Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə61/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   94

 
 
243 
 
- məhsulun markalanması, qablaşdırılması, nəql edil-
məsi, saxlanılması və təkrar istifadə olunmasına verilən tə-
ləblər 
 -  uyğun  norma  və  qaydalara  istinad  etməklə,  təhlü-
kəsizlik texnikası və əmək gigiyenasının tələbləri; 
 - ölçmələrin dəqiqliyini və vəhdətini təmin edən me-
teroloji norma, qayda, tələb və müddəalar. 
Dövlət  standartlarının  tövsiyə  olunan  tələbləri  aşa-
ğıdakı  hallarda mütləq yerinə yetirilməlidir: 
- əgər bunlar, qüvvədə olan qanunvericilik aktlarında 
nəzərə alınıblarsa, 
-əgər bu tələblər, məhsulun işlənilməsi, hazırlanması 
və göndərilməsinə aid müqaviləyə daxil ediliblərsə; 
 - əgər məhsulu hazırlayan, məhsulun bu standartlara 
uyğun olması haqqında rəsmi iddia etmişdirsə. 
Sahə standartları, Azərbaycan Respublikasının nazir-
likləri (idarələri) tərəfindən təsdiq olunmuş standart-lardan 
ibarətdir. Sahə standartları AZS 1.6 - 96 standartına (Azər-
baycan  Respublikasının  dövlət  standartlaşdırma  sis-temi) 
əsasən işlənib hazırlanırlar. 
Sahə  standartları  məhsula,  xidmətə  aid  dövlət  stan-
dartları olmadıqda işlənib hazırlanırlar. Sahə  standart-ları-
nın  məcburi  tələbləri,  dövlət  standartlarının  tələblərinə 
zidd  olmamalıdır.  Sahə  standartlarının  məcburi  tələbləri, 
onları təsdiq etmiş idarəetmə orqanlarına daxil olan müəs-
sisə,  idarə  və  təşkilatlar  tərəfindən  mütləq  yerinə  yetiril-
məlidir. 
Sahə standartlarını təsdiq etmiş idarəetmə orqan-ları-
na daxil olmayan, lakin bu standartlardan məhsulun hazır-
lanmasında  və  göndərilməsində  istifadə  edən  müəssisə, 


 
 
244 
 
idarə  və  təşkilatlar,  sahə  standartlarının  məcburi  tələblə-
rinə əməl etməlidirlər. 
Texniki  şərtlər,  məhsul  (xidmət)  üçün  dövlət  və  ya 
sahə standartı olmadıqda işlənib hazırlanır. Texniki şərtlər
konkret məhsula (xidmətə) olan tələbləri müəyyənləşdirir. 
Texniki  şərtlər  AZS  1.3-96  standartına  (Azərbaycan  Res-
publikanın dövlət standartlaşdırma sistemi. Texniki şərtlə-
rin  işlənmsəi,  razılaşdırılması,  təsdiqi  və  qeydiyyatı  qay-
daları) əsasən hazırlanırlar. 
Müəssisə  standartları,  müəssisə  tərəfindən  təsdiq 
olunmuş  və  ancaq  həmin  müəssisədə  tətbiq  olunan  stan-
dartlardan  ibarətdir.  Müəssisə  standartları,  dövlət  və  sahə 
standartlarının  məcburi  tələbləri  ilə  ziddiyyət  təşkil  etmə-
məlidir. Müəssisə standartlarının işlənib hazırlanma və tət-
biq edilmə qaydalarının, AZS 1.4-96 standartını (Azərbay-
can Respublikasının dövlət standartlaşdırma sisemi. Müəs-
sisə  standartları.  Ümumi  müddəalar.)  nəzərə  almaqla, 
müəssisə və müəssisə birlikləri müəyyən edirlər. 
Məhsul  (xidmət)  üçün  standartlar  həmcins  məhsul 
(xidmət)  qrupuna  və  ya  konkret  məhsula  (xidmətə)  tələb-
ləri təyin edir. Bu normativ sənədlərin iki növmüxtəlifliyi 
vardır:  

 
ümumi texniki şərtlərin standartları; 

 
texniki şərtlərin standartları. 
Bununla  yanaşı,  həmcins  məhsullar  qrupuna  ayrı-
ayrı  tələblər  qoyan  standartların  işlənib  hazırlanması  da 
mümkündür.  Məsələn,  təsnifatlaşdırma,  sınaq  metodları, 
saxlanma  və  nəqletdirmə  qaydaları  və  s.  üçün  standartlar 
işlənib hazırlanır. 


 
 
245 
 
Ümumi  texniki  şərtlərin  standartları  eynicinsli 
məhsul qrupu üçün ümumi olan və onun optimal səviyyə-
sini təmin edən norma, qayda və tələbləri müəyyənləşdirir. 
Keyfiyyət səviyyəsi konkret məmulatın layihələndirilməsi 
zamanı  nəzərdə  tutulmalı  və  onun  istehsalı  zamanı  təmin 
olunmalıdır. 
Ümumi texniki şərtlərin standartları adətən aşağıdakı 
bölmələrdən ibarət olur: təsnifatlaşdırma; əsas parametrlər 
(ölçülər);  keyfiyyət parametrlərinə, qablaşdırmaya, nişan-
lamaya ümumi tələblər; təhlükəsizlik tələbləri; ətraf mühi-
tin  mühafizəsi  tələbləri;  məhsulun  qəbul  qaydaları;  nəza-
rət, nəqletdirmə və saxlanma metodları; istismar, təmir və 
utilləşdirmə  qaydaları.  Keyfiyyət,  parametrləri  kimi  stan-
dartlarda elə tələblər nəzərdə tutulur ki, onlara riayət edil-
məsi məcburidir və onlar yoxlanıla bilər. Bu cür parametr-
lərə məhsulun etibarlılıq, təyinat, erqonomik, texnolojililik 
xarakteristikaları aiddir. 
Texniki  şərtlərin  standartı  konkret  məhsula,  o  cüm-
lədən onun müxtəlif markalarına və ya modellərinə hərtə-
rəfli tələbləri təyin edir. Bu tələblər məhsulun istehsalına, 
göndərilməsinə, istismarına (istehlakına), təmirinə və util-
ləşdirilməsinə  aiddir.  Həmin  tələblər  mahiyyətcə  ümumi 
texniki  şərtlərin  standartına  zidd  olmamalıdır.  Texniki 
şərtlərin  standartında  standartlaşdırma  obyektinə  aid  olan 
konkretləşdirilmiş  əlavə  tələblər  də  (əmtəə  nişanı  haqqın-
da göstəriş, əgər bu nişan qoyulmuş qaydada qeydiyyatdan 
keçmişdirsə;  uyğunluq  nişanının  istifadəsi,  əgər  məmulat 
sertifikat-laşdırılmışdırsa;  təhlükəsizlik  və  ətraf  mühitin 
mühafizəsinə dair xüsusi tələblər) verilə bilər. 


 
 
246 
 
Xidmətlərin  standartlarında  standartlaşdırma  ob-
yektlərinin  bütün  mümkün  olan  və  zəruri  aspektlərinə  tə-
ləblər qoyulur. Bu standartlarda aşağıdakılar öz əksini tapa 
bilər: 

 
xidmətlər üzrə terminlər və təyinlər

 
konkret xidmətlərin şərti işarələri; 

 
xidmətlərin  təsnifatlaşdırılması  və  onların  əsas  pa-
rametrlərinə (təyinat göstəricilərinə) tələblər; 

 
xidmətlərin keyfiyyət səviyyəsinin əsas göstəricilə-
rinə tələblər; 

 
xidmətlərin  göstərilmə  şəraitinə  (rejimə,  gigiyena-
ya, komforta, mədəniyyətə) və kompleksliliyinə tələblər; 

 
təkrar xidmət göstərmə şərtlərinə (o cümlədən pul-
suz və ya güzəştli) tələblər; 

 
xidmətlərin  insanın  həyatı,  sağlamlığı  və  əmlakı 
üçün təhlükəsizliyinə tələblər

 
xidmətlərin  göstərilməsi  zamanı  ətraf  mühitin  mü-
hafizəsinə tələblər; 

 
göstərilmiş xidmətlərin nəticələrinin qəbul qaydala-
rına və vasitələrinə tələblər

 
xidmətlərin  reqlamentləşdirilmiş  parametrlərinə  və 
keyfiyyət göstəricilərinə, nəzarət metodlarına və vasitə-lə-
rinə tələblər; 

 
göstərilmiş  xidmətlərin  nəticələrinin  reqlamentləş-
dirilmiş  tələblərə  uyğunluğunun  təsdiqlənmə  metodlarına 
tələblər. 
Proseslər üçün standartlar  müxtəlif fəaliyyət növ-
lərində istifadə edilən proseslərdə müxtəlif işlərin (əməliy-
yatların)  yerinə  yetirilmə  ardıcıllığı  və  metodlarına  (üsul-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə