Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə73/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   94

 
 
291 
 
rətdən ibarətdir. Belə hallarda könüllü sertifikatlaşdırmaya 
üstünlük verilir. 
Məcburi  sertifikatlaşdırmaya  bütün  hallarda  məhsu-
lun xarakteristikasının müəyyənləşdirilməsindən və sertifi-
katlaşdırılmış məhsula gələcək nəzarətdən ötəri onun yox-
lanılması  və  sınağı  daxil  olunmalıdır.  Sınaqlar  təyin  edil-
miş sınaq laboratoriyaları tərəfindən müvafiq normativ sə-
nədlərlə  müəyyən  olunmuş  metodlarla  aparılmalıdır.  Bu 
kimi sənədlər olmadıqda sertifikatlaşdırma orqanı tərəfin-
dən,  yaxud  həmin  funksiyaları  yerinə  yetirən  orqan  tərə-
findən müəyyən olunmuş metodlarla həyata keçirilməlidir. 
Məcburi  sertifikatlaşdırmaya  dair  olan  məhsulların 
siyahısı Nazirlər Kabinetinin 01 iyul 1993-cü il tarixli 343 
saylı Qərarı ilə təsdiq edilmişdir. 
Hal-hazırda  məcburi  sertifikatlaşdırmanın  obyekt-
lərinə aşağıdakılar aiddir: 
-
 
  uşaqlar üçün mallar
-
 
  yeyinti maları; 
-
 
  xəstəliyin müalicəsi və profilaktikası üçün mallar; 
-
 
  əlillərin reabilitasiyasının texniki vasitələri
-
 
  parfümer-kosmetik mallar; 
-
 
  toxuculuq malları; 
-
 
  tikiş məmulatları; 
-
 
  xəzli və qoyun dərisindən kürk məmulatları; 
-
 
  ayaqqabı; 
-
 
  tikinti materialları; 
-
 
  isti su təminatı və qızdırmaq üçün avadanlıq və ci-
hazlar; 
-
 
  ev mebel əşyaları; 
-
 
  təsərrüfat malları; 


 
 
292 
 
-
 
 
avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələri və s. 
-
 
  mədəniyyət  malları,  əyləncə  və  asudə  vaxt  üçün 
mallar; 
-
 
  idman  malları,  gəzinti  qayıqları  və  üzgüçülük  va-
sitələri, ov və  balıq ovu ləvəzimatları; 
-
 
  minik avtomobili və motovelotexnika; 
-
 
  heyvanların  evdə  saxlanması,  həmçinin,  bitkilərə 
qulluq üçün vasitələr
-
 
  əhalini  təhlükəli  (zərərli)  xarici  təsirlərdən  qoru-
maq üçün məişət təyinatlı mallar; 
Könüllü sertifikatlaşdırma, könüllü sertifikatlaşdırma 
sistemində, hüquqi və fiziki şəxslərin təşəbbüsü ilə sifariş-
çi ilə sertifikatlaşdırma orqanı arasında müqavilə əsasında 
aparılır.  Könüllü  sertifikatlaşdırma  məhsulun    sifarişçi  tə-
rəfindən  müəyyən  edilmiş  standartların,  texniki  şərtlərin 
və  digər  sənədlərin  tələblərinə  uyğunluğunun  təsdiq  edil-
məsi  məqsədi  ilə  aparılır.  Könüllü  sertifikatlaşdırmaya 
məcburi sertifikatlaşdırma üzrə tələblər qoyulmayan məh-
sullar məruz qalır.  
 
13.3. Sertifikalaşdırmanın növləri 
 
Dövlət  sertifikatlaşdırma  sisteminə  sertifıkatlaşdır-
manın bir neçə növü daxildir: 
-
 
sertifikat sahəsində auditorun sertifikatı; 
-
 
keyfiyyət sisteminə sertifikat
-
 
məhsulun müxtəlif normativ sənədlərin tələblə-rinə 
uyğunluğunun sertifikatı; 
-
 
məhsulun keyfiyyət sertifikatı; 
-
 
məhsulun mənşəyi barədə sertifikat. 


 
 
293 
 
Sertifikatlaşlırma  orqanlarının  auditorlarının  ixtisa-
sının  qiymətləndirilməsi  (yoxlanılması)  Azərbaycan  Res-
publikasının  sertifikatlaşdırma  sisteminin  tələblərindən 
irəli gələrək aparılır. Yoxlama nəticəsində auditorun tələb-
lərə uyğunluğu müəyyən olunur və ona sertifikatlaş-dırma 
sahəsində auditor sertifikatı verilir ki, o da  auditor fəaliy-
yəti ilə məşğul olmaq hüququ verən attestasiya keçirir. 
Keyfiyyət sisteminə sertifikat Azərbaycan Respub-li-
kasının Standartlaşdırma, Meterologiya və Patent üzrə Dö-
vlət  Komitəsi  tərəfindən  verilir  və  müəssisənin,  idarənin, 
təşkilatın  məhsulunun  (işlərin,  xidmətlərin)  istehsal  key-
fiyyəti sisteminin Azərbaycanın dövlət stan-dartlarının tə-
ləblərinə  müvafiqliyini  təsdiqləyir.  Standartın  tələblərinə 
keyfiyyət  sisteminin  müvafiqliyinə  nəzarət  dövrüliyi  və 
prosedurları proqramla reqlamentləşdirilən texniki nəzarət 
yolu ilə həyata keçirilir. 
Müxtəlif  normativ  sənədlərin  tələblərinə  məhsulun 
sertifikatının uyğunluğu göstərir ki, lazımi tərzdə eyniləş-
dirilən  məhsul  sınaqdan  çıxarılıb  və  normativ  aktlarla 
müəyyən  olunmuş  bütün  tələblərə  cavab  verir.  Sertifikat 
zavoda, məhsul dəstinə, yaxud müəyyən avadanlıqla məh-
sulun buraxılışı dövrünə aid edilə bilər. İstehsala buraxılış 
zamanı  normativ  sənədlərin  tələblərinə  məhsulun  müva-
fiqliyinə nəzarət məhsuldan nümunələrin götürül-məsi, at-
testasiya olunmuş avadanlıqla, yaxud keyfiyyət sistemi ilə 
sertifikatlaşdırılmış  məhsulun  istehsalını  texniki  yoxlama 
yolu ilə həyata keçirilir. 
Məhsulun keyfiyyət sertifikatına onun dəqiq adı, hə-
min məhsulun hazırlandığı standart və texniki şərtlər, əya-
nilik üçün isə keyfiyyət göstəriciləri və xarakteristikası da-


 
 
294 
 
xildir. Müəssisədəki məhsulun keyfiyyət sertifikatlaş-dırıl-
ması  üzrə  bütün  məsuliyyət  müəssisənin  sertifikatlaş-dır-
ma orqanlarının üzərinə düşür. 
Malın  mənşəyi  haqqında  sertifikat  malın  əmələ  gəl-
diyi ölkənin və istehsalçı - zavodun adının müəyyənləş-di-
rilməsi üçün nəzərdə tutulur. Həmin sertifikatlaşdırma nö-
vü  üzrə  müvəkkil  olunmuş  orqan  İqtisadiyyat  Nazir-li-
yidir. İstehsalçı – müəssisə istehsal olunmuş məhsula dair 
hüquqlarını təsdiqləyən sənədlər paketi (zərfi) təqdim edir. 
Məhsulun  sertifikatlaşdırma  prosesinin  strukturuna 
beş mərhələ daxildir: 
-
 
sertifikatlaşdırma üçün sifariş; 
-
 
müvafıqliyin qiymətləndirilməsi
-
 
sertifikatlaşdırma  obyektinin  müəyyən olunmuş  tə-
ləblərə uyğunluğunun praktik qiymətləndirilməsinin təhlili; 
-
 
sertifikatlaşdırmaya dair qərar; 
-
 
sertifikatlaşdırılmış obyektə müfəttiş nəzarəti. 
1)
 
Sertifikatlaşdırma üçün sifariş mərhələsi 
Sertifikatlaşdırma  üçün  sifariş  mərhələsi  sifarişçi 
tərəfindən  onun  maraq  doğuran  obyektinin  uyğunluğunu 
qiymətləndirməyə  qadir  olan  sertifikatlaşdırma  orqanını 
seçməsindən  ibarətdir.  Bu,  sertifikatlaşdırma  üzrə  təyinat 
sahəsi tərəfindən müəyyən olunur. Əgər həmin işi sertifi-
katlaşdırma üzrə bir neçə orqan yerinə yetirə bilərsə, onda 
sifarişçi  bunlardan  hər  hansı  birisinə  müraciət  edə  bilər. 
Sifariş sertifikatlaşdırma sahəsində müəyyən olunmuş for-
ma üzrə göndərilir. Sertifikatlaşdırma üzrə orqan onu nə-
zərdən  keçirib  sifarişçiyə  öz  qərarını  bildirir.  Sifariş  üzrə 
qərarın da müəyyən forması var. Qərar formasında sertifi-
katlaşdırmanın  bütün  şərtləri,  o  cümlədən  sertifikatlaşdır-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə