Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə79/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   94

 
 
315 
 
     14.2. Əmtəə ekspertizası vasitələrinin təsnifatı 
 
Əmtəə  ekspertizası  keçirərkən  qiymətləndirmə  fəa-
liyyətinin  növləri  üçün  ümumi  olan  vasitələrdən  istifadə 
olunur. Bu fəsildə tətbiq edilən bir çox vasitələrə hərtərəfli 
baxılacaq  və  ancaq  ekspertin  müvəffəqiyyətlə  işləməsi 
üçün ayrı - ayrı növlərin əhəmiyyət dərəcəsi göstəriləcək. 
Əmtəə ekspertizası vasitələrinin sayı çoxdur, ona görə də 
müəyyən sistemləşdirməyə ehtiyacı var. 
Təyinatından  asılı  olaraq  ekspertizanın  aparılması 
üçün  tətbiq  olunan  bütün  vasitələr  iki  qrupa  ayrılır:  mal 
haqqında informasiya vasitələri və maddi - texniki vasitə-
lər  (şəkil  14.2).  Şəkil  14.2-də  göstərilmiş əmtəə-mal eks-
pertizası  vasitələrindən  mühüm  yeri  mal  haqqında  infor-
masiya  vasitələri  qrupu  tutur.  Bu  onunla  izah  olunur  ki, 
ekspertin  mal  haqqında  ümumiləşdirilmiş  informasiyası 
olsa da, ekspertizadan  əvvəl və ekspertizanın  gedişi  müd-
dətində konkret mal haqqında informasiya olmalıdır.   
Əmtəə ekspertizası vasitəsinin seçilməsi malların xü-
susiyyətləri, eləcə də ekspertin əsaslı biliyi ilə təyin edilir. 
Ekspertiza obyektinin əvvəlki və indiki vəziyyəti haqqında 
informasiyası olan ekspert, gələcəkdə onun mümkün olan 
vəziyyətlərini  əsaslandıraraq  qoyulmuş  məqsədə  nail  ol-
mağın ən yaxşı vasitəsini seçir. 
Eyni zamanda, əmtəə haqqında ekspertdə olan infor-
masiyanın xüsusiyyəti ondadır ki, ekspertin qərar verməsi 
üçün lazım olan informasiyanın bəzi hissəsi yoxdur və ya 
formalaşdırıla bilməz. . 


 
 
316 
 
Şəkil 14.2. Əmtəə ekspertizası vasitələrinin təsnifatı
 
Əmtəə ekspertizasının vasitələri 
Malın qiyməti  
Nəqletməyə sərf olunan xərclər 
Heyyətin öyrənilməsinə sərf olunan xərclər və s 
 
Təyinat üzrə qruplar
 
Mallar haqqında 
informasiyalar
 
Maddi-texniki 
vasitələr 
İnformasiya daşıyıcılarına 
 görə növlər 
İstifadə olunan 
qurğulara görə 
növlər 
Sənədlər 
Markalan
ma 
Xüsusi 
ədəbiyyat 
Maddi-
texniki 
bazası
 
Normativ
 
Texniki 
İstehsal 
Ticarət 
Təhsil 
Elmi  
Ölçü 
vasitələri 
Aşkar 
etmə  
vasitələri 
Texnoloji 
Məlumat 
Texnikanın 
təşkili 


 
 
317 
 
Maddi-texniki  baza:  bina,  avadanlıq,  yükləmə-bo-
şaltma  vasitələri,  qablaşdırma  və  s.  ikincidərəcəli  rol  oy-
nayır,  baxmayaraq  ki,  ekspert  çox  vaxt  ekspertiza  aparar-
kən bu vasitələrsiz keçinə bilmir.Göstərilən qruplara daxil 
edilmiş  ayrı-ayrı  əmtəə  ekspertizası  vasitələrinə  nəzər 
salaq. 
Əmtəə  ekspertizasının  məlumat  vasitələri.  İnfor-
masiya-təqdim olunma formasından asılı olmayaraq şəxs-
lər,faktlar, vasitələr və  proseslər haqqında məlumat-dır. 
Sənədlər. Onlar ekspertiza apararkən mühüm vasitə-
dir  və  normativ,  texniki  və  texnoloji  sənədlərə  bölünür-
lər.Sənəd  (sənədləşdirilmiş  informasiya)-  maddi  informa-
siya daşıyıcısı üzərində qeyd olunmuş rekvizitli informasi-
yadır ki, bu da onu eyniləşdirməyə imkan verir. Sənədi ey-
niləşdirən  əsas  rekvizitlər  hesablama  və  qeyd  nömrəsidir, 
eləcə də təşkilatların adları və ya vəzifəsi göstərilən şəxsin 
imzası  təşkilat  sənədi  təsdiq  edən  şəxsin  adı  soyadı  atası-
nın adıdır. 
Normativ  sənədlər  ekspert  tərəfindən  həyata  keçiri-
lən informasiya prosesləri sənədlərin bütün növlərini əhatə 
edir. Onların içində normativ sənədlərin xüsusi yeri var. 
Normativ sənəd (N.S.) müəyyən növ fəaliyyətə və ya 
onların nəticələrinə ümumi aid olan qaydaları, prinsipləri, 
xarakteristikaları  özündə  cəmləşdirən  və  istehlakçıların 
(istifadə edənlərin) geniş dairəsi üçün daha aydın olan sə-
nəddir.  Normativ  sənədləri  texniki  və  texnoloji  sənəd-
lərdən prinsipial surətdə fərqləndirən cəhət ondan ibarətdir 
ki, onlar eyni adlı ekspertiza obyektləri üçün ümumi nor-
maları, qaydaları, xarakteristikaları özündə birləşdirir. On-


 
 
318 
 
lar da ya mütləq və ya zəmanətlidir. Bu sənədlər müxtəlif 
istifadə dairələrində qəbul edilir. 
Normativ  sənədləri  standartlaşdırma,  meterologiya, 
sertifikatlaşdırma, ticarət, baytarlıq, sanitariya və gigiyena 
sahəsinə  ayırmaq  qəbul  edilmişdir.Bu  sənədlər  ekspertlər 
tərəfindən əmtəə ekspertizası apararkən işlədilməlidir. 
Texniki  sənəd  –  malların  hərəkəti  prosesində  onun 
eyniləşdirilməsi  vacib  olan  əmtəənin  xarakteristikaları 
haqqında konkret  informasıyası olan sənəddir. Bu sənədin 
əsas  təyinatı  –  eyniləşdirmənin təmin  olunması və  malla-
rın,   mal partiyalarının, mal hərəkətinin bütün mərhələlə-
rində    izlənməsidir.  Qeyri-standart  mallar  aşkar  edil-dik-
dən sonra, qüsurların səbəbləri araşdırılır. Kritik qüsur-lar 
aşkar edildikdə, konkret  mal partıyaları kənarlaşdırılır, bu 
da  ekspertlərin  işini  asanlaşdırır.Texniki  sənədlər  malı 
müşayiət  edən  işçi  və  ya  layihə-konstruktor  sənədlərinə 
bölünür.  
Yeni  malların  ekspertizası  çox  vaxt  layihə-konstruk-
tor  sənədlərindən  başlayır.  Ekspert  əmtəə  eksperti-zası 
apararkən bütün malı  müşayiət edən  sənədlərdə  olan in-
formasiyanı öyrənir və araşdırır: 
  -  kəmiyyət  (göndərilən  malların  siyahısı  (faktura), 
çəki, marşrut vərəqələrində); 
  - keyfiyyət (uyğunluq sertifikatı, fıtosanitar, karan-
tin, deklorasiya ərizələri,  keyfiyyəti təsdiqləyən sənəd, sı-
naq  protokolları,  hesabdan  silmə  aktı)  hesablama  (hesab 
fakturaları, hesablarda, çeklərdə); 
-  kompleks  (mal-nəqliyyat  və  ya  dəmiryol  faktura-
ları). 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə