Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə58/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   94

 
 
229 
 
maddi  həvəsləndirmə  sistemlərinin  idarə  olunmasıdır. 
MKİKS-nin  təşkilati-texniki  bazası  müəssisənin  standart-
lar  kompleksidir.  Ona  daxil  olan  standartlar  məmulatların 
yüksək  keyfiyyətinin  asılı  olduğu  bütün  işlərin  qaydasını 
nizama  salır,  maddi  və  əmək  ehtiyatlarının  istifadəsinin 
səmərəli  təşkilinə,  bütün  dərəcələrdən  olan  işçilərin  öz 
diqqət və səylərini əməyin və məhsulun keyfiyyətinin artı-
rılmasınayönəltməyə imkan verir. Başqa sözlərlə, müəssi-
sənin  standartları  NƏ,  KİM,  HARADA,  NƏ  VAXT  və 
NECƏ  edilməsini  müəyyənləşdirir.  Bu  vəzifəsindən  asılı 
olmayaraq şirkətin bütün işçiləri üçün qanundur. Müəssisə 
standartı  dinamik  sənəddir.  Buraya  həyat,  qabaqcıl  təc-
rübə, elmin nailiyyətləri tərəfindən təqdim edilən hər hansı 
bir dəyişikliyi daxil etmək olar. Təşkilati nöqteyi-nəzərdən 
bu dəqiq, anlaşılan və operativ qənaətcil sənəddir. Keyfiy-
yətin  idarə  edilməsinin  sahə  sisteminin  nümunəsi  sənaye 
müəssisəsi istehsalının effektliyinin işin keyfiyyətinin ida-
rə  edilməsinin  kompleks  sistemi  standartında  təmsil  olu-
nub. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
230 
 
XI FƏSİL. KEYFİYYƏTİN İDARƏ EDİLMƏSİ 
SİSTEMİNDƏ STANDARTLAŞDIRMA 
 
 11.1. Standartlaşdırma proseslərinin mahiyyəti   
          
 
 XX  əsrin əvvəllərində bir çox ölkədə hərbi texnika-
nın hazırlanmasında standartlaşdırmadan istifadə edilməyə 
başlandı. Belə ki, hazırlanmış hissələr biri-birini qarşılıqlı 
əvəz etmək tələbini yerinə yetirməli idilər. Bunu isə stan-
dartlaşdırmanı  tətbiq  etmədən  yerinə  yetirmək  mümükün 
deyildi.   
 Standartlaşdırma – məhsullar (işlər, xidmətlər) üçün 
norma,  qayda  və  xarakteristikaları  müəyyənləşdirən  nor-
mativ  sənəddir.  Standartlaşdırma  üzrə  normativ  sənəd  – 
müəyyən  növ  fəaliyyətin  və  ya  onun  nəticələrinin  ümumi 
olan  icra  və  istifadə  norma,  qayda  və  xarakteristikalarını  
əks etdirən normativ hüquqi aktdır. 
Sahə  standartı  –  Azərbaycan  Respublikasının  nazir-
liyi (idarəsi) tərəfindən təsdiq edilmiş standartdır.  
Müəssisə  standartı  –  müəssisə  tərəfindən  təsdiq 
olunmuş  və  ancaq  həmin  müəssisədə  tətbiq  olunan  stan-
dartdır. 
Texniki şərtlər  –  məhsulu  yaradan  müəssisə  tərəfin-
dən təsdiq edilmiş, bir qayda olaraq, sifarişçi müəssisə ilə 
razılaşdırılmış,  konkret  məhsula  (xidmətə)  aid  normativ 
sənəddir. 
Dövlətlərarası  standart  (ГОСТ)  –  standartlaşdırma, 
meterologiya  və  sertifikasiya  üzrə  birgə  siyasət  aparmaq 
haqqında  müqavilə  bağlamış  dövlətlər  tərəfindən  bilava-
sitə qəbul və tətbiq edilən standartdır. 


 
 
231 
 
Milli  standart  –  hər  hansı  bir  ölkənin  standartlaşdır-
ma üzrə milli orqanı tərəfindən qəbul edilmiş standartdır. 
Standartlar toplusu – qarşılıqlı əlaqəli standartlaşdırma ob-
yektləri üçün uyğun tələblər irəli sürən və ümumi məqsədə 
yönəlmiş qarşılıqlı əlaqəli standartlar yığımıdır. 
Beynəlxalq standartlaşdırma – bütün ölkələrin uyğun 
orqanlarının iştirakı üçün açıq olan standartlaşdırmadır. 
Regional  standartlaşdırma  –  dünyanın  müəyyən  bir 
coğrafi və ya iqtisadi regionunda yerləşən ölkələrin uyğun 
orqanlarının iştirakı üçün açıq olan standartlaşdırmadır. 
Milli  standartlaşdırma  –  konkret  bir  ölkə  səviyyə-
sində  həyata  keçirilən  standartlaşdırmadır.  Məmulatların 
keyfiyyətinin idarəetmə sisteminin mühüm elementi stan-
dartlaşdırmadır.  Standartlaşdırma  daha  səmərəli  norma 
müəyyən  edən,  sonra  onları  məhsul  yaradılmasının  stan-
dart,  təlimat,  metodika  və  tələblər  kimi  normativ  sənəd-
lərdə  əks  etdirən  norma  yaradıcı  fəaliyyətidir,  yəni  bu 
standartlara uyğunluğu yaradan vasitələr kompleksidir. 
Standartlaşdırma  məhsulun  (işlərin,  xidmətlərin) 
keyfiyyətinin idarə edilməsinin müasir mexanizminin mü-
hüm  elementlərindən  biridir.  Standartlaşdırma  üzrə  bey-
nəlxalq təşkilatın (İSO) müəyyənləşdirdiyi kimi stan-dart-
laşdırma bütün maraqlı tərəflərin xeyrinə və onların iştira-
kı  ilə,  müəyyən  sahələrdə  fəaliyyətin  qaydaya  salın-ması 
məqsədi  ilə,  o  cümlədən  təhlükəsizlik  texnikasının  funk-
sional  şərtlərinə  və  tələblərinə  riayət  edilməsi  zamanı 
ümumi  optimal  qənaətə  nail  olunması  üçün  qaydaların 
müəyyənləşdirilməsi və tətbiqidir. 
Standart  standartlaşdırma  obyekti  üçün  qaydalar, 
normalar,  tələblər  kompleksini  müəyyən  edən  və  səlahiy-


 
 
232 
 
yətli orqan tərəfindən təsdiq edilmiş standart-laşdırma üz-
rə  normativ-texniki  sənəddir.  Standartlar,  müt-ləq  icra 
olunmalı olan müəyyən tələblərin, qaydaların və normala-
rın daxil olduğu sənədlər şəklində təqdim olunur-lar. Bun-
lar, həmçinin, əsas ölçmənin vahidləri və ya fiziki sabitlə-
ridir (məsələn, metr, volt, amper, Kelvin üzrə mütləq sıfır 
və  s.).  Fiziki  müqayisə  üçün  bütün  əşyalar,  yəni  uzunlu-
ğun, kütlənin, qüvvənin və s. dövlət etalonları vahidləri də 
standartlara aiddir. 
Standartlaşdırmanın fəaliyyət göstərən sistemi aşağı-
dakıları işləyib-hazırlamağa və aktual vəziyyətdə saxlama-
ğa  imkan verir: 
-
 
vahid texniki dilə
-
 
məhsulun mühüm texniki xüsusiyyətlərinin unifıka-
siya olunmuş sıralarına (buraxılış və oturtmalar, gərginlik-
lər, tezliklər və s.); 
-
 
ümumi  tətbiq edilən məmulatların növ-ölçü sırala-
rına və konstruksiya növlərinə
-
 
texniki- iqtisadi məlumatların təsnifatlaşdırılma sis-
teminə; 
-
 
material  və  maddələrin  xüsusiyyətləri  haqqında 
gerçək (həqiqi) arayış məlumatlarına. 
Standartlaşdırmanın məqsədləri aşağıdakılardır: 
-
 
məhsulların  keyfiyyət  və  nomenklaturasının,  xid-
mət  və  proseslərin  insanların  həyatı  və  sağlamlığı  üçün 
təhlükəsizliyinin təmin olunması, ətraf mühitin mühafizəsi 
məsələlərində dövlətin və istehlakçıların mənafeyinin mü-
dafiəsi; 
-
 
iqtisadiyyat və  əhalinin  tələbatına,  elm və  texnika-
nın  inkişafına  müvafiq  olaraq  məhsulun  keyfiyyətinin 
yüksəldilməsi; 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə