Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə72/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   94

 
 
287 
 
ri  tələblərinə  uyğun  olmasının  səlahiyyətli  orqan  tərəfin-
dən təsdiq edilməsidir.  
Könüllü  sertifikatlaşdırma  –  məhsulun  istehsalçısı, 
istehlakçısı  və  ya  satıcı  tərəfindən  könüllülük  əsasında 
aparılan sertifikatlaşdırmadır.  
Uyğunluq nişanı – məhsulun, prosesin və ya xidmə-
tin konkret standartın və ya digər normativ sənədin tələb-
lərinə cavab verdiyini göstərən, sertifikatlaşdırma sistemi-
nin qaydalarına uyğun olaraq verilən və tətbiq edilən, qo-
yulmuş qaydada sertifikatlaşdırma sahəsində nişandır. 
Uyğunluq sertifikatı – məhsulun, prosesin və ya xid-
mətin konkret standartın və  ya digər normativ sənədin tə-
ləblərinə  uyğunluğunu  təsdiq  edən,  sertifikatlaşdırma  sis-
teminin qaydalarına uyğun tərtib edilən sənəddir.  
Uyğunluq haqqında bəyanat – məhsulun, prosesin və 
ya  xidmətin  konkret  standartın  və  ya  digər  normativ 
sənədlərin  tələbinə  uyğun  olması  haqqında  tədarükçünün 
tam məsuliyyəti ilə bəyanatıdır. 
Sertifikatlaşdırma üzrə orqan – sertifikatlaşdırma sa-
həsində  uyğunluq  sertifikatlaşdırması  fəaliyyətini  yerinə 
yetirmək hüququ olan orqandır (təşkilat, müəssisə). 
Sertifikatlaşdırma  sistemi  –  uyğunluq  sertifikatlaş-
dırmasını  aparmaq  üçün  fərdi  idarəetmə  və  əməliyyatlar 
qaydalarına malik olan sistemdir. 
Akkreditasiya  –  sertifikatlaşdırma  üzrə  hər  hansı  bir 
fəaliyyət göstərmək hüququnun rəsmi qaydada tanınmasıdır. 
       Akkreditasiya  olunmuş  sınaq  laboratoriyası  – 
məhsulun  konkret  növlərinin  sınağının  və  ya  konkret  növ 
sınaqların  həyata  keçirilməsi  hüquqları  rəsmi  surətdə 
tanınmış sınaq laboratoriyasıdır. 


 
 
288 
 
Ekspert  auditor  –  sertifikatlaşdırma  sahəsində  bir  və 
ya  bir  neçə  növ  işlər  aparmağa  hüquq  almaq  üçün  at-
testasiya olunan şəxsdir. 
Təftiş nəzarəti – akkreditasiya olunmuş sertifikatlaş-
dırma üzrə orqanların, sınaq laboratoriya-larının fəaliyyə-
tinə, həmçinin, sertifikatlaşdırılmış məhsula, prosesə və ya 
xidmətə nəzarətdir. 
Sifarişçi  –  konkret  növ  məhsulun  sertifikatlaşdırıl-
masının aparılması üçün sertifikatlaşdırma üzrə orqana si-
fariş üzrə müraciət etmiş müəssisə, təşkilat və ya vətənda-
şıdır. 
  
13.2. Sertifikatlaşdırmanın əsas prinsipləri 
Sertifikatlaşdırma aşağıdakı əsas prinsiplərə əsas-
lanır: 
-
 
dövlətçilik  –  məhsulun  təhlükəsizliyinin  qiymət-
ləndirilməsi  zamanı  dövlət  mənafeyinin  (maraqlarının) 
təmin edilməsi
-
 
könüllülük  –  reklam  məqsədilə  istehsalçı  tərəfin-
dən sertifikatlaşdırmadan istifadə olunması; 
-
 
obyektivlik  –  istehsalçı  və  istehlakçıdan  asılılığın 
olmaması; 
-
 
doğruluq  –  peşəkar  sınaq  bazasından  istifadə  edil-
məsi; 
-
 
malların və xidmətlərin yerli və xarici kimi bölgü-
sünün istisna edilməsi
-
 
demokratiklik  –  sertifikatlaşdırma  üzrə  orqanın  se-
çilməsi hüququnun istehsalçının özünə verilməsi
-
 
sertifikatlaşdırma iştirakçılarının məsuliyyətinin  
müəyyən olunması; 


 
 
289 
 
-
 
sertifikatlaşdırmanın nəticələrindən (istehsalçı, tica-
rət, istehlakçı, gömrük və i.a. tərəfindən) istifadə olunma-
sının çox funksionallığı; 
-
 
alınmış informasiyanın açıqlığı; 
-
 
məhsulun  təsnifatı  nəzərə  alınmaqla  sertifikatlaş-
dırmanın keçirilməsinin forma və metodlarının müxtə-lif-
liyi. 
Azərbaycan  Respublikasının  dövlət  sertifikatlaş-dır-
ma  sistemi  sertifikatlaşdırmanın  vacibliyini  və  könüllülü-
yünü nəzərdə tutur. 
Məhsulun  sertifikatlaşdırılması  həmin  işə  müvəkkil 
olunmuş müəssisə, idarə və təşkilatın sertifikatlaşdırma or-
qanları tərəfindən aşağıdakı məqsədlərlə həyata keçirilir: 
-
 
insanların  həyatı,  sağlamlığı  və  əmlakı  üçün  və 
ətrafdakı təbii mühit üçün təhlükəli olan məhsulun satışı-
nın qarşısının alınması; 
-
 
məhsulun  etibarlı  seçimi  sahəsində  istehlakçıya 
yardım; 
-
 
sahibkarlıq  fəaliyyəti  subyektlərinin  beynəlxalq 
iqtisadi,  elmi-texniki  əməkdaşlıqda  və  beynəlxalq  ticarət-
də iştirakından ötəri şəraitin yaradılması. 
Məhsulun  dövlət  sertifikatlaşdırma  sistemini  Azər-
baycan  Respublikasının  Standartlaşdırma,  Meterologiya 
və Patent üzrə Dövlət Komitəsi – Azərbaycanın sertifikat-
laşdırma  üzrə  milli  orqanı  həyata  keçirir  ki,  bu  da  onun 
fəaliyyətinin  təmin  olunması  üzrə  işi  yerinə  yetirir  və 
koordinasiya edir, o cümlədən: 
-
 
ölkəmizdə  sertifikatlaşdırma  sisteminin  əsas  prin-
siplərini, strukturunu və qaydalarını müəyyənləşdirir; 
-
 
sertifikatlaşdırma orqanlarını təyin edir


 
 
290 
 
-
 
sertifikatlaşdırma  orqanlarını  və  sınaq  laboratori-
yalarını təyin edir, ekspert - auditorları attestasiya edir
-
 
digər  ölkələrin  sertifikatlarının  təsdiqlənməsi  qay-
dalarını müəyyənləşdirir. 
Normativ  sənədlərin  mühüm  tələblərinə  müvafiqli-
yinin sertifikatlaşdırılması  yalnız dövlət sertifikatlaşdırma 
sistemində aparılır. 
Aşağıdakı  hallarda  məcburi  qaydada  sertifikat-
laşdırılma aparılır: 
-
 
standartların qanunvericilik qaydasında tətbiqi məc-
buri olduqda və müvəkkil edilmiş orqanlar tərəfindən təs-
diqlənməsi tələb olunduqda; 
-
 
məhsulun  rəqabət  qabiliyyətliyinin  yüksəldil-məsi 
sahəsində dövlət siyasəti həyata keçirildikdə
-
 
ölkə beynəlxalq sertifikatlaşdırma sisteminə bir-ləş-
dirildikdə; 
-
 
müəyyən  standartlara  konkret  istinadlar  göstəril-
mək şərtilə konkret  məhsul növlərinin  təhlükəsizliyi haq-
qında qanunlar qəbul olunduqda. 
Azərbaycanda məcburi sertifikatlaşdırma sistemi-nin 
formalaşdırılması Azərbaycan Respublikasının «İsteh-lak-
çıların hüquqlarının müdafiəsi haqqında» Qanunla və Na-
zirlər Kabinetinin 01 iyul 1993-cü il tarixli 343 saylı Qəra-
rı  ilə tənzimlənir. 
Qeyd  etmək  lazımdır  ki,  sertifıkatlaşdırmanın  iki 
tipinin  (məcburi  və  könüllü)  müxtəlif  ölkələrdə  qarşılıqlı 
əlaqələri  heç  də  eyni  cür  deyil.  Məsələn,  istehsalçıların 
mövqeyinin  güclü  olduğu  ölkələrdə  (məsələn,  Almaniya-
da) dövlət nəzarətinin rolu çox azdır və istehsala icazə ve-
rilməsindən və buraxılan məhsulun təhlükəsiz-liyinə nəza-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə