Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə53/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   94

 
 
208 
 
X. FƏSİL. MƏHSULUN KEYFİYYƏTİNİN 
İDARƏ  EDİLMƏSİ SİSTEMLƏRİ VƏ MEXANİZMİ 
 
10.1. Ümumi menecment və keyfiyyət 
menecmentinin qarşılıqlı əlaqəsi 
 
Məhsulun  keyfiyyətinin  idarə  edilməsi  inkişaf  tari-
xindən göründüyü kimi, bu keyfiyyət parametrləri və  on-
ların  yayınma  səbəblərinə  sadəcə  olaraq  nəzarət  deyil, 
həm məhsulun həyat silsiləsini əhatə edən, məhsulun key-
fiyyət yüksəlişini və keyfiyyətin idarə edilməsi sisteminin 
fəaliyyətinin  strateji  və  operativ  proseslərini  sistemli  ola-
raq təmin edən idarəçilik fəaliyyətidir. 
Menecment əsaslarından bəllidir ki, istehsal münasi-
bətlərinin inkişafı boyu əmək bölgüsü spesifik əmək pro-
seslərinin  -  idarəçilik  proseslərinin  ayrılmasını  gətirib  çı-
xarmışdı.  Menecment  (idarəetmə)  -  nəticəyə  görə  mene-
cerlərin  məsuliyyəti  şərti  ilə  bir  şəxsin  və  ya  şəxslər  qru-
punun  (menecerlərin)  digər  şəxslərlə  qarşıya  qoyulan 
məqsədlərə  nail  olunmasına  uyğun  fəaliyyətə  keçməsi 
üçün  təsiridir.  İdarəetmə  məsələlərinin  ümumiliyi  onun 
ümumi qanunlarını formalaşdırmağa imkan verir. İdarəet-
mə  praktikasının  təhlili  və  ümumiləşdirilməsi  isə  qanun-
lara söykənərək idarəetmə elmi çərçivəsində (menecment) 
idarəetmənin məzmununu konkretləşdirir. 
Fəaliyyət  sahəsi  kimi  menecment  sistemə  və  onun 
hissələrinə  münasibətdə  idarəetmə  məsələlərinin  həllinin 
üç səviyyəsini nəzərdə tutur: 
-
 
Makrosəviyyə  (metaidarəetmə)  özündə  idarəetmə 
sisteminin  özünütəşkili  problemlərinin  həllini  ehtiva  edir. 
Bunlar  məqsəd  ehtimalının  ideologiyası  və  siyasəti, 


 
 
209 
 
ümumilikdə  idarəetmə  sistemi  inkişafının  strategiyası, 
onun  strukturunun,  altsistem  funksiyalarının,  yüksək  me-
necmentin kadr siyasətinin və s. müəyyənləşdirilməsi mə-
sələləridir. 
-
 
İdarəetmə  sisteminin  subyekt  və  obyektinin  qarşı-
lıqlı fəaliyyətinin səmərəliliyinin idarə  olunması, real  qo-
yulmuş  məqsədlərə  münasibətdə  idarəetmənin  ümumi 
funksiyalarının  yerinə  yetirilməsi,  yəni  mahiyyətcə  idarə-
etmənin texnoloji aspektidir. 
-
 
Daha  aşağı  məqsədlərə,  başqa  sözlə,  idarəetmənin 
konkret  funksiyalarının  yerinə  yetirilməsi  məqsədlərinə 
nail olmaq üçün idarəetmənin konkret altsistemlərinin fəa-
liyyətinin idarəedilməsidir. 
Buradan  idarəetmə  sistemlərinin  əsas  funksiyaları 
yaranır: 
1)makrofunksiyalar  –  sistemin  mövcudluğu  və  inki-
şafı missiyasının (paradiqmalar, ideologiyalar) işlənilməsi, 
idarəetmə  sistemi  məqsədləri  səviyyəsinin  və  onlara  nail 
olunma  meyarlarının  işlənilməsi,  sistemin  davranışının 
ümumi  siyasətinin  işlənilməsi,  idarəetmə  sistemi  struktu-
runun  və  onun  inkişafı  istiqamətlərinin  işlənilməsi,  altsis-
temlərin funksiyalarının və ierarxiyalarının müəyyən edil-
məsi, sistemin tamlığının təmini və idarəetmə altsistemlə-
rinin müxtariyyət dərəcələrinin müəyyənləşdirilməsi, kadr 
potensialının  formalaşmasına  yanaşma,  xüsusən,  yüksək 
menecmentin seçilmə və rotasiya metodları və s; 
  2)idarəetmənin ümumi funksiyaları  ilkin idarəetmə 
(sisteminin  konkret  parametrlərinin  planlaşdırılması  və 
proqnozlaşdırılması),  operativ  idarəetmə  (təşkiletmə,  mo-


 
 
210 
 
tivləşdirmək, əlaqələndirmə və tənzimləmə) və yekun ida-
rəetmə və ya əks əlaqə (nəzarət, uçot, təhlili); 
  3)idarəetmənin  xüsusi  funksiyaları  -  planlaşdırma 
və  proqnozlaşdırma  üzrə  işlərin,  keyfiyyətin,  istehsalatın 
texniki hazırlığının idarəedilməsi, kadrlarla, maddi-texniki 
təchizatla işin təşkili, texniki-iqtisadi təhlil və s. 
İdarəetmənin konkret funksiyaları müəssisənin spesi-
fikliyi və onun fəaliyyətinin əsas sahələri (ümumi idarəet-
mə,  maliyyə  idarəetməsi,  istehsal,  marketinq,  keyfiyyətin 
idarə  edilməsi)  ilə  sıx  bağlıdır.  Şəkil  10.1-də  iri  müəssi-
sədə  keyfiyyətin  idarə  edilməsinin  təşkili  ilə  bağlı  olan 
konkret funksiyalar göstərilmişdir. 
Keyfiyyətin idarə edilməsinin nəzəri və təcrübi inki-
şafının yuxarıda nəzərdən keçirilən mərhələləri göstərir ki, 
keyfiyyətin idarəedilməsi sistemləri inkişaf etdikcə bu sis-
temin  həm  obyekti,  həm  subyekti,  həm  də  məqsədi  dəyi-
şilmişdir. 
Həm  ümumi  və  həm  də  keyfiyyət  menecmentinin 
əsası mahiyyətcə elmi menecment konsepsiyasını yaratmış 
F.U.Teylorun sistemidir. Teylor sistemi keyfiyyətin yuxarı 
və  aşağı  hədləri,  buraxılış  sahələri  anlayışlarını  özünə 
daxil edir, qəliblər və kalibrlər (ölçülər) kimi ölçmə alətlə-
ri  tətbiq  edir;  həmçinin  keyfiyyət  üzrə  müstəqil  müfəttiş 
vəzifəsinin zəruriliyini, zay məhsul buraxanlar üçün müx-
təlif  cərimə  sistemlərini,  məhsulun  keyfiyyətinə  təsir  for-
malarını  və  metodlarını  əsaslandırmışdı.  Lakin,  keyfiyyə-
tin idarəedilməsi sisteminin məqsədi ayrı-ayrı məmulatla-
rın,  qovşaqların  və  detalların  müəyyən  kondisiyalarının 
(normalarının)  təmin  olunmasıyla  məhdudlaşırdı.  Bu  isti-
qamətdə  sonrakı  işlər  xərclərin  əhəmiyyətli  dərəcədə  art-


 
 
211 
 
masına, istehsalın səmərəliliyinin azalmasına gətirib çıxa-
rırdı. 
Şəkil 10.1. Keyfiyyətin idarə edilməsinin təşkili funksiyaları 
             


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə