Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə35/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   94

 
 
134 
 
2)
 
məhsulun tətbiqi sahəsini və şəraitini müəyyənləş-
dirən icra göstəriciləri
3)
 
məhsulun  funksional  imkanlarını  müəyyənləşdi-
rən  əlavə  qurğuların  və  xüsusiyyətlərin  mövcudluğunun 
göstəriciləri. 
Qiymətləndirmə  göstəriciləri  –  obyektin  istehsal  və 
istismar prosesində keyfiyyətini əmələ gətirən xüsusiyyət-
ləri kəmiyyətcə xarakterizə edir. Bunlardan obyektin key-
fiyyətinin  normalaşdırılmasından,  obyektin  keyfiyyətinin 
işlənib hazırlanması, əmələ gətirilməsi və yoxlanılması za-
manı onun texnoloji səviyyəsinin qiymətləndirilməsindən, 
ona nəzarətdən, sınaqlardan və sertifikatlaşdırmadan ötəri 
istifadə olunur. 
 
6.4. Məhsulun keyfiyyətinin qiymətləndirilməsi 
 
Məhsulun  keyfiyyətinin  qiymətləndirilməsi  məhsu-
lun dünya, milli, regional,  yaxud sahə səviyyəsinə  müva-
fiqliyini müəyyənləşdirməkdən ibarətdir. Məhsulun dünya 
səviyyəsinə  müvafıqliyinin  qiymətləndirilməsi  məhsulun 
texniki  mükəmməlliyi  göstəricilərinin  və  baza  nümunələ-
rinin  qiymətlərinin  müqayisəsi  əsasında  müəyyən  olunur. 
Qiymətləndirmə nəticəsində məhsul üç kateqoriyadan biri-
sinə aid edilir: 
1) dünya səviyyəsindən üstündür
2) dünya səviyyəsinə müvafiqdir
3) dünya səviyyəsindən geri qalır. 
Məhsulun keyfiyyətinin (MK) qiymətləndirilməsinin 
nəticələrindən istifadə oluna bilər (şəkil 6.1): 
-
 
yeni məhsulun işlənib hazırlanması zamanı; 


 
 
135 
 
-
 
məhsulun  işlənib  hazırlanmasına  dair  texniki  tap-
şırığın əsasını təşkil edən tələblərin əsaslandırılması kımı; 
-
 
məhsulun  istehsalının  başlanılmasına  dair  qərarın 
qəbulu zamanı; 
-
 
buraxılan  məhsulun  dəyişdirilməsi,  yaxud  istehsal-
dan çıxarılmasının məqsədəuyğunluğunun əsaslandırılma-
sı zamanı; 
-
 
ixracat  və  idxalat  üzrə  təkliflərin  formalaşdırılması 
zamanı. 
Böyük həcmdə işlərin sahmana salınmasından və sis-
temləşdirilməsindən  ötrü  MK-nin  qiymətləndirilməsinin 
aşağıdakı alqoritmlərindən istifadə edilməsi təklif olunur: 
1)
 
məhsulun dərəcə və qrupunun müəyyən olunması; 
2)
 
məhsuldan istifadə şərtlərinin müəyyənləşdirilməsi; 
3)
 
istehlakçıların tələblərinin aradan qaldırılması; 
4)
 
MK  göstəriciləri  nomenklaturasının  seçilməsi  və 
əsaslandırılması; 


 
 
136 
 
 
Şəkil 6.1. MK-nin müəyyənləşdirilməsi 
Qiymətləndirmənin nəticələrindən 
istifadə 
 
MK-nın 
nomenklaturasının 
seçilməsi 
 
 
Ekspertliyə namizəd 
Keyfiyyətinin 
səviyyəsinin  
müəyyənləşdirilməsi 
metodunun seçilməsi
 
MK-nin müəyyənləşdirilməsi 
 
Keyfiyyətin səviyyəsinin 
qiymətləndirilməsi 
 
Qərarın qəbul olunması 
 
Baza keyfiyyət 
göstəricilərinin seçilməsi 
 


 
 
137 
 
5)
 
qarşılaşdırıla bilən ən yaxşı ölkə və xarici analoq-
ların aşkara çıxarılması və baza məhsulunun seçilməsi
6)
 
ən  yaxşı texniki üsulların patent məlumatlarından 
istifadə  edilməsi  əsasında  MK-nın  optimal  səviyyəsini 
müəyyənləşdirən  göstərici  qiymətlərinin  müəyyən  olun-
ması; 
7)
 
qiymətləndirilən  və  baza  məhsulunun  keyfiyyət 
göstəricilərinin qiymət kəmiyyətlərinin müəyyən olunması; 
8)
 
məhsulun texniki səviyyəsinin qiymətləndirilməsi 
metodunun seçilməsi; 
9)
 
faktiki qiymətlərin müəyyən edilməsi
10)
 
mümkün olan üsulların variantlarının müqayisəli 
təhlili və ən yaxşısının müəyyənləşdirilməsi; 
11)
 
təhlilin  nəticələrinin  əldə  olunması  və  müvafiq 
qərarın qəbul edilməsi
12)
 
məhsulun  keyfiyyətinin  tələblərinin  müəyyən 
olunması və ND-də keyfiyyət göstəricilərinin normalaşdı-
rılması. 
Etibarlılıq (möhkəmlik) – prosesin səmərəliliyə təsir 
göstərən  mühüm  xüsusiyyətidir.  O,  prosesin  iştirakçı-la-
rından  və  bir  çox  digər  amillərdən,  o  cümlədən  prosesdə 
iştirak edən texniki vasitələrin istismar  keyfiyyətindən və 
etibarlılığından (möhkəmliyindən) asılıdır. 
Etibarlılıq  və  səmərəlilik  göstəricilərini  giriş  (ilkin) 
göstəriciləri sırasının aşkara çıxarılması və onlardan istifa-
də etməklə əldə olunan çıxış göstəriciləri vasitəsilə birtipli 
«sisteməmələgətirən»  ümumiləşdirilmiş  göstəri-cilər  əsa-
sında müəyyənləşdirmək təklif olunur. 
Prosesin  müntəzəmliyinin  əsas  göstəriciləri  qeyri-
müvafiqliklərin  (pozuntuların,  dayanmaların)  əmələ  gəl-
məsi ehtimalından və qeyri-müvafıqliklərin orta sayın-dan 


 
 
138 
 
ibarətdir. Bu, ilkin göstəricilərdir. Qeyri-müvafıqliklər sə-
bəbindən zərərin qiymət bildirilməsinin tələb olunan tam-
lığından asılı olaraq, bir qeyri-müvafıqliyə,  yaxud qazanc 
vahidinə  (qiymətləndirmə  vəzifələrindən  asılı  olaraq)  dü-
şən  qeyri-müvafiqliklərin  aradan  qaldırılmasının  (korrek-
siyasının,  təshihinin)  orta  davamiyyəti  (əmək  tutumu,  də-
yəri) müəyyənləşdirilir. Vaxt, əmək və vəsait sərfinin ana-
loji  orta  göstəricilərini  təshihedici  və  xəbərdarlıqedici  iş-
lərdən  (hərəkətlərdən)  ötəri  müəyyənləşdirmək təklif olu-
nur. 
Əgər  qeyri-müvafiqliklər  texniki  vasitələrin  nasaz-
lıqları ilə bağlıdırsa, onda onların işinin etibarılığını, əgər 
istismarla  bağlıdırsa,  istismarın  keyfiyyət  göstəri-cilərini, 
xidmətlərin göstərilməsi ilə bağlıdırsa - xidmətlərin etibar-
lılıq göstəricilərini, əmək fəailiyyəti ilə bağlıdırsa  - əmək 
fəaliyyətinin etibarlıq göstəriciləri sistemini əldə edərik. 
Səmərəlilik deyildikdə, nəticə ilə istifadə olunan eh-
tiyatlar  arasındakı  əlaqə  anlaşılır.  Prosesin  səmərəlilik 
göstəriciləri  sistemini  «artırılan  dəyər  vahidinə  (nəticəyə, 
səmərəyə)  ehtiyatların  verilən  orta  məsrəfinin  «sistem-
əmələgətirən»  ümumiləşdirilmiş  göstəricisi  əsasında 
müəyyənləşdirmək təklif olunur. Şərti olaraq, həmin gös-
təricini dəyərliliyə edilən məsrəflərin verilən əmsalı adlan-
dırmaq  olar.  «Artırılan»  sözü  öyrənilən  prosesin  tərkib 
hissəsi  olan  elementar  proseslərin  artırılan  dəyərlisinin 
müxtəlif  vaxtlı  vahidlərini  müqayisə  etmək  imkanını  əks 
etdirir. Potensial səmərəlilik prosesin qeyri-etibarlığı səbə-
bindən itkilər nəzərə alınmadan, real səmərəlilik isə qeyri- 
müvafıqlik səbəbindən itkilər nəzərə alınaraq hesablanır. 
Əgər  nəticə  istehsal  olunmuş  məhsulun  həcmində 
ifadə  edilirsə,  onda  məsrəflərin  uçotunun  tələb  olunan 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə