Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə70/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   94

 
 
279 
 
rinə uyğunluğunu və izahedici qeydlə birlikdə elmi-texniki 
şuraya (ETŞ) və ya TK üzvlərinə göndərir. 
ETŞ və ya TK üzvləri standart layihəsinə baxır və bu 
barədə öz təkliflərini hazırlayır. 
Layihəçi  (TK)  təklifləri  nəzərə  almaqla  standart 
layihəsinin ilk redaksiyasını hazırlayır. 
Layihəçi (TK) rəy almaq üçün standart layihəsini (ilk 
redaksiya)  izahedici  qeydlə  birlikdə  aşağıdakı  müəssisə-
lərə göndərir: 
 sifarişçi təşkilata
-  dövlət  təftiş  orqanlarına  (əgər  onlar  TK  üzvləri 
deyildirlərsə); 
-   standartın tətbiqini təşkil edən təşkilatlara
-   TK üzvlərinə. 
Maraqlı  olan  müəssisələr  və  mütəxəssislər  standart 
layihəsini  aldıqdan  sonra,  iki  ay  müddətindən  gec  olma-
maq şərtilə ona iki nüsxədə rəy hazırlayıb layihəçiyə (TK) 
göndərirlər. 
Standartın layihəsi üzrə nöqsan və təkliflər aşağıdakı 
ardıcıllıqla yerinə yetirilir: 
  -   bütövlükdə layihə üzrə
  -  fəsillər,  yarımfəsillər,  bəndlər,  yarımbəndlər  və 
əlavələr üzrə. 
Standart  layihəsində  nəzərdə  tutulan  tələblərə  yeni-
sinin əlavə edilməsi, çıxarılması və  ya dəyişdirilməsi tək-
lifləri əsaslandırılmalıdır. 
3.  Standart  layihəsinin  (son  redaksiya)  işlənməsi 
və onun təsdiq üçün təqdim edilməsi. 
Layihəçi  (TK)  verilən  rəyləri  nəzərə  alaraq  standart 
layihəsinin son redaksiyasını hazırlayır. 


 
 
280 
 
Layihəçi (TK) standart layihəsini (son redaksiya) ra-
zılaşdırmaq üçün izahedici qeydlə birlikdə sifarişçiyə (TK 
üzvlərinə) və dövlt nəzarət orqanlarına göndərir. 
Dövlət  nəzarət  orqanları  standart  layihəsini  aldığı 
gündən bir ay müddətədək razılaşdırır və ya öz səlahiyyət-
ləri daxilində standart layihəsinin tələbləri üzrə əsaslandı-
rılmış təkliflərlə rəy verirlər. 
Layihəçi  (TK)  yeni  təklifləri  nəzərə  alaraq  standart 
layihəsini tamamlayır. 
Layihəçinin  TK  ETŞ  iclasında  standart  layihəsinə 
baxılır, səsvermə keçirilir və iclasın qərarı protokollaşdırılır. 
Layihəçi  (TK)  standart  layihəsini  təsdiq  üçün  Azər-
baycan  Respublikasının  Standartlaşdırma,  Meterolo-giya 
və  Patent  üzrə  Dövlət  Komitəsinə  göndərmək  haq-qında 
qərar qəbul edir. 
Layihəçi  (TK)  standart  layihəsini  aşağıdakı  sənəd-
lərlə birlikdə təsdiq üçün göndərilməlidir: 
 -  idarə  rəhbərliyinin  (TK  sədrinin)  imzası  ilə 
məktub; 
 - standart layihəsi (son redaksiya) üç nüsxədə, bun-
lardan biri sənədin əsli olmalıdır; 
 -   standart layihəsi üçün izahedici qeyd, 1 nüsxədə; 
 -  ETŞ  TK  iclasında  standart  layihəsinin  son 
redaksiyasına baxılması haqqında protokol, 1 nüsxədə; 
 - standart layihəsinin son redaksiyasının razılaşdırıl-
masını təsdiq edən sənədin əsli
 -  çap  redaksiyasından  keçmiş  standart  layihəsi,  1 
nüsxə; 
 -  standart  layihəsi  haqqında  yekunlaşdırılmış  rəy,  1 
nüsxə. 


 
 
281 
 
Eyni  zamanda  standart  layihəsi  (son  redaksiyası) 
izahedici qeydlər və ETŞ TK iclasının  protokolu ilə stan-
dart sifarişçisinə göndərilir. 
4.
 
Standartın təsdiqi və dövlət qeydiyyatı. 
Azərbaycan  Respublikasının  Standartlaşdırma,  Me-
terologiya və Patent üzrə Dövlət Komitəsi standartı nəzər-
dən keçirir və onun təsdiqi üçün qərar qəbul edir. 
Standart  layihəsinin  təsdiqindən  əvvəl,  Azərbaycan 
Respublikasının Standartlaşdırma, Meterologiya və Patent 
üzrə  Dövlət  Komitəsi,  onun  qanunvericiliyə  və  Azərbay-
can  Respublikasının  qüvvədə  olan  dövlət  standartlarının 
tələblərinə,  meterologiya  qaydalarına  və  ifadəsinə  uyğun-
luğunu yoxlayır. 
Standartı  təsdiq  edərkən  onun  həyata  keçirilməsi 
üçün lazım olan tədbirləri nəzərə almaqla onun tətbiq edil-
mə tarixi müəyyən edilir. 
Standartn dövlət qeydiyyatı Azərbaycan Respublika-
sının Standartlaşdırma, Meterologiya və Patent  üzrə Döv-
lət  Komitəsi  tərəfindən  müəyyən  edilmiş  qaydada  həyata 
keçirilir. 
5. Standartın nəşri. 
Azərbaycan  Respublikasının  Standartlaşdırma,  Me-
terologiya və Patent üzrə Dövlət Komitəsi, təsdiq olunmuş 
standartlar haqqında ―Azərbaycan Respublikasının Dövlət 
standartı‖ adlı məlumat kitabçasında informasiya dərc edir. 
Azərbaycan  Respublikasının  Standartlaşdırma,  Me-
terologiya və Patent üzrə Dövlət Komitəsi, müəyyən edil-
miş qaydada standartları nəşr edir və yayır. 
 
 
 


 
 
282 
 
XIII FƏSİL.  MƏHSULUN VƏ KEYFİYYƏT 
SİSTEMLƏRİNİN 
SERTİFİKATLAŞDIRILMASI 
 
13.1.Məhsulun keyfiyyətinin sertifikatlaşdırılması 
anlayışı 
 
Müasir  bazar  şəraitində  məhsulun  satışının  təşkil 
edilməsi üçün, ilk növbədə bu məhsulun, isteklakçını ma-
raqlandıran  keyfiyyət    xassələrinə  əsas  fikir  verilir.  Məh-
sulun  keyfiyyətinin  qaldırılması  ilə  rəqabət  qabiliyyətinin 
artırılmasına  və  istehlakçının  səriştəli  məhsul  seçməsinə 
yardımı,  istehlakçının  keyfiyyətsiz  və  ya  saxtalaşdırılmış 
məhsulların  alınmasından  qorunmasını  sertifikatlaşdırma 
həyata  keçirir.  Sertifiktalaşdırma  istehlakçıya  məhsulun 
müəyyən tələblərə cavab verməsinə və verilmiş keyfiyyətə 
malik  olmasına  zəmanət  verir.  Sertifikatlaşdırma  məhsu-
lun  verilmiş  tələblərə  uyğunluğunun  sübut  edilməsinin 
əsas etibarlı üsullarından hesab edilir. 
Sertifikatlaşdırma  latın  dilindən  tərcümədə  ―düz-
gün hazırlanıb‖  deməkdir. 
Sertifikatlaşdırmanın  mahiyyəti  ondan  ibarətdir  ki, 
onun  aparılması  nəticəsində  məhsulun,    prosesin  və  ya 
xidmətin istehlakçıların tələblərinə uyğun olması müəyyən 
qaydada təsdiq edilir. Belə təsdiqetmənin ən qədim və sa-
də  forması  məmulatı  hazırlayan  ustanın  şəxsi  möhürü  ilə 
məmulatı  möhürləməsi,  eləcə  də  satıcının  alıcıya  məh-
sulun,  prosesin  və  ya  xidmətin  keyfiyyətli  olması  haq-
qında  zəmanət  verməsi  idi.  Daha  sonralar,  standartlaş-
dırma inkişaf etdikcə, məhsulun istehsalçısı sübut etməyə 
çalışırdı ki, onun məhsulu qəbul olunmuş normativ-texniki 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə