Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə34/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   94

 
 
130 
 
Məhsulun  keyfiyyətinin  qiymətləndirilməsi  rəqib-lə-
rin məhsulları ilə müqayisədə onun daha tam öyrənil-məsi
habelə  texniki,  iqtisadi  və  sosial  amillər  məcmuu  üzrə  is-
tehlakçıların perspektiv ehtiyatlarının və sorğuları-nın mə-
nimsənilməsi lüzumu nəzərə alınmaqla aparılma-lıdır. 
Bazara görə yenilik mallarına elə məhsulların yerinə 
yetirilməsi  (icrası,  hazırlanması)  aiddir  ki,  bunlar  tələbata 
tam  cavab  verir,  yaxud  məlum  tələbatı  daha  tam  ödəyə 
bilir, yaxud məlum tələbatı elə həmin səviyyədə ödəməklə, 
istehlakçılar dairəsini əhəmiyyətli dərəcədə genişləndirir. 
Lavihəqabağı  məsələlərin  həlli  zamanı  qiymətlən-
dirmə  bazası  kimi  məhsulun  genetik  nümunələrinin  key-
fiyyət  göstəricilərinin  qəbul  edilməsi  tövsiyə  olunur  ki, 
bunlar da onun üçün proqnozlaşdırılan istehlakçı xüsusiy-
yətləri kompleksini daha yüksək səviyyədə həyata keçirir. 
Keyfiyyətin qiymətləndirilməsinin layihə məsələ-ləri 
(vəzifələri)  məhsulun  texniki  səviyyəsindən,  məhsulun 
texnoloji  səviyyəsindən,  məhsulun  ehtiyat  tələbatı  səviy-
yəsindən,  xammalın,  materialların  və  komplektləşdirici 
məmulatların keyfiyyətindən ibarətdir. 
Məhsulun keyfiyyətinin qiymətləndirilməsi, məh-su-
lun istehsal və istismar texnologiyasının və onun isteh-sa-
lının rentabelliyinin lazımi qədər yüksək səviyyədə olması 
zamanı onun tətbiqinin real sahələrində istehlakçı-ların tə-
ləbatının  maksimum ödənilməsi  lüzumu nəzərə alınmaqla 
aparılmalıdır. 
Məhsulun  keyfiyyətinin  qiymətləndirilməsinin  is-
tehsalat məsələləri (vəzifələri) aşağıdakılardan ibarətdir: 
- məhsulun istehsal yeniliyinin qiymətləndiril-məsi; 
- məhsulun təhlükəsizliyi səviyyələri
- məhsulun ekoloji səviyyələri; 


 
 
131 
 
- yeniləşdirilən məhsulun keyfiyyəti
- məhsulun keyfiyyətinin sabitliyi. 
Məhsulun keyfiyyətinin qiymətləndirilməsi daha çox 
rəqabət  qabiliyyətliyinə  malik  məhsulun  istehsalının  mə-
nimsənilməsi, buraxılan məhsulun müasir səviyyədə olma-
sının  dəstəklənməsi  lüzumu  nəzərə  alınmaqla  aparılma-
lıdır.  Orijinal,  yaxud  malın  hazırlanmasının  konstruktor-
texniki  əlamətləri  üzrə  modernizə  edilmiş  mallar  istehsal 
yeniliyi hesab olunur. 
İstehsalat  vəzifələrinin  həyata  keçirilməsi  zamanı 
qiymətləndirmənin  bazası  kimi  ölkə  müəssisələrinin  və 
xarici firmaların mövcud bazarda rəqabət edən məhsul nü-
munələrinin  istehsal  göstəriciləri  qəbul  olunur  ki,  bu  za-
man insana və ətraf mühitə məhsulun dünya praktikasında 
mövcud  olan  yolverilən  mövcud  zərərli  təsir  normaları 
məcburi məhdudlaşdırıcı şərtlər kimi götürülür. 
Məhsulun  keyfiyyətinin  qiymətləndirilməsinin  istis-
mar  məsələləri  (vəzifələri)  bazar  konyukturasının dəyişil-
diyi şəraitdə məhsulun keyfiyyətinin, istehlak olunan məh-
sulun keyfiyyətinin, təmirdən sonrakı məhsulun keyfiyyə-
tinin dinamikasının qiymətləndiril-məsindən ibarətdir. 
Qiymətləndirmə  məhsulun  keyfiyyətinin  və  rəqabət 
qabilyyətliyinin  yüksək  səviyyədə  saxlanılması  lüzumu 
nəzərə  alınmaqla,  məhsulun satışı və  bölgüsü zamanı ba-
zar şəraitinin öyrənilməsi, habelə istismar sahəsində və tə-
mir zamanı onun ilkin xüsusiyyətlərinin bərpası sahəsində 
məhsuldan istifadə olunmasına edilən müşahi-dələrin mə-
lumatlarının  təhlil  və  ümumiləşdirilməsi  əsasın-da  aparıl-
malıdır. 
                 
 


 
 
132 
 
6.3. Keyfiyyət göstəricilərinin təsnifatı 
 
Keyfiyyət göstəriciləri - obyektin keyfiyyətinin tərki-
binə daxil olan, obyektin həyat silsiləsinin müəyyən şərtlə-
rinə  nisbətdə  nəzərdən  keçirilən  xüsusiyyətinin  kəmiyyət 
xarakteristikasıdır. Məhsul üçün bu, onun  yaradılması, is-
tismarı  və  istehlakının  (işlədilməsinin)  müəyyən  şərtləri-
dir.  Xidmətlər  üçün  bu,  onun  işlənib  hazırlanmasının  və 
göstəricilərinin  müəyyən  şərtləridir.  Prosesdən  ötəri    bu, 
onun  hazırlanması  və  həyata  keçiril-məsi  üçün  müəyyən 
şərtlərdir. 
Xarakter  xüsusiyyətlərin  miqdarından  asılı  olaraq, 
tək-tək, kompleks və inteqral keyfiyyət göstəriciləri möv-
cuddur. 
Keyfiyyətin tək-tək göstəriciləri  -  obyektin xüsusiy-
yətlərindən  (sadə  xüsusiyyət)  yalnız  birinə  aid  olan  key-
fiyyət  göstəricisidir  ki,  bu  da  obyektin  həmçinin  key-fiy-
yətinə  daxil  olan  digər  xüsusiyyətlərdən  asılı  olmayaraq 
fərqləndirilə və qiymətləndirilə bilər. 
Keyfiyyətin kompleks göstəriciləri obyektin key-fiy-
yətini əmələ gətirən bütün xüsusiyyətlər çoxluğu ilə qarşı-
lıqlı surətdə əlaqədar olan xüsusiyyətlər (mürəkkəb xüsu-
siyyətlər) məcmuunu xarakterizə edir. 
      
 
 
 
  ∑
 
 
 
   
           (5.1.)                      
burada 
 
 
-hazırlıq  əmsalıdır.  Eyni  zamanda  məmu-
latın  davamlılığını  və  təmirə  yararlığını  xarakterizə  edir; 
T- ləngiməyə görə orta əlavə işdir; 
 
 
- məmulatın ayrı-ayrı 
qovşaqlarının, bloklarının bərpa vaxtıdır. 


 
 
133 
 
Hər hansı ölçmə zamanı müqayisə etalonu ( m K
2

lazımdır. Bundan ötrü kvalimetriyada aşağıdakılardan isti-
fadə olunur: 
-
 
keyfiyyətin  baza  göstəricisi  -  keyfiyyətin  müqayi-
səli qiymətləndirilməsi zamanı obyektin keyfiyyətinin eta-
lon kimi qəbul olunan göstəricisi
-
 
keyfiyyətin  nisbi  göstəricisi  -  qiymətləndirilən  ob-
yektin  keyfiyyət  göstəricisinin  nisbi  vahidlərlə  ifadə  olu-
nan baza keyfiyyət göstəricisinə nisbəti; 
-
 
inteqral  göstərici  -  keyfiyyətin  kompleks  göstəri-
cisi  olub,  obyektin  keyfiyyətini  bütövlükdə  onun  ümumi 
səmərəliyi  baxımından  xarakterizə  edir  və  təyinatı  üzrə 
obyektdən istifadə olunmasının faydalı  səmərəsinin cəmi-
nin  obyektin  yaradılmasına  və  insana,  ətraf  mühitə  təsiri 
nəzərə alınmaqla obyektdən təyinatı üzrə istifadə olunma-
sına edilən xərclərə nisbəti kimi ifadə olunur. 
Ümumiləşdirilmiş  keyfiyyət  göstəricisi  -  obyektin 
elə xüsusiyyətlər məcmuuna aid olan keyfiyyət göstəri-ci-
sidir ki, bununla onun keyfiyyəti bütövlükdə qiymət-ləndi-
rilir. 
Qiymətləndirmə  zamanı  rolundan  asılı  olaraq,  ob-
yektin keyfiyyətinin təsnifat və qiymətləndirmə göstəri-ci-
ləri vardır. 
Keyfiyyətin təsnifat göstəriciləri seçilmiş təsnifat sis-
temində  obyektin  müəyyən  təsnifat  qruplaşmasına  məx-
susluğunu  xarakterizə  edir  və  obyektdən  istifadə  olunma-
sının növünü, ölçüsünü tətbiqi sahəsini və şərtlərini müəy-
yənləşdirirlər. 
Təsnifat göstəricilərinə aşağıdakılar aiddir: 
1)
 
məhsulun parametrik, yaxud birtipli növünü  
müəyyənləşdirməyə xidmət edən göstəricilər


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə