183
(7.2) və (7.3) düsturları, yaxud (7.4) və (7.5) düstur-
ları ilə hesablanmış müxtəlif orta tarazlaşmış göstəricilərin
aydın təsviri üçün göstərilən riyazi asılılıqlar qrafıki şəkil-
də verilməlidir. Misal üçün iki eyniçəkili m
1
=m
2
=0,5fərdi
Pı və P
2
göstəricisini götürək. Q
a
vəQ
h
-nin Pı və P
2
-dən ası-
lılığını düzbucaqlı dekart koordinat sistemində qururuq.
Fərz edək ki, Pı = 0,8 olduqda kompleks (ümumi) keyfiy-
yət göstərici Q=0,65-dir və nəticə etibarıilə şəkil 8.1,a və
1,b-də Aı nöqtəsinə uyğun gəlir. Eyni ədədi qiymətə malik
kompleks göstəricinin (bizim misalda 0.65) çoxlu sayda A
nöqtələri eyni keyfiyyət xətləri əmələ gətirir. Bütün bunlar
qısaca olaraq izokvalit adlanır.
Beləliklə, şəkil 8.1-də (a) və (b) kvadratlarının daxi-
lində müxtəlif orta tarazlaşmış ədədi (a) və orta taraz-
laşmış həndəsi (b) kompleks göstəricilərin Q
ə
və Qh müx-
təlif qiymətləri üçün xətlər seriyası (izokvalitlər) alınır.
a)
b)
Şəkil 8.1. Keyfiyyətin orta tarazlaşmış kompleks
göstəricilərinin qrafıki təsviri:a) - ədədi; b) - həndəsi.
-0.41
-0.52
185
Şəkil 8.2. Faydalı səmərənin intensivliyinin
zamana görə dəyişməsi:
1 - məmulatın sıradan çıxan və yeyilən hissələrini bərpa
etmədən:
2-planlı ehtiyat təmirlə r sistemində;
3- məmulatın istismarı dövründə faydalı səmərənin
intensivliyinin faktiki dəyişməsi.
Beləliklə, məhsulun keyfıyyət göstəricilərinin opti-
mallaşdırılması hər bir konkret şəraitdə özünə məxsus me-
todlarla həll edilir. Bununla yanaşı, texniki məmulatların
keyfiyyət göstəricilərinin və keyfiyyət səviyyəsinin opti-
mallaşdırılması problemləri həm elmi, həm də praktiki
nöqteyi-nəzərdən aktual olaraq qalır.
186
IX. FƏSİL.KEYFİYYƏTİN İDARƏ
OLUNMASININ
PRİNSİPLƏRİ VƏ FUNKSİYALARI
9.1. Keyfiyyətin idarə olunmasının prinsipləri
Keyfiyyətin idarəetmə prinsipləri təşkilata rəhbər-
liyin əsasını və onun fəaliyyətinin əsasını təşkil edən və
bütün marağı olan şəxslərin və təşkilatların tələbatım nə-
zərə almaqla, istehlakçıların ehtiyaclarının ödənilməsi üz-
rə uzunmüddətli fasiləsiz işə yönəldilən hərtərəfli və əsaslı
qayda, yaxud müddəalardır.
Cəmisi səkkiz prinsip məlumdur:
-
istehlakçıya səmtləşdirilən
təşkilat;
-
rəhbərlik;
-
işçilərin cəlb edilməsi;
-
proseslərə əsaslanan yanaşma (üsul);
-
idarəetməyə sistemli yanaşma
-
fasiləsiz
surətdə təkmilləşdirmə;
-
faktlar əsasında qərar qəbul edilməsi;
-
tədarükçü ilə qarşılıqlı surətdə faydalı münasibətlər.
Keyfiyyətin idarə olunmasının səkkiz prinsipindən
hər birisinin məzmunu və tətbiqi xüsusiyyətlərini daha
müfəssəl şəkildə nəzərdən keçirək.
Ən birinci «istehlakçıya səmtləşdirilən təşkilat»
prinsipinin mahiyyəti aşağıdakılardan ibarətdir: təşkilatlar
öz müştərilərindən asılıdır, buna görə də onlar müştəriləri-
nin cari və gələcək ehtiyaclarım başa düşməli, müştərilərin
tələblərini nəzərə almalı və onların ümidlərini doğrultma-
ğa çalışmalıdırlar.
187
Həmin prinsipin tətbiqi aşağıdakı müsbət nəticələrin
əldə edilməsinə səbəb ola bilər:
1)müştərinin ehtiyaclarının və çatdırılma müddətlə-
rinə və qiymətlərinə görə
gözlədiklərinin dərk edilməsi;
2)müştərinin razılıq (məmnunluq) dərəcəsinin ölçül-
məsi və həmin ölçülmənin nəticələrinə onun reaksiyası;
3)cəmiyyətin sorğularına baxılması;
4)müştərinin və cəmiyyətin qarşılıqlı münasibətləri-
nin idarə olunması.
Həmin prinsipin həyata keçirilməsi nəticəsində
müəssisə elə bir üstünlük əldə edir ki, müştərinin ehtiyac-
ları ona bütün təşkilat (təşkili) üzrə aşkar olur, bu da müş-
tərinin ehtiyacları və gözləmələri ilə müvafiq məqsəd və
vəzifələrin birbaşa əlaqələrini təmin edir, imkan verir ki,
həmin təşkilatın heyəti müştərinin ehtiyaclarının ödənil-
məsindən ötrü lazımi qədər bilik və bacarığa malik olur.
İkinci «rəhbərlik» prinsipi bundan ibarətdir ki, rəh-
bərlik təşkilatın məqsəd, istiqamət və daxili mühitinin
vəhdətini müəyyənləşdirir. Onlar işçiləri bütünlükdə təşki-
latın məqsədlərinin əldə olunmasına cəlb edirlər.
Nəticədə aşağıdakıların həyata keçirilməsi mümkün
olur:
-
xarici mühitin dəyişikliklərinin dərk edilməsi və
onlara münasibət göstərilməsi, müştərilər, sahibkarlar, he-
yət, tədarükçülər və bütövlükdə cəmiyyət də daxil olmaq-
la, bütün iştirakçıların ehtiyaclarının nəzərdən keçirilməsi;
-
təşkilatın gələcəyinin
dəqiq təsəvvür edilməsi;
-
təşkilatın bütün səviyyələrində etik modellərin
iştirak dərəcələrinin müəyyən olunması;
-
inamın yayılması və qorxunun aradan qaldırılması;