  keyfiyyət  kateqoriyasının  fəlsəfı-
metodoloji və ümumelmi funksiyaları ilə müəyyən olunur 
və  böyük  miqdarda  predmet  kvalimetriyalarının  (məhsul, 
texnika, əmək və i.a.) formalaşması ilə təsdiqlənir. 
Kvalimetriyanın  sistematik  statusu  onu  sistematik 
nəzəriyyə kimi müəyyənləşdirir. Bu da onunla əlaqədardır 
ki,  keyfiyyət  kateqoriyasının-sistemə  məxsus  bütün  əla-
mətləri-strukturluq,  dinamiklik,  müəyyənlik,  nizam-lılıq 
kimi  aspektləri  vardır.  Beləliklə,  burada  həm  qiymət-lən-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə