Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.

səhifə74/94
tarix14.09.2018
ölçüsü2,8 Kb.
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   94

 
 
295 
 
ma sxemi, sınaqların keçirilməsindən ötəri sınaq laborato-
riyasının adı (əgər onlar sertifikatlaşdırma sxemi üzrə  nə-
zərdə  tutulursa),  yaxud sifarişçi  tərəfindən seçilmək  üçün 
onların  siyahısı,  sertifikatlaşdırmanın  müvafiqliyinin  əsa-
sını təşkil edən normativ sənədlərin nomenklaturası göstə-
rilir. 
2)
 
Uyğunluğun qiymətləndirilməsi mərhələsi 
Sertifikatlaşdırma  obyektindən  asılı  olaraq,  qiymət-
ləndirmə mərhələsinin öz xüsusiyyətləri var. Məhsula nis-
bətdə, o, məmulat nümunələrinin seçilməsin-dən və eyni-
ləşdirilməsindən və onların sınaqdan çıxarıl-masından iba-
rətdir. Nümunələr də istehlakçıya göndərilən məhsul kimi 
olmalıdır.  Nümunələr  hazır  məhsuldan  müəyyən  olunmuş 
qaydalar  üzrə  təsadüfi  tərzdə  seçilir.  Seçilən  nümunələri 
əsas məhsuldan təcrid edirlər, qablaşdırırlar, seçim yerində 
plomblayır,  yaxud  möhürləyirlər.  Sınaq  laboratoriyasında 
müəyyən olunmuş forma üzrə akt tərtib edilir. Nümunələ-
rin  bütün  saxlanılması,  daşınması  və  sınaqlara  hazırlan-
ması  mərhələlərində,  habelə  sınaqlar  prosesində  məhsula 
dair  normativ  sənədlərdə  göstərilən  tələblərə  riayət  olun-
malıdır.  Sertifikatlaşdırma  üzrə  işin  gedişində  nümunələ-
rin hərəkatının bütün mərhələləri jurnalda qeyd olunur və 
məsul şəxslərin imzaları ilə təsdiqlənir. 
Sertifikatlaşdırma  üzrə  sınaq  laboratoriyası,  yaxud 
orqan ayrılan seçmə nəzarət nüsxəsi kimi saxlanılmaqdan 
ötrü hər hansı məhsul növündən (tez xarab olan məhsullar-
dan başqa) əlavə olaraq daha bir nüsxə daxil edə bilər. So-
nuncunun saxlanılma  müddəti sertifikatın etibarlılıq  müd-
dətinə,  yaxud  məhsulun  yararlılıq  müddətinə  müvafiq  ol-


 
 
296 
 
malıdır, həmin vaxt ötdükdən sonra nümunələr sifarişçiyə 
qaytarılır. 
 
 
 
3)  Sertifikatlaşdırma  obyektinin  müəyyən  olunmuş 
tələblərə müvafiqliyinin praktik qiymətləndirilməsinin təhlili 
mərhələsi 
Sertifikatlaşdırma  obyektinin  müəyyən  olunmuş  tə-
ləblərə müvafıqliyınin praktik qiymətləndirilməsinin təhli-
li mərhələsi sertifikatlaşdırma üzrə orqanda keyfiyyət sis-
teminin  sınaqlarının,  imtahan,  yaxud  yoxlamalarının  nəti-
cələrinin  nəzərdən  keçirilməsindən  ibarətdir.  Məhsu-lun 
sertifikatlaşdırılması  zamanı  sifarişçi  orqana  sifariş  üzrə 
qərarda  göstərilən  sənədləri  və  sınaq  laboratori-yasından 
məhsul  nümunələrinin  sınaqlarının  protokolunu  təqdim 
edir. Sertifikatlaşdırma üzrə orqanın ekspertləri protokolda 
əks etdirilən sınaqların nəticələrinin mövcud normativ sə-
nədlərə müvafıqliyini yoxlayırlar. Bundan sonra uyğunlur 
sertifikatının verilməsi, yaxud çatışmayan sınaqların keçi-
rilməsi barədə qərar qəbul edilir. Xidmətlərin nəticələrinin 
müvafıqliyinin yoxlanılması zamanı xidmətlərin sertifikat-
laşdırılması  üzrə  orqan  tərəfindən  də  bu  kimi  hərəkətlər 
həyata keçirilir. 
Keyfiyyət  sisteminin  sertifikatlaşdırılması  zamanı 
müvafiqliyin  qiymətləndirilməsinin  nəticələrinin  təhlili 
yoxlama haqqında aktın əsasında aparılır. Akt üzrə nəticə-
lər üç variantdan birinə aid olunur: 
1)
 
sistem bəyan edilən standarta tamamilə müvafiqdir; 
2)
 
sistem  standarta  bütövlükdə  müvafiqdir,  lakin 
keyfiyyət sisteminin elementləri üzrə ayrı-ayrı az əhəmiy-
yətli qeyri-müvafıqliklər aşkar olunmuşdur
3)
 
sistemdə əhəmiyyətli qeyri-müvafiqliklər var. 


 
 
297 
 
Sertifikatlaşdırma,  yaxud  sertifikatın  verilməsindən 
imtina  olunması  barədə  qərarı  sertifikatlaşdırma  üzrə  or-
qanın rəhbərliyi komissiyanın baş eksperti ilə birlikdə qə-
bul  edir.  Sertifikatlaşdırma  sistemində  qəti  qərarı  keyfiy-
yət sisteminin registrinin texniki mərkəzi qəbul edir. 
Heyətin sertifikatlaşdırılması zamanı imtahan komis-
siyasının  protokolu  sertifikatlaşdırma  orqanının  imtahan-
larda  iştirak  etməyən  rəhbərlərindən  və  ekspertlərindən 
ibarət olan komissiyaya göndərilməlidir. İmtahan protoko-
lunun  təsdiq  olunması  üzrə  həmin  komis-siyanın  müsbət 
qərarı sertifikatın verilməsindən ötəri əsasdır. 
4.
 
Sertifikatlaşdırma üzrə qərar 
Sertifikatlaşdırma  üzrə  qərar  sifarişçiyə  uyğunluq  
sertifikatının  verilməsi,  yaxud  sertifikatın  verilməsindən 
imtina  edilməsi  ilə  müşayiət  olunur.  Sertifikatlaşdırma 
sxemi  üzrə  nəzərdə  tutulan  sınaqların  (yoxlamaların)  və 
təqdim olunan sənədlərin ekspertizasının nəticələri müsbət 
olduqda sertifikatlaşdırma üzrə orqan sertifikata  müvafiq-
liyi  sənədləşdirir,  onu  qeydə  alır  və  uyğunlur    nişanının 
tətbiqi hüququna lisenziya verir. Həmin nişanla sertifikat-
laşdırmadan  keçən  sənədlər  nişanlanır.  Sertifikatlaşdırma 
sınaqlarının  nəticələri  mənfi  olduqda,  sertifikatlaşdırma 
obyektinə  qarşı  irəli  sürülən  tələblərə  riayət  edilmədikdə, 
yaxud sifarişçi sertifikatlaşdırma üzrə işlərin haqqını ödə-
məkdən imtina etdikdə, sertifikatlaş-dırma üzrə orqan sifa-
rişçiyə  sertifikatın  verilməsindən  imtina  olunması  barədə 
qərar verir. 
Uyğunluq  sertifikatının  növü  və  onun  etibarlılıq 
müddəti  sertifikatlaşdırma  sisteminin  qaydaları  ilə  müəy-
yən olunur. Adətən məhsula dair sertifikatın təsir müddəti 


 
 
298 
 
onun  xidmət,  istismar,  yaxud  satış  müddətinə  şamil  olu-
nur, xidmətlərə dair sertifikat 3 ilə qədər müddətə, müəssi-
sənin  keyfiyyət  sisteminə  3  il  müddətinə,  heyətə  isə  5  il 
müddətinə verilir. 
5. Sertifikatlaşdırılmış obyektə müfəttiş nəzarəti 
Əgər sertifikatlaşdırma sxemi üzrə nəzərdə tutulursa, 
sertifikatlaşdırılmış  obyektə  müfəttiş  nəzarəti  sertifikatı 
vermiş orqan tərəfindən həyata keçirilir. Nəzarət sertifika-
tın bütün təsir müddətində - adətən ildə bir dəfə dövri yox-
lamalar formasında aparılır. Müfəttiş nəzarəti zamanı ser-
tifikatlaşdırma  üzrə  orqanın  komissiyasında  Azərbaycan 
Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə 
Dövlət  Komitəsinin  ərazi  orqanlarının  mütəxəssisləri,  is-
tehlakçı  cəmiyyətlərin  və  marağı  olan  digər  təşkilatların 
nümayəndələri iştirak edə bilərlər. Plandankənar yoxlama-
lar  məhsulun,  yaxud  xidmətin  keyfiyyətinə  qarşı  iddialar 
haqqında informasiya  mövcud olduqda, habelə, sertifikat-
laşdırılmış məmulatın konstruksiyasında, xidmətlərin gös-
tərilməsi  texnologiyasında,  yaxud  müəssisənin  keyfiyyət 
sisteminin  elementlərinə  təsir  göstərən  təşkilat  strukturu-
nda əhəmiyyətli dəyişikliklər baş verdikdə keçirilir. 
Müfəttiş  nəzarətinə  sertifikatlaşdırılmış  obyekt  haq-
qında  informasiyanın  təhlili  və  məhsul  nümunələrinin, 
xidmətlərin, yaxud keyfiyyət sistemi elementlərinin seçmə 
yoxlamasının aparılması daxildir.  Müfəttiş nəzarətinin ye-
kunları üzrə akt tərtib olunur, həmin aktda sertifikatın təsir 
müddətinin  saxlanılması  imkanları,  yaxud  onun  təsirinin 
dayandırılması  haqqında  qərar  verilir.  Sertifikatın  təsir 
müddətinin  dayandırılması  haqqında  məlumat  sertifikat-
laşdırma üzrə orqan tərəfindən sifarişçinin, istehlakçıların, 




Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   94


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə