Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə59/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   94

 
 
233 
 
-
 
məhsulun uyğunluğunun və qarşılıqlı surətdə əvəz-
olunmasının təmini; 
-
 
insan  və  material  ehtiyatlarına  qənaət  edilməsinə 
köməklik  göstərilməsi,  istehsalın  iqtisadi  göstəricilərinin 
yaxşılaşdırılması; 
-
 
istehsalda və ticarətdə texniki maneələri aradan qal-
dırmaqla  məhsulların  dünya  bazarlarında  rəqabətliliyinin 
və dövlətin beynəlxalq və dövlətlərarası əmək bölgüsündə 
səmərəli iştirakının təmin edilməsi
-
 
təbii  və  texnogen  qəzaların  və  digər  fövqəladə  və-
ziyyətlərin  yaranması  təhlükəsi  nəzərə  alınmaqla  iqtisa-
diyyatın obyektlərinin təhlükəsizliyinin qorunması; 
-
 
səfərbərliyə  hazırlığa  və  müdafiə  qabiliyyətinin 
yüksəldilməsinə köməklik göstərilməsi. 
Müasir  standartlaşdırma  sistemlilik,  təkrarlılıq,  va-
riantlılıq, qarşılıqlı əvəzlənmə prinsiplərinə əsaslanır. 
Sisiemlilik  prinsipi  standart  sistemin  elementi  kimi 
müəyyən edilir və  standartlaşdırmanın konkret obyekt-lə-
rinin  mahiyyətcə  bir-biri  ilə  qarşılıqlı  əlaqələnmiş  stan-
dartlar  sisteminin  yaradılmasını  təmin  edir.  Sistemlilik 
qarşılıqlı razılaşmanı, ziddiyyətsizliyi, unifıkasiyanı təmin 
etməyi və standartların tələblərinin təkrarlanmasını istisna 
etməyi ehtimal edən, standartlaşma üzrə fəaliyyətə olan tə-
ləblərdən biridir. 
Təkrarlılıq  prinsipi  zaman  və  ya  məkanda  təkrar-
lanma  kimi  ümumi  bir  xüsusiyyətə  malik  olan  əşyalara, 
proseslərə,  münasibətlərə  tətbiq  oluna  bilən  obyektlərin 
dairəsinin müəyyənləşdirilməsini bildirir. 
Variantlılıq  prinsipi  standartlaşdırılan  obyektə  da-
xil olan standart elementlərin rasional müxtəlifliyinin (sə-


 
 
234 
 
mərəli müxtəlif növlüyünün minimumun təmin olunması) 
yaradılması deməkdir. 
Qarşılıqlı  əvəzlənmə  prinsipi  (texnikaya  tətbiqdə) 
müxtəlif  vaxtlarda  və  müxtəlif  yerlərdə  hazırlanmış  eyni 
detalların  yığıla və  ya  dəyişdirilə bilməsi mümkünlüyünü 
nəzərdə tutur. 
Sosial və texniki-iqtisadi məqsədlərə çatmaq (nail ol-
maq)  üçün  standartlaşdırma  müəyyən  funksiyaları  yerinə 
yetirir: 
1)
 
Qaydayasalma  funksiyası  –  obyektlərin  lazımsız 
müxtəlifliyinin  (məhsulun  şişirdilmiş  nomenklaturası,  sə-
nədlərin  lazım  olmayan  müxtəlifliyi)  aradan  qaldırılması 
sadələşdirməyə və məhdudlaşdırmaya gətirib çıxarır; 
2)
 
Mühafizə  funksiyası  (sosial  funksiya)  –  məhsul 
(xidmət) istehlakçılarının, istehsalçılarının və dövlətin təh-
lükəsizliyinin  təmini,  sivilizasiyanın  texnogen  təsirindən 
təbiətin  mühafizə  olunması  üzrə  bəşəriyyətin  səylərinin 
birləşdirilməsidir; 
3)
 
Resurslara  qənaət  funksiyası  maddi,  enerji,  əmək 
və  təbii  ehtiyatların  məhdudluğu  ilə  şərtlənmişdir  və  re-
sursların  xərclənməsinə  NS-də  əsaslandırılmış  məhdudiy-
yətlərin qoyulmasından ibarətdir; 
4)
 
Kommunikativ funksiya şəxsi mübadilə və ya sə-
nədli  vəsaitlərdə,  aparat  sistemlərində  və  məlumatın  ötü-
rülməsi kanallarında istifadə edilməsi yolu ilə insanların, o 
cümlədən  mütəxəssislərin  təmaslarını  və  qarşılıqlı  fəaliy-
yətlərini təmin edir.  Bu funksiya ticarətdəki hədlərin ara-
dan qaldırılmasına və elmi-texniki və iqtisadi əməkdaşlığa 
istiqamətlənmişdir; 


 
 
235 
 
5)
 
Sivilləşdirici  funksiya  həyatın  keyfiyyətini  təşkil 
edənlər  qismində  məhsulun  və  xidmətlərin  keyfiyyətinin 
yüksəldilməsinə istiqamətlənmişdir; 
6)
 
İnformasiya funksiyası maddi istehsalı, elmi, tex-
nikanı  və  b.  sahələri  qiymətli  texniki  və  idarəçilik  infor-
masiyasının  daşıyıcıları  kimi  normativ  sənədlərlə,  ölçü 
etalonları,  məhsulun  nümunə-etalonları,  məhsul  kataloq-
ları ilə təmin edir
7)
 
Norma  yaradıcılığı  və  hüquqi  tətbiq  funksiyası 
standartlaşdırma obyektlərinə mütləq standart (və ya başqa 
normativ sənəd) formasında olan tələblərin qanuniləşdiril-
məsində  və  sənədə  hüquqi  qüvvə  verilməsi  nəticəsində 
onun ümumi tətbiqində özünü biruzə verir. 
 
11.2. Standarlaşmanın  əsas vəzifələri 
 
Standartlaşdırmanın əsas vəzifəsi iqtisadiyyatın, əha-
linin,  ölkənin  müdafiəsinin,  ixracatın  ehtiyacları  üçün  ha-
zırlanan məhsula olan mütərəqqi tələbləri, həmçinin bu sə-
nədlərin  düzgün  istifadəsinə  nəzarəti  müəyyən  edən  nor-
mativ-texniki sənədlər sisteminin yaradılmasıdır. Standart-
laşdırmanın əsas vəzifələri aşağıdakılardır: 
1)
 
İşləyib  hazırlayanlar,  istehsalçılar,  satıcılar  və  is-
tehlakçılar  (sifarişçilər)  arasında  qarşılıqlı  anlaşmanın  tə-
min edilməsi
2)
 
İstehlakçının  və  dövlətin  maraqlarına  uyğun  ola-
raq  məhsulun  nomenklaturuna  və  keyfiyyətinə  olan,  o 
cümlədən  ətraf  mühit,  həyat,  sağlamlıq  və  əmlak  üçün 
onun təhlükəsizliyini təmin edən optimal tələblərin müəy-
yən edilməsi; 


 
 
236 
 
3)
 
Məhsulun  uyğunlaşması  (konstruktiv,  elektrik, 
elektromaqnit,  informasiya,  proqram  və  s),  həmçinin  qar-
şılıqlı əvəzlənməsi üzrə tələblərin müəyyən edilməsi;  
4)
 
Məhsulun,  onun  elementlərinin,  dəstləşdirici  mə-
mulatlarının, xammalın və materialların göstəricilərinin və 
xüsusiyyətlərinin razılaşdırılması və uzlaşdırılması; 
5)
 
Parametr  və  növ-ölçü  sıralarının,  baza  kon-struk-
siyalarının,  məmulatların  konstruktiv-unifıkasiyalaşdırıl-
mış blok-modul hissələrinin təyin olunması və tətbiqi əsa-
sında unifıkasiyası; 
6)
 
Meteroloji normaların, qaydaların, müddəaların və 
tələblərin müəyyən edilməsi; 
7)
 
Məhsulun  keyfiyyətinə  nəzarətin  (sınaqların,  təh-
lilin, ölçmələrin), onun sertifıkatlaşdırılmasının və qiymət-
ləndirilməsinin normativ-texniki təminatı; 
8)
 
Texnoloji proseslərə, o cümlədən material tələblə-
rinin  müəyyən  edilməsi,  enerji  və  əmək  tutumluğunun 
azaldılması tələblərinin müəyyən edilməsi, aztullantılı tex-
nologiyaların tətbiqinin təmin edilməsi
9)
 
Texniki-iqtisadi  informasiyanın təsnifatlaşdırıl-ması 
və kodlaşdırılması sistemlərinin yaradılması və tətbiqi; 
10)
 
Dövlətlərarası  və  dövlət  sosial-iqtisadi  və  elmi-
texniki  proqramların  (layihələrin)  və  infrastruktur  kom-
plekslərinin (nəqliyyat, rabitə, müdafiə, ətraf mühitin mü-
hafizəsi,  yaşayış  mühitinə  nəzarət,  əhalinin  təhlükəsizliyi 
və s.) normativ təminatı; 
11)
 
İstehlakçıların  məhsulun  nomenklaturu  və  əsas 
göstəriciləri  haqqında  məlumat  ilə  təmini  üçün  kataloq-
laşdırma sisteminin yaradılması; 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə