Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə39/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   94

 
 
151 
 
lərinin) hazırlanmasının istehsal planlaşması və sertifikat-
laşdırılmasıdır. 
Müəssisədə  keyfiyyətin  yüksəldilməsinin  planlaş-
dırılması  bütövlükdə  həmişə  istehsaldaxili  planlaşdırma 
ilə tamamlanmalıdır. Bu zaman keyfiyyətin ümumiləş-di-
rici,  vahid  və  kompleks  göstəricilərindən  xarici  görünüş 
xüsusiyyətlərinin  növlərinin  (perspektiv,  axıcı)  və  idarə-
etmə  səviyyələrinin  (müəssisə,  sex,  sahə,  şöbə)  differen-
sasiyasını  nəzərə  almaqla  planlaşdırılmasından  istifadə 
oluna bilər. 
Keyfiyyətin  yüksəldilməsinin  planlarını  tərtib  edər-
kən hər bir struktur bölmə üzrə müəssisənin planında təs-
diq olunmuş keyfiyyət göstəriciləri səviyyəsindən çıxış et-
mək lazımdır. Buna görə də müəssisənin struktur bölməsi 
üçün  onların  xüsusiyyətlərindən  asılı  olaraq,  özlərinin  is-
tehsal  fəaliyyətlərinin  sonrakı  qiymətlən-dirilməsi  və  hə-
vəsləndirilməsi  ilə  birmənalı  sxemdə  olma-lı,  məhsulun 
keyfiyyətinin və işin keyfiyyətinin artırılması üzrə konkret 
məsələlər təyin etmək zəruridir. Əsas sexlərin planları tə-
darüklərin, detalların və  yığma  vahidlərinin  keyfiyyətləri-
nin göstərilən sexin istehsal prosesinə uyğun  olaraq,  artı-
rılması  üzrə  məsələləri  ehtiva  etməlidir.  Məsələn,  bunlar 
işlənilmənin  dəqiqlik  və  təmizlik  göstəricilərinin  artması, 
xüsusi tipli örtüklü detalların buraxılışlarının genişləndiril-
məsi, yeni məmulatların istehsalının mənimsənilməsi üzrə 
tapşırıqlar ola bilərlər. 
Müəssisələrin  yığma sexləri üçün müəssisə səviyyə-
sində  təyin  edilmiş  məhsulun  əsas  keyfiyyət  göstərici-lə-
rini, məhsulun ilk tələblə verilməsi səviyyəsini, zay məh-
sul və iddialardan  yaranan itkilərin azaldılmasını planlaş-


 
 
152 
 
dırmaq məqsədəuyğundur. Sonuncu iki göstərici mexaniki 
işlənilmə sexləri, sahələri və briqadaları üçün tətbiq oluna 
bilər. Bu sexlər üçün həmçinin, istehlakçı sexlərdən detal 
qaytarışlarının və qovşaqlarının miqdarının azaldılmasının 
planlaşdırıması da məqsədəuyğundur. 
İstehsalın əsas sexlərində  yüksək keyfiyyətli məhsul 
təmin etmək məqsədi ilə köməkçi istehsalatın hər bir sexi 
üçün  göstəricilər  və  görülən  tədbir  planı  məqsədəuyğun 
olmalıdır.  Məsələn,  təmir-mexaniki  sexi  üçün  təmirdən 
sonra təyin edilmiş texnoloji dəqiqliyə nail olmuş avadan-
lıq payı (hissə) (ümumi həcmdə təmir olunmuş dəzgah və 
maşınların) ola bilər. 
Əgər  məhsulun  və  sexdə  görülən  işin  keyfiyyətini 
nisbətən az saylı göstəricilərlə ifadə etmək mümkün deyil-
sə,  hazırlanan  məmulatların  keyfiyyətinin  yüksəldilməsi 
üzrə  çoxlu  sayda  görülən  tədbirlərin  yerinə  yetirilməsin-
dən asılı olan keyfiyyət əmsallarından istifadə etmək məq-
sədəuyğundur.  Spesifikliyindən  asılı  olaraq  müəssisənin 
ayrı-ayrı sexləri üçün keyfiyyətin yüksəldilməsi meyarları 
təyin olunur və müvafiq olaraq normativgöstəricilər də də-
yişir. 
Sex  və  sahələrin  məhsul  keyfiyyətini  yüksəltmək 
üzrə planları ilə yanaşı, funksional şöbə və xidmətlər üçün 
də müvafiq planların işlənilməsi məqsədəuyğundur. Kons-
truktor  şöbələrinin  planlarına  yeni  məhsulun  keyfiyyət 
göstəricilərinin artırılması, aqreqatlaşdırma və unifikasiya-
nın səviyyəsinin artırılması üzrə məsələlər daxil edilə bilər. 
Baş  texnoloq,  baş  mexanik  və  b.  şöbələr  üçün  bu 
bölmələrin ixtisasına cavab verən tədbirlərin planlaş-dırıl-
ması  məqsədəuyğundur.  Məsələn,  baş  texnoloqun  şöbəsi-


 
 
153 
 
nin planında müasir texnoloji proseslərin tətbiqi, zay məh-
sulun  ləğvi  (azaldılması),  istehsalatın  müxtəlif  vasitələr, 
modellərlə və s. ilə təchiz edilməsi üzrə tapşırıqlar olmalıdır. 
Qeyd etmək lazımdır ki, istehsaldaxili planlaş-dırma-
nın  obyekti  məhsulun  hazırlanma  keyfiyyəti  və  işin  key-
fiyyəti ola bilər. Sexlərdə bu birinci tələblə verilən məhsu-
lun  müəyyən  bir  qismi,  zay  məhsuldan  yaranan  itkilərin 
azalması,  istehlakçı  sexlərdən  iddiaların  və  məmulat  qay-
tarışlarının miqdarının azalmasıdır. Layihə-konstruktor və 
texnoloji  xidmətlərdə  sənədlərin  ilk  tələblə  verilməsi  və 
texniki  sənədlərin  yenidən  işlənilməyə  göndərilmə  faizi-
dir. Texniki nəzarət şöbəsində iddiaların  miqdarının azal-
dılması, nəzarət-ölçüsü texnikası və digərləri. 
Məhsulun keyfiyyətinin zəruri səviyyəsi onun isteh-
salçısı və istehsal üçün sazişdə birgə müəyyən oluna (yəni 
planlaşdırıla)  bilər.  Məhsulun  keyfiyyətinin  səviyyəsinin 
təyin edilməsi, təminatı və nəzarətinin müxtəlif aspektləri 
ən  müxtəlif  növlü  müqavilələrdə  və  sazişlərdə,  fəaliyyət 
göstərən qanunvericilikdə nizama salınıb. 
Məhsulun  keyfiyyətinin müqavilələrdə  və  sazişlərdə 
planlaşdırılması  zamanı  qarşıya  çıxan  ciddi  problem  mə-
mulatın  keyfiyyət  üzrə  yoxlanılmasının  bütün  şərtlərinin 
dəqiq müəyyənləşdirilməsidir.  
Məmulatın keyfiyyət üzrə yoxlanılması həmişə onun 
xüsusiyyətindən və  təyinatından asılıdır. Əgər əmtəə  mü-
rəkkəb  texniki  məhsuldursa,  onda  onun  iş  qabiliyyətini 
yoxlamaq  lazımdır.  Bundan  ötrü  uzun  bir  vaxt  ərzində 
istehlakçıya öz ideyalarını irəli sürmək (reklamasiyanı təq-
dim  etmək)  üçün  ixtiyar  verilməlidir.  Əgər  əmtəə  ərzaq 
məhsuludursa,  onda  onun  keyfiyyət  üzrə  qəbulu,  adətən, 


 
 
154 
 
xarici  baxışdan  və  ekspertizadan  ibarət  olur.  Belə  qəbul 
əmtəənin  keyfiyyətini,  tarixini  və  istehsal  olunduğu  yeri, 
saxlama  müddətini  və  s.  təsdiqləyən  sənəd  əsasında  apa-
rılır. 
Əmtəənin  keyfiyyət  zəmanəti  adətən  müqavilənin 
ayrı bir bəndində göstərilir və ya onun təhvil-qəbulu haq-
qında bölməyə salınır. Müqavilə tərəfləri arasında bir qay-
da  olaraq  zəmanət  vaxtı  qoyulur  və  bu  vaxt  çıxan  bütün 
qüsurlar firma tərəfindən aradan qaldırılmalıdır. 
 
7.3. Müəssisədə keyfiyyətə nəzarət sisteminin 
funksiyaları 
 
Keyfiyyətin  idarə  olunması  özlüyündə  keyfiyyətə 
ümumi  rəhbərliyin  (keyfiyyətin  inzibati  idarə  olunma-
sının)  həyata  keçirilməsindən  ötəri  lazım  olan  təşkilat 
strukturunun,  metodikaların,  proseslərin  və  ehtiyatların 
məcmuundan ibarət olan keyfiyyəti idarəetmə sistemi əsa-
sında yerinə yetirilir. 
Keyfiyyətin idarə olunması (yaxud keyfiyyəti idarə-
etmə (Kİ)) sisteminə aşağıdakı funksiyalar daxildir: 
1)
 
strateji, taktiki və operativ idarəetmə funksiyaları; 
2)
 
qərarların,  idarəedici  təsirlərin  qəbulunun  təhlili 
və uçotunun funksiyaları, informasiya  - nəzarət funksiya-
ları; 
3)
 
məhsulun  həyati  silsiləsinin  bütün  mərhələlərin-
dən ötrü ixtisaslaşdırılmış və ümumi funksiyalar
4)
 
elmi-texniki, istehsal, iqtisadi və sosial amillər və 
şərait üzrə idarəetmə funksiyaları. 
Strateji funksiyalara aşağıdakılar daxildir: 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə