Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə33/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   94

 
 
126 
 
dirməyə,  həm  təhlilçiyə,  həm  də  idarəetməyə  sistemli  ya-
naşma mümkündür. 
Keyfiyyətin  kəmiyyət  qiymətləndirməsi  məhsulun 
həyat silsiləsinin bütün mərhələlərində əsaslandırılmış qə-
rarların qəbul edilməsi üçün lazımdır: marketinq tədqiqat-
larından istehsaldan çıxarılmağa qədər qərarın qəbul olun-
ması.  Keyfiyyətin  kvalimetriyası  rəqabət  qabiliyyətliyini 
müəyyənldəşdirməyə, keyfiyyətlə qiymə-tin qarşılıqlı əla-
qələrini yaratmağa, istehsal proseslərinin keyfiyyətini təh-
lil  etməyə,  məhsulun  təkmilləşdirilməsi  və  məsrəflərin 
azaldılması  yollarını  müəyyənləşdirməyə  imkan  verir.  Bu 
zaman məhsulun keyfiyyətinə, layihələrə və qərarlara kva-
limetriya  metodlarının  və  yanaşmalarının  aid  edilməsi 
keyfiyyəti idarəetmənin bütün  sahələrində çoxmeyarlı  qə-
rarların  ən  yaxşı  variantlarının  seçilməsinin  təsirli  apara-
tını yaradır. 
 
6.2.Kvalimetriyanın konseptual müddəaları 
 
Müasir tələblərdən  irəli gələrək,  müasir kvalimet-ri-
yanın  aşağıdakı  ilkin  konseptual  müddəalarını  formalaş-
dırmaq olar: 
1) kvalimetriya müəyyənləşdirilmə üçün yararlı olan 
kəmiyyət  və  keyfiyyət  formalarında  obyektin  həyat  silsi-
ləsinin  hər  hansı  mərhələsində  qiymətləndirilən  obyektin 
keyfıyyəti haqqında məlumat əldə etməyə imkan verir
2)  kvalimetriya  obyektin  keyfiyyətinin  qiymətlən-
dirilməsinə dinamiklik kateqoriyası kimi baxır, yəni baza-
rın  konyukturası  dəyişildikdə  onun  keyfiyyətinin  dəyişil-
məsi imkanını, istismar təcrübəsini nəzərə almaqla layihə 


 
 
127 
 
keyfiyyətinin tətbiqini, texniki proseslərin və istehsal vasi-
tələrinin təkmilləşdirilməsini nəzərdə tutur
3)kvalimetriyanın əsas metodik prinsipləri aşağıdakılardır: 
-bütövlükdə obyektin keyfiyyətini əmələ gətirən həm 
ayrıca  götürülmüş  xüsusiyyətlər  səviyyəsində,  həm  də 
bütün xüsusiyyətlər məcmuu səviyyəsində obyektin xüsu-
siyyətlərinin ölçülə  bilməsi  və  keyfiyyətinin qiymətləndi-
rilə bilməsi prinsipi
- obyektin keyfiyyətinin və ayrı-ayrılıqda götürülmüş 
etalon  nümunəsinin,  yaxud  onların  məcmusunun  keyfiy-
yətinin qarşılaşdırılması (qarşı-qarşıya qoyulması) prinsipi
- eyni tipli obyektin müxtəlif icralarının rəqabət edən 
variantlarının keyfiyyətinin müqayisəsi prinsipi; 
4)kvalimetriya  bir-biri  ilə  qarşılıqlı  surətdə  əlaqədar 
olan iki sahədə formalaşır və inkişaf edir; nəzəri kvalimet-
riya  sahəsində  keyfiyyətin qimətləndirilməsinin metod  və 
vasitələrinin  ümumi  prinsipləri  formalaşdırılır  ki,  bu  da 
qiymətləndirilən müxtəlif təbiətli obyektlərdən ötəri vahid 
(eyni, yeganə) olur; tətbiqi kvalimetriya sahəsində konkret 
obyektlərin  qiymətləndirilməsindən  ötrü  işçi  aləti  nəzəri 
kvalimetriyanın  müddəalarının  nəzərə  alınması  şərti  ilə 
formalaşır,  bu  zaman  keyfiyyətin  qiymətləndirilməsi  me-
todları və vasitələri həmin obyektlərin təbiətini və onların 
keyfiyyətlərinin təzahürünün real şəraitini nəzərə alırlar; 
  5) qiymətləndirilən obyektin hər hansı sadə,  yaxud 
mürəkkəb  xüsusiyyəti  keyfiyyət  göstəricisinin  absolyut 
(mütləq),yaxud  nisbi  qiyməti  ilə,  yaxud  qatılıq  əmsalı  ilə 
qiymətləndirilə bilər. 
Keyfiyyət  göstəricilərinin  mütləq  qiymətlərinin 
müəyyənləşdirilməsi  fiziki  eksperimentlər  (meterologiya 
metodları) əsasında, psixoloji eksperimentlər (eksperimen-


 
 
128 
 
tal  psixologiya  metodları)  əsasında  yerinə  yetirilə  bilər. 
Estetik  və  erqonomik  xüsusiyyətlərin  ekspert  ölçmələri 
obyektin  fəaliyyətinin  (işinin)  analitik  modellərinin  (tex-
niki və iqtisadi elmlər tərəfindən işlənib hazırlanmış səmə-
rəlilik metodları) qurulması əsasında həyata keçirilir. 
Keyfiyyət  göstəricisinin  nisbi  qiyməti  ictimai  qüsur 
səviyyəsinin vaxt ötdükcə dəyişilən göstəricisinin qiyməti 
ilə qarşılaşdırma  yolu ilə müəyyənləşdirilir. Keyfiyyət sə-
viyyəsinin  qiyməti  K  =  f(K
j
,M
j
)  funksiyası  kimi  təqdim 
oluna bilər ki, burada K keyfiyyət göstəricisinin nisbi qiy-
məti və  M
j
 çəkililik əmsalıdır. f funksiyası  müxtəlif asılı-
lıqları (orta ölçülü vahidləri) ifadə edə bilər. Bundan baş-
qa,  K  n  -  ölçülü  fəzada  skalyar  formasında  deyil,  vektor 
şəklində təqdim oluna bilər: 
6)kvalimetriyada  aşağıdakılar  qiymətləndirmə  ob-
yektləridir: müəyyən növlü hazır məhsulun keyfiyyəti, ya-
xud müəyyən keyfiyyətli, kəmiyyətli və qiymətli məhsula 
istehlakçı sorğusunun tələblərinin konkret icrası nəticəsin-
də buraxılan məhsulun keyfiyyəti, müəyyən məhsulun, ya-
xud  konkret  tərzdə  icra  olunan  məhsulun  mövcud  işlənib 
hazırlanan, yaxud yeniləşdirilən standartı-nın tələbləri, hə-
min məhsulun istehsalçı müəssisəsində mövcud olan key-
fiyyət sistemi; 
7)kvalimetriya  mövqeyindən  məhsulun  təsnifatının 
əlamətləri  olan  əsas  amillərə,  onun  keyfiyyətinin  qiymət-
ləndirilməsinin şərtləri baxımından həmin məhsulun hazır-
lanması və satışı sahəsi, ondan təyinatı üzrə istifadə olun-
masının üsulları və formaları aiddir. Bu amillər məhsulun 
hər  bir  növünə  müvafiq  olan  xüsusiy-yətlərin,  qiymətlən-
dirmə  göstəricilərinin,  keyfiyyətin  qiymətləndirilməsinin 
vəzifə və metodlarının tərkibinin seçimini müəyyənləşdirir. 


 
 
129 
 
Məhsulun keyfiyyətinin kvalimetriyasının  əsas məq-
sədləri aşağıdakılardan ibarətdir: 
-marketinq  tədqiqatları  səviyyəsində  -  məhsulun  bü-
tün ehtimal olunan istismar sahələrinin öyrənilməsi və sis-
temləşdirilməsi  əsasında  onun  bazar  üçün  yeniliyinin  sə-
viyyəsini  nəzərə  almaq  şərtilə  cari  və  perspektiv  tələbata 
məhsulun keyfiyyətinin müvafiqliyinin müəyyən edilməsi; 
-işlənib hazırlanma mərhələsində - məhsulun keyfiy-
yətini  əmələ  gətirən  xüsusiyyətlərin  aşkara  çıxarılması  və 
hərtərəfli təhlili əsasında məhsulun texniki səviyyəsinin və 
rəqabət  qabiliyyətliyinin  müəyyən  edil-məsi  və  müasir 
elmi-texniki  nailiyyətlərdən  və  konstruk-tor-texniki  yeni-
liklərdən  işlənib  hazırlanan  məhsulda  isti-fadə  edilməsi 
dərəcəsinin müəyyən olunması; 
-istehsal mərhələsində - istehsal yeniliyinin səviy-yə-
si və texnoloji prosesin sabitliyi nəzərə alınmaqla mənim-
sənilən,  buraxılan  və  yeniləşdirilən  məhsulun  keyfiyyət 
səviyyəsinin müəyyən edilməsi. 
Keyfiyyətin  kvalimetriyası  məqsədlərinə  uyğun  su-
rətdə  məhsulun keyfiyyətinin qiymətləndirilməsi vəzi-fəsi 
aşağıdakı kimi bölünə bilər: 
- layihəqabağı məsələlər (vəzifələr); 
- layihə məsələləri (vəzifələri); 
- istehsal məsələləri (vəzifələri); 
- istismar məsələləri (vəzifələri). 
Məhsulun  keyfiyyətinin  qiymətləndirilməsinin  layi-
həqabağı  məsələləri  (vəzifələri)  keyfiyyətinə  və  kəmiy-
yətinə  görə  məhsula  tələbatın  kompleks  qiymətlən-diril-
məsindən və məhsulun bazara görə yeniliyinin qiy-mətlən-
dirilməsindən ibarətdir. 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə