Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə49/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   94

 
 
192 
 
Bu prinsipin tətbiqinin əsas üstünlüklərinə aşağıdakı-
ları aid etmək olar: daha real və əldə edilməsi mümkün ola 
bilən  planların  formalaşdırılması;  müqayisə  edilən  məlu-
matlar  və  informasiyalar  əsasında  əsaslandırılmış  məqsə-
din seçilməsi; işçilərin, kollektivlərin və fəhlə qruplarının 
iradlarının  tədqiqi  kimi  mənbələrdən  əldə  olunan  təkliflə-
rin, məlumat və informasiyaların təhlili imkanlarının əmə-
lə gəlməsi və həmin təhlilin nəticələrindən rəhbərliyin öz 
işçilərinə qarşı münasibətinə dair siyasətinin formalaşdırıl-
masından ötrü istifadə edilməsi. 
«Tədarükçü ilə qarşılıqlı surətdə faydalı münasi-
bətlər»  prinsipi  hər  iki  təşkilata  biznesdə  daha  yüksək 
müvəffəqiyyətə nail olmaq imkanı verir. 
Bu  prinsipin  tətbiqinin  üstünlüklərinə  aşağıdakılar 
aiddir:  tədarükçülərlə,  rəqiblər  üzərində  üstünlük  əldə  et-
məyə imkan verən strateji alyansların(ittifaqın, birləşmələ-
rin),  yaxud  partnyorluğun  (tərəfdaşlığının,  oyundaşlığın) 
inkişafı; tədarükçülərin strateji məqsədləri müəyyənləşdir-
məyə  imkan  verən  daha  erkən  cəlb  olunması  və  iştirakı; 
məhsulun  etibarlı  və  qüsursuz  çatdırılmasının  təmin  edil-
məsi;  tədarükçülərin təlim edilməsi (öyrədilməsi); hər  iki 
təşkilatın işinin yaxşılaşdırılmasından ötrü təkmilləşdirmə 
üzrə birgə səylər. 
 
 9.2. Keyfiyyətin idarə edilməsinin  metodları 
 
Kİ-nin iqtisadi metodları müəssisə və təşkilatların iş-
çilərini və kollektivlərini keyfiyyətin daim yüksəldilməsi-
nə, onun zəruri səviyyəsinin daim təmin edilməsinə həvəs-
ləndirən iqtisadi şəraitin yaradılması ilə reallaşdırılır. 
Kİ-nin iqtisadi metodlarına aşağıdakılar daxildir: 


 
 
193 
 

 
Kİ  sahəsində  fəaliyyətin  maliyyələşdirilməsi  (Kİ 
sahəsində  yeniliklərin,  yeni  və  modernləşdirilmiş  məhsul 
növlərinin işlənməsi üçün kreditlərin verilməsi ; borcların 
verilməsi,  qiymətin  müəyyənləşdirilməsi,  kalkulyasiya, 
xərclərin və nəticələrin tutuşdurulması) 

 
Kİ sisteminin bölmələrində təsərrüfat hesabı 

 
Islehsalın  iqtisadi  stimullaşdırılması,  istehlakçılara 
onların  tələblərinə  uyğun  məhsul  və  xidmətlərin  təqdim 
edilməsi; 

 
Yeni və modernləşdirilmiş məhsul və xidmət növ-
lərinin  yaradılmasının  biznes-planlaşdırılması,  onlar  üçün 
beynəlxalq  standartların  tələblərinə  uyğun  KS-nin  işlən-
məsi; 

 
məhsul  və  xidmətlərin  keyfiyyət  səviyyəsi  nəzərə 
alınmaqla onların qiymətinin müəyyənləşdirilməsi

 
keyfiyyət  üçün  iqtisadi  həvəsləndirmə  fondlarının, 
o  cümlədən  keyfiyyətə,  məhsulun,  texnikanın,  texnologi-
yanın yaradılması və modernləşdirilməsinə görə həvəslən-
dirmə və mükafatlandırma fondlarının təşkil olunması; 

 
istehsal sisteminin hər bir iş yerində və ümumilik-
də  idarəetmə  sistemində  keyfiyyətə  görə  əmək  haqqının 
ödənməsi və maddi həvəsləndirmə sisteminin tətbiqi; 

 
tədarük  edilən  məhsulun  və  göstərilən  xidmətlərin 
keyfiyyətindən asılı olaraq tədarükçülərə iqtisadi təsir va-
sitələrindən istifadə üçün şəraitin yaranması. 
İqtisadi metodlardan istifadəyə misal kimi maddi sti-
mullaşdırmanı  göstərmək  olar.  Bu  zaman  qabaqcadan 
əmək haqqının artırılmasının müqabilində işçidən öz əmə-
yinin keyfiyyətinə daha yüksək məsuliyyət, böyük intizam 
və nəticə kimi yüksək keyfiyyətli məhsul gözlənilir: «daha 


 
 
194 
 
yüksək əmək haqqı – daha yüksək keyfiyyət». Bu məsələ  
hal-hazırda  geniş  istifadə  olunan  «yüksək  səmərəlilik  – 
yüksək  əmək  haqqı»  kimi  yanaşma  ilə  ziddiyyət  təşkil 
edir.  Birinci  metoddakı  yanaşmanın  nə  qədər  faydalı  və 
səmərəli  olmasını  Yaponiyanın  «Omron»  korporasiyasın-
da  qazanılan  nailiyyətlərin  misalında  görmək  olar.  Lakin 
bu  korporasiyanın  təcrübəsi  göstərir  ki,  belə  yanaşmadan 
diferensial şəkildə, hər bir kəsin əməyini hərtərəfli qiymət-
ləndirməklə,  subyektivliyə  və  bərabərləşdirməyə  yol  ver-
mədən istifadə edilməlidir. 
Bu  metodun  geniş  miqyasda  reallaşdırılması  nəticə 
etibarı  ilə  əhalinin  tələbatını  və  alıcılıq  qabiliyyətini  yük-
səldə bilər (əmək haqqının artması ilə əlaqədar). Bu da uy-
ğun  olaraq  istifadə  olunan  məhsulun  həcmini,  müəssisə-
lərin  (metodun  tətbiq  edildiyi  müəssisədə  daxil  olmaqla) 
ümumi gəlirini artırır.Məhsulun satış həcmi yalnız keyfiy-
yətin  yaxşılaşdırılması  ilə  yox,  həm  də  maya  dəyərinin 
azalması  (sonra  bu,  qiymətin  aşağı  düşməsinə  gətirir)  və 
istehsal həcminin böyüməsi ilə artır (şəkil 9.2). 
 
 


 
 
195 
 
Şəkil 9.2. «Daha yüksək əmək haqqı daha yüksək 
keyfiyyət» əmək haqqının ödənməsi metodunun prinsi-
pial mahiyyəti 
Qeyd etmək lazımdır ki,   müasir dövrdə Azərbaycan 
Respublikasında  bazar  münasibətlərinin  inkişafı  KİE-nin 
iqtisadi metodlarından daha geniş istifadəni tələb edir. Bu, 
bazar  münasibətləri  şəraitində  müəssisələrin  öz  varlığını 
qoruyub saxlaması və inkişafı üçün mühüm şərtdir. 
Kİ-nin  təşkilati-tapşırma  metodları  keyfıyyətin  yük-
səldilməsinə  və  zəruri  keyfıyyət  səviyyəsinin  təmin  edil-
məsinə yönəldilmiş  icra üçün məcburi direktiv, əmr və sə-
rəncamlar vasitəsilə həyata keçirilir. 
Kİ-nin  təşkilati-tapşırma  metodlar  qrupuna  aşağıda-
kılar daxildir: 

 
reqlamentləşdirmə (ümumtəşkilati, funksional, və-
zifə, struktur); 

 
standartlaşdırma; 

 
normalaşdırma (ədədi kəmiyyətlərin normaları ba-
zasında); 

 
təlimatlandırma  (tanış  etmə,  izah,  məsləhət,  xə-
bərdarlıq); 

 
tapşırma  təsirləri  (əmr,  sərəncam,  göstəriş,  qərar, 
icraya nəzarət və s. əsasında). Bunlardan aşağıdakıları xü-
susi  qeyd  etmək  lazımdır:  təşkilatların  birinci  rəhbərləri 
tərəfindən  təsdiq  edilən  keyfiyyət  sahəsində  siyasətin 
işlənməsi və tətbiqi; Kİ üzrə müəssisə standartları, rəhbər-
lik, prosedur və digər normativ-texniki və normativ-meto-
diki  sənədlərin  işlənməsi  və  tətbiqi;  bölmələr  haqqında 
əsasnamə və vəzifə təlimatlarının işlənməsi və tətbiqi; Kİ 
üzrə  kadrların  seçilməsi,  yerləşdirilməsi,  tərbiyə  edilməsi 
və attestasiyası: Kİ üzrə qabaqcıl təcrübənin mənimsənil-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə