Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə7/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   94

 
 
23 
 
tiv və vaxtlı-vaxtında olan məlumatın alınması üzrə işlərin 
təşkili; 
-
 
məmulatların  keyfiyyətini  aşağı  salan  səbəblərin 
aşkarlanması  və  aradan  qaldırılması  üçün  istehsalatın  ha-
zırlanması dövrünün intensiv istifadəsi
-
 
seriyalı  nümunənin  yaradılması  prosesində  kons-
truktor- texnoloji işlənmənin keçirilməsi
-
 
məmulatın  konstruksiyasının  təkmilləşdirilməsi  və 
onun istismarının texnoloji səviyyəsinin yüksəldiliməsində 
istehsalçı-  müəssisənin və istismarçı təşkilatların fəal işti-
rakı; 
-
 
universallıq,  yəni  sənayenin  müxtəlif  sahələrində 
tətbiq imkanı. 
Dördüncü mərhələ. 80-ci illərdə keyfiyyətin total 
nəzarətindən (TQC) keyfiyyətin total menecmentinə (TQM) 
keçid idi. Bu vaxt keyfiyyət sistemlərinə  yeni beynəlxalq 
standartlar  seriyası  –  ISO  9000  (1987-ci  il)  standartları 
meydana gəldi, hansılar ki, menecmentə və keyfiyyətin tə-
minatına  olduqca  əhəmiyyətli  təsir  göstərmişdilər.  1994-
cü ildə bu standartların yeni versiyası çıxdı, hansı ki, əsa-
sən  proqram  məhsullarının  keyfiyyət  təminatı  məsələlə-
rinə,  emal  olunan  materiallara,  xidmətlərə  böyük  diqqət 
yetirərək MC 9004 1,-2, -3, -4, standartını genişləndirdi. 
Əgər  TQC  müəyyən olunmuş tələblərin  yerinə  yeti-
rilməsi məqsədilə keyfiyyətin idarə olunmasıdırsa, TQM - 
həm də məqsədlərin və tələblərin özlərinin idarə olunma-
sıdır.  TQM-ə  həmçinin,  istehlakçıda  məhsulun  keyfiyyə-
tinə inam yaradan tədbirlər sistemi kimi izah olunan key-
fiyyətin  təminatı  daxilidir.  TQM  sistemi  (Şəkil  1.2.)  key-
fiyyətin  daim  yaxşılaşdırılmasına,  istehsal  xərclərinin  mi-
nimuma  salınmasına  və  dəqiq  müddətdə  tədarükünə  yö-
nəldilmiş  kompleks  sistemidir.  TQM-in  əsas  ideologiyası 


 
 
24 
 
"Yaxşılaşdırmanın hüdudu yoxdur" prinsipinə əsaslanır.  
ISO 9000 standartlarına uyğunluğa hesablanmış key-
fiyyət sisteminin sertifıkatlaşdırıması təchizatçıların və is-
tehlakçıların qarşılıqlı münasibətlərinə güclü təsir göstərir. 
ISO  9000  seriyalı  beynəlxalq  standartlar  əsasında  qurul-
muş keyfiyyət sistemlərinin  başlıca məqsədi - sifarişçi tə-
rəfindən tələb olunan  məhsulun keyfiyyətini təmin etmək 
və ona müəssisənin bunu etmək bacarığını sübut etməkdir. 
Müvafiq olaraq sistemin mexanizmi, tətbiq olunan metod 
və  vəsaitələrə  bu  məqsədlə  yönəldilmişdir.  Lakin,  İSO 
9000 seriyalı beynəlxalq standartlarında iqtisadi səmərəyə 
yönədilmiş  məqsəd  çox  zəif  ifadə  olunmuşdur,  təchizatın 
vaxtında çatdırılması isə sadəcə olaraq yoxdur. 
Baxmayaraq  ki,  sistem  rəqabətə  davamlılığın  təmin 
edilməsi  üçün  zəruri  olan  bütün  məsələləri  həll  etmir, 
ancaq onun şöhrəti surətlə artır və bu gün o, bazar mexa-
nizmində  möhkəm  yer  tutur.  Müəssisədə  İSO  9000  se-
riyalı  beynəlxalq  standartlara  uyğun  keyfiyyət  sisteminin 
 
 
Şəkil 1.2.  TQM-in əsas tərkibi 
TQC - keyfiyyətə ümumi nəzarət;  
Q  Policy - keyfiyyət siyasəti
Q Planning - keyfiyyətin planlaşdırılması; 
QI - keyfiyyətin yaxşılaşdırılması; 
QA - keyfiyyətin təmin edilməsi 


 
 
25 
 
olmasının xarici əlaməti sistemin sertifikatıdır. 
Nəticədə bir çox hallarda müəssisənin keyfiyyət sis-
teminə sertifikatının olması onun müxtəlif layihələrdə işti-
rakı üzrə tenderə buraxılmasının əsas şərtlərindən biri ol-
muşdur. Keyfiyyət sisteminə sertifikat sığorta işində geniş 
tətbiq  tapmışdır.  Belə  ki,onun  möhkəmliyi  müəssisənin 
etibarlılığına dəlalət etdiyindən müəssisəyə tez-tez güzəşt-
li sığortalanma şərtləri təqdim edirlər. 
Beşinci mərhələ. 90-cı illərdə cəmiyyətin müəssi-
sələrə təsiri artmış, müəssisələr isə cəmiyyətin maraqlarını 
daha  çox  nəzərə  almağa  başlamışdır.  Bu,  ətraf  mühütiin 
mühafizəsi və məhsulun təhlükəsizliyi nöqteyi-nəzərindən 
menecment sistemlərinə tələblər qoyan İSO 14000 seriyalı 
beynəlxalq standartların yaranmasına gətirib çıxardı. 
Keyfiyyət  sistemlərinin  İSO  14000  seriyalı  beynəl-
xalq  standartlarına  uyğunluğu  İSO  9000  seriyalı  beynəl-
xalq  standartlarına  uyğunluqdan  heç  də  az  şöhrəti  olmur. 
Keyfiyyətin humanist tərkibinin təsiri əhəmiyyətli dərəcə-
də  artmışdır,  müəssisə  rəhbərlərinin  öz  heyətlərinin  ehti-
yacının ödənilməsinə diqqət güclənmişdir. 
Beynəlxalq  standartların  tələblərininin  gücləndirmə-
sini qarşısına məqsəd qoyan keyfiyyətin idarə edilməsinin 
korporativ  sistemləri  də  meydana  çıxır.  Amerikanın  avto-
mobil  şirkətlərinin  böyük  üçlüyü  1990-ci  ildə  (1994-cü 
ildə  ikinci  redaktə)  "Keyfiyyət  sistemlərinə  tələblər"  QS 
9000  standartını  işləyib  hazırlamışdır.  O,  İSO  9001  stan-
dartına əsaslansa da, onun tələbləri Böyük üçlüyü fərdi tə-
ləbləri ilə gücləndirmişdir. 
İSO  14000  və  QS  9000  standartları,  həmçinin  key-
fiyyət  üzrə  mükafatların,  modellər  üzrə  özünü  qiymətlən-
dirmə  metodlarının  tətbiqi  –  keyfiyyətin  idarə  olunması 
sistemlərinin  inkişafının  beşinci  mərhələsinin  əsas  nailiy-


 
 
26 
 
yətidir. 
 
II FƏSİL.  KEYFİYYƏTƏ NƏZARƏTİN 
ÜMUMİ ANLAYIŞLARI VƏ  İSTEHLAK DƏYƏRİ 
 
2.1Əsas anlayışlar və təriflər 
 
Keyfiyyət nə deməkdir ? "Keyfiyyət" termininin mü-
əyyən edilməsi sualına həm yerli, həm də xarici elmi ədə-
biyyatlarda  geniş  yer  ayrılır.  Fəlsəfi  olaraq  keyfiyyət  ka-
teqoriyası  onun  varlıq  cismindən  ayrılmayan  mahiyyət 
müəyyənliyini ifadə edir. 
Keyfiyyət  anlayışının  konkret  iqtisadi  izahları  da 
həmçinin lazımi qədər mövcuddur. O cümlədən, amerikalı 
professor H.D.Karrinqton yazır ki, keyfiyyət istehlakçı tə-
ləbatı yaranan zaman onun özünə rəva bildiyi qiymətə gö-
rə gözlədiklərinin təmin olunmasıdır, yüksək keyfiyyət isə 
daha  aşağı  qiymətlə  istehlakçının  nəzərdə  tutduğu,    göz-
lədiyi həddin aşmasıdır. 
Məhsulun  keyfiyyəti  anlayışı  praktiki  fəaliyyətdə 
çox böyük əhəmiyyətə malikdir. Buna görə də "Məhsulun 
keyfiyyətinin idarə edilməsi. Əsas anlayışlar. Terminlər və 
təriflər"  reqlamenti  ГОСТ  1546779-a  əsaslanmışdır.  Bu 
normativ sənədə əsasən keyfiyyət dedikdə, məhsulun təyi-
natına uyğun olaraq müəyyən təlabatları ödəməyə yararlı-
ğını şərtləndirən xüsusiyyətlər cəmi nəzərdə tutulur. 
İSO 9000:2000 beynəlxalq standartına uyğun olaraq 
keyfiyyət-məhsulun xüsusiyyətlərini və əlamətlərini özün-
də  cəmləyən,  onun  şərtləndirilməsi  və  ya  ehtimal  edilən 
təlabatlarının təmin edilməsi bacarığıdır. 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə