Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə67/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   94

 
 
267 
 
fikasiya  səviyyəsinin  göstəriciləri  ayrılıqda  həmin  düstur-
larla  hesablanır.  Göstərilən  detalların  tip  ölçülərinin  sayı 
az olduqda, onların unifıkasiya səviyyəsi ayrılıqda hesab-
lanmaya da bilər. 
Eskiz  texniki  layihələrin  hazırlanması  mərhələsində 
(bu  zaman  məmulatın  spesifikasiyası  hələ  hazır  deyildir) 
standartlaşdırma  və  unifıkasiyanın  göstəriciləri  bu  layihə-
lərin  konstruktor  sənədlərinin  baxılması  nəticəsində  təx-
mini olaraq təyin edilir. 
Unifıkasiya  səviyyəsinin  göstəriciləri  hesablandıq-
dan sonra konstruktor sənədlərinə daxil edilməlidir (izahat 
vərəqində  və  məhsulun  texniki  səviyyəsi  və  keyfiyyəti 
kartasında). 
Unifıkasiya  səviyyəsinə  qoyulan  tələblər  layihə-lən-
dirmə  üzrə  texniki  tapşırıqda  konkret  kəmiyyətlər  şəklin-
də, həmçinin unifıkasiya üzrə keyfiyyət tələbləri şəklində 
verilir. Bu göstəricilər axırıncı dəfə məmulat seriyalı isteh-
salata təsdiq olunan zaman müəyyənləşdirilir. 
 
12.3. Standartlaşdırmanın iqtisadi səmərəliliyi 
 
Gözlənilən iqtisadi səmərə kompleks standartlaş-dır-
ma proqramının, perspektiv və illik planların iqtisadi əsas-
landırılması  üçün  təyin  olunur.  Bu  cür  hesabatlar,  həm-
çinin standartlaşdırmanın, unifıkasiyanın və aqreqatlaşdır-
manın  optimal  variantlarını  müəyyənləş-dirmək  üçün  də 
aparılır. 
Standartlaşdırmanın  iqtisadi  səmərəliliyi  ГОСТ 
20779 -81 və ГОСТ 20780-81 standartlarına uyğun olaraq 
müqayisə etmə metodu və faktiki iqtisadi səmərəliliyi he-


 
 
268 
 
sablama  metodu  ilə  təyin  olunur.  Birinci  metod  standart-
laşdırmaya  qədər  və  ondan  sonra  istehsalata  sərf  olunan 
gətirilmiş xərclərlə xarakterizə olunur. 
Məhsul vahidinə sərf olunan gətirilmiş xərclər aşağı-
dakı düsturla təyin edilir: 
            
 
  
(12.1) 
burada M - vahid məhsulun və ya işin maya dəyəri
K - xüsusi kapital qoyuluşu; 
E
n
 — səmərəliliyin normativ əmsalıdır. 
Ən yaxşı standart o standartdır ki, onun tətbiqi iqtisa-
diyyatda  məhsulun  istehsalına  çəkilən  gətirilmiş  xərclərin 
minimal qiymətini və  kapital qoyuluşunun qısa  müddətdə 
ödənilməsini təmin edir. 
Kapital qoyuluşunun normativ ödənmə müddəti aşa-
ğıdakı kimi təyin olunur: 
 
   
 
 
 
  
 
 
 
  
 
        (12.2) 
burada  K
1
  və  K
2
  -  standart  tətbiq  olunana  qədər  və 
ondan sonrakı kapital qoyuluşu (istehsal fondları); 
M

və  M
2
-  standart  tətbiq  olunana  qədər  və  ondan 
sonra illik buraxılan məhsulun maya dəyəridir. 
Düstur (11.1) və (11.2)-yə daxil olan kapital qoyulu-
şuna K və cari xərclərə M aşağıdakılar daxildir: 
K xərclərinə elmi-tədqiqat, konstruktor işlərinə çəki-
lən xərclər; nümunəvi və seriyalı istehsala çəkilən xərclər; 
maşının  sınağının  təşkilinə  və  onun  aparılmasına  çəkilən 
xərclər; standartın yaradılmasına və tətbiq olunmasına çə-
kilən xərclər. 
M göstəricisinə standartlaşdırılmış məmulatın kömə-
yi ilə istehsal olunmuş məhsula və ya görülmüş işə çəkilən 
xərclər,  o  cümlədən  istehsalatda  çalışan  fəhlələrin  əmək 


 
 
269 
 
haqqı,  material  və  xammala  çəkilən xərclər, amortizasiya 
xərcləri,  həmçinin  məmulatın  (maşının)  ömrü  boyu  onun 
cari təmirinə və istismarına çəkilən xərclər daxildir. 
Səmərəliliyin  normativ  əmsalının  E
n
  qiymətləri  di-
rektiv  sənədlərdə  və  sorğu  kitablarında  adətən  verilir. 
Əgər konkret məmulat üçün xüsusi normativ qiymətlər ve-
rilmirsə, onda E
n
 = 0.12 götürülür. 
Kapital qoyuluşunun səmərəlilik əmsalı aşağıdakı ki-
mi hesablanır: 
 
 
 
 
 
   
 
 
 
  
 
 
 
  
 
                                                              (12.3) 
E
h
  konkret  məhsul  üçün  hesablandıqdan  sonra  onun 
qiyməti normativ əmsalın E
n
 qiyməti ilə müqayisə olunur. 
E
h
>E
n
  şərti  ödənildikdə  standartın  işlənib  hazırlan-
ması üçün qərar qəbul edilir. 
Standartlaşdırmanın  iqtisadiyyatda  iqtisadi  səmərə-
liliyi  dəzgahlar,  preslər,  tikinti  və  yol  maşınları,  avtomo-
billər,  ölçü  cihazları  və  digər  məmulatların  tətbiqindən 
sonra aşağıdakı düsturla hesablanır: 
 
 
   
 
   
 
  ( 
 
   
 
 
 
)   ( 
 
   
 
 
 
)  
      
 
                                                                    (12.4) 
Bu, vahid məmulatın istehsalından əmələ gələn iqti-
sadi  səmərədir.  Əgər  bu  məmulatın  illik  buraxılış  proq-
ramı ədəddirsə, onda ümumi iqtisadi səmərəlilik aşağı-
dakı kimi olar: 
 
 
  (      
 
  )                                     (12.5) 
Ölkənin əhalisi tərəfindən istehlak olunan keyfiyyəti 
yüksəldilmiş  və  yaxud  yeni  məhsulun  standartlaşdırılma-


 
 
270 
 
sından  alınan  illik  iqtisadi  səmərə  aşağıdakı  düsturla  he-
sablanır: 
 
 
  (     
 
  )                                       (12.6) 
burada -  yeni məhsulun satışından alınan mənfəət, 
yaxud yüksək keyfiyyətli məhsulun satışından əldə olunan 
mənfəət artımı ( P
2
–P
1
); 
K   -   yeni  məhsulun  istehsalına  xüsusi  kapital  qoyu-
luşu  və  yaxud  məhsulun  keyfiyyətinin  yüksəldilməsinə 
yönəldilmiş tədbirlərə əlavə xüsusi kapital qoyuluşudur. 
Müəssisə  üçün  standartlaşdırma  üzrə  tədbirlərin  sə-
mərəliliyi  təsərrüfat  hesablı  iqtisadi  səmərə  ilə  təyin  olu-
nur. Burada müəssisə mənfəət götürməlidir. 
Standartların tətbiqi nəticəsində alınan faktiki iqtisa-
di səmərə aşağıdakı kimi təyin edilir: 
 
 
   
 
 
 
 
                                                                  (12.7) 
burada İ

- standartın təsdiq olunma mərhələsində yu-
xarıda göstərilən düstur  vasitəsilə hesablanmış gözlənilən 
illik iqtisadi səmərə
K '   -  məhsulun buraxılış həcminin dəyişmə əmsalı,  
K ' = N
j
N
2

N
f
, N
2
 tətbiq olunmuş standartın tələblərinə uyğun 
buraxılan  məhsulun  və  standartı  təsdiqetmə  mərhələsində 
gözlənilən  iqtisadi  səmərəni  təyin  edən  zaman  məhsulun, 
qəbul  olunmuş  illik  buraxılış  həcmi  (natura  vahidində). 
Standartlaşdırmanın  səmərəliliyi  o  vaxt  yüksəlir  ki,  stan-
dartlarda  nəzərdə  tutulmuş  məmulatların  keyfiyyəti,  tex-
niki səviyyəsi qiymətlərlə xarakterizə olunsun. Elmi-texni-
ki  tərəqqinin  sürətlə  inkişafı  standartlarla  yanaşı,  qiymət-
lərin də tənzimlən-məsini tələb edir. Standart məhsulun is-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə