Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə38/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   94

 
 
147 
 
çəkilən xərcləri kompensasiya etməyən, dempinq qiymət-
ləri ilə reallaşdırılması hesabına (kifayət qədər uzun müd-
dət davam etməsi istehsalçının iflasına gətirib çıxara bilər) 
təmin olunur. 
Sıx qarşılıqlı əlaqəli olan malın və müəssisələrin rə-
qabətə  davamlılıq  kateqoriyaları  mahiyyət  fərqlərinə  də 
malikdilər: 
Məhsulun  rəqabətə  davamlığı,  malın  həyat  dövrünə 
uyğun  gələn  vaxt  kəsiyində  qiymətləndirilir  və  tədiqiq 
olunur,  müəssisənin  rəqabətə  davamlılığının  tədqiqinin 
əsasında  isə  müəssisənin  fəaliyyət  dövrünə  uyğun  gələn 
daha uzun vaxt kəsiyi dayanır; 
Məhsulun rəqabətə davamlılığı onun hər bir növünə 
tətbiq  olunaraq  nəzərdən  keçirilir,  müəssisənin  rəqabətə 
davamlılığı isə buraxılan məhsulun bütün dəyişən siyahısı-
nı və onun istehsal-texniki potensialını əhatə edir
Müəssisənin rəqabətə davamlılıq səviyyəsinin təhlili 
onun  özü  tərəfindən  həyata  keçirilir,  malın  rəqabətə  da-
vamlılığının  qiymətləndirilməsi  isə  istehlakçının  ixtiya-
rındadır.  Öz  strukturuna  görə  müəssisənin  rəqabətə  da-
vamlılığı məhsulun rəqabətə davamlılığından daha mürək-
kəbdir.  Çunki  onun  tətbiq  obyekti  müəssisənin  bütün  is-
tehsal-iqtisadi fəaliyyətidir. 
Keyfiyyətin  və  rəqabətə  davamlılığın  yüksəldilməsi 
Azərbaycan  müəssisələri  üçün  mühüm  problemə  çevrilir. 
Biznesin strateji məsələlərinə və keyfiyyət problemlərinə, 
həmçinin  müxtəlif  formalarda  təzahür  edərək  onlara  ya-
naşma və həlli metodlarına marağın aşkarlanmasına səbəb 
olur: 

 
xüsusiyyətlərinə görə rəqabətə davamlılıq məhsul 


 
 
148 
 
istehsalının  yoluna  qoyulması  üçün  şirkətlərin  səylərinin 
birləşdirilməsi; 

 
müəssisənin  istifadəsinin  mümkünlüyü  məqsədi 
ilə  öz  parametrlərinə  görə  yerli  məhsuldan  üstün  olan  və 
dünya bazarına məhsul çıxaran qərb şirkətlərinin təcrübə-
sinin öyrənilməsi

 
beynəlxalq  standartların  tələblərinə  cavab  verən 
məhsul keyfiyyətinin menecment sisteminin işlənilməsi və 
tətbiqi  üzrə  fəaliyyətin  fəallaşdırılması  (iqtisadi  cəhətdən 
inkişaf  etmiş  ölkələrdə  bu  sistemlər  təkcə  rəqabət  üstün-
lüklərinin qazanılması mənbəyi deyil, həm də əmək bölgü-
sünün  sürətlə  dərinləşməsi  şəraitində  şirkətlərin  səmərəli 
qarşılıqlı fəaliyyətinin mütləq infrastruktur əsa-sıdır); 
Azərbaycan  menecerləri  tərəfindən  keyfiyyətin  yeni 
fəlsəfəsinin  vacibliyinin  tədricən  qavranılması  və  onun 
əsasında şirkətlərdə yerli praktika üçün prinsipcə yeni olan 
təşkilat mədəniyyətinin formalaşması. 
Keyfiyyət  probleminin  həlli  müasir  şirkətlərin  inki-
şaf  strategiyasının  ayrılmaz  elementidir,  buna  görə  də 
məhsulun  keyfiyyətinin  menecment  sisteminin  tətbiqinə  bu 
sistemin,  şirkətin  ümumi  strategiyasındakı  yerinin  müəy-
yən edilməsi ilə başlamaq lazımdır. 
Beynəlxalq standartların və keyfiyyətin ümumi idarə 
edilməsi prinsiplərinin reallaşdırılması yolu ilə malların (iş 
və  xidmətlərin)  keyfiyyətinin  menecment  sisteminin  for-
malaşdırılması üzrə keyfiyyətinin və rəqabətə davamlılığı-
nın  yüksəldilməsinə  yönəldiyindən,  bu  fəaliyyətlə  əlaqə-
dar bütün prosesləri mal istehsalçılarının ehtiyac və ümid-
lərinin təhlilindən başlamaq lazımdır. Buna görə də şirkət 
hər  şeydən  əvvəl  marketinq  strategiyasını  müəyyən  etm-


 
 
149 
 
əlidir. 
Marketinq strategiyasına müvafiq olaraq şirkətin ak-
tivləri və onun texnoloji potensialı inkişaf etməlidir, buna 
görə də texniki inkişaf strategiyası zəruridir. 
Məhsulun  keyfiyyəti  və  onun  rəqabətə  davamlılığı 
material və qablaşdırmanın keyfiyyətindən və tədarük reji-
mindən  əhəmiyyətli  dərəcədə  asılıdır.  Deməli,  şirkətin  öz 
təchizatçıları ilə qarşılıqlı fəaliyyət strategiyası zəruridir. 
Məhsulun keyfiyyətinin menecment sisteminin yara-
dılması  və  praktiki  istifadəsi  insanlardan,  onların  ixtisas 
səviyyəsindən, daim öyrənmək və öz bilik və bacarıqlarını 
təkmilləşdirmək  qabiliyyətindən  asılıdır.  Bu,  heyətin  sə-
mərəli idarəetmə strategiyasının zəruriliyini şərtləndirir. 
Keyfiyyətin  yaxşılaşdırılması  və  keyfiyyətsiz  mal-
ların (iş və xidmətlərin) istehsal qüsurlarının aradan qaldı-
rılması üzrə keyfiyyət tədbirlərinin planlaşdırılması və hə-
yata  keçirməsi,  vəsaitin  və  insanların  ayrılması  ilə  əlaqə-
dar  olan  xərclərin  təhlili  və  qiymətləndirilməsi  vacibdir. 
Buna  görə  də  məhsul  keyfiyyətinin  menecment  sistemi 
çərçivəsindəki şəffaf mühasibat və idarəuçotu sistemi şir-
kət strategiyasının ayrılmaz tərkib hissəsidir. 
Şirkət strategiyasını formalaşdırarkən əsas səriştəlili-
yin müəyyən edilməsinə, yəni şirkətin strateji rəqabətə da-
vamlılığı, bazarda rəqiblər qarşısında möhkəm rəqabət üs-
tünlüklərinin əldə olunmasını təmin edən qarşılıqlı əlaqəli 
resursları  və  daxili  imkanlar  kompleksinə  xüsusi  diqqət 
yetirmək lazımdır. 
Şirkətin  ümumi  strategiyasının  və  funksional  strate-
giya  kompleksinin  formalaşdırması  yalnız  strateji  planlar 
sisteminin işlənilməsini deyil, həm də rəhbərlər və aparıcı 


 
 
150 
 
mütəxəssislərdə  ümumi strateji düşüncənin şirkətin uzun-
müddətli prespektivlərinə uzlaşdırılmış yanaşmanın və on-
lara istiqamətlənmiş operativ qərarların qəbulunun forma-
laşdırılmasını nəzərdə  tutur. Buna  strategiyanın formalaş-
dırılmasına daha çox insanları cəlb etməklə, yəni müvafiq 
təşkilat mədəniyyətini formalaşdırmaqla nail olmaq olar. 
Keyfiyyət  strategiyası  (KS)  ən  mühüm  funksional 
strategiyalardan  biridir  və  şirkətin  ümumi  strategiyasının 
ayrılmaz hissəsi kimi hazırlanmalıdır. Buna görə də şirkət 
rəhbərliyi  KS-nın  hazırlanması  və  tətbiqi  haqqında  qərar 
qəbul edərkən strateji kompanentlərin bütün kompleksinin 
formalaşdırılması haqqında düşünməlidir. 
Keyfiyyət  probleminin  sistemli  həlli  yoluna  qədəm 
qoymuş  yerli müəssisələrin qarşılaşdığı vəziyyət Amerika 
və  Qərbi  Avropa  şirkətləri  ISO  9000  seriyalı  beynəlxalq 
standartlarını  və  keyfiyyətin  ümumi  idarə  olunması  prin-
siplərini mənimsəməyə başladıqları zaman onlar üçün xa-
rakterik olan problemlərdən köklü surətdə fərqlənir. Xarici 
şirkətlər  üçün  müntəzəm  menecment  onların  təşkilat  mə-
dəniyyətlərinin  təbii  elementidir,  fəaliyyətin  şəffaflığı  isə 
kapital bazarında uğurlu əməliyyatlar və biznes üzrə tərəf 
müqabilləri etibarlı münasibətlər üçün vacib kompanentdir.  
   
7.2. Müəssisələrdə keyfiyyətin yüksəldilməsinin 
vacib istiqamətləri 
 
Son  zamanlar  müəssisədə  məhsulun  keyfiyyətinin 
yüksəldilməsinin ən vacib istiqamətlərindən biri keyfiyyət 
sistemlərinin  buraxılan  məmulatlarının  (işlərinin,  xidmət-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə