Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə51/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   94

 
 
200 
 
-
 
xüsusiyyətləri  bazarın  mövcud  və  perspektiv  tələ-
batlarına  maksimum  uyğun  olan  məhsul  buraxılışının  tə-
mini; 
-
 
ən  yaxşı  yerli və xarici nümunələrin texniki səviy-
yəsinə və keyfiyyətinə çatmaq və onları keçmək; 
-
 
məhsulun ehtiyat təminatları və istehlakçıların tələ-
batları  nöqteyi-nəzərindən  onun  keyfiyyətinin  yüksəldil-
məsi üzrə iqtisadi cəhətdən optimal məsələlərin təyin edil-
məsi; 
-
 
növlər  üzrə  ölçü  sırasının  optimallaşdırılması  yolu 
ilə buraxılan məhsulun strukturunun təkmilləşdirilməsi
-
 
sertifikatlaşdırılmış məhsul buraxılışının artırılması; 
-
 
artıq  buraxılan  məhsulun  ayrıca  istehlak  xüsusiy-
yətlərinin  (etibarlılığı,  uzunömürlülüyü,  qənaətliliyi  və  s.) 
yaxşılaşdırılması; 
-
 
mənəvi  cəhətdən  köhnəlmiş  və  rəqabətə  davamsız 
məhsulun vaxtında dəyişdirilməsi, azaldılması və ya isteh-
saldan çıxarılması; 
-
 
standartların, texniki şərtlərin və başqa normativ sə-
nədlərin  tələblərinə  ciddi  əməl  olunmasının  təmini,  yeni 
işlənilmiş standartların vaxtında tətbiqi və köhnələrinə ye-
nidən baxılması; 
-
 
keyfiyyətin  verilmiş  səviyyəsinə  nail  olmağı  təmin 
edən konkret tədbirlərin işlənilməsi və reallaşdırılması; 
-
 
istehsalın  iqtisadi  səmərəliliyinin  artırılması  və 
keyfiyyəti yaxşılaşdırılmış məhsuldan istifadə. 
Məhsulun keyfiyyətinin planlaşdırılmasının mövzusu 
son nəticədə, həm  məhsulun ayrı-ayrı xassələrini, həm  də 
keyfiyyətin idarə edilməsi sistem və proseslərinin müxtəlif 
xüsusiyyətlərini əks etdirən tədbir və meyarlardır. 


 
 
201 
 
Bu  göstəricilər  öz  əksini  məhsulun  keyfiyyətinin 
yaxşılaşdırılması  üzrə  konkret  tapşırıqlarda,  elmi-tədqiqat 
planlarında  və  təcrübə-konstruktor  işlərində,  standartlaş-
dırma və metroloji təminatda, keyfiyyətin idarəetmə siste-
minin  tətbiqində,  müəssisənin  texniki  inkişafında,  kadrla-
rın hazırlanmasında və s. tapır. 
Məhsulun keyfiyyətinin  yüksəldilməsi planlaşdırma-
nın ümumi prinsipləri və planlaşdırma metodlarının tətbiqi 
əsasında planlaşdırılır. Planlaşdırmanın ümumi prinsipləri-
nə aşağıdakılar aid edilir: 
-
 
mərkəzləşdirilmiş  rəhbərliyin  bölmələrin  müstəqil-
liyi ilə uyğunluğu; 
-
 
mütənasiblik,  yəni  müəssisənin  ehtiyatlarının  və 
imkanlarının balanslaşdırılmış qeydiyyatı; 
-
 
komplekslilik  (tamlıq)  –  müəssisənin  fəaliyyətinin 
bütün tərəflərinin qarşılıqlı bağlılığı; 
-
 
detallaşdırma - planlaşdırmanın dərinlik dərəcəsi; 
-
 
dəqiqlik və aydınlıq – plan parametrlərinin buraxı-
lışı (xəta) və sapmalar dərəcəsi
-
 
sadəlik və aydınlıq – planın məhsul işləyənlərin və 
ondan istifadə edənlərin anlama səviyyəsinə uyğunluğu; 
-
 
fasiləsizlik – planlaşdırmanın müvəqqəti məkanının 
tamlığı; 
-
 
elastiklik və çeviklik – ehtiyatlardan istifadə imka-
nını və alternativlərin nəzərə alınması; 
-
 
elmilik  –  planlaşdırılmada  elm  və  texnikanın  ən 
yeni  naliyyətlərinin,  perspektiv  standartların,  bazar  tələ-
batlarının  (həm  mövcud,  həm  də  perspektivdə  olanların) 
nəzərə alınması; 


 
 
202 
 
-
 
qənaətlilik  –  məqsədli  nəticənin  xərclərə  nisbəti 
mövqeyindən planlı fəaliyyətin səmərəliliyi. 
Planlaşdırma metodlarına aid edilir: 
-
 
hesablama-təhlil  metodu  görülən  işlərin  parçalan-
masına, elementlər və qarşılıqlı əlaqələr üzrə istifadə olu-
nan ehtiyatların qruplaşdırılmasına, onların qarşılıqlı təsi-
rinin səmərəli şərtlərinin təhlilinə və bunun əsasında plan-
ların layihələrinin işlənməsinə əsaslanır; 
-
 
sınaq (təcrübi) metodu ölçmələr və təcrübələrin ke-
çirilməsi  və  öyrənilməsi,  həmçinin  menecerlərin,  plançıl-
arın və başqa mütəxəssislərin təcrübəsinin nəzərə alınması 
əsasında  müəssisənin  idarə  edilməsi  altsistemlərinin  nor-
ma, normativ və modellərinin layihələndirilməsi
-
 
hesabat-statistik  metodu  idarəetmə  altsistemlərinin 
xüsusiyyətlərinin real vəziyyətini və dəyişikliyini xarakte-
rizə  edən  hesabat,  statistik  və  digər  faktiki  informasiya 
əsasında planların layihələrinin işlənilməsi. 
Keyfiyyətin  zəruri  səviyyəsinin  təmini  üzrə  planda 
fəaliyyət zamanı işlərin spesifik növləri də tətbiq olunur: 
-
 
istehlakçıların tələblərinin təhlili; 
-
 
tələbatın öyrənilməsi; 
-
 
iddiaların təhlili; 
-
 
perspektivli  standart  tələblərinin  və  ETİ  (elmi 
tədqiqat işləri) nəticələrinin qeydə alınması; 
-
 
patent informasiyasının öyrənilməsi; 
-
 
məhsulun  sertifıkatlaşdırılmasına  olan  tələblərin 
dəyişməsinin qeydə alınması; 
-
 
plan hesablamalarının həyata keçirilməsi
-
 
plan tədbirlərinin uyğunlaşdırılması. 
 


 
 
203 
 
9.4. Keyfiyyətin idarə edilməsinin praktiki təşkili,  
uzlaşdırılması və tənzimlənməsi 
 
Məhsulun keyfiyyətinin proqnozlaşdırılması və plan-
laşdırılmasını daxil edən ilkin idarəetmədən sonra təşkilet-
mə, uzlaşdırma, tənzimləmə və motivləşdirmə proseslərin-
dən əlavə operativ idarəetmə mərhələsi gəlir. Bu proseslər 
aşağıdakı şərtlərlə keyfiyyətin idarəedilməsinə  tətbiq olu-
nur: 
-
 
məhsulun və işlərin keyfiyyətinin təkmilləşdirilmə-
si üzrə tədbirlərin səmərəli keçirilməsinə; 
-
 
yüksək  keyfiyyətli  məhsulun  istehsalının,  satışının 
və satışdan sonrakı xidmətinin sabitləşməsinə; 
-
 
qüsurların  yaranma  səbəblərinin  təyininə,  onların 
operativ aradan qaldırılmasına; 
-
 
kollektiv və fərdi məsuliyyət mexanizminin işlə-
dilməsinə  və  yüksək  keyfiyyətli  məhsulun  buraxılışının 
həvəsləndirilməsinə. 
İnsan  həyatının  keyfiyyətinin  yaxşılaşdırılması,  o 
cümlədən,  məhsul  keyfiyyətinin  qaldırılması  məsələləri 
bizim zamanda o qədər əhəmiyyətlidir ki, onlar bu sahədə 
dövlətlərarası qarşılıqlı fəaliyyətə və səylərin güclənməsi-
nə gətirib çıxarmışdır. 
Hal-hazırda  çoxlu  sayda  keyfiyyətin  idarə  edilməsi 
üzrə  işləri  həyata  keçirən  və  bütün  dünyanın  dövlətləri 
arasında  elmi-texniki,  iqtisadi,  ticarət  və  başqa  əlaqələrin 
dinamik  inkişafına  kömək  edən  beynəlxalq  təşkilatlar 
mövcuddurlar. Bu ilk növbədə standartlaşdırma üzrə bey-
nəlxalq təşkilat (İSO), Beynəlxalq Energetika Komissiyası 
(İEC), Keyfiyyət üzrə Avropa Komissiyasıdır (EOQ). On-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə