Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə48/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   94

 
 
188 
 
-
 
məsuliyyət  və  hesabatlılıqla  birlikdə  hərəkətlərin 
sərbəstliyinin təmin edilməsi yolu ilə səlahiyyətlərin tabe-
likdə olanlara verilməsi
-
 
işçilərin  stimullaşdırılması  və  onların  nailiyyətləri-
nin təsdiqlənməsi
-
 
açıq və vicdanlı əlaqələrə yardım göstərilməsi; 
-
 
kadrların öyrədilməsi (təlimi, təhsili); 
-
 
perspektiv  məqsədlərin  və  vəzifələrin  müəyyən 
olunması; 
-
 
həmin  məqsəd  və  vəzifələrə  nail  olmaqdan  ötəri 
strategiyanın tətbiqi. 
Bu prinsipin tətbiqi aşağıdakı üstünlüklərdən istifadə 
etməyə  imkan  verir:  təşkilatın  gələcəyinin  dəqiq  proqno-
zunu  müəyyənləşdirmək;  təşkilatın  məqsədlərinə  nail  ol-
maqdan ötrü işçiləri cəlb etmək; marağı, mükəmməl məlu-
matı olan və sabit komanda əldə etməyə imkan verir. 
«İşçilərin  cəlb  edilməsi»  prinsipi  aşağıdakılardan 
ibarətdir: işçilər təşkilatın məğzini təşkil edir, onların tam 
cəlb olunması təşkilatın mənfəəti üçün həmin işçilərin bi-
lik və təcrübələrindən istifadə edilməsinə imkan verir. İş-
çilər tam cəlb olunduqda aşağıdakıları edəcəklər: 
-
 
problemin  həllinə  görə  məsuliyyəti  öz  üzərlərinə 
götürəcəklər; 
-
 
təkmilləşmə imkanlarını fəal surətdə arayacaqlar
-
 
qruplarda  və  briqadalarda  öz  bilik  və  təcrübələrini 
sərbəst surətdə bölüşəcəklər
-
 
müştərilərdən  ötəri  qiymətli  əşyaların  yaradılma-
sına səylərini yönəldəcəklər
-
 
təşkilatın məqsədlərinə nail olmaq sahəsində təşəb-
büskarlıq və yaradıcılıqlarını nümayiş etdirəcəklər


 
 
189 
 
-
 
müştərilərə və cəmiyyətə öz təşkilatlarını daha yax-
şı təqdim edəcəklər
-
 
öz işlərindən məmnuniyyət əldə edəcəklər; 
-
 
öz təşkilatlarının bir hissəsi olduqları ilə öyünəcəklər. 
Bu prinsipin tətbiqi aşağıdakı üstünlükləri verir: işçi-
lər  planın  təkmilləşdirilməsinə  və  yerinə  yetirilməsinə  öz 
töhfələrini sərbəst surətdə verirlər; işçilər məqsədlərin mü-
əyyən olunmasında iştirak edirlər; işçilər operativ əməliy-
yatlara və prosesin təkmilləşdirilməsinə cəlb olunurlar; iş-
çilər öz işlərindən böyük məmnuniyyət əldə edirlər və mü-
əssisənin  üstünlükləri  naminə  peşəkarlıq  səviyyələrini  ar-
tırmağa və inkişaf etdirməyə fəal surətdə çalışırlar. 
«Proseslərə  əsaslanan  yanaşma (üsul)» prinsipi istə-
nilən nəticəni daha səmərəli əldə etməyə imkan verir, çün-
ki ehtiyatların  və  fəaliyyətin bütün növlərinin idarə  olun-
masına  proses  kimi  baxılır.  Bu  prinsipin  tətbiqi  aşağıda-
kıları həyata keçirməyə imkan verir: 
- istənilən  nəticəyə  nail  olmaqdan  ötəri  prosesin 
müəyyənləşdirilməsi; 
- təşkilatın proses və funksiyalarının xarakteristikala-
rının eyniləşdirilməsi
- proseslərin  idarə  edilməsinə  görə  məsuliyyətin 
müəyyən olunması; 
- prosesin giriş və çıxışının eyniləşdirilməsi. 
Bu  prinsipin  tətbiqi  böyük  üstünlüklər  verir,  bütün 
təşkilat  üzrə  həmin  yanaşmanın  (üsulun)  məqbul  hesab 
edilməsi  daha  çox  gözlənilən  nəticələrə,  ehtiyatlardan  da-
ha yaxşı istifadə olunmasına gətirib çıxara bilər, vaxta qə-
naət  olunar  və  qiymət  azalar;  prosesin  imkanlarının  dərk 
edilməsi  perspektiv  üçün  məqsəd  və  vəzifələrin  proqnoz-
laşdırılmasına imkan verir; proseslərə əsaslanan yanaşma-


 
 
190 
 
nın (üsulun) qəbul edilməsi bütün operativ nəticələrin qiy-
mətini aşağı salır, xeyli miqdarda qüsurların qarşısını alır, 
silsilənin vaxtını azaldır. 
«İdarəetməyə  sistemli  yanaşma»  prinsipi  verilmiş 
məqsəd  üçün  bir-biri  ilə  qarşılıqlı  surətdə  asılılığı  olan 
proseslər  sistemini  eyniləşdirməkdən,  dərk  edib  idarə  et-
məkdən  ibarətdir  ki,  bu  da  təşkilatın  səmərəliliyini  artır-
mağa imkan verər. 
Onun tətbiqi aşağıdakılara səbəb olur: 
-
 
verilmiş məqsədə təsir göstərən proseslərin eyniləş-
dirilməsi,  yaxud  inkişaf  etdirilməsi  yolu  ilə  sistemin 
müəyyən olunması; 
-
 
daha  səmərəli  yol ilə  məqsədə  nail olmaqdan ötəri 
sistemin strukturlaşdırılması; 
-
 
sistemin prosesləri arasında qarşılıqlı asılılığın dərk 
edilməsi
-
 
ölçmələr  və  qiymətləndirmələr  vasitəsilə  sistemin 
daim təkmilləşdirilməsi. 
«Fasiləsiz  surətdə  təkmilləşdirmə»  prinsipi  aşağıda-
kılara səbəb olur: 
-
 
məhsulun,  proseslərin  və  sistemlərin  fasiləsiz  su-
rətdə təkmilləşdirilməsinin aparılması  təşkilatın hər bir iş-
çisinin məqsədinə çevrilir
-
 
get-gedə artan və dağıdıcı təkmilləşdirmə kimi əsas 
təkmilləşdirmə konsepsiyalarının tətbiqi; 
-
 
proseslərin səmərəliyinin daim  artması; 
-
 
təşkilatın  hər  bir  üzvünə  fasiləsiz  təkmilləşdirmə 
metodlarının  və  alətlərinin  öyrədilməsi  (təmin  olunması) 
imkanlarının  təmin  edilməsi  («plan-iş-yoxlama-hərəkət» 
silsiləsi kimi); 


 
 
191 
 
-
 
təkmilləşdirmənin  idarə  olunması  və  ona  nəzarət 
edilməsindən ötəri məqsəd və tədbirlərin müəyyənləşdiril-
məsi; 
-
 
təkmilləşdirilmələrin təsdiqlənməsi. 
Həmin  prinsipin  üstünlüklərinə  aşağıdakıları  aid  et-
mək  olar:  biznesin  strateji  planlaşdırılmasında  fasiləsiz 
təkmilləşdirmə metodundan istifadə edilməsinə imkan ve-
rən  biznes  strategiyalarının  və  planlarının  tətbiqi;  təkmil-
ləşdirmənin  real  məqsədlərinin  müəyyən  edilməsi  və  on-
lara nail olmaqdan ötəri ehtiyatların təmin edilməsi; fasilə-
siz  təkmilləşdirmə  proseslərinə  qulluqçuların  cəlb  edil-
məsi;  bütün  qulluqçuların  metodikalar,  təlimatlar  və  alət-
lərlə təmin edilməsi, habelə təkmilləşdirmə üzrə fəaliyyətə 
görə mükafatlandırılma. 
«Faktlar əsasında qərar qəbul edilməsi» prinsipi-
nin həyata keçilməsi qəbul olunan qərarların və yerinə ye-
tirilən  işlərin  səmərəliyinin  yüksəldilməsinə  imkan  verir, 
çünki  onlar  məlumat  və  informasiyaların  təhlilinə  əsas-
lanır.  Bu  prinsipin  tətbiqindən  ötrü  aşağıdakıların  yerinə 
yetirilməsi zəruridir: 
-
 
qarşıya  qoyulan  məqsədə  aid  olan  ölçmələrin,  mə-
lumat,   informasiyaların toplanmasının aparılması; 
-
 
mümkün qədər dəqiq və etibarlı məlumat və infor-
masiyaların təmin edilməsi; 
-
 
təsirli metodlardan istifadə etməklə məlumat və in-
formasiyaların təhlili; 
-
 
qərarın  qəbul  edilməsindən  ötəri  təhlilin  nəticələ-
rindən istifadə olunması; 
-
 
təhlilə əsaslanan, təcrübə və intuisiya (duyğu, duy-
ma, sezmə) nəzərə alınmaqla qərarların qəbulu və onların 
yerinə yetirilməsi. 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə