Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə45/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   94

 
 
175 
 
(planlaşdırıla) bilər. Məhsulun keyfiyyət səviyyəsinin mü-
əyyənləşdirilməsinin,  təmin  olunmasının  və  buna  nəzarə-
tin müxtəlif aspektləri (cəhətləri) ən müxtəlif növ müqavi-
lə və bağlaşmalarda ölkəmizin qüvvədə olan müasir qanu-
nvercilikləri ilə reqlamentləşdirilir. 
Müqavilələrdə və bağlaşmalarda məhsulun keyfiyyə-
tinin tələb olunan səviyyəsi aşağıdakı üsullarla müəyyən-
ləşdirilir; standartlar üzrə, texniki təsvir üzrə, bağlaşmanın 
ayrılmaz hissəsi olan nümunələr, satıcı kataloqları və pros-
pektləri üzrə. 
Standartlar  üzrə  adətən  çox  sadə  məmulatların  key-
fiyyətləri işarələnir. Bu zaman müqavilənin müvafiq mad-
dəsində  göstərilir:  «Keyfiyyət  Azərbaycan  Respublikası-
nın standartlarına müvafiqdir». 
Mürəkkəb texniki məhsulun və standartları olmayan 
(lakin  xüsusi  tələbata  cavab  verməli  olan)  məhsulun  key-
fiyyəti texniki şərtlərlə müəyyən edilir. 
Ərzaq  mallarının  keyfiyyəti  uyğunluq  sertifikatı  ilə, 
baytarlıq  xidməti  tərəfindən  verilən  baytarlıq  sertifikatı 
ilə,  habelə  məhsulun  hər  dəsti  üçün  verilmiş    gigiyenik 
sertifikatı ilə təsdiqlənir. 
Keyfiyyət  nümunə  üzrə  müəyyənləşdirdikdə  təda-
rükçü  istehlakçıya  məhsulun  nümunəsini  təqdim  edir. 
Əgər  istehlakçını  həmin  nümunə  razı  salırsa,  o,  etalona 
çevrilir. Bu zaman müqaviləyə, bir qayda olaraq, seçilmiş 
nümunələrin miqdarı haqqında və onların göndərilən məh-
sul  ilə  müqayisəsi  qaydası  barədə  məlumat  daxil  edilir. 
Tədarükçü  və  istehlakçıların  müqavilə  ilə  bağlı  qarşılıqlı 
münasibətlərində bəzən münaqişəli hallar da baş verir, bu-
na  görə  də  seçilmiş  nümunələr  əksərən  təkcə  müqavilə 


 
 
176 
 
bağlamış tərəflərdə deyil, həm adı müqaviləyə daxil edilən 
bitərəf  firmada  da  saxlanılır.  İstehsalı  eyni  zamanda  bir 
neçə  müəssisədə  təşkil  edilən  məmulatların  keyfiyyətinə 
qarşı irəli sürülən tələblər sırasında müqavilə bağlayan tə-
rəflər  (satış  orqanları)  müqavilənin  mətnində  məhsulun 
konkret istehsalçısının adını göstərə bilərlər. 
Müqavilələr  həm  də  məhsulun  keyfiyyətini  planlaş-
dırma  vasitəsidir.  Keyfiyyətinə  görə  məhsulun  yoxlanıl-
masının  bütün  şərtlərinin  dəqiq  müəyyənləşdirilməsi  mü-
qavilələrdə  və  sazişlərdə  məhsulun  keyfiyyətinin  planlaş-
dırılması sahəsində ən ciddi problemdir. 
Əksər hallarda məhsulun keyfiyyətinin yoxlanılması, 
həmişə malın xarakterindən və təyinatından asılı olur. Be-
ləliklə, mürəkkəb texniki məhsul işlədilərək yoxlanılmalı-
dır. Bundan ötəri istehlakçıya öz iddialarını (reklamasiya-
larını) çox uzun müddət ərzində təqdim etmək hüququ ve-
rilməlidir.  Əgər  mal  ərzaqdırsa,  onun  keyfiyyətinə  görə 
qəbulu,  adətən,  zahirən  nəzərdən  keçirilmə  və  ekspertiza 
vasitəsilə  yerinə  yetirilir.  Belə  yoxlama  keyfiyyəti  təsdiq 
edən  sənəd,  məhsulun  istehsal  olunduğu  tarixə  və  yerə, 
saxlama müddətinə və s. görə qəbul edilir. 
Məhsulun keyfiyyət təminatı adətən  müqavilədə ay-
rıca  maddə  kimi  göstərilir  və  təhvil-təslim  bölməsinə  ya-
zılır. Bir qayda olaraq, müqavilə bağlayan tərəflər təminat 
müddətlərini  təminat  dövründə  tərəflərin  öhdəliklərini, 
iddiaların təqdim olunması və reklamasiyaların ödənilməsi 
qaydalarını,  habelə  təminatın  aid  olmadığı  bütün  halları 
razılaşdırırlar. 
 
 


 
 
177 
 
  8.4. Müəssisədə texniki nəzarətin  təşkili 
 
Keyfiyyətə  nəzarət  (KN)  dedikdə  məhsulun,  yaxud 
prosesin  kəmiyyət,  yaxud  keyfiyyət  xarakteristikalarının 
müvafiqliyinin  yoxlanılması  anlaşılır  ki,  bundan  da  məh-
sulun  müəyyən  edilmiş  texniki  tələblərə  müvafıqliyi  asılı 
olur. 
Nəzarətin  mahiyyəti  nəzarət  obyektinin  vəziyyəti 
haqqında  məlumat  əldə  etməkdən  və  çertyojlarda,  stan-
dartlarda  texniki  şərtlərdə  (TŞ),  tədarük  müqavilələrində 
və sair sənədlərdə əks etdirilən müəyyən tələblərlə alınmış 
nəticələri müqayisə etməkdən ibarətdir. 
Nəzarətin əsas termin və tərifləri ГОСТ-16504-81-lə 
müəyyən olunmuşdur. 
Müəssisədə keyfiyyətə nəzarəti (KN) məhsulu hazır-
layanlar və istehsalat ustaları, TNŞ-nin texniki nəzarət şö-
bəsinin  işçiləri,  özününəzarətə  keçirilmiş  fəhlələr,  sifariş-
çinin müəssisədəki nümayəndələri (əgər tədarükə dair mü-
qavilədə bu barədə razılaşma varsa) həyata keçirirlər. 
Texniki  nəzarətin  təşkili  -  müvafiq  normativ  sənəd-
lərin  (NS)  tələblərinə  cavab  verən  məhsulun  istehsalına 
yönəldilən texniki və inzibati tədbirlər sistemi deməkdir. 
Texniki nəzarət - müəyyən olunmuş texniki tələblərə 
nəzarət obyektinin müvafıqliyinin yoxlanılması deməkdir. 
Sənayedə texniki nəzarət özlüyündə istehsalın bütün 
mərhələlərində  yerinə  yetirilən  yoxlama  əməliyyatlarının 
məcmusudur:  müəssisəyə  daxil  olan  materialların,  yarım-
fabrikatların, komplektləşdirici cihaz və məmulatların key-
fiyyətinə nəzarətdən hazır məhsulun buraxılışına qədər. 


 
 
178 
 
Texniki nəzarət istehsal prosesinin ayrılmaz  hissəsi-
dir. O, nəzarət obyektindən asılı olaraq, müəssisənin müx-
təlif  xidmətləri  tərəfindən  yerinə  yetirilir.  Beləliklə,  stan-
dartlardan, texniki şərtlərdən, 
rəhbər 
materiallardan və di-
gər normativ-texniki sənədlərdən istehsalat prosesinin ha-
zırlığı gedişində düzgün istifadə olunmasına nəzarəti nor-
malara  nəzarət  xidməti  yerinə  yetirir.  Texniki  sənədlərin 
keyfiyyətinə  baş  konstruktor,  baş  texnoloq,  baş  metallurq 
şöbələri və sair xidmətlər səviyyəsində müəssisənin bütün 
bilavasitə icraçıları və rəhbərləri tərəfindən nəzarət olunur. 
Məhsulun  keyfiyyətinə  görə  məsuliyyət  istehsal  bölmələ-
rinin (sexlərin və sahələrin) icraçıları və rəhbərləri üzərin-
dən  götürülməsə  də,  hər  halda  müəssisənin  öz  istehsalı 
olan  hazır  məhsulun  və  yarımfabrikatların  keyfiyyətinə 
görə nəzarəti texniki nəzarət şöbəsi (TNŞ) həyata keçirir. 
Müəssisədə texniki nəzarətin başlıca vəzifəsi standart-
larin  və  texniki  şərtlərin  tələblərinin  pozulmasına  səbəb 
ola biləcək nasazlıq və kənarlaşmaların qarşısının alınması 
məqsədilə  məhsulun  keyfiyyəti,  avadanlığın  və  texnoloji 
prosesin  vəziyyəti  haqqında  tam  və  düzgün  məlumatın 
vaxtında əldə edilməsindən ibarətdir. 
Texniki nəzarət istehsal prosesinin tələb olunan sah-
manını təmin etməyə və onun sabitliyini, yəni texnoloji re-
jimlər,  normalar  və  şərtlərlə  nəzərdə  tutulan  sabit  surətdə 
təkrarlanmasını saxlamağa xidmət etməlidir. 
İstehsalın  müxtəlif  mərhələlərində  daxil  olan  mate-
riallar,  yarımfabrikatlar,  hazır  məhsul  (detallar,  xırda  yığ-
ma vahidlər, qovşaqlar, bloklar, məmulatlar), istehsal vasi-
təsilə  (avadanlıqlar,  alətlər,  cihazlar,  mexanizmlər  və  s.), 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə