Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə44/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   94

 
 
171 
 
-
 
xarici  bazarda  məhsulun  rəqabət  qabilyyətliyinin 
yüksəldilməsi; 
-
 
mənəvi  cəhətdən  köhnəlmiş  və  rəqabət  qabiliyyət-
liyi olmayan məhsulun istehsaldan çıxarılması, dəyişdiril-
məsi, yaxud modernizə edilməsi; 
-
 
müəssisənin  fəaliyyətinin  iqtisadi  göstəricilərinin 
yaxşılaşdırılması. 
İkinci  bölmədə  buraxılan  məhsulun  (yerinə  yetiril-
məsi)  qısa  xarakteristikası  verilir,  müəssisədə  mövcud 
olan  istehsal  və  idarəetmə  sistemləri  qiymətləndirilir, 
müəssisədə məhsulun həyati silsiləsinin idarə olunmasının 
həyata keçirildiyi  mərhələlər göstərilir, müəssisənin məh-
sulunun  tədarükçüləri  və  istehlakçıları  ilə  qarşılıqlı  təsər-
rüfat münasibətləri qeyd olunur. 
Üçüncü  bölmədə  keyfiyyəti  idarəetmə  funksiyala-
rının  təxmini  siyahısı,  hər  bir  funksiya  üzrə  həll  edilən 
konkret  maddələr,  habelə  onların  müəssisənin  ayrı-ayrı 
bölmələrinə təhkim edilməsi göstərilir. 
Dördüncü bölmədə müəssisədə keyfiyyəti idarətetmə 
sisteminin  layihəsinə  daxil  olan  işlənib  hazırlanmış  stan-
dartların siyahısı olmalıdır. Özü də bu zaman hər bir stan-
dart üzrə işin başlanma və qurtarma müddətləri, məsul ic-
raçılar göstərilir, forma və məzmun vəhdətini, onların ara-
sındakı  qarşılıqlı  əlaqələri  təmin  edən  standartlara  qarşı 
tələblər əsaslandırılır. 
Beşinci bölmədə müəssisənin təşkilat - texniki səviy-
yəsinin  yüksəldilməsi  üzrə  tədbirlər  göstərilir.  Adətən, 
müəssisədə və onun ayrı-ayrı bölmələrində keyfiyyət üzrə 
işlərin vəziyyətinin ciddi təhlilinin nəticələri bu bölmənin 
işlənib hazırlanmasının əsasını təşkil edir. 


 
 
172 
 
Altıncı bölmədə müəssisədə məhsulun keyfiyyətinin 
idarə  olunması  sisteminin  işlənib  hazırlanması  zamanı 
məcburi qaydada istifadə edilməli olan normativ metodik 
sənədlərin və materialların tam siyahısı verilir. 
Sonuncu, yeddinci bölmədə bütün keyfiyyəti idarəet-
mə sisteminin yaradılması üzrə işlərin mərhələləri; hər bir 
mərhələnin növbəliliyi və icra müddəti; müəssisənin ayrı-
ayrı  mərhələlərin  icrasında  iştirak  edən  bölmələri,  habelə 
cəlb  edilən  kənar  təşkilatlar;  layihələndirilən  keyfiyyəti 
idarəetmə  sisteminə  dair  işlənib  hazırlanmış  bütün  stan-
dartların  müəssisə  daxilində  razılaşdırılması  qaydası  gös-
tərilməlidir.  
 
8.3. Müəssisədə məhsulun  keyfiyyətinin  
 qoruyub  saxlanması 
 
Müəssisədə  məhsulun  keyfiyyətinin  idarə  olunması 
sisteminin texniki və işçi layihələri sistemin işlənib hazır-
lanmasına  və  tətbiqinə  dair  qabaqcadan  nəzərdən  keçiril-
miş  texniki  tapşırıqların  əsas  müddəalarının  detallaşdırıl-
masından  və  konkretləşdirilməsindən  ötəri  müvafiq  xid-
mətlərin mütəxəssisləri tərəfindən işlənib hazırlanır. 
Texniki  layihədən  ötəri,  bir  qayda  olaraq,  aşağıdakı 
bölmələr xarakterdir: 
1)
 
məhsulun keyfiyyətinin idarə olunması sisteminin 
yaradılmasının məqsədi; 
2)
 
sistemin  baş  prinsipləri  və  ümumi  funksional 
struktur sxemi; 
3)
 
sistemin işinin təmin edilməsi vasitələri
4)
 
keyfiyyətin idarə olunması üzrə müəssisənin stan-
dartları; 


 
 
173 
 
5)
 
müəssisənin təşkilat - texniki səviyyəsinin yüksəl-
dilməsi üzrə tədbirlər. 
Birinci bölmədə lazım gələrsə sistemin işlənib hazır-
lanmasına  və  tətbiqinə  dair  texniki  tapşırıqda  irəli  sürül-
müş  məqsədin  düsturu  (formulu)  dəqiqləşdirilir,  hər  şey-
dən əvvəl həll edilməli olan məsələlər nəzərə çarpdırılır. 
İkinci bölmədə texniki tapşırıqla müqayisədə hər bir 
funksiyanın  yerinə  yetirilməsinə  görə  məsul  olan  vəzifəli 
şəxs də məcburi qaydada göstərilməklə məhsulun keyfiy-
yətinin  idarə  olunması  funksiyalarının  dəqiqləşdirilmiş 
siyahısı  verilməlidir.  Həmçinin  müəssisənin  bölmələri  və 
ayrı-ayrı  vəzifəli  şəxsləri  tərəfindən  yerinə  yetirilən  key-
fiyyəti  idarəetmə  funksiyaları  göstərilmək  şərtilə  həmin 
müəssisənin  ümumi  struktur  sxemi  verilir,  informasiya 
axınları  və  tabelik  əlaqələri  göstərilir.  Habelə  bölmədə 
müəssisənin  keyfiyyəti  idarəetməni  həyata  keçirdiyi  mə-
mulatın  həyati  silsiləsinin  mərhələləri  də  göstərilir,  siste-
minin  işi  zamanı  fəaliyyətin  koordinasiyasının  qaydası, 
həmçinin  həmin  koordinasiyaya  görə  cavabdeh  olan  böl-
mə, onun strukturu və tabeliyi də müəyyənləşdirib. 
Üçüncü  bölmədə  müəssisənin  standartlarını  və  bü-
tövlükdə sistemini işləyib hazırlayanların istiqamətləndiyi 
və  istiqamətlənməli  olduğu  vasitələr  verilir.  Bunlar  hər 
şeydən əvvəl keyfiyyətin idarə olunması proseslərinin in-
formativ  və  metroloji  təminat  vasitələridir,  müəssisənin 
eksperimental  və  sınaq  bazasıdır,  onun  maliyyə  və  kadr 
imkanlarıdır. Elə həmin bölmədə də müəssisədə istehsalın 
və idarəetmənin təkmilləşdirilməsinin əsas istiqamətləri də 
göstərilir ki, bunlara da uzaq gələcəkdə məhsulun keyfiy-


 
 
174 
 
yətinin idarə olunması sistemini işləyib hazırlayanlar isti-
qamətlənə bilərlər və istiqamətlənməlidirlər. 
Dördüncü  bölmədə  keyfiyyəti  idarəetmə  sisteminin 
yaradılmasından  və  tətbiqindən  ötəri  lazım  olan  müəssisə 
standartlarının siyahısı verilir, habelə onların işlənib hazır-
lanmasının  birləşmiş  cədvəli  tərtib  edilir.  Özü  də  müəssi-
sənin  bütün  standartlarını,  adətən,  müəyyən  prinsip  üzrə 
qruplaşdırırlar  (məmulatın  həyati  silsiləsi  mərhələsi,  key-
fiyyəti idarəetmə funksiyası və i.a.). Bundan başqa, həmin 
bölmədə  göstərilən  standartların  müəssisənin  başqa  stan-
dartları ilə və daha yüksək kateqoriyalı standartlarla qarşı-
lıqlı  əlaqələrini  əks  etdirirlər,  standartların  işlənib  hazır-
lanması zamanı istifadə edilməli olan əsas normativ-meto-
dik materialları və sənədləri sadalayırlar. 
Beşinci  bölmədə  icra  müddətləri  və  icraya  görə 
məsul şəxslər göstərilməklə müəssisənin təşkilat - texniki 
səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər siyahısı verilir. 
Qeyd etmək lazımdır ki, idarəetmə strukturunda bəzi 
texniki və iqtisadi xidmətlər olmadığından kiçik müəssisə-
lərdə funksional əlaməti üzrə keyfiyyəti idarəetmə sistemi-
nin ciddi surətdə qurulması çox çətindir. Buna görə də ki-
çik müəssisənin təşkilat strukturundan asılı olaraq, bölmə-
lərdən  biri  təmayülünə  və  vəzifələrinə  müvafiq  surətdə 
keyfiyyəti idarəetmənin iki və daha çox xüsusi funksiyala-
rının həyata keçirilməsi üzrə məsul təyin edilə bilər. Belə 
hallarda  müəssisənin bir standartı  məhsulun keyfiyyətinin 
idarə  olunmasının  iki  və  daha  çox  funksiyaları  üçün  işlə-
nib hazırlana bilər. 
Məhsulun  keyfiyyətinin  lazımi  səviyyəsi  istehsalçı 
ilə istehlakçı arasındakı birgə müqavilədə müəyyən oluna 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə