Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə52/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   94

 
 
204 
 
lar  dünyanın  olduqca  çox  ölkəsində  şöbələrə  malikdirlər 
və keyfiyyətin idarə edilməsi və istehlakçıların hüquqları-
nın müdafiəsi kimi beynəlxalq problemləri həll edirlər. 
Azərbaycanda keyfiyyətin idarə edilməsi üzrə bütün 
metodoloji və təşkilati-metodik işi Azərbaycan Höküməti-
nin  təmsilçisi  kimi  Azərbaycan  Respublikası  Standartlaş-
dırma,  Metrologiya  və  Patent  üzrə  Dövlət  Komitəsi,  qa-
nunverici işi isə nümayəndəli müvafiq icra hakimiyyəti or-
qanları  həyata  keçirir.  Adı  çəkilən  Komitə  ölkənin  bütün 
ərazilərində  təşkilati-metodik,  nizamlayıcı  və  nəzarət 
funksiyalarını həyata keçirən şaxələnmiş şöbələr və təşki-
latlar şəbəkəsinə malikdir. Belə təşkilatların tərkibinə ETİ 
və  TKB  (təcrübi-konstruktor  bürosu),  standartlaşdırma  
orqanları, metroloji və sınaq laboratoriyaları və bir sıra di-
gər təşkilatlar daxildir. 
Müxtəlif  sahəli  nazirliklər  səviyyəsində  xüsusi  böl-
mələr mövcuddur. Onların tabeçiliyində müxtəlif sahə ida-
rəetmələri  və  laboratoriyaları  (çox vaxt sahə  müəssisələri 
nəzdində) yerləşirlər. Keyfiyyətin idarə edilməsi üzrə döv-
lət və müxtəlif sahəli orqanların funksiyalarını – standart-
laşdırmanın,  sertifikatlaşdırmanın,  nəzarətin  və  s.  yerinə 
yetirilməsi üçün regional mərkəzlərə malikdir. 
Müəssisələrdə  keyfiyyətin  idarə  edilməsi  xidmət-
lərini,  bir  qayda  olaraq,  təşkilati  seçirlər,  belə  xidmətin 
konkret  təşkilati  formaları  isə  keyfiyyətin  idarə  edilməsi 
sisteminin müəssisənin idarə edilməsinin ümumi sistemin-
dəki  yerindən,  istehsalın  miqyasından  və  spesifikliyindən 
asılıdır. 
Maşınqayırmanın  tipik  orta  müəssisəsində  belə  xid-
mətə,  tabeçiliyində  keyfiyyətin  idarə  edilməsinin  təkmil-


 
 
205 
 
ləşdirilməsi ilə bağlı olan, analitik iş üzrə bölmələrin, tex-
niki nəzarət (keyfiyyətə nəzarət şöbəsi) şöbəsinin (idarəsi-
nin), sınaq və ölçmə laboratoriyalarının, meteroloji xidmə-
tin  olduğu  keyfiyyət  üzrə  müdir  müavini  (keyfiyyət  üzrə 
müdir) başçılıq edir. 
Qeyd  etmək  vacibdir  ki,  keyfiyyətə  nəzarətin  və 
onun  elementlərinin  funksiyası  texnoloji  prosesləri  təşkil 
etməli və buna görə də ehtiyatların müvafiq xərclərini nə-
zərə almalıdır ki, bu da bütövlükdə həmin məhsulun isteh-
salının  təşkilinə  və  iqtisadi  hesablanmasına  əhəmiyyətli 
dərəcədə təsir göstərir. Bundan başqa, müəssisənin təşkili 
həmişə, onun nasazlıqlarının, zədələrin yaranmasının ehti-
malının hesablanması üzərində qurulmalı və məhsulun ya-
radılması  və  hərəkəti  proseslərinin  keyfiyyətinə  operativ 
təsirinin  məhsulun  yaradılmasının  və  reallaşdırılmasının 
ilkin mərhələsində zədə və çıxdaşların aradan qaldırılma-
sının sxemini nəzərdə tutmalıdır. 
Nəzərdən  keçirilmiş,  keyfiyyətin  idarə  edilməsinin 
yüksək səviyyəli sistemi elementlərinin səlahiyyətləri çər-
çivəsində  TQM-ə  istiqamətlənməklə  bütün  Deminq  sil-
siləsi boyu işi həyata keçirir. 
 
9.5. Keyfiyyətin idarə olunması  zamanı 
motivasiya prosesinin  əhəmiyyəti 
 
 Müəssisədə  keyfiyyət  sisteminin  tətbiqi  çox  vaxt 
müstəsna olaraq onlar üçün həvəsləndirici olan sertifikatın 
alınmasına  yönəlmiş  olur.  Bu  məsələnin  həllindən  sonra 
müəssisədə  keyfiyyət  sisteminin  baxılmasına  maraq  və 
cəhd azalır. Oxşar hal gözlənilən üstünlüyün azalması za-
manı yaranır. Məsələn, xərclərin qısamüddətli artımı və ya 


 
 
206 
 
sifarişlərin  sayının  azalması  zamanı  səylərin  zəifləməsi 
baş verir, məhsul keyfiyyətinin və xidmətlərin yaxşılaşdı-
rılmasına  yönəlmiş davranış  dəyişir. Bu əməkdaşlar  üçün 
tam ədalətlidir. Əgər üstünlüklər, məsələn mükafatlar, xid-
məti avtomobillər və xarici ezamiyyətlər yox olursa və ya 
onlara sadəcə öyrəşirlərsə, onda fəaliyyətin fəallığı  azalır, 
zəruri davranış isə get-gedə daha da pisləşir. 
Beləliklə, xarici motivasiya yalnız qısa müddətdə və 
dövri olaraq  təhrikedici və  yardımçı vasitə  kimi fəaliyyət 
göstərə  bilər.  Müəssisədə  yalnız  daxili  motivasiyanın  ya-
radılması keyfiyyət sisteminə real fayda verə bilər. Daxili 
motivasiyanın yaradılması əhəmiyyətli dərəcədə dərketmə 
və  həyəcankeçirmə  prosesləri  ilə  əlaqədardır.  Bu  zaman 
bütün  səviyyələrdə  ierarxiyanın  və  auditor  rəhbərlərinin 
fəaliyyətinə böyük əhəmiyyət verilir. Daxili motivasiyanın 
yaradılması və onun qorunub saxlanılması çətin məsələdir. 
Onun  müəssisə  və  əməkdaşlar  üçün  məqsədəuyğun  və 
əhəmiyyətli  olmasına  inamın  formalaşdırılması,  sonuncu-
larda məsuliyyət hissinin və onun reallaşmasında fəal işti-
raka cəhdin yaradılması zəruridir. 
Belə  məsələnin  həllindəki  önəmli  anlar  aşağıdakıla-
rdır: 
-
 
informasiya və yardım; 
-
 
əlaqə; 
-
 
bütün əməkdaşların fəal cəlb olunması; 
-
 
nümunə və rəhbərlik. 
Daxili motivasiyanın yaradılması və müdafiə edilmə-
sinin bəzi ümumi prinsiplərini göstərmək olar: 
-
 
daimi motivasiya işdən yaranır, hansı ki, cazibədar 
olmalı,  yaradıcı  xassəyə  malik  olmalı,  icraçıdan  məsuliy-
yət tələb etməlidir


 
 
207 
 
-
 
məqsədlərin  qoyuluşu  və  qiymətləndirilməsi,  həm-
çinin işin nəticələri dəqiq müəyyən olunmalıdır; 
-
 
motivasiyanı, nail olunmuş nəticələrin tanınması və 
onlara görə minnətdarlıq möhkəmləndirilir; 
-
 
xidmətdə irəliləyiş, gələcək planlar və peşəkar yük-
səliş motivasiyaya xidmət edən yaxşı amillərdir
-
 
heyətin şəxsi hazırlanmasının istehsalatda istifadəsi 
önəmli motivatordur. 
İdarəetmə  elminin  baniləri  heyətin  motivasiyasının 
müəssisənin səmərəli fəaliyyəti üçün mühüm əhəmiyyətini 
qeyd  edirdilər.  F.Teylor  inzibatçılar  ilə  dostcasına  əmək-
daşlıqdan, A.Fayol və H.Emerson - ədalətli mükafatlandır-
madan  bəhs  etmiş,  H.Ford  isə  8  saatlıq  iş  günü  və  əmək 
haqqının minimal səviyyəsini tətbiq etmişdir. Lakin heyə-
tin motivasiyasının əhəmiyyəti tam sxemdə öz əksini "in-
san  münasibətləri"  doktrinasında  və  insanların  davranışı 
haqqında  elm nöqteyi-nəzərindən idarəetməyə  yanaşmada 
tapmışdır. 
Keyfiyyətin  idarə  edilməsində  heyətin  motivasiyası 
işçilərin, məhsul keyfiyyətinin təmini üzrə aktiv fəaliyyətə 
təhrik  olunmasıdır.  Motivasiyanın  əsasında  əməyə  vic-
danlı  münasibət hesabına  işçilər  üçün  öz  şəxsi məqsədlə-
rini  reallaşdırmaq  üçün  imkanların  yaradılması  prinsipi 
dayanır. İdarəetmədə motivasiya hər şeydən əvvəl idarəet-
mə metodlarının bacarıqlı uzlaşdırılması, kifayət qədər ya-
rarlı  idarəetmə  üslubunun  formalaşdırılması  ilə  əlaqədar-
dır. O, muzd prosesində və formalarında, saziş şərtlərində, 
əməyin ödənilməsi və həvəsləndirilməsi, ixtisasın yüksəl-
dilməsi  sistemində  reallaşır  və  hər  bir  təşkilatın  rəqabətə 
davamlığını  müəyyən  edən  təməldir  (idarəetmə  sahəsində 
görkəmli mütəxəssislərin rəyinə görə). 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə