Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə69/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   94

 
 
275 
 
Şəkil 12.1. Məhsulun təsnifçisi üçün kodun 
strukturu 
 
Kodlaşdırma  metodu  çoxluqların  yarımçoxluqlara 
bölünməsi metodu ilə sıx əlaqəlidir. 
Yuxarıda qeyd edildiyi kimi, obyektlərə rəqəmli sıra 
nömrələrinin verilməsi obyektlərin tam identifıkatlaş-dırıl-
masını təmin edir, lakin informativ deyildir, belə ki, çox-
luğa  xas  olan  əlamətləri  əks  etdirmir.  Bundan  fərqli  ola-
raq, kodlaşdırmanın identifikatiaşdırma metodları obyekt-
lərin xüsusi qaydalarla tərtib olunmuş və ayrı-ayrı əlamət-
ləri  özündə  birləşdirən  kodlarla  identifikatlaşdırıl-masını 
təmin edir. 
Kodlar aşağıdakı əsas tələbləri ödəməlidir: 

 
obyektləri və ya obyektlər qrupunu birmənalı iden-
tifikatlaşdırmalıdır; 

 
verilmiş çoxluğun işarələrinin sayı minimum, lakin 
bütün obyektləri kodlaşdırmaq üçün kifayət qədər olmalı-
dır; 

 
kodlaşdırılan  çoxluğun  yenidən  ortaya  çıxan  ob-
yektlərinin  kodlaşdırılması  üçün  kifayət  qədər  ehtiyat  ol-
malıdır; 

 
kodlaşdırılmış  informasiyanın  adamlar  tərəfindən 
istifadəsi, həmçinin onun kompüter emalı asan olmalıdır; 

 
informasiyanın  kompüter  sisteminə  daxil  edən  za-
man  xətalara  avtomatik  nəzarətin  mümkünlüyü  təmin 
olunmalıdır. 
Kodlaşdırmanın  təsnifat,  metodları  iki  tipə  bölünür: 
ardıcıl və paralel. 
Ardıcıl metod əsasən, ierarxiya təsnifatlaşdırma me-
todunun  tətbiqi  zamanı  istifadə  edilir.  Bu  zaman  çoxluq 


 
 
276 
 
lazımi  ardıcıllıqla  yarımçoxluqlara  bölünür  və  kodun  işa-
rəsi hər bir bölgü səviyyəsində əlamətlərin ardıcıllığını və 
kəmiyyətcə  tərkibini  təyin  edən  struktura  görə  qurulur. 
Onun  mənfi  cəhəti  kodun  əvvəlcədən  müəyyən  olunmuş 
yaradılma qaydalarından asılılığı, əlavə obyektlərin ortaya 
çıxdığı hallar üçün ehtiyat kodlarının olması zərurəti, ob-
yekti identifikatlaşdırmaq üçün istifadə olunan əlamətlərin 
tərkibinin və miqdarının dəyişməsinin qeyri-mümkünlüyü-
dür. 
Paralel (asılı olmayan) metod əsasən obyektlərin fa-
set  təsnifatlaşdırılması  zamanı  istifadə  olunur.  Bu  zaman 
kodlar bir-birindən asılı olmayaraq fasetlərə və əlamətlərə 
ayrılır.  Bu halda  kod  işarəsinin strukturu faset düsturu ilə 
təyin edilir. Bu metod maşın emalı üçün və xarakteri tez-
tez dəyişən texniki-iqtisadi məsələlərin həlli üçün, həmçi-
nin obyektlərin müxtəlif çoxluqlarını təhlil etmək üçün ya-
rarlıdır.  O,  obyektlərin  xarakteristikalarının  qeyri-asılı 
(sərbəst)  dəyişmələrinin  və  onlara  əlavələrin  mümkünlü-
yünü təmin edir.  Paralel metodun  mənfi cəhəti faset  düs-
turlarının bir qədər iri olması və kodların tutumunun artıq 
olmasıdır. 
 
  12.5. Standartların işlənilməsinin mərhələləri  
 
 Azərbaycan  Respublikasının  dövlət  standartlarının 
işlənib hazırlanmasını adətən layihəçi müəssisə və ya stan-
dartlaşdırma  üzrə  texniki  komitə  (TK)  Azərbaycan  Res-
publikasının  standartlaşdırma  plan-tapşırıqları,  texniki 
komitənin  proqramları  (planları)  və  standartların  işlənib 
hazırlanması müqavilələrinə uyğun olaraq həyata keçirir. 
Standartların işlənilməsində Azərbaycan Respublika-
sının  dövlət  standartlaşdırma  sisteminin  standartları  və 


 
 
277 
 
standartlaşdırma  üzrə  normativ  sənədlər,  həmçinin  stan-
dartlaşdırma  üzrə  beynəlxalq  və  regional  təşkilatların  sə-
nədləri  və  AZS  1.0  (Azərbaycan  Respublikasının  dövlət 
standartlaşdırma sistemi. Əsas müddəalar.) nəzərə alınma-
lıdır. 
Standartlar  işlənərkən  müəssislərin  apardığı  elmi-
tədqiqat,  təcrübə-konstruktor,  təcrübə-texnoloji,  layihə  iş-
lərinin, patent tədqiqatlarının nəticələrindən, həmçinin elm 
və  texnika  sahəsində  xarici  və  ölkə  nailiyyətlərinin  infor-
masiyalarından istifadə olunur. 
Standartlar  adətən  aşağıdakı  mərhələlər  üzrə  işlənib 
hazırlanırlar: 
1-ci mərhələ – standartın işlənilməsinin təşkili
2-ci mərhələ – standart layihəsinin (ilk redaksiya) iş-
lənməsi; 
 3-cü  mərhələ  –  standart  layihəsinin  (son  redaksiya) 
işlənməsi və təsdiq üçün təqdimi; 
4-cü mərhələ – standartın təsdiqi və dövlət qeydiyyatı; 
5-ci mərhələ – standartın nəşri. 
İndi isə bu mərhələləri nəzərdən keçirək. 
1. Standartın işlənməsinin təşkili. 
Standartın  işlənməsindən  əvvəl,  adətən,  layihəçiyə 
(TK və ya müəssisəyə), ona təhkim edilmiş standartlaşdır-
ma obyektləri üzrə standartların işlənməsi üçün sifariş ha-
zırlanır və təqdim edilir. 
Sifarişləri TK-yə müəssisə, şəxsi əmək fəaliyyəti ilə 
məşğul  olan  vətəndaşlar,  Azərbaycan  Respublikasındakı 
idarəetmə orqanları təqdim edə bilər. 
Sifarişlərin  hazırlanması  və  baxılması  Azərbaycan 
Respublikasının dövlət standartlaşdırma illik planının for-
malaşması, standartların işlənməsi üçün  müqavilə bağlan-


 
 
278 
 
ması Azərbaycan Respublikasının Standartlaşdırma, Mete-
rologiya  və  Patent  üzrə  Dövlət  Komitəsi  tərəfindən  təyin 
edilmiş qaydalarla həyata keçirilir. 
Layihəçi standartın layihəsinin işlənməsini təşkil edir 
və  müqaviləyə  əsasən  verilmiş  müddət  ərzində  standartın 
mərhələlərinin yerinə yetirilməsi vaxtını müəyyənləşdirir. 
2.Standart layihəsinin (ilk redaksiya) işlənməsi. 
TK-nın (müəssisənin) işçi qrupu standartın layihəsini 
və ona izahedici qeydi hazırlayır. 
Standart layihəsi üçün izahedici qeyddə aşağıdakılar 
göstərilir: 
 - müvafiq sənəd təqdim etməklə standartın işlənməsi 
üçün əsas; 
 - standartlaşdırma obyektinin qısa xarakteristikası; 
 - standart layihəsinin beynəlxalq (regional) standart-
lara  və  başqa  ölkələrin  milli  standartlarına  uyğunluğu 
haqqında məlumat; 
-  standart  layihəsinin  patent  təmizliyi  haqqında 
məlumat; 
 -  standart  layihəsinin  standartlaşdırma  üzrə  başqa 
normativ  sənədlərlə  qarşılıqlı  əlaqəsi  və  onların  yenidən 
baxılması, dəyişdirilməsi və ya ləğvi barədə təkliflər
- standart layihəsinin rəy üçün göndərilməsi  haqqın-
da  məlumat,  həmçinin  ən  mühüm  nöqsanların  və  təkliflə-
rin (son redaksiya üçün) ümumiləşdirilmiş qısa xarakteris-
tikası; 
 -   informasiya mənbələri. 
Layihəçi  işlənmiş  standartın  layihəsini,  müqavilənin 
şərtlərinə, Azərbaycan Respublikası dövlət standart-laşdır-
ma  sistemi  standartlarının  və  qanunvericiliyinin  tələblə-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə