Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə76/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   94

 
 
303 
 
Sınaq  laboratoriyası  üçün  akkreditasiyanın  nəticəsi 
müəyyən növ sınaqların aparılmasında onun texniki səriş-
təliyinin  tanınmasından  ibarət  olduğu  halda,  sertifikatlaş-
dırma  sistemində  fəaliyyəti  zamanı  səriştəli  və  inanmaya 
layiq  orqan  kimi  tanınmalıdır.  Akkreditasiyanın  məqsədi 
aşağıdakılardır: 
-  keyfiyyətin  və  sınaq  laboratoriyalarının  və  sertifi-
katlaşdırma  üzrə  orqanların  peşəkarlıq  səriştəliyinin  artı-
rılması; 
-  daxili  və  xarici  bazarlarda  sınaqların  nəticələrinin 
və sertifikatların tanınması; 
-  daxili  və  xarici  bazarlarda  məhsulun  tanınması  və 
rəqabət qabiliyyətinin təmin edilməsi. 
   Sertifikatlaşdırma  qaydalarının  riayət  edilməsinə 
(akkreditə  olunmuş  sertifikatlaşdırma  üzrə  orqanların,  sı-
naq  laboratoriyalarının  fəaliyyətinə)  müfəttiş  nəzarəti  – 
məhsulun sertifıkatlaşdırması  zamanı  təsdiq olunmuş, onun 
verilən tələblərə uyğunluğunu təyin etmək məqsədi ilə hə-
yata keçirilən yoxlamadır. 
Sertifıkatlaşdırılma  üsulu  (forması,  sxemi)  -  məhsu-
lun verilən tələblərə uyğunluğunun sübutu qismində rəsmi 
surətdə qəbul edilən (müəyyən edilən) fəaliyyətlərin təyin 
edilmiş  məcmusudur  (bundan  sonra  –  sertifıkatlaşdırılma 
sxemi). 
Sertifıkatlaşdırılma  aşağıdakı  məqsədlərə  nail  olma-
ğa yönəldilmişdir: 
-
 
əhalinin  həyatı,  sağlamlığı,  əmlakı  və  ətraf  mühit 
üçün təhlükəli olan məhsulların (xidmətlərin) istehsal (id-
xalının) və satışının qarşısının alınması; 
-
 
respublikada müəssisələrin və sahibkarların beynəl-
xalq,  iqtisadi,  elmi-texniki  əməkdaşlıqda,  həmçinin  daxili 


 
 
304 
 
bazarda  və  ticarətdə  iştirakı  üçün  əlverişli  şəraitin  yara-
dılması və rəqabətin inkişaf etdirilməsi; 
-
 
istehlakçılara məhsulların (xidmətlərin) səriştəli se-
çilməsində köməklik göstərilməsi. 
-
 
daxili  bazarda  vahid  əmtəə  bazarında  müəssisə-lə-
rin,  idarələrin,  təşkilatların  və  iş  adamlarının  fəaliyyəti, 
həmçinin  də  beynəlxalq  iqtisadi,  elmi-texniki  əməkdaş-
lıqda iştirak üçün şəraitin yaradılması; 
-
 
daxili  bazarın  və  istehlakçıların  maraqlarının  aşağı 
keyfiyyətli xarici məhsul tədarükündən qorunması; 
-
 
səriştəli  məhsulun  seçimində  istehlakçılara  kö-mə-
yin göstərilməsi; 
-
 
məhsulun ixracına kömək göstərilməsi və rəqa-bətə 
davamlılığının artırılması; 
-
 
istehlakçının (satıcının, icraçının) insafsızlığından (la-
qeyidliliyindən) qorunması; 
-
 
məhsulun  ətraf  mühit,  həyat,  sağlamlıq  və  əmlak 
üçün təhlükəsiliyinə nəzarət
-
 
istehlakçı tərəfindən təqdim edilmiş məhsulun key-
fiyyət göstəricilərinin təsdiq edilməsi. 
Sertifıkatlaşdırma  uyğunluğun  təsdiqi  üsulundan  se-
çilir  ki,  istehsalçılardan  (təchizatçılardan)  və  istehlak-çı-
lardan asılı olmayan üçüncü tərəfin vasitəsi ilə həyata ke-
çirilir.  Bu  da  onun  nəticələrinin  obyektivliyinə  zəmanət 
verir. Buna görə  də, rəqabət bazarında qiymət sahəsindən 
məhsulun  keyfiyyəti  sahəsinə  keçməsi  şəraitində  sertifi-
katlaşdırma bazar iqtisadiyyatının effektiv fəaliyyət göstə-
rən vacib hissəsi olmuşdur. 
Keyfiyyətin  idarə  edilməsi  sistemində  olduğu  kimi 
sertifikatlaşdırmanın  inkişafını  da  bir  sıra  mərhələlərə 
ayırmaq olar: qəbul nəzarəti, statistik qəbul nəzarəti, məh-


 
 
305 
 
sulun sertifikatlaşdırılması, keyfiyyət və istehsal sistemlə-
rinin sertifikatlaşdırılması. 
 
13.5. Azərbaycan Respublikasında sertifıkatlaş- 
dırılmanın aparılmasının metodik əsasları 
 
Sertifikatlaşdırma  üzrə  işlərdə  mülkiyyət  formasın-
dan asılı olmayaraq, onların qaydalarını tanıyan və yerinə 
yetirən  müəssisələr,  idarələr  və  təşkilatlar  (o  cümlədən 
başqa  ölkələrin)  iştirak  edirlər.  Sertifikatlaşdırmanın  apa-
rılması  onların  başqa  ölkələrin  beynəlxalq,  regional  və 
milli sertifikasiya sistemləri ilə qarşılıqlı fəaliyyəti həyata 
keçirir. O, öz məqsədlərinə uyğun olaraq işlərin müəyyən 
toplusunu özünə daxil edir (Şəkil 13.2) 
Sertifıkatlaşdırmanın  və  uyğunluq  nişanlarının  xa-
ricdə tanınması üçün sertifikatlaşdırma üzrə hazırki qayda-
lar və tövsiyyələr, standartlaşdırma üzrə beynəlxalq təşki-
latın  (ISO)  və  Beynəlxalq  Elektrotexniki  Komissi-yanın 
(BEK), 9 000 və 10 000 seriyalı İCO Beynəlxalq Standart-
larının, 45 000 və 29 000 seriyalı Avropa stan-dartlarının, 
sertifikatlaşdırma  üzrə  işləri həyata keçirən başqa beynəl-
xalq və regional təşkilatların şərh olunmuş, fəaliyyət gös-
tərən  beynəlxalq  normalara  və  qaydalara  müvafiq  olaraq 
qurulmuşlar. 
Sertifikatlaşdırma üzrə xarici orqanların və sınaq la-
boratoriyalarının,  akkreditasiyasının,  həmçinin  də  sertifi-
katların  və  uyğunluq  nişanlarının  AR-də  (müvafiq  olaraq 
AR-in  xaricdə)  tanınması,  AR-in  iştirakçısı  olduğu  ikitə-
rəfli və çoxtərəfli sazişlər əsasında həyata keçirilir. 
Məcburi  sertifikatlaşdırma  AR-nın  qanunverici  akt-
larının  nəzərdə  tutduğu  hallarda  həyata  keçirilir.  Məcburi 


 
 
306 
 
sertifikatlaşdırma AR- in qanunvericiliyi ilə nəzərdə tutul-
muş hallarda həyata keçirilir. 
 
Şəkil. 13.2. Sertifikatlaşdırmanın  aparılması  
         zamanı  işin  növləri 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə