Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə78/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   94

 
 
311 
 
3.
 
identifıkasiya  nümunələrinin  və  onların  sınaqla-
rının seçilməsi
4.
 
istehsalatın  qiymətləndirilməsi  (əgər  sertifikatlaş-
dırma sxemləri nəzərdə tutulubsa); 
5.
 
alınmış  nəticələrin  təhlili  və  uyğunluq  sertifikatı 
verilməsi  haqqında  (verilməsindən  imtina  edilməsi  ba-
rədə) qərar qəbul edilməsi
6.
 
sertifikat və uyğunluq nişanının tətbiqi üçün lisen-
ziya verilməsi; 
7.
 
sertifikatlaşdırılmış  məhsula  müfəttiş  nəzarətinin 
həyata  keçirilməsi  (əgər,  sertifikatlaşdırma  sxemi  ilə  nə-
zərdə tutulubsa); 
8.
 
məhsulun  müəyyənləşdirilmiş  tələblərə  uyğunlu-
ğunun  pozulması  və  uyğunluq  nişanının  düzgün  tətbiq 
olunmaması zamanı tənzimləyici tədbirlər
9.
 
sertifıkatlaşdırmanın nəticələri haqqında məlumat. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
312 
 
XIV FƏSİL. İSTEHLAK MALLARININ  
KEYFİYYƏT  EKSPERTİZASININ NƏZƏRİ  
ƏSASLARI 
 
14.1. Əmtəə ekspertizasının subyektləri və 
obyektləri 
 
Ekspertizanın  obyektləri.  Əmtəə  ekspertizasının 
əsas obyektləri istehlak mallarıdır. Lakin bir çox hallarda 
kompleks  ekspert  qiymətləndirilməsi  aparılan  zaman  əm-
təənin ekspertizasına əlavə obyektlərin cəlb edilməsi zəru-
riyyəti yaranır, onlara da xammalı, materialları, yarımfab-
rikatları,  sənədləri,  istehsal  üzrə  texnoloji  prosesləri,  sax-
lanma,  nəqletmə,  satışa  hazırlama,  qablaş-dırma  xidmət-
ləri,  markalanma,  satışdan  sonrakı  xidmət;  malların  qiy-
mətinin müəyyənləşdirilməsi; istehlakçı tərəfindən işlədil-
mə və ya istifadə edilmə aid edilir. 
İstehlak malları – istehlakçıya satılmış və istehlak-çı-
nın şəxsi məqsədləri üçün istifadə etdiyi hallardır. 
Terminin belə tərzdə təqdim edilməsi bir qədər şərti-
dir,  belə  ki,  müxtəlif  istehlakçılara  satılan  (sənaye  və  ya 
fərdi) və prinsipcə ancaq bir təyinat üçün işlədilən mallar 
(məsələn, sənaye və ya ev şəraitində çörək bişiriləcək un) 
müxtəlif siniflərə  aid edilir. Sənaye və  istehlak xarakterli 
malların bir çox ekspertiza cəhətləri sənaye təyinatlı  mal-
lar  üçün  də  xarakterikdir.  Bununla  əlaqədar  ―əmtəə  eks-
pertizası‖  onun  tətbiq  dairəsini  genişləndirir.  Əmtəə  eks-
pertizası  apararkən  çox  vaxt  onun  son  nəticələrindən  biri 
istehlak  mallarının qiymətləndirilməsini xüsusi dərəcələrə 
bölməyə gətirib çıxarır. 


 
 
313 
 
Dərəcələrə  bölünmə  keyfiyyət  və  ölçülərə  görə 
ayrılır. Keyfiyyət sıralanması - bir-birindən keyfiyyət gös-
təriciləri ilə fərqlənən eyni adlı malların kateqoriyalarıdır. 
Bütün  istehlak  malları  iki  əsas  keyfiyyət  dərəcəsinə 
bölünür: Standart  və  mövcud tələblərə bir və  ya  bir neçə 
keyfiyyət göstəriciləri ilə uyğun olmayan qeyri - standart. 
Qeyri-standart  malları  nöqsanlarının  necəliyindən 
asılı olaraq şərti yararlı və təhlükəli mala ayırırlar. 
Şərti yararlı qeyri - standart mal elə maldır ki, qüsur-
ları asan və ya çətin kənarlaşdırıla bilər. Bu qüsurları ara-
dan götürdükdən sonra mallar seçilmə  yolu ilə və qüsurlu 
nümunələrin  yenidən emalı nəticəsində və  ya bu malların 
sənaye emalı nəticəsində onlar istənilən keyfiyyət dərəcə-
sinə  çatdırılır  və  standarta  uyğunlaşdırılır.  Ona  görə  də, 
ekspert  qiymətləndirilməsi  ancaq  yeganə  təsdiqedici  nə-
ticə ilə bitməməlidir, burada, həmçinin ekspertiza obyekt-
lərinin  müəyyən  keyfiyyət  dərəcəsinə  aid  olunması  təyin 
edilməlidir. 
Mövcud  qüsuru  aradan  götürmək  üçün  lazımi  üsul-
ları  proqnozlaşdırmaqla  standart  məhsul  almaq  lazımdır. 
Bu nəzərdə tutulmuş nəticələri ekspert lazım olarsa qeyri-
standart məhsulların istifadəsi və onların emalı üsulları və 
ya  yenidən  emalı  haqqında  məsləhət  şəklində  tərtib  edilə 
bilər. 
Təhlükəli məhsul - kənarlaşdırılması mümkün olma-
yan qüsurlu məhsullardır ki, onların istifadəsi həyat üçün, 
istehlakçının sağlamlığı üçün, əmlak üçün  və eləcə də  ət-
raf mühit üçün zərərli ola bilər. 


 
 
314 
 
Təhlükəli məhsul satışa buraxılmır, sənaye və ya ev 
şəraitində yenidən emal olunur. Belə təhlükəli məhsul qə-
bul edilmiş qaydada məhv edilməlidir. 
Təhlükəli  (mallar)  məhsulların  içində  ən  potensial 
təhlükəlilər ayırd edilir, standart dərəcələrə ayrılır, belə ki, 
onlar mövcud standartların tələblərinə müvafiqdir. 
Potensial təhlükəli mallar - istehlakçı üçün təhlükəli 
olan və ya istifadə zamanı ətraf mühit üçün təhlükəli mad-
dələr ayıra bilən mallardır. Bu mallar istehlakçılar tərəfin-
dən ətraf mühit üçün səmərəsiz işlədildikdə və ya istismar 
qaydaları pozulduqda təhlükə doğurur. 
Ekspertizanın  subyektləri.  Əmtəə  ekspertizasının 
subyekti  kimi  fiziki  və  hüquqi  şəxslər  iştirak  edə  bilər. 
Onları hüquqi statusuna və ixtisaslaşmasına görə təsnifləş-
dirirlər. 
Fiziki  şəxslər  ekspert  olmamışdan  əvvəl  ekspertliyə 
namizəd  statusu  almalıdırlar.  Ekspertin  hüquqi  statusunu 
müəyyən  tələblərə  cavab  verən,  attestasiyanı  (sertifikasi-
ya) müvafiq sistemdə  və  ya ekspert təşkilat-larından keç-
miş  namizədlər  ola  bilər.  Attestasiyadan  sonra  ekspertlər 
onların səlahiyyətini təsdiqləyən sənəd (attestat və ya ser-
tifikat) alırlar. 
Bəzi hallarda ekspertlər xüsusi sahələrdən - elm, tex-
nika,  texnologiya,  ticarət  və  ya  ictimai  iaşə  sahələrindən 
yüksək səviyyəli peşəkarlardan seçilir. Onlar müəssisə tə-
rəfindən xüsusi əmrlə təyin edilir və lazım olduqda daimi 
və ya müvəqqəti ekspert qruplarına və ya dequstasiya  ko-
missiyasına  daxil edilir. 
   
 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə