Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə50/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   94

 
 
196 
 
məsi; keyfiyyət üzrə məqsədli proqramların yerinə yetiril-
məsinin təminatı; 

 
Kİ  üzrə  əmr  və  sərəncamlar;  beynəlxalq,  Dövlət 
standartlarının və texniki şərtlərin tələblərinin yerinə yeti-
rilməsinin təminatı; normativ-texniki və normativ-metodi-
ki sənədlərin və keyfiyyətin idarə edilməsi və təmin olun-
ması üzrə qərarların tələblərinin icrasına nəzarət. 
Təşkilati-tapşırma  metodlarının  tətbiqi  müxtəlif  sta-
tuslu sənədlər toplusunun  yaradılmasını nəzərdə tutur. Bu 
zaman  hər  bir  sənədin  məzmununun  keyfiyyətinə  son  də-
rəcə  sərt  tələblər  qoyulmalıdır.  Əks  halda  Kİ  üzrə  qeyd 
olunan  metodlar  idarəetmə  təcrübəsində  tam  reallaşa  bil-
məz. Kİ üzrə sənədlərə qoyulan tələblər aşağıdakılardır: 

 
informasiyanın  şərhində  məntiqi  ardıcıllıq  və  də-
qiqlik; 

 
birmənalı şərh olunmanı təmin etmək üçün ifadələ-
rin sadəliyi, konkretliliyi və dəqiqliyi

 
sübut və dəlillərin inandırıcı olması; 

 
informasiyanın səlisliliyi, ifadəli olması; 

 
kifayətlilik və əsaslılıq; 

 
kiçik həcm: 

 
az dəyişkənlilik (stabillik); 

 
keyfiyyətli ifadə tərzi. 
Keyfiyyət  sahəsində  siyasət  Kİ-nin  mühüm  tərkib 
hissəsidir. Kİ-nin təşkilati-tapşırma metodu istifadə edilər-
kən sənədləşmədə bu sənəd birinci olmalıdır. O da yüksək 
menecerlər  qrupunun  keyfiyyət  sahəsində  siyasətin  apa-
rılmasına  görə  məsuliyyəti  öz  üzərinə  götürməsi  zərurəti 
ilə əlaqədardır. 
Keyfıyyət  sahəsində  müəssisənin  siyasəti  formalaş-
dırılarkən ona qoyulan tələblər nəzərə alınmalıdır:  


 
 
197 
 
-rəhbərlik tərəfindən  o,  yazılı şəkildə  müəyyənləşdi-
rilməli və birinci rəhbər tərəfındən imzalanmalıdır; 
-müəssisənin digər istiqamətlərdəki fəaliyyəti ilə uz-
laşdırılmalıdır;  
-rəhbərlik  keyfiyyət  sahəsində  siyasətin  kollektivin 
hər bir üzvü tərəflndən başa düşülməsini təmin etməli və 
bu siyasəti həyata keçirməlidir; 
-bu siyasət elə formalaşdırılmalıdır ki, yalnız buraxı-
lan məhsulun keyfıyyətinə yox, əmək kollektivinin hər bir 
üzvünə  də  təsir  etsin.  Keyfiyyət  sahəsində  siyasəti  ifadə 
edən sənəd qısa, sadə, asan başa düşülən, yadda qalan ol-
malı, hər bir işçinin əməyinin keyfiyyətinə qoyulan tələb-
ləri əks etdirməlidir. 
Mahiyyət etibarı ilə məhsulun keyfıyyəti sahəsində o 
siyasət məqbul sayıla bilər ki, bir sıra suallara müsbət ca-
vab versin: o qısadırmı, müəssisə kollektivinin hər bir üz-
vünə aiddirmi; burada işin keyfiyyətinə standartlar (tələb-
lər)  müəyyənləşdirilmişdirmi;  tədarük  olunan  məhsulun 
keyfiyyətinin  bütün  cəhətləri  əhatə  olunmuşdurmu  (bu 
sual  həm  də  məhsulun  tədarük  müddətlərinə,  qiymətinə, 
müəssisənin fəaliyyət nəticələrinin, xidmətlər də daxil ol-
maqla  keyfiyyətinə  aid  edilməlidir);  keyfiyyət  sahəsində 
siyasət  müəssisənin  birinci  şəxsi  tərəfindən  imzalanmış-
dırmı. 
Keyfıyyət  sahəsində  xarici  ölkələrin  təcrübəsində 
formalaşan  siyasət  yuxarıda  göstərilən  sualların  çoxuna 
cavab verir. Məsələn, İBM korporasiyasının prezidenti tə-
rəfindən imzalanmış keyfiyyət sahəsində siyasətdə belə bir 
ifadə  vardır:  «Biz  öz  sifarişçilərimizə  qüsursuz,  rəqabət 
qabiliyyətli malları və xidmətləri müəyyənləşdirilən müd-


 
 
198 
 
dətdə  dəqiq  göndərəcəyik».  Bu  bəyanatın  təhlili  göstərir 
ki, o; 

 
korporasiyanın hər bir işçisinə ünvanlanmışdır; 

 
keyfıyyət  səviyyəsinin  göstəricilərini  dəqiq  müəy-
yən edir; 

 
keyfiyyətin bütün cəhətlərini, o cümlədən qiyməti, 
tədarük və icraetmə müddətlərini əhatə edir: 

 
korporasiyanın birinci şəxsi tərəfindən imzalanmış-
dır. 
Yuxarıda göstərildiyi kimi, keyfiyyətin idarə edilmə-
sində sosial-psixoloji metodlar da tətbiq edilir. 
Sosial-psixoloji metodlara aşağıdakılar daxildir: 

 
kollektivin  hər  bir  üzvünün,  ümumilikdə,  kollek-
tivin təşəbbüskarlığın və yaradıcı fəaliyyətinin artırılması, 
keyfiyyətin  yaxşılaşdırılması  və  idarə  edilməsinin  təkmil-
ləşdirilməsinə yönəldilməsi, həmçinin intizamın, məsuliy-
yətin möhkəmləndirilməsi üsulları; 

 
yüksək  keyfiyyətin  əldə  olunmasına  maddi  həvəs-
ləndirmə formaları; 

 
kollektivdə psixoloji iqlimin yaxşılaşdırılması qay-
daları.  Buraya  münaqişələrin  aradan  qaldırılması üsulları, 
psixoloji  cəhətdən  qarşılıqlı  uyğunlaşmanı  təmin  etmək 
üçün  əməkdaşların  seçilməsi  və  yerləşdirilməsi  üsulları 
daxildir; 

 
keyfıyyətin  təmin  edilməsində  əmək  kollektivinin 
hər bir üzvünün psixoloji xüsusiyyətlərinin nəzərə alınma-
sı üsulları; 

 
müəssisədə tələb olunan keyfiyyətin təmin edilməsi 
ənənələrinin  qorunub  saxlanması  və  inkişaf  etdirilməsi 
üsulları; 


 
 
199 
 

 
kollektivin hər bir üzvünün keyfiyyətin idarə edil-
məsinə cəlb olunması qaydaları. 
Beləliklə,  sosial-psixoloji,  metodlar  əmək  kollekti-
vində  sosial-psixoloji  proseslərin  gedişinə  təsir  edə  bilən 
faktorlardan  istifadəyə  əsaslanır  və  keyfiyyət  sahəsində 
qarşıya qoyulmuş məqsədə çatmağa xidmət edir. 
 
9.3. Keyfiyyətin idarə edilməsi prosesinin 
planlaşdırılması 
 
Məhsulun keyfiyyətinin planlaşdırlması dedikdə, ve-
rilmiş  anda  və  ya  verilmiş  zaman  kəsiyində  tələb  olunan 
keyfiyyət  göstəriciləri  ilə  buraxılış  üzrə  əsaslandırılmış 
məsələlərin  bərqərar  olunması  başa  düşülür.  Keyfiyyətin 
yüksəldilməsinin  planlaşdırılması  daxili  və  xarici  bazarın 
tələbatlarının  proqnozlaşdırılmasına,  elmi  cəhətdən  əsas-
landırılmasına  söykənməlidir.  Bu  zaman  keyfiyyətin  yük-
səldilməsinin planlarının düzgün əsaslandırılmasında məh-
sulun istismarı nəticələri haqqında informasiyanın ümumi-
ləşdirilməsi və təhlili böyük rol oynamağa başlayır. 
Keyfiyyətin  yükəldilməsinin  planlaşdırılması  fəaliy-
yəti,  məmulatın  həyat  silsiləsinin  müxtəlif  idarəetmə  sə-
viyyələrində və mərhələlərində layihələndirmə, istehsal və 
istismar da daxil olmaqla, həyata keçirilməsi sayəsində tə-
min  edilir.  Keyfiyyətin  artırılması  planları  zəruri  maddi, 
maliyyə və əmək resursları ilə təmin edilməli, keyfiyyətin 
yüksəldilməsi  üzrə  planlaşdırılan  göstəricilər  və  tədbirlər 
isə iqtisadi səmərəliliyin hesablamaları ilə dəqiq əsaslandı-
rılmalıdır. 
Məhsulun keyfiyyətinin planlaşdırılmasının əsas mə-
sələləri siyahısına aşağıdakılar daxildir: 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə