Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə36/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   94

 
 
139 
 
tamlığından asılı olaraq, elektrik enerjisinin, materialların, 
əmək  ehtiyatlarının  orta  məsrəfini  və  digər  məsrəf  mad-
dələrini  nəzərə  alan  məhsul  vahidinin  vaxt  tutumu,  əmək 
tutumu, maya dəyəri də qiymətləndirilir. 
Təklif  olunan  «vaxt  tutumu»  termini  («əmək  tutu-
mu»  termininə  bənzərliyinə  görə)  artırılan  dəyərlinin  hər 
vahidinə  edilən  vaxt  məsrəfi  deməkdir  (hər  tona,  hər  pul 
vahidinə, hər məmulata və i.a. sərf edilən dəqiqələr). Pro-
sesin  vaxt  tutumu  onun  məhsuldarlığı  ilə  tərs  mütənasib-
dir. Göstərilən xidmət nəticəsində artırılan dəyərlinin əldə 
olunan  miqdarına  vaxt  aid  edilməzsə,  xidmətlərin  ISO  -
9004-2-1991-də qeyd olunan gözləmə vaxtı, xidmətin təq-
dim edilməsi vaxtı, texnoloji silsilə vaxtı kimi xarakteristi-
kaları  natamam  olar.  Vaxt  sərfinin  işçinin  əmək  haqqına 
nisbəti keyfiyyətin ümumiləşdirilmiş göstəricilərindən irə-
li gələn fərdi göstəricisindən biridir. 
Vəzifələrdən  (məsələlərdən)  və  qiymətləndirmənin 
məqbul  hesab  edilən  əmək  tutumundan  asılı  olaraq,  qiy-
mətləndirilən göstəricilər sisteminin seçimindən ötəri gös-
təricilər  sisteminin  strukturlaşdırılmasını  (qurulma-sını), 
onların qarşılıqlı əlaqələrinin və K.İsikavanın səbəb-nəticə 
diaqramından  istifadə  etməklə  təsiredici  amillərin  müəy-
yənləşdirilməsini təklif edirik. 
 İstehlakçıdan  ötrü  informasiyasız  obyekt  mövcud 
olmadığından hər bir məhsulda (prosesdə) daxildə, məhsu-
lun  içərisində  yerləşdirilən  və  zahiri  texniki  informasiya 
vasitəsi  olan  sənəd,  yaxud  şifahi  informasiya  elementinin 
və  s.  nəzərdə  tutulmasını  təklif  edirik.  Bundan  irəli  gələ-
rək, məhsulun məlum göstəricilərinə (təyinatı, etibarlığı və 
i.a.) daha bir-informativ göstəricinin də əlavə edilməsi lü-
zumu meydana çıxır. Onlar müxtəlif kateqoriyalı istifadə-


 
 
140 
 
çilər tərəfindən obyektin öyrənilmək və vəziyyətinə nəza-
rət olunmaq üçün uyğunluğunu xarakterizə etməlidirlər. 
«Sisteməmələgətirən»  göstəriciyə  müvafiq  surətdə 
tələb olunan təhlilin dərinliyindən asılı olaraq, texniki qur-
ğuların  informasiya  elementinin  keyfiyyəti  sənədlərdəki 
qeyri-müvafiqliklərin  orta  miqdarı  ilə,  istehlakçılar  tərə-
findən  məhsuldan  istifadənin  mənimsənil-məsi  prosesinin 
vaxt tutumu, əmək tutumu və qiymətlən-dirilməsi ilə, ha-
belə  nəzarət  prosesindən  ötəri  lazım  olan  vaxtla  qiymət-
ləndirilə  bilər.  İnformativ  göstəricilərin  həcminə  erqono-
mika  tərəfindən  öyrənilən  fizioloji-psixoloji  və  psixoloji 
göstəricilərin bir hissəsi də təsir göstərir. 
İnformativ  göstəricilərin  qiymətləndirilməsi  zamanı 
dolayı əlamətlərin mövcudiyyət üzrə əmək tutumu az olan 
sadələşdirilmiş ekspert metodlarından istifadə edilməsi də 
təbii olar (izahedici şəkillərin mövcudiyyəti və anlaşıqlığı, 
diaqnostika vasitələrinin zənginliyi və i.a.). 
 
6.5. Keyfiyyətin idarə olunmasında kvalimetriya 
metodarı 
 
Məhsulun  keyfiyyət  göstəricilərinin  qiymətlərinin 
müəyyənləşdirilməsindən  ötrü aşağıdakı  metodlar  tövsiyə 
oluna bilər: 
           1)ölçmə; 
           2)qeydiyyat; 
           3)erqonometrik; 
           4)analitik; 
           5)ekspert; 
           6)kombinə edilmiş. 


 
 
141 
 
Ölçmə  –  məhsulun  keyfiyyət  göstəricilərinin  müəy-
yənləşdirilməsi  ölçmə  vasitələrindən  istifadə  edilməsinə 
əsaslanır. 
Qeydiyyat  –  müəyyən  hadisələrin,  əşyaların,  məs-
rəflərin  müşahidə  olunması  və  miqdarının  hesablanması 
əsasında həyata keçirilən metoddur. 
Erqonometrik  –  duyğu  orqanlarının  qavramasının 
təhlili əsasında həyata keçirilən metoddur. Ondan qənnadı, 
ətriyyat,  tütün  məmulatlarının  və  i.a.  keyfiyyətinin  erqo-
nomik göstəricilərinin müəyyənləşdirilməsindən ötəri isti-
fadə olunur. 
Analitik metod – məhsulun keyfiyyətinin tək-tək, ya-
xud  kompleks  xüsusiyyətlərini  xarakterizə  edən  qiymət-
ləndirmə  göstəricilərinin  müəyyənləşdirilməsindən  ötrü, 
habelə  qiymətləndirmənin  son  nəticələrinin  formalaşdırıl-
masından  ötəri  məhsulun  keyfiyyət  göstəricilərinin  onun 
parametrlərindən analitik - hesablama asılılıqlarından isti-
fadə  edilməsini  nəzərdə  tutur.  Analitik  metoddan  istifadə 
edilməsi  məhsulun  qiymətləndirilən  xüsusiyyətini  və  qiy-
mətləndirmənin nəticələrini xarakterizə edən ayrı-ayrı pa-
rametrləri arasında qarşılıqlı əlaqələrin müəyyən olunması 
imkanlarından, habelə həmin parametrlər və xüsusiyyətlər 
haqqında  ilkin  (çıxış,  başlanğıc)  məlumatın  tamlığından 
və keyfiyyətindən asılıdır. 
Statistik  metod  –  qiymətləndirilən  məhsulun  və  sta-
tistik prosedurlar vasitəsilə emal olunan baza nümunə-ləri-
nin parametrləri və xüsusiyyətləri haqqında statistik məlu-
matın toplanılmasına əsaslanır. 
Ekspert metodu – qiymətləndirilən məhsulun və eks-
pert  prosedurları  vasitəsilə  baza  nümunələrinin  parametr-


 
 
142 
 
ləri  və  xüsusiyyətləri  haqqında  məlumatın  emal  olunma-
sına və ona nəzarət edilməsinə əsaslanır. 
Kombinə edilmiş metod – müxtəlif birləşmə tərzində 
analitik, statistik və ekspert metodlarının kombinasiyasın-
dan ibarətdir. 
Keyfiyyət  göstəricilərinin  səviyyəsinin  qiymətləndi-
rilməsi zamanı istifadə edilməsindən asılı olaraq metodlar 
aşağıdakı kimi olur: 
-
 
differensial; 
-
 
kompleks; 
-
 
inteqral; 
-
 
qarışıq. 
Differensial metod ayrı-ayrı göstəricilər üzrə (tək-tək 
və kompleks) qiymətləndirilən məhsulla baza nümunə-lə-
rinin  müqayisəsindən  ibarətdir.  Bu  zaman  qiymətləndir-
mənin  nəticəsi  hər  bir  qiymətləndirmə  göstəricisi  üzrə 
ayrı-ayrılıqda təqdim olunur. Məhsulun keyfiyyətinin qiy-
mətləndirilməsinin  differensial  metodu  aşağıdakı  nəti-cə-
lərin əldə olunmasına imkan verir: 
1)
 
əgər  məhsul  bəzi  göstəricilər  üzrə  baza  nümunə-
sindən geri qalırsa, qalan göstəricilər üzrə ondan üstün de-
yilsə, qiymətləndirilən məhsulun keyfiyyəti baza nümunə-
sinin keyfiyyətindən geri qalır; 
2)
 
əgər məhsul heç olmazsa bəzi göstəricilər üzrə ba-
za  məhsulundan  üstündürsə,  lakin  qalan  göstəricilər  üzrə 
geri  qalırsa,  qiymətləndirilən  məhsulun  keyfiyyəti  baza 
məhsulunun keyfiyyətindən üstündür
3)
 
əgər  məhsulların  müvafiq  keyfiyyət  göstəriciləri-
nin  qiymətləri  eynidirsə,  qiymətləndirilən  mənsulun  key-
fiyyəti baza məhsulunun keyfiyyətinə müvafiqdir. 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə